Məhkəmə qərarları › İş №2(104)-1469/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1469/2024

27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1469/2024 27.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin 17.*5.2*24-cü il tarixli, 2(*43)-874/2**9 nömrəli qərardadından cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19.11.2**9-cu il tarixli, 2(*43)-874/2**9 saylı qətnaməsi ilə ilkin iddia qismən, qarşılıqlı iddia isə tam təmin edilmiş, 223329 manat 31 qəpik borc və 2* manat rüsum pulu cavabdeh "xxxx" MMC-nin sədri X1 alınıb İddiaçı ASCnin Gəncə filialına ödənilməsi, İddiaçı ASC-nin Gəncə filialının X4 ilə bağladığı *5 yanvar 2**8-ci il tarixli 38/1 saylı ipoteka müqaviləsi ləğv edilməklə ipoteka ilə yüklü edilmiş X2 məxsus Gəncə şəhəri, İ.Qasımov küçəsi 53-də yerləşən evin ipotekadan azad edilməsi, ilkin iddianın ödəmənin ipoteka ilə yüklü edilmiş evə yönəldilməsi hissəsinin əsassız olduğundan rədd edilməsi, 45.*** manat pul İddiaçıdan götürülmüş 2***** manat puldan verildiyindən Maraqlı şəxs alınıb borcun ödənilməsi məqsədi ilə bankın hesabına keçirilməsi, 5* manat ekspertiza xərcinin X1 alınıb Respublika büdcəsinə keçirilməsi qət edilmişdir. Cavabdeh Maraqlı şəxs nümayəndəsi, Vəkil Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19.11.2**9-cu il tarixli, 2(*43)-874/2**9 saylı qətnaməsindən apelyasiya şikayəti və apelyasiya şikayəti vermək üçün müəyyən edilmiş müddətin bərpa edilməsi barədə ərizə verərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19.11.2**9-cu il tarixli, 2(*43)-874/2**9 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılmasını üzürlü hesab edərək bərpa edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə şəhər Məhkəməsinin 17.*5.2*24-cü il tarixli, 2(*43)-874/2**9 saylı qərardadı ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19.11.2**9-cu il tarixli, 2(*43)-874/2**9 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətinin bərpasına dair cavabdeh Maraqlı şəxs nümayəndəsi, Vəkil tərəfindən verilən ərizənin təmin edilməməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19.11.2**9-cu il tarixli, 2(*43)-874/2**9 saylı qətnaməsindən cavabdeh Maraqlı şəxs tərəfindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilməsi qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin 17.*5.2*24-cü il tarixli, 2(*43)-874/2**9 saylı qərardadından Maraqlı şəxs nümayəndəsi, Vəkil məhkəməyə şikayət edərək, Gəncə Şəhər Məhkəməsinin 17.*5.2*24-cü il tarixli, 2(*43)- 874/2**9 saylı qərardadının qanuni və əsaslı olmasına 8(*43)-61/2*16 saylı mülki işi tədqiq edilməklə və Maraqlı şəxs Azərbaycan Respublikası hüdudlarını ən son nə vaxt tərk etməsi təsdiqlənməklə baxılması, apellyasiya şikayətində olan imzanın Maraqlı şəxs məxus olub-olmamasını müəyyən etmək üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməklə baxılması, bu mümkün olmadıqda şikayətin apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülki iş materiallarının 251-ci vərəqindən qətnamənin cavabdehə göndərilməsinə dair məktubun olması o demək deyil ki, qətnamə həmin məktubla cavabdehə göndərilmişdir. Mülki iş materiallarınının 251-ci vərəqində olan məktubun MPM-nin 135-ci maddəsinin tələbinə uyğun olaraq rəsmi çatdırılma sayılmır. Borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı təqdimatı isə icra məmuru verir. Həmin təqdimata baxılarkən borclu iştirak etmir və onun üzrlü və ya üzrlü səbəbdən məhkəmə iclasında iştirak edib-etməməsini təsdiq edən mötəbər sübutlar Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 22.*1.2*16-cı il tarixli, 8(*43)-61/2*16 saylı qərardadında öz əksini tapmamışdır. Azərbaycan Dövlət Sərhəd Xidmətinin bazasına daxil olaraq Maraqlı şəxs Azərbaycan Respublikasını ən sonuncu nə vaxt tərk etməsini müəyyən edilə bilər. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 22.*1.2*16-cı il tarixli, 8(*43)-61/2*16 saylı qərardaddından borclu Maraqlı şəxs tərəfindən şikayət verilməmişdir.. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 31.*5.2*24-cü il tarixli, 2(*43)-874/2**9 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin cavabdeh tərəfindən məhkəmə kollegiyasına izahat və etiraz göndərilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 17.*5.2*24-cü il tarixli, 2(*43)-874/2**9 qərardadı nömrəli dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi şikayəti təmin etməyərək gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(*43)-874/2**9 №-li mülki iş üzrə çıxarılmış 21.12.2**9-cu il tarixli qətnaməsi Maraqlı şəxs göndərilmişdir. Məhkəmədə iş materialları, (həmçinin icra işi) tədqiq edilərkən müəyyən edilmişdir ki, Maraqlı şəxs məhkəmə qətnaməsini icra etmədiyi üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 22.*1.2*16-cı il tarixli, 8(*43)-61/2*16 saylı qərardadına əsasən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(*43)-874/2**9 №-li mülki iş üzrə çıxarılmış 21.12.2**9-cu il tarixli icra sənədi üzrə borclu Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi tam icra edənədək məhdudlaşdırılmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 22.*1.2*16-cı il tarixli, 8(*43)-61/2*16 saylı qərardadından borclu Maraqlı şəxs şikayət vermiş, Gəncə Apellyasiya Məhkəməsinin *7 mart 2*16-cı il tarixli, 8(1*4)-34/2*16 saylı qərardadına əsasən borclu Maraqlı şəxs şikayəti təmin edilməmişdir. Maraqlı şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 22.*1.2*16-cı il tarixli, 8(*43)-61/2*16 saylı qərardadından özü şikayət verməklə qətnamədən tam məlumatlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsini qanuni sayır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Maraqlı şəxs məhkəmə qətnaməsini icra etmədiyi üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 22.*1.2*16-cı il tarixli, 8(*43)- 61/2*16 saylı qərardadına əsasən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(*43)- 874/2**9 №-li mülki iş üzrə çıxarılmış 21.12.2**9-cu il tarixli icra sənədi üzrə borclu Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi tam icra edənədək məhdudlaşdırılmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 22.*1.2*16-cı il tarixli, 8(*43)-61/2*16 saylı qərardadından borclu Maraqlı şəxs şikayət vermiş, Gəncə Apellyasiya Məhkəməsinin *7 mart 2*16-cı il tarixli, 8(1*4)-34/2*16 saylı qərardadına əsasən borclu Maraqlı şəxs şikayəti təmin edilməmişdir. Cavabdeh Maraqlı şəxs nümayəndəsi, Vəkil apellyasiya şikayətində cavabdehin həmin qətnamədən xəbərinin olmadığını, ərizə ilə müraciət etməklə 24.*4.2*24-cü il tarixdə aldığını göstərmiş olsa da, iş materialları ilə təsdiq olunur ki, Maraqlı şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 22.*1.2*16-cı il tarixli, 8(*43)-61/2*16 saylı qərardadından özü şikayət verməklə qətnamədən tam məlumatlı olmuşdur. Lakin, qeyd edilən qətnamədən apellyasiya şikayətini qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə, yalnız 29.*4.2*24-cü il tarixdə vermiş, bununla da, qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. Azərbaycan Respublikası MPM-nin: 36*-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2***-ci il tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2**6-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun *8 may 2**8-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Göründüyü kimi, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 19.11.2**9-cu il tarixli, 2(*43)-874/2**9-cu il tarixli qətnaməsinin surəti borclu Maraqlı şəxs tərəfindən rəsmi şəkildə qəbul edilmiş, onun həmin qətnamədən qanunla nəzərdə tutulmuş 1 ay müddətində apellyasiya şikayəti vermək hüququ olduğu halda, bu hüququndan istifadə etməmiş, müddət keçdikdən sonra hazırkı ərizə ilə məhkəməyə müraciət etsə də, apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi, yəni onların mövcudluğunun müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətməsi və ya məhdudiyyət yaratması ilə bağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut növü təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 17.*5.2*24-cü il tarixli, 2(*43)-874/2**9 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157-158, 263-264, 398 və 4*2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 17.*5.2*24-cü il tarixli, 2(*43)-874/2**9 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar