Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1486/2025 17.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh hüquqi varisi X4 qarşı “vurulmuş maddi ziyanın və hamam tikintisinin cavabdehin öz hesabına sökülməsi” tələbinə dair mülki üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-12/2024 saylı qətnaməsindən Cavabdeh hüquqi varisi X5 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh hüquqi varisi X4 qarşı “vurulmuş maddi ziyanın və hamam tikintisinin cavabdehin öz hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun mülkiyyətində olan evə vurulmuş maddi ziyan olaraq 3500 (üç min beş yüz) manat pulun, 30 (otuz) manat dövlət rüsumunun ona ödənilməsi, cavabdehin istifadəsində olan və onun evinin arxa divarından 50 sm məsafədə yerləşən hamam binasının cavabdehin hesabına sökülərək 3 metr məsafədə kənarlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-12/2024 saylı qətnaməsi ilə (hakim Z.İmanov) iddianın qismən təmin edilməsi, Cavabdeh hüquqi varisi X2 vurulmuş maddi ziyana görə 1830 (bir min səkkiz yüz otuz) manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 1860 (bir min səkkiz yüz altmış) manatın tutularaq, İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissəsində təmin edilməməsi, məhkəmə tikinti-texniki ekspertizaları tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manatın Cavabdeh hüquqi varisi X2 tutularaq, X3 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh hüquqi varisi X5 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən həmin apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılmamışdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh hüquqi varisi X1 Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-12/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verərkən qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödəməmişdir. Cavabdeh hüquqi varisi X5 apellyasiya şikayətinin verilməsi üçün iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulan 55 manat dövlət rüsumunun 50%-i olan 27,50 manat ödəməli olduğu halda 20 manat ödəmişdir, yəni dövlət rüsumunu 7,50 manat az ödəmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən Qiymətləndirilən iddia ərizəsinin iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Göründüyü kimi Cavabdeh hüquqi varisi X5 tərəfindən dövlət rüsumu tam ödənilməmişdir. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İş materillarından göründüyü kimi, birinci instansiya məhkəməsi həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(125)-12/2024 saylı qətnaməsindən Cavabdeh hüquqi varisi X5 tərəfindən verilmiş apellyasiya şikayətini həmin şikayətin Azərbaycan Respublikası MPMin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-12/2024 saylı qətnaməsindən Cavabdeh hüquqi varisi X5 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2(104)-1486/2025 saylı mülki iş Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 363, 364, 366, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-12/2024 saylı qətnaməsindən Cavabdeh hüquqi varisi X5 tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2(104)-1486/2025 saylı mülki iş Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1486/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1486/2025
17.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver