Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1460/2024 27.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4013/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Kreditor "xxxx" Kommersiya Bankı ASC borclu Cavabdeh qarşı xx.xx.2015-ci il tarixli, 506nkKPZ/15 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.123 ABŞ dolları 89 sent, hesablanmış və ödənilməmiş faiz borcu qismində 85 ABŞ dolları 44 sent, cərimə qismində 32 ABŞ dolları 32 sent, cəmi 1.241 ABŞ dolları 65 sent və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 20 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə məhkəmə əmrinin qəbul olunmasın xahiş etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)- 4581/2015 nömrəli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)- 4581/2015 nömrəli məhkəmə əmrini ləğv edərək, mülki işin iddia icraatına keçirilməsini xahiş etmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(044)-4581/2015 nömrəli qərardadı ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)- 4581/2015 nömrəli məhkəmə əmri ləğv edilmiş və həmin materiallar iddia icraatına keçirilmişdir. Daha sonra əsl olmayan iddiaçı "xxxx" Kommersiya Bankı ASC əsl İddiaçı2 ASC ilə əvəz edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-4013/2023 nömrəli qətnaməsi ilə İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilmiş, Cavabdeh İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2015-ci il tarixli, 506nkKPZ/15 nömrəli kredit və bank hesabı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.032 ABŞ dolları 71 sent, cərimə qismində 2 ABŞ dolları, cəmi 1.034 ABŞ dolları 71 sent ödəniş anına Azərbaycan manatı məzənnəsi ilə manat ekvivalentində və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 20 manat məbləğində pul vəsaitinin tutulması qət edilmiş, İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin iddiası qalan hissədə təmin edilməmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)- 4013/2023 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)- 4013/2023 nömrəli qərardadı ilə (hakim C.Quliyev) apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardadddan Cavabdeh şikayət vermiş, şikayət onunla əsaslandırılmışıdır ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-4013/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti Cavabdeh tərəfindən hazırlanmış, həmin şəxs tərəfindən imzalanmışdır. Buna görə də Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-4013/2023 nömrəli qərardadı qanunsuz və əsassızdır. Qeyd olunan səbəbdən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)- 4013/2023 nömrəli qərardadı ləğv edilməli və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli 2(125)- 4013/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)- 4013/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-1460/2024 saylı qərardadı ilə şikayət mümkün hesab edilərək, icraata qəbul edilmişdir. Məhkəm kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş məhkəmə baxışından çıxarılaraq, birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəməyə daxil olmuş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4013/2023 saylı müraciətiən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4013/2024 saylı qərardadından yenidən şikayəti verilmiş və şikayətə baxılması üçün işin Gəncə Şəhər Məhkəməsinə qaytarılması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-1460/2024 saylı qərardadı ləğv edilməli və iş apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 384.0.6-cı maddəsini rəhbər tutaraq, QƏRARAALDİ: Gəncə Apellyasiya Məhkəməsinin şikayətin mümkünlüyü barədə xx.xx.2024-cü il tarixli, 2(104)-1460/2024 saylı qərardadı ləğv edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-4013/2023 nömrəli qərardadından verilmiş şikayətə baxılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq Gəncə Şəhər Məhkəməsinə geri qaytarılsın. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1460/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1460/2024
27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver