Məhkəmə qərarları › İş №2(104)-1469/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1469/2023

01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1469/2023 01.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-588/2023 saylı qərardadından iddiaçı "xxxx" KB ASC-nin verdiyi şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia qaldıraraq borcun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-588/2023 saylı qərardadı ilə (hakim Qafil Baxşıyev) iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçı "xxxx" KB ASC həmin qərardaddan şikayət verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-588/2023 saylı qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-588/2023 saylı qərardadı ilə kredit müqaviləsi üzrə zaminlərdən biri olan Cavabdeh3 xx.xx.2022-ci il tarixdə ürək çatışmazlığından vəfat etməsi əsas götürülərək, mülki iş üzrə icraata xitam verilmişdir. Halbuki, iddia üç cavabdehə qarşı qaldırılmışdır və həmin cavabdehlərdən ikisi, yəni əsas borclu və zaminlərdən biri yaşayır və iddiaya onlara münasibətdə baxılmalı idi. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-588/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə icra icraatının tərəflərinə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-588/2023 saylı qərardadı və onunla bağlı Tovuz Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(062)-588/2023 saylı qərardadı dəyişdirilməli, iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulmasına dair iddia Cavabdeh3 münasibətdə baxılmamış saxlanılmalı, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə isə işə mahiyyəti üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, iddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia qaldıraraq borcun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmiş və həmin cavabdehlərdən biri olan zamin Cavabdeh3 20 aprel 2022-ci il tarixdə ürək çatışmazlığı səbəbindən vəfat etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının müraciət etdiyi tarixdə cavabdehin artıq öldüyünü nəzərə alaraq, iş üzrə icraata xitam vermiş və prosessual hüquqi əsas kimi Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə istinad etmişdir. Halbu ki, Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.0.1-ci maddələrinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Hazırkı iş üzrə zaminlərdən birinin vəfat etməsi digər cavabdehlərə münasibətdə mülki iş üzrə icraata xitam verilməsinə prosessual hüquqi əsas vermir və birinci instansiya məhkəməsi qeyd edilən prosessual hüquq normasının təfsirində səhvə yol vermişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, zaminliyin xitamı əsasları Mülki Məcəllənin 477-ci maddəsində nəzərdə tutulmuş və zaminlik müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Yəni, zaminin ölümü işin icraatına xitam verilməsi üçün əsas sayıla bilməz. İddiaçı şikayətin dəlillərində əsas borclu və digər zaminə qarşı iddiaya baxılmalı olmasına irəli sürmüşdür. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-588/2023 saylı qərardadı və onunla bağlı Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-588/2023 saylı qərardadı dəyişdirilməli, iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulmasına dair iddia Cavabdeh3 münasibətdə baxılmamış saxlanılmalı, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə işə mahiyyəti üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı "xxxx" KB ASC-nin şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-588/2023 saylı qərardadı və onunla bağlı Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-588/2023 saylı qərardadı dəyişdirilsin. İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulmasına dair iddia Cavabdeh3 münasibətdə baxılmamış saxlanılsın. İddia tələbi digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə işə mahiyyəti üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar