Məhkəmə qərarları › İş №2(104)-1457/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1457/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1457/2024 22.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi ilə, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə1, Cavabdeh nümayəndəsi (oğlu) Nümayəndə2 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(125)-220/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci, il tarixli, 2(043)- 750/2022 saylı qətnaməsi üzrə tutmanın ipoteka predmeti olan Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46,4 kvadratmetr olan 2 otaqlı mənzil yönəldilərək hərrac yolu ilə satılması, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46,4 kvadratmetr olan 2 otaqlı mənzil boşaldılaraq, iddiaçıya, yəni İddiaçı təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(125)-220/2024 saylı qətnaməsi ilə (hakim M.Mustafayev) iddia qismən təmin edilmiş, Cavabdeh 30000 (otuz min) manat və məhkəmədə iddia qaldırılması məqsədilə dövlət rüsumu olaraq ödənilmiş 180 (yüzsəksən) manatın alınıb İddiaçı ödənilməsinə dair Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci, il tarixli, 2(043)-750/2022 saylı qətnaməsi üzrə tutma ipoteka predmeti olan Cavabdeh məxsus olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış reyestr nömrəsi **********57- 05101-093006, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 46.4 kv.m sahəsi olan 2 otaqlı mənzilə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış reyestr nömrəsi **********57-05101-093006, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 46.4 kv.m sahəsi olan 2 otaqlı mənzil açıq hərracdan satılması, həmin əmlakların satışından əldə olunmuş vəsait 30000 (otuz min) manat və məhkəmədə iddia qaldırılması məqsədilə dövlət rüsumu olaraq ödənilmiş 180 (yüz səksən) manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 60 manat xidmət haqqı, 60 manat dövlət rüsumun alınıb İddiaçı verilməsi, ipoteka ilə yüklü edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış reyestr nömrəsi **********57-05101-093006, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 46.4 kv.m sahəsi olan 2 otaqlı mənzilin likvid dəyərinin 32000 (otuz iki min) manat müəyyənləşdirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(125)-220/2024 saylı qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla iddiaçı arasında mübahisəli mənzilə dair ipoteka müqaviləsi və kredit müqaviləsinin mövcudluğu doğrudur, lakin o, iddiaçıdan 30.000 manat borc almamışdır. Ona görə də, o, həmin müqavilələri etibarsız hesab edir. Cavabdeh nümayəndəsi (oğlu) Nümayəndə2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-750/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh 30000 (otuz min) manat pulun tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvədədir və onlar ayda 300 manat ödəyə bilərlər, mənzilin hərracdan satılmasını istəmirlər. Ona görə də, Gəncə Şəhər Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(125)- 220/2024 saylı qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi, vəkil Nümayəndə1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını, Gəncə Şəhər Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(125)-220/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(125)-220/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh apellyasiya şikayətinin dəlillərindən görünür ki, o, şikayətin dəlillərində Gəncə Şəhər Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(125)-220/2024 saylı qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, əslində iddianın qismən təmin edilmiş hissəssini mübahisələndirmiş, qətnamənin digər hissələri mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apelyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarına əlavə edilmiş: Cavabdeh ilə İddiaçı arasında Gəncə şəhəri 5 saylı notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-222 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsinə əsasən borclu Cavabdeh İddiaçı 30000 min manat borc almış və həmin borcu xx.xx.2023-cü il tarixədək hər ay 1000 manat ödəniş etməklə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh ilə ipoteka saxlayan İddiaçı arasında bağlanmış 24 iyul 2020-ci il tarixdə 3M-223 saylı İpoteka müqaviləsindən görünür ki, Cavabdeh ilə ipoteka saxlayan İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-222 kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış reyestr nömrəsi **********57-05101-093006, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən ünvan 1 ünvanında mükiyyətində olan, 46.4 kv.m sahəsi olan 2 otaqlı mənzil ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 30000 manat qiymətləndirilmişdir. İpoteka müqaviləsi bağlandıqdan sonra Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsində ipotekanın dövlət qeydiyyatı aparılmışdır. Bununla bağlı xx.xx.2020-ci il tarixdə DƏDRX tərəfindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən əmlakın mənim xeyrinə yüklü edilməsi barədə **********57-05101-093006 No-li Çıxarış verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********57-05101- 093006 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixli, 3M222 nömrəli 30000 manat məbləğində kredit müqaviləsinin təminatı kimi Cavabdeh məxsus ünvan 1 İddiaçı xeyrinə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 134 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3- 21-3-33/2-5000/2023 saylı məktubdan görünür ki, Gəncə şəhəri 5 saylı notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-222 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus ünvan 2 saylı mənzil İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilənin şərtlərinə görə əmlak xx.xx.2023-cü il tarixədək (30 ay) yüklü edilmişdir. Öhdəliyin məbləği 30000 manat olmuşdur. Mənzilə dair xx.xx.2020-ci il tarixli, **********57-05101-093006 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən yüklülük çıxarış verilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-750/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Cavabdeh 30000 (otuz min) manat və məhkəmədə iddia qaldırılması məqsədilə dövlət rüsumu olaraq ödənilmiş 180 (yüz səksən) manat tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, iddiaçı kredit müqaviləsi üzrə borc öhdəliyini icra etməsini tələb etmiş, əks halda qanunla müəyyən edilmiş qaydada ipoteka predmetinə borcun tutulması yönəldiləcəyi barədə xəbərdarlıq etmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ipoteka ilə yüklü edilmiş ünvan 1-yə tələbin yönəldilməsi ilə bağlı bildiriş DƏDRX-in 3 saylı Gəncə Ərazi İdarəsində xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyinə əsasən ünvan 2 ünvanında yerləşən mənzili bazar dəyəri 37000 manat, likvid dəyəri isə 32000 manat təşkil etmişdir. xx.xx.2023-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, iddiaçı tərəfindən əmlaka tutmanın yönəldilməsi üçün 15 manat məbləğində dövlət rüsumu, 60 manat məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı arasında Gəncə şəhəri 5 saylı notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-222 nömrəli kredit müqaviləsinə əsasən borclu Cavabdeh İddiaçı 30000 min manat borc almış və həmin borcu xx.xx.2023-cü il tarixədək hər ay 1000 manat ödəniş etməklə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh ilə ipoteka saxlayan İddiaçı arasında bağlanmış 24 iyul 2020-ci il tarixdə 3M-223 saylı İpoteka müqaviləsinə ilə Cavabdeh ilə ipoteka saxlayan İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-222 kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış reyestr nömrəsi **********57-05101-093006, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən ünvan 1 ünvanında mükiyyətində olan, 46.4 kv.m sahəsi olan 2 otaqlı mənzil ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 30000 manat qiymətləndirilmişdir. İpoteka müqaviləsi bağlandıqdan sonra Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsində ipotekanın dövlət qeydiyyatı aparılmışdır. Bununla bağlı xx.xx.2020-ci il tarixdə DƏDRX tərəfindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən əmlakın İddiaçı xeyrinə yüklü edilməsi barədə **********57-05101-093006 No-li Çıxarış verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********57-05101- 093006 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, xx.xx.2020-ci il tarixli, 3M-222 nömrəli 30000 manat məbləğində kredit müqaviləsinin təminatı kimi Cavabdeh məxsus ünvan 1 İddiaçı xeyrinə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 134 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-750/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsin ilə Cavabdeh 30000 (otuz min) manat və məhkəmədə iddia qaldırılması məqsədilə dövlət rüsumu olaraq ödənilmiş 180 manat tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişıə iddiaçı kredit müqaviləsi üzrə borc öhdəliyini icra etməsini tələb etmiş, əks halda qanunla müəyyən edilmiş qaydada ipoteka predmetinə borcun tutulması yönəldiləcəyi barədə xəbərdarlıq etmişdir. xx.xx.2023-cü il tarixdə ipoteka ilə yüklü edilmiş ünvan 1-yə tələbin yönəldilməsi ilə bağlı bildiriş DƏDRX-in 3 saylı Gəncə Ərazi İdarəsində xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli İddianı qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 750/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh 30000 (otuz min) manat və məhkəmədə iddia qaldırılması məqsədilə dövlət rüsumu olaraq ödənilmiş 180 manat tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlə iddiaçı kredit müqaviləsi üzrə borc öhdəliyini icra etməsini tələb etmiş, əks halda qanunla müəyyən edilmiş qaydada ipoteka predmetinə borcun tutulması yönəldiləcəyi barədə xəbərdarlıq etmişdir. xx.xx.2023-cü il tarixdə ipoteka ilə yüklü edilmiş ünvan 1-yə tələbin yönəldilməsi ilə bağlı bildiriş DƏDRX-in 3 saylı Gəncə Ərazi İdarəsində xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyinə əsasən ünvan 2 ünvanında yerləşən mənzili bazar dəyəri 37000 manat, likvid dəyəri isə 32000 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun: 34-cü maddəsinə əsasən, borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, həmçinin faizlərin ödənilməsini iki dəfə ardıcıl olaraq pozduqda ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.1-ci maddəsinə görə, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün müqavilə üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddianın qismən təmin edilməsi nəticəsinə gəlmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində onunla iddiaçı arasında mübahisəli mənzilə dair ipoteka müqaviləsi və kredit müqaviləsinin mövcudluğunu təsdiq etsə də, iddiaçıdan 30.000 manat borc almamasını göstərək, həmin müqavilələrin etibarsız olmasına dair dəlil irəli sürmüşdür. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini əsassız hesab edir. Belə ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-750/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh 30000 (otuz min) manat və məhkəmədə iddia qaldırılması məqsədilə dövlət rüsumu olaraq ödənilmiş 180 (yüz səksən) manat tutularaq, İddiaçı ödənilməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvədədir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 750/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə kredit müqaviləsinə hüquqi qiymət verilmişdir ki, həmin hal hazırkı işə baxan məhkəmə üçün preyudisial xarakter daşıyır. Ona görə də, həmin hal yenidən mübahisələndirilə bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(125)-220/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(125)-220/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar