Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1483/2025 15.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı mülki iş üzrə Açar sözlər: mülki hüquq pozuntusu (delikt); deliktə görə məsuliyyət; məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilən hallar; preyudisiya mexanizmi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 18 mart 2025-ci il tarixli 2(125)-296/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 avqust 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gəncə Şəhər Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 1(125)-119/2023 nömrəli qanuni qüvvəyə minmiş hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(066)-76/2023 saylı hökmü ilə Cavabdeh1 təyin olunmuş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının, hazırkı hökmlə təyin olunmuş 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3- cü maddəsinə əsasən Cavabdeh1 şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 03 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması; Cavabdeh1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və çəkmə müddətinin əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması; Cavabdeh1 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması; İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul vəsaitinin təqsirləndirilən şəxs Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi; İş üzrə maddi sübutların zərərçəkmiş şəxs İddiaçı qaytarılmasının nəzərə alınması təyin edilmişdir. Hökmlə müəyyən edilmişdir ki, Cavabdeh1 tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakının gizli talamaq niyyəti ilə ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla 2022-ci ilin may ayının əvvəllərindən 10 avqust 2022-ci il tarixədək istintaqa konkret məlum olmayan müxtəlif tarixlərdə birgə yaşadığı nənəsi İddiaçı məxsus Gəncə şəhəri, Nəriman Nərimanov prospekti 278 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən qonaq otağına, yataq otaqlarına, evin birinci mərtəbəsində yerləşən yataq otağına, evin zirzəmisinə giriş qapısının kilidini sındırma yolu ilə gizlincə daxil olub evdən İddiaçı məxsus ümumilikdə 43698 manat dəyərində əşyaları gizli olaraq talayıb oğurluq etmiş və İddiaçı 43698 manat məbləğində xeyli maddi ziyan vurmuşdur.
2. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 dekabr 2023-cü il tarixli 1(104)-638/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 1(125)-119/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş zərərə görə 200000 manat pulun və 490 manat dövlət rüsumunun cavabdehlərdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 nəvəsidir, digər cavabdehləri isə nəvəsi Cavabdeh1 ona məxsus olan fərdi yaşayış evində olan əşyaların oğurlanması ilə bağlı aparılan cinayət işinin istintaqı zamanı tanıyıbdır. Həmin şəxslər də nəvəsi Sabirlə birlikdə, ona məxsus fərdi yaşayış evindən vaxtı ilə yüksək məbləğdə aldığı əşyaların oğurlanmasında iştirak etmişlər və dəfələrlə cavabdehlərdən ona dəymiş ziyanın ödənilməsini tələb etsə də, cavabdehlər hər dəfə müxtəlif bəhanələr gətirərək ona məxsus olan əşyaların özünü nə də ki, onun dəyəri olan 200000 manat pulu ona qaytarmamışlar. Cavabdeh olan nəvəsi Cavabdeh1 istər onun barəsində məhkəmədə cinayət işinə baxılarkən, istərsə də, istintaq dövrü bildirmişdir ki, mülkiyyətində olan ona məxsus əşyaları evdən götürərkən digər şəxslər də, yəni hazırkı iş üzrə digər cavabdehlər də ona məxsus fərdi yaşayış evində olmuş həmin əşyaların daşınmasında ona köməklik göstərmiş, Sabirin başı qarışan zaman isə cavabdehlər Sabirin onlara demədiyi əşyaları da, evdən götürmüşlər. Lakin, buna baxmayaraq indiyənə kimi nə Cavabdeh1, nə də ki, digər cavabdehlər ona dəymiş ziyanı ödəməmişlər.
5. Gəncə Şəhər Məhkəməsinin 18 mart 2025-ci il tarixli 2(125)-296/2025 nömrəli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddia qismən təmin edilərək, Cavabdeh1 20557 (iyirmi min beş yüz əlli yeddi) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 151 (yüz əlli bir) manat 67 (altmış yeddi) qəpik pul tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1 və 1097.3-cü maddələrinə, həmçinin Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, və 218.3-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin 179443 manat pulun tutulması hissəsində nəzərə almamışdır ki, cavabdeh olan nəvəsi Cavabdeh1 istər onun barəsində məhkəmədə cinayət işinə baxılarkən, istərsə də istintaq dövrü bildirmişdir ki, ona məxsus əşyaları evdən götürərkən digər şəxslər də, yəni hazırki iş üzrə digər cavabdehlər də ona məxsus fərdi yaşayış evində olmuş, həmin əşyaların daşınmasında ona köməklik göstərmiş, Sabirin başı qarışan zaman isə cavabdehlər Sabirin onlara demədiyi əşyaları da evdən götürmüşlər. Lakin, buna baxmayaraq indiyə kimi həmin şəxslər ona dəymiş ziyanı ödəməmişlər. Lakin məhkəmə bu halı nəzərə almayaraq və məhkəmə iclasında Cavabdeh1 iştirakını təmin etməyərək iddianın həmin hissədə təmin edilməməsinə dair qətnamə qəbul etmişdir. Bu hal isə işin birtərəfli araşdırma aparılmasına dəlalət edir və sonda verilmiş qətnamənin əsassız olmasına gətirib çıxarır. Ona delikt səbəbindən zərər dəymiş və bu zərər cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində yaranmışdır. Lakin məhkəmə bu faktı təsdiq edən şəxsi yəni, Cavabdeh1 iştirakını təmin etməməklə, Mülki Məcəllənin 21, 1096.1 və 1096.1-ci maddələrinə uyğun olaraq deliktlə bağlı normaların tətbiq üçün əsaslar müəyyən etməmiş, nəticədə qərar qəbul edərkən iddia tələbinin həmin hissədə əsassız olması qənaətinə gəlmişdir. Halbuki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Prosessual məsələlər
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
11. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
12. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
13. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
14. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
15. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
21. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
22. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
23. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə və əlaqəli hüquq normalarına əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli, Cavabdeh1 43698 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 221,09 manat, ümumilikdə 43919,09 manat tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
27. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Cavabdeh1 İddiaçı nəvəsidir. Cavabdeh1 tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakının gizli talamaq niyyəti ilə ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla 2022-ci ilin may ayının əvvəllərindən 10 avqust 2022-ci il tarixədək istintaqa konkret məlum olmayan müxtəlif tarixlərdə birgə yaşadığı nənəsi İddiaçı məxsus Gəncə şəhəri, Nəriman Nərimanov prospekti 278 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən qonaq otağına, yataq otaqlarına, evin birinci mərtəbəsində yerləşən yataq otağına, evin zirzəmisinə giriş qapısının kilidini sındırma yolu ilə gizlincə daxil olub evdən İddiaçı məxsus ümumilikdə 43698 manat dəyərində əşyaları gizli olaraq talayıb oğurluq etmiş və İddiaçı 43698 manat məbləğində xeyli maddi ziyan vurmuşdur. Ona görə də Gəncə Şəhər Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 1(125)- 119/2023 nömrəli qanuni qüvvəyə minmiş hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı Sadəqət Calali cavabdehlərin qanuna zidd hərəkətləri nəticəsində maddi ziyana məruz qaldığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
28. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının əmlakına dəymiş maddi zərər bilavasitə Cavabdeh1 hüquqazidd əməli nəticəsində vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) həmin cavabdeh tərəfindən törədildiyindən, iddiaçı dəymiş maddi zərərin əvəzini Cavabdeh1 tutulmasını tələb etməkdə haqlıdır. Bununla yanaşı, iddia tələbinin yönəldiyi digər cavabdehlərin iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlikdir) törətməsini təsdiqləyən hər hansı sübut təqdim edilməmişdir. Bununla belə, iddiaçı tələbində ona dəymiş maddi zərərin məbləğini 200000 manat olaraq qeyd etsə də, cinayət işi üzrə məhkəmə araşdırması zamanı verilmiş ekspert rəyinə əsasən, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş 191 adda malın ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 20557 manat müəyyən edilmiş, kifayət qədər məlumat olmadığından digər 26 adda mal üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Beləliklə, ekspert rəyinə əsasən iddiaçıya vurulması müəyyən olunan ziyanın əvəzi qismində 20557 manat pul Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Lakin iddia qalan hissədə - (200000- 20557=179443) 179443 manat pulun tutulması hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı dəyərinin əvəzini tələb etdiyi və cinayət nəticəsində ziyan vurulduğunu bildirdiyi əşyaların mövcudluğunu və onların dəyərini beləliklə, 179.443 manat zərər dəydiyini təsdiqləyən hər hansı mötəbər sübut təqdim etməmişdir.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.
30. İşin hallarından göründüyü kimi qanuni qüvvədə olan məhkəmə hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, həmin hökmlə Cavabdeh1 tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakının gizli talamaq niyyəti ilə ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla 2022-ci ilin may ayının əvvəllərindən 10 avqust 2022-ci il tarixədək istintaqa konkret məlum olmayan müxtəlif tarixlərdə birgə yaşadığı nənəsi İddiaçı məxsus Gəncə şəhəri, Nəriman Nərimanov prospekti 278 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən qonaq otağına, yataq otaqlarına, evin birinci mərtəbəsində yerləşən yataq otağına, evin zirzəmisinə giriş qapısının kilidini sındırma yolu ilə gizlincə daxil olub evdən İddiaçı məxsus ümumilikdə 43698 manat dəyərində əşyaları gizli olaraq talayıb oğurluq etməsi və İddiaçı 43698 manat məbləğində xeyli maddi ziyan vurması müəyyən edilmişdir.
31. İşin bu halları qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edildiyindən bu hallar hazırkı iş üzrə faktiki hallar kimi nəzərə alınır və yenidən araşdırılmır. Ona görə ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (MPM maddə 82.3).
32. Birinci instansiya məhkəməsi isə cinayət işi üzrə məhkəmə araşdırması zamanı verilmiş ekspert rəyinə əsasən 191 adda malın ümumi dəyərinin 20557 manat müəyyən edildiyini əsas götürərək Cavabdeh1 qanunazidd hərəkətləri nəticəsində İddiaçı dəymiş ziyan məbləğini 20557 manat müəyyən etməkdə haqlı olmamışdır. Çünki, cinayət işi üzrə Cavabdeh1 İddiaçı 43698 manat məbləğində xeyli maddi ziyan vurmaqda ittiham edilmiş, bu epizod ittihamdan xaric edilməmişdir. Əksinə, qanuni qüvvədə olan məhkəmə hökmü ilə müəyyən edilmiş hallara əsasən törədilmiş cinayət əməli və vurulmuş zərərin məbləği öz təsdiqini tapmışdır.
33. Nəzərə almaq lazımdır ki, MPM-nin 82.4-cü maddəsi ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.
34. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.
35. Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş hökmlə iddiaçıya İddiaçı məxsus ümumilikdə 43698 manat dəyərində əşyaların Cavabdeh1 tərəfindən gizli olaraq talanıb oğurlanması və sonuncunun bu əməli ilə İddiaçı 43698 manat məbləğində maddi ziyan vurmasının müəyyən edilməsi hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır və həmin halın məhkəmə tərəfindən yenidən araşdırılmasına zərurət yoxdur.
36. Bununla belə, İddiaçı dəymiş ziyan məbləğinin 200000 manat olduğunu iddia etsə də, lakin ziyan məbləğinin hansı səbəbdən bu məbləğdə olmasını əsaslandırmamış, habelə bunu təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Odur ki, kollegiya iddiaçının tələbini (200000-43698=156302) 156302 manat ziyan məbləğinə dair hissədə əsassız saymışdır.
37. Kollegiya iş üzrə diqqətəlayiq bir xüsusatı da qeyd edir ki, qanuni qüvvəyə minmiş hökmlə iddiaçıya İddiaçı məxsus ümumilikdə 43698 manat dəyərində əşyaların Cavabdeh1 tərəfindən gizli olaraq talanıb oğurlanması və sonuncunun həmin əşyaları başqa şəxslərə (digər cavabdehlərə) satması müəyyən edilir. Başqa sözlə, mövcud vəziyyətdə həmin əşyalar Cavabdeh1 qanunsuz sahibliyində olmadığından İddiaçı həmin əşyaların naturada verilməsini deyil də, dəyərinin ona ödənilməsini tələb etməkdə haqlıdır.
38. Lakin, İddiaçı ona dəymiş ziyan məbləğinin digər cavabdehlərdən də müştərək qaydada tutulması barədə tələbi əsassızdır. Ona görə ki, əvvəla cinayət işinə baxan məhkəmənin qanuni qüvvədə hökmü ilə hazırkı iş üzrə digər cavabdehlərin müvafiq cinayət əməlini Cavabdeh1lə birgə törətdiyi müəyyən edilmir; cinayət işi üzrə müəyyən edilən hal ondan ibarət olmuşdur ki, məhz Cavabdeh1 iddiaçıya məxsus müxtəlif növ əşyaları özü ələ keçirərək gizli olaraq talayıb oğurlamışdır. İkincisi isə, məhkəmənin qanuni qüvvədə olan hökmü ilə hazırkı iş üzrə digər cavabdehlərin - Cavabdeh1 iddiaçıya məxsus qeyd edilən malları satın alan şəxs olduğu müəyyən edilir. Belə ki, hökmlə müəyyən edilmiş hallara görə Cavabdeh1 həmin əşyaları qanunsuz sahibliyinə keçirdikdən sonra malların özüna aid olduğunu bildirməklə həmin malları iş üzrə digər cavabdehlərə satmışdır.
39. Odur ki, qanuni qüvvəyə minmiş hökmlə cavabdehlərin müvafiq cinayət əməlini Cavabdeh1lə birgə törətdiyinin, habelə iddiaçıya hər hansı maddi ziyan vurmasının müəyyən edilməməsi hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır və həmin halın məhkəmə tərəfindən yenidən araşdırılmasına zərurət yoxdur. Bir daha qeyd edilir ki, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir.
40. Şərh edilənlərin yekunu olaraq kollegiyanın qənaəti bundan ibarətdir ki, iddiaçının iddiasını əsaslandırdığı faktiki hallar həmin tələbin qanuni əsası hesab edilə biləcək mülki qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır və iddia qismən (sübuta yetirilən hissədə) təmin edilməlidir.
41. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.
42. Bu kontekstdə qeyd edilir ki, hazırkı iddia üzrə tələb maddi ziyanın əvəzinin ödənilməsi barədədir və yuxarıda qeyd olunan prinsipə görə iddia tələbinin qanuni əsasını müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir. Ümumiyyətlə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
43. Kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin mülki hüquq pozuntusu (delikt) məsuliyyəti və zərərin əvəzinin ödənilməsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.
44. Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.
45. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
46. Beləliklə, Cavabdeh1 İddiaçı 43698 manat maddi ziyan vurduğu qanuni qüvvədə olan məhkəmə hökmü ilə müəyyən edildiyindən, həmin məbləğ ondan alınıb İddiaçı verilməlidir. Birinci instansiya məhkəməsi isə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və hüququn tətbiqində yanlış nəticəyə gələrək Cavabdeh1 qanunazidd hərəkətləri nəticəsində İddiaçı dəymiş ziyan məbləğini 20557 manat müəyyən etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli, Cavabdeh1 43698 manat maddi ziyan məbləği tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
47. Bundan başqa, iddia ərizəsi verilməsi üçün iddiaçı tərəfindən 500 manat dövlət rüsumu ödənilmişdir. Kollegiyanın qənaətinə görə, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi qismində 221,09 manat Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, qalan məbləğdə dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
48. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 18 mart 2025-ci il tarixli 2(125)-296/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh1 43698 (qırx üç min altı yüz doxsan səkkiz) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 221,09 (iki yüz iyirmi bir manat doqquz qəpik) manat, ümumilikdə 43919,09 (qırx üç min doqquz yüz on doqquz manat doqquz qəpik) manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.