Məhkəmə qərarları › İş №2(104)-1491/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1491/2023

02.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1491/2023 02.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Hüseynzadə Afiq Hüseyn oğlunun sədrliyi və məruzəsi, Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhraman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(076)-470/2023 saylı qərardadından iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər X1 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2020-ci il tarixli BPM**********82 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 4317.31 manat əsas və 45.21 manat faiz borc, kart kredit limiti üzrə 1351.53 manat əsas və 8.11 manat faiz borcu olmaqla, ümumilikdə 5722.16 manat kredit borcunun, ödənilmiş 72.23 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(076)-470/2023 saylı qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işin icraatına Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinin tələbinə əsasən işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməsi qərara alınmışdır. Şəmkir Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(076)-470/2023 saylı qərardadından narazı qalan iddiaçı "xxxx" ASC şikayət verərək, Şəmkir Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(076)-470/2023 saylı qərardadının ləğv olunmasını xahiş etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cavabdehlərdən Cavabdeh3 iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl vəfat etməsini əsas götürərək mülki iş üzrə icraata xitam vermişdir. Məhkəmə yalnız vəfat etmiş şəxsə münasibətdə iş üzrə icraata xitam verməli olduğu halda digər cavabdehlərə münasibətdə də icraata xitam vermişdir. Belə olan halda məhkəmə iddiaçını yenidən eyni tələblə digər cavabdehlərə qarşı eyni əsasla iddia qaldırmaq hüququndan da məhrum etmiş olur. Bu səbəbdən hesab edirlər ki, qərardad əsassızdır və yalnız ölmüş şəxsə münasibətdə iş üzrə icraata xitam verilməli idi. Məhkəmə digər cavabdehlərdən qəbul etdikləri paylarına uyğun olaraq iddia tələbini təmin edə biləcəyi halda, bir vərəsinin (cavabdehin) ölməsinə görə digər vərəsələrə (cavabdehlərə) münasibətdə də iş üzrə icraata xitam vermişdir. Şəmkir Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(076)-470/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(076)-470/2023 saylı qərardadı və həmin qərardadla bağlı 03 may 2023-cü il tarixli, 2(076)- 470/2023 saylı qərardadı qismən ləğv edilməli və iş baxılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının şikayətinin dəlillərindən görünüyü kimi iddiaçı cavabdehlərdən Cavabdeh3 münasibətdə iş üzrə icraata xitam verilməsi ilə razılaşmaqla, digər cavabdehlərə münasibətdə iş üzrə icraata xitam verilməsindən narazı qalmışdır. Buna görə də məhkəmə kollegiyası şikayət edilən qərardadın qanuniliyini və əsaslılığını digər cavabdehlər olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 münasibətdə yoxlamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehlərdən Cavabdeh3 iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl vəfat etməsini əsas gətirərək mülki iş üzrə icraata xitam vermiş, digər cavabdehlərə münasibətdə isə icraata xitam verilməsi ilə bağlı iddiaçının şikayətinin dəlillərinə 03 may 2023-cü il tarixli, 2(076)-470/2023 saylı qərardadında heç bir münasibət bildirməyərək, yalnız şikayətin əsassız olmasını qeyd edib, şikayəti təmin etməməklə, qanunsuz və əsassız qərardad qəbul etmişdir. Belə ki, birinci instasniya məhkəməsi nəzərə almamışdır ki, iddiaçının tələbi digər cavabdehlərə qarşı da yönəlməklə, həmin cavabdehlərə münasibətdə iş üzrə icraata xitam verilməsi üçün hər hansı bir əsas mövcud olmamışdır. Buna görə də Şəmkir Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(076)-470/2023 saylı qərardadı və həmin qərardadla bağlı 03 may 2023-cü il tarixli, 2(076)-470/2023 saylı qərardadı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 münasibətdə ləğv edilməli və həmin cavabdehlərə münasibətdə iş baxılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasənapellyasiya instansiyası məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 398 və 402-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəmkir Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(076)-470/2023 saylı qərardadından iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(076)-470/2023 saylı qərardadı və həmin qərardadla bağlı 03 may 2023-cü il tarixli, 2(076)-470/2023 saylı qərardadı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 münasibətdə ləğv edilsin. Mülki iş cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 münasibətdə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar