Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1461/2024 20.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-1151/2023 nömrəli qətnaməsindən Cavabdeh8 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 Çıngiz qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, 17 noyabr 2020-ci il tarixdə "xxxx" MMC ilə Cavabdeh1 Çıngiz qızı arasında 01700 saylı kredit müqaviləsinə xitam verilməsi və Cavabdeh1 Çıngiz qızından, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 müştərək qaydada 10785.08 manat əsas, 816.55 manat əsas məbləğə hesablanmış faiz və 37 manat cərimə borcu olmaqla cəmi 11638.63 manat borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 124.92 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-1151/2023 nömrəli qətnaməsi (hakim Zaur Hümnətov) ilə, iddianın təmin edilməsi, "xxxx" MMC ilə Cavabdeh1 Çıngiz qızı arasında bağlanmış 17 noyabr 2020-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 Çıngiz qızından, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 müştərək qaydada 10785.08 manat əsas, 816.55 manat əsas məbləğə hesablanmış faiz və 37 manat cərimə borcu olmaqla, cəmi 11638.63 manat borc və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 124.92 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh8 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin onun ödədiyi pullar nəzərə alınmaqla əsas borc, faiz borc hissəsində azaldılmasına, cərimə borcu hissəsində rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-520/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə) apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinin tələblərinə riayət olunmamaqla, yəni həmin Məcəlləsinin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada olmaması əsası ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin geri qaytarılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1151/2023 saylı qərardadı ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-1151/2023 nömrəli qətnaməsindən Cavabdeh8 tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uğun olmadığından geri qaytarılmışdır. Bundan sonra Cavabdeh8 xx.xx.2024-cü il tarixdə yenidən apellyasiya şikayəti vermiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1151/2023 saylı qərardadı ilə apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. Bundan sonra Cavabdeh8 apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-1151/2023 nömrəli qətnaməsindən Cavabdeh8 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, şikayət mülki prosessual qanunvericiliklə müəyyən edilmiş müddətdə verilməmişdir. Belə ki, Cavabdeh8 tərəfindən apellyasiya şikayəti ilk dəfə qanunla müəyyən edilmiş müddətdə verilsə də, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uğun olmadığından Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1151/2023 saylı qərardadı ilə geri qaytarılmışdır. Bundan sonra cavabdeh tərəfindən yenidən apellyasiya şikayəti verilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)- 1151/2023 saylı qərardadı ilə apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. Daha sonra isə Cavabdeh8 apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş, lakin birinci instansiya məhkəməsi qeyd edilən ərizəyə münasibət bildirmədən işi Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 130-cu maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Göründüyü kimi, Cavabdeh8 Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-1151/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa olunması barədə ərizə vermiş, lakin birinci instansiya məhkəməsi həmin ərizəyə baxıb müvafiq hüquqi qiymət vermədən işi apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh8 apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa olunması barədə ərizəsinə baxaraq müvafiq hüquqi qiymət verməli və bunun nəticəsinə uyğun olaraq da digər zəruri prosessual həkəkətləri yerinə yetirməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 130, 360, 363 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-1151/2023 nömrəli qətnaməsindən Cavabdeh8 tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə Mülki Prosessual Məcəllənin 133.2-ci maddəsinə əsasən baxılması üçün mülki işlə birlikdə Tovuz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1461/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1461/2024
20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver