Məhkəmə qərarları › İş №2(104)-1501/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1501/2024

19.09.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1501/2024 19.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və X5 ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İsgəndərova (Bayramova) Gülnara Ramiz qızının, iddiaçıların nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh2 və onun nümayəndəsi (vəkil) X7 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-787/2024 saylı qətnaməsindən İddiaçı1, Əliyeva (Bayramova) Mehriban Ramiz qızının, Əsgərova (Bayramova) Nurlana Ramiz qızının, İsgəndərova (Bayramova) Gülnara Ramiz qızının və Cavabdeh2 verdiyi apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1, Əliyeva (Bayramova) Mehriban Ramiz qızı, Əsgərova (Bayramova) Nurlana Ramiz qızı, İsgəndərova (Bayramova) Gülnara Ramiz qızı cavavdeh Cavabdeh2 və Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı Gəncə şəhəri 5 saylı notariat ofisinin 2V-125, 2V-126 reyestr nömrəli vərəsəlik işində reyestrdə 8İ-3549 nömrə ilə və 8İ- 3550 nömrə ilə qeyd edilən xx.xx.2022-ci il tarixli ərizələrin etibarsız hesab edilməsi, Gəncə şəhər 5 saylı notariat ofisinin 2V-125, 2V-126 reyestr nömrəli vərəsəlik işində 2V- 125 nömrəli reyestrdə qeyd olunan «Qanun üzrə vərəsəlik hüququ haqqında» Şəhadətnamənin İddiaçı1 mirasdan əmlakda bərabər hissədə irsin alınması hissəsində qismən etibarsız hesab edilməsi və İddiaçı1 miras əmlakdan 7/12 hissədə payının müəyyən edilməsi, Gəncə şəhəri 5 saylı notariat ofisinin reyestrdə 3M-378 nömrə ilə qeydə edilmiş «Miras payın bağışlanması müqaviləsi»nin tamamilə etibarsız hesab edilməsi, Cavabdeh2 adına qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli **********84-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və «Hyundai Accent» markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2022-ci il tarixli Qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, Gəncə şəhəri, Mədət Əsədov küçəsi, 66-da yerləşən miras əmlaka və «Hyundai Accent» markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı1 7/12 hissədə, digər vərəsələrə münasibətdə isə 1/12 hissədə payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-787/2024 saylı qətnaməsi ilə (hakim C.Quliyev ) İddiaçı1, Əliyeva (Bayramova) Mehriban Ramiz qızının, Əsgərova (Bayramova) Nurlana Ramiz qızının, İsgəndərova (Bayramova) Gülnara Ramiz qızının «ərizələrin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilə qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, payların müəyyən edilməsi» tələbi barədə iddiasının qismən təmin edilməsi, İddiaçı1 ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsi üzərində tikilmiş 85,3 kvadrat metr fərdi yaşayış evinin ½ hissəsinə payı müəyyən olunması, ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsi üzərində tikilmiş 85,3 kvadrat metr fərdi yaşayış evinə dair hissədə «Qanun üzrə vərəsəlik hüququ haqqında» xx.xx.2022-ci il tarixli 2V-126 reyestr şəhadətnamə qismən etibarsız hesab olunması və həmin əmlaka dair daşınmaz əmlakın dövlət qeydiyyatının qismən ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsinin 5/6 hissəsinə Cavabdeh2 və 1/6 hissəsinə X6 ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsi üzərində tikilmiş və X8 miras qalmış 85,3 kvadrat metr fərdi yaşayış evinin ½ hissəsinin 5/6 hissəsinə (fərdi yaşayış evinin 5/12 hissəsi) X10 və ½ hissəsinin 1/6 hissəsinə (fərdi yaşayış evinin 1/12 hissəsi) X6 payının müəyyən edilməsi, İddiaçı1, Əliyeva (Bayramova) Mehriban Ramiz qızının, Əsgərova (Bayramova) Nurlana Ramiz qızının, İsgəndərova (Bayramova) Gülnara Ramiz qızının iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçılar İddiaçı1, Əliyeva (Bayramova) Mehriban Ramiz qızı, Əsgərova (Bayramova) Nurlana Ramiz qızı, İsgəndərova (Bayramova) Gülnara Ramiz qızı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-787/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Rüzigar Qasımov küçəsi, 2-ci döngədə yerləşən 56 nömrəli, hazırki adı ilə Gəncə şəhəri, Mədət Əsədovküçəsində yerləşən 66 nömrəli miras mülk xx.xx.2021-ci il tarixdə vəfat etmiş mərhum X11 mülkiyyətində olmuşdur. Cavabdeh2 onları aldadaraq, hər birinin paylarının alınması vədi ilə Gəncə şəhəri 5 saylı notariat ofisinə apararaq, xx.xx.2022-ci il tarixli,2V- 126 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldırmış və bağışlama müqaviləsinə əsasən öz adına xx.xx.2022-ci il tarixli, 3M-378 reyestr nömrəli miras payın bağışlama müqaviləsi ilə xx.xx.2022-ci il tarixli **********8410301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış, həmçinin xx.xx.2022-ci il tarixdə miras qalmış «Hyundai Accent» markalı, 20 CZ224 dövlət qeydiyyat nişanlı avtomobili adına qeydiyyata aldırmışdır. X14 psixi xəstə olduğu və fəaliyyət qabiliyyətsiz hesab edilərək, üzərində qəyyum təyin olunmadığı üçün 1/6 hissədə payı özündə saxlanılmışdır. X15 inandıqlarına görə bağışlama müqaviləsi bağlanan zaman notariusda onlar müqavilənin mahiyyətini bilmədən onu imzalamış və notarius tərəfindən də müqavilənin mahiyyəti izah olunmamışdır. Sonradan məlum olmuşdur ki, mülkdə payları müəyyən olunmadan, onlar paylarını Cavabdeh2 bağışlamışlar. Gəncə şəhəri 5 saylı notariat ofisindən 3M-378 reyestr nömrəli «miras payınbağışlanması müqaviləsi»ndə onların fotoşəkillərinin aşağı hissəsində əks olunmuş tarix və saatdan görünür ki, onlar müaviləni xx.xx.2022-ci il saat 16:23:00-dan 16:25:09-dək imza etmişlər. Lakin miras payları bağışlayarkən onlar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almamışlar. Həmin notariat ofisinin 2V-125, 2V-126 reyestr nömrəli işində isə onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən tarix olaraq xx.xx.2022-ci il saat 17:11 qeyd olunmuşdur. Beləliklə, onlar miras payın bağışlanması müqaviləsini imzalayarkən almadıqları miras payın bağışlanması müqaviləsində X2 qalmış miras payını Cavabdeh2 bağışlanması qeyd olunsa da, həmin müqavilədə konkret hansı mirasdan və konkret olaraq, hansı payın bağışlanması qeyd olunmamışdır. Bu halda ona dəlalət edir ki, onlar tərəfindən imza edilən sənədlərin mahiyyətini bilməmişlər, notarius isə əməliyyatların ardıcıllığını pozaraq, qanun pozuntusuna yol vermişdir. Bundan başqa, Gəncə şəhəri5 saylı notariat ofisinin 2V- 125, 2V126 reyestr nömrəli notariat işində 8İ-3549 nömrə ilə və 8İ-3550 nömrə ilə qeyd edilən ərizələrdə İddiaçı1 tərəfindən Gəncə şəhəri, Mədət Əhmədovküçəsi, 66 ünvanında yerləşən torpaq sahəsinin və onun üzərində olan fərdi yaşayış evindən və «Hyundai Accent» markalı, ** CZ *** dövlət qeydiyyatnişanlı avtomobildən ibarət miras əmlaka ½ mülkiyyət hüquq haqqındaşəhadətnamə almaq istəmədiyi qeyd olunmuşdur. Həmin ərizələri də o, mübahisələndirir və hesab edir ki, ərizələrin mahiyyəti ona izah olunmamışdır. Digər tərəfdən hansı məntiqlə o, miras qalmış əmlaklardan irs istəyir və eyni zamanda miras əmlaklardan ½ mülkiyyət hüququ haqqında şəhadətnamə almaqdan imtina edir? Hülbuki, miras qalmış əmlaklar onunla əri arasında olan birgə nikah dövründə əldə edilmiş əmlaklardır və həmin əmlaklara mütləq şəkildə onun ½ hissədə payı tanınmalı idi. Qeyd olunanlar nəticəsində onun mülkiyyət hüququ pozulmuşdur. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-787/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar eyni iddia ilə bundan öncə iddia qaldırmışdır, iddiaçıların iddiası İ instansiya məhkəməsinin qətnaməsi ilə təmin edilmişdir. Lakin onun verdiyi apellyasiya şikayəti təmin olunmuş və iddiaçıların iddiası rədd edilmişdir. İddiaçılar həmin qərardan kassasiya şikayəti vermək əvəzinə eyni məsələ üzrə yenidən məhkəmədə iddia qaldırmışdılar. Eyni tərəflər arasında eyni predmentlə bağlı məhkəmə qətnaməsi mövcud olmasına baxmayaraq, İ instansiya məhkəməsi yenidən həmin işə mahiyyəti üzrə baxmış və qətnamə qəbul etmişdir. Onun hər iki gözü görmür və ayağının biri protez olmaqla İ qrup Qarabağ əlilidir. Atası rəhmətə getdikdən sonra anası və bacıları atasından miras qalmış əmlakın onun mülkiyyətinə keçirtməsi üçün notariat ofisində öz paylarından onun xeyrinə imtina ərizələri vermişlər. Bu gün də gəlib başqa söz deyirlər. Hesab edir ki, sözügedən qətnamə tam qanunsuz və əsassızdır. İş üzrə iddiaçı X9 və cavabdeh Gəncə şəhəri 5 saylı notariat ofisinə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinə əsasən, işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçıların nümayəndəsi (vəkili) Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə, cavabdehin verdiyi apellyasiya şikayətinə etiraz edərək, şikayətin dəlillərinə uyğun mizahat verdi və onlar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin rədd edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-787/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə, cavabdehin verdiyi apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, nümayəndəsinin izahatı ilə razıdır, onların razılığı maşınla bağlı olmuş, evlə bağlı razılıqları olmamışdır. Ona görə də, onlar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin rədd edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)- 787/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçılar İddiaçı2 və İsgəndərova (Bayramova) Gülnara Ramiz qızı İddiaçı1 izahat verərək, göstərdilər ki, onlar tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edirlər, onların razılığı maşınla bağlı olmuş, evlə bağlı razılıqları olmamış, mirasın bağışlanılması müqaviləsi bağlanılarkən, onlar aldadılmışlar. Onlara imza edilən sənədin məzmunu və ərizələrin mahiyyəti izah olunmamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin rədd edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-787/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə, iddiaçının verdiyi apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, onun anası İddiaçı1, bacıları İddiaçı2, İddiaçı3 və İddiaçı4 onun atasından qalmış mirası onun adına rəsmiləşdirmişlər. Sonradan iddiaçılar kənar təsir nəticəsində ona mənfi münasibət bəsləmiş, öz iradələrinə uyğun olaraq, icra etdikləri hərəkətlərin qanuniliyini mübahisələndirmişlər. Halbuki, onun görmə qabiliyyəti ümumiyyətlə olmadığı və ayağı amputasiya olunduğu halda anasını və bacılarını aldadaraq, notariusa aparması mümkün deyildir. Onun hazırki vəziyyətində nəinki kimisə aldatması məntiqli və real deyildir. Ona görə də, onun tərəfindən verilmiş apellyasiya şikayətinin təmin, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin rədd edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-787/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 nümayəndəsi (vəkil) X20 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə, iddiaçının verdiyi apellyasiya şikayətinə etiraz edərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-787/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri və vəkilləri dinləyərək, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-787/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: AZ seriyalı 203020 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X23 və X12 arasında olan nikah xx.xx.1970-ci ildə Gəncə şəhər qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 902 nömrəsi ilə qeydə alınmışdır. AZ-İİ seriyalı 213115 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X23 xx.xx.2021-ci ildə ölmüşdür. xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X11 vərəsələri onun arvadı – İddiaçı1, övladları – Əsgərova (Bayramova) Nurlana Ramiz qızından, İsgəndərova (Bayramova) GülnaraRamiz qızından, X3, Əliyeva (Bayramova) Mehriban Ramiz qızından, Cavabdeh2 ibarətdir. Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsinin 3 saylı ərazi idarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Kirovabad şəhər 1 saylı DNK-nun xx.xx.1970-ci il tarixli, 4-498 reyestr nömrəli «Daşınmaz əmlakın alqısatqısı müqaviləsi»nə əsasən əmlak X26 tərəfindən X16 və X1. Nizami Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin «R.Zorqe küçəsi, 2-ci döngə, 56 nömrəli ünvanda yerləşən mülkdəki qeyriqanuni tikililərin qanunlaşması haqqında» xx.xx.1991-ci il tarixli, 4 nömrəli qərarında R.Zorqe küçəsi, 2-ci döngə, 56 nömrəli ünvanda yerləşən əmlak Cavabdeh2 Qaffar oğlunun və X17 istifadəsində saxlanılmış və yeni hüquqmüəyyənedici sənədlərlə təmin olunmaları qeyd olunmuşdur. Gəncə şəhəri 1 saylı DNK-nun xx.xx.1991-ci il tarixli, 2- 827079 reyestr nömrəli «Bölgü» müqaviləsinə əsasən Zorqe küçəsi, 2-ci döngə, ev 56 ünvanında yerləşən əmlak X23 və X24 arasında bölünmüşdür. ünvan 3 ünvanında yerləşən 56 nömrəli fərdi yaşayış evinə dair X11 adına Qeydiyyat vəsiqəsi və «Fərdi yaşayış fonduna daxil olan yaşayış evi»nin texniki pasportu tərtib edilmişdir. Gəncə şəhəri, Mədət Əhmədov küçəsində yerləşən 66 saylı saylı (Yeni qaydalarla: AZ2001, Gəncə şəhəri, Mədət Əhmədov küçəsi, ev 66) fərdi yaşayış evinə dair X11 adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********84-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 5 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 3M-378 reyestr nömrəli «Miras payın bağışlanması müqaviləsi»nə İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 miras qoyan X8 qalmış paylarını Cavabdeh2 bağışlamışlar. Gəncə şəhəri 5 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2V-126 reyestr nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında» Şəhadətnaməsinə əsasən X11 vərəsələri X22 və Cavabdeh2 miras əmlakdan pay almışlar. Gəncə şəhəri, Mədət Əhmədov küçəsində yerləşən 66 saylı fərdi yaşayış evinə dair X13 adına paylı mülkiyyət hüququ olmaqla, Cavabdeh2 (5/6 hissə) və X6 (1/6 hissə) adlarına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********84-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Nizami Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarından görünür ki, R.Zorge küçəsi, 2-ci döngə, 56 nömrəli ünvanda yerləşən mülk X11 və X18 adına olmaqla, əsası notariusun xx.xx.1970-ci il tarixli 4-498 nömrəli alqı-satqı müqaviləsidir. Mülkün ümumi təmir sahəsi 1.499 kvadrat metrdir. Həmin mülkün qanuni hissəsi sökülmüşdür. 1971-81-ci il tarixdə müvafiq icazə sənədi olmadan sahəsi liter «A»da 24,2 kvadrat metr və 29,4 kvadrat metr yaşayış otaqları, 16,8 kvadrat metr və 15,5 kvadrat metr örtülü eyvan, liter «B»-də 20,6 kvadrat metr yaşayış otağı, 3,4 kvadrat metr anbar, 22,4 kvadrat metr örtülü eyvan, 4,8 kvadrat metr tambur, liter «V»-də 13 kvadrat metr hamam, liter «D»- də 21,6 kvadrat metr əl damı, liter «Q»-də 7,6 kvadrat metr hamam tikilmişdir. Həmin tikililərin istifadədə saxlanılması və yeni hüquqmüəyyənedici sənədlərlə təmin edilməsi qərar alınmışdır X23 və X24 arasında bağlanmış 29 dekabr 1991-ci il tarixli müqavilədən görünür ki, Bayramov RamizQaffar oğlu və X4 şəhəri, Zorge küçəsi, dalan 2-də yerləşən 56 nömrəli fərdi yaşayış evinin öz aralarında bölünməsi barədə razılıq əldə etmişlər. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0,0603 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 85,3 kvadrat metr sahəsi olan fərdi yaşayış evinə (reyestr nömrəsi **********84-10301) X11 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İddiaçı1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 8İ-3550 reyestr nömrəli ərizədən görünür ki, həmin ərizədə İddiaçı1 mərhum əri R.Q.Bayramovdan miras qalmış ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 85,3 kvadrat metr ölçüdə fərdi yaşayış evinə ½ hissədə şəhadətnamə almaq istəmədiyini bildirmiş və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İddiaçı4, X14, İddiaçı2, İddiaçı3 və Cavabdeh2 tərəfindən verilmiş ərizələrdən görünür ki, İddiaçı4, X14, İddiaçı2, İddiaçı3 və Cavabdeh2 X8 miras qalmış ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 85,3 kvadrat metr ölçüdə fərdi yaşayış evinə, «Hyundai Accent» markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər xx.xx.2022-ci il tarixli miras payın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 ilə Cavabdeh2 arasında bağlanmış bağışlama müqaviləsinə əsasən **********84- 10301 reyestr nömrəli daşınmaz əmlakda miras payı İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 tərəfindən Cavabdeh2 bağışlanmışdır. xx.xx.2022-ci il tarixli 2V-126 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X8 miras qalmış ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 85,3 kvadrat metr ölçüdə fərdi yaşayış evinə Cavabdeh2 5/6 hissədə, X6 1/6 hissədə payları müəyyən edilmişdir «Hyundai Accent» markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin və sonrakı qeydiyyat hərəkətləri barədə komputer çıxarışından görünür ki, X11 «Hyundai Accent» markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, həmin ərizədə İddiaçı1 mərhum əri R.Q.Bayramovdan miras qalmış «Hyundai Accent» markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə ½ hissədə mülkiyyət hüququ haqqında şəhadətnamə almaq istəmədiyini bildirmiş və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli 2V-125 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, R.Q.Bayramovdan miras qalmış «Hyundai Accent» markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə İddiaçı4, X6, Cavabdeh2, İddiaçı1, İddiaçı3 və İddiaçı2 hər birinin bərabər hissədə payları müəyyən edilmişdir. İddiaçı4, İddiaçı3, İddiaçı2, İddiaçı1 və X14 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizələrdən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X8 miras qalmış «Hyundai Accent» markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə qeydiyyat şəhadətnaməsinin Cavabdeh2 adına verilməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X40 İdarəsindən xahiş edilmişdir. Baş X40 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-16-3/2- 2831/1024 nömrəli arayışından görünür ki, «Hyundai Accent» markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə Cavabdeh1 vərəsəlik şəhadətnaməsinə əsasən (reys 2V-125) Cavabdeh2 adına qeydiyyata alınmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)- 1345/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh2 qarşı Cavabdeh2 adına qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli, 3M-378 reyestr nömrəli miras payın bağışlama müqaviləsi ilə xx.xx.2022-ci il tarixli **********84-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və miras qalmış «Hyundai Accent» markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin Gəncə Şəhər Baş X41 İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sənədlərinin etibarsız hesab edilib ləğv edilməsi və əmlakların əvvəlki vəziyyətə qaytarılıb, miras paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin mülki işə məhkəmədə baxılarkən İddiaçı1 izahatında oğlu Ramizin mirası qəbul etdikdən sonra onlara paylarını ona bağışlamaqlarını dediyini və bağışlanacaq payların əvəzində pul verəcəyini vəd etdiyini, lakin Cavabdeh2 bağışlamadan sonra pul ödəməkdən yayındığını göstərmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-1345/2023 nömrəli qətnaməsi ilə Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixli 3M-378 reyestr nömrə ilə təsdiq edilmiş miras payın bağışlanması müqaviləsi etibarsız hesab edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********84-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və Azərbaycan Respublikası DİN BDYPİ Gəncə RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, BD303019 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi Cavabdeh2 münasibətdə ləğv olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)- 1783/2023 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 1345/2023 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində, yəni Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixli, 3M-378 reyestr nömrə ilə təsdiq edilmiş miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********84-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və Azərbaycan Respublikası DİNBDYPİ Gəncə RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, BD303019 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin Cavabdeh2 münasibətdə ləğv olunması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, X23 xx.xx.1970-ci ildə əvvəlki adı ilə ünvan 6 nömrəli (hazırki adı ilə ünvan 4 ünvanda yerləşən 0,0603 hektar torpaq sahəsini əldə etmiş, xx.xx.1970-ci ildə İddiaçı1 ilə nikaha girmişdir. 1971-ci ildən 1981- ci il tarixədək Gəncə şəhəri, Mədət Əsədov küçəsində yerləşən 66 nömrəli ünvanda yerləşən 0,0603 hektar torpaq sahəsində müvafiq icazə olmadan R.Q.Bayramov tərəfindən tikinti işləri aparılmış, Nizami Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarı ilə həmin tikililərin istifadədə saxlanılması və yeni hüquqmüəyyənedici sənədlərlə təmin edilməsi qərara alınmışdır. Həmçinin R.Q.Bayramov xx.xx.2021-ci il tarixdə «Hyundai Accent» markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə mülkiyyət hüququ əldə etmişdir. Göründüyü kimi, X23 tərəfindən 0,0603 hektar torpaq sahəsi İddiaçı1 ilə nikaha qədər, həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evini və «Hyundai Accent» markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobili isə, birgə nikah müddətində birgə gəlirləri hesabına əldə etmişdir. Ona görə də, ünvan 6 ünvanında (hazırki adı ilə ünvan 7 sahəsi Ramiz Bayramovun mülkiyyəti, həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evi və «Hyundai Accent» markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobili isə onunla İddiaçı1 birgə mülkiyyətidir. Ona görə də, miras əmlakın kütləsinə ünvan 6 ünvanında (hazırki adı ilə ünvan 7 sahəsi və həmin torpaq sahəsində inşa edilmiş torpaq sahəsinin və «Hyundai Accent» markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsi daxildir. X36 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və onun birinci növbə vərəsələri: arvadı-İddiaçı1, övladları-Əsgərova (Bayramova) Nurlana Ramiz qızından, İsgəndərova (Bayramova) Gülnara Ramiz qızından, X3, Əliyeva (Bayramova) Mehriban Ramiz qızından, Cavabdeh2 ibarətdir. İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, İddiaçı1 xx.xx.2022-ci il tarixli 8İ- 3550 reyestr nömrəli ərizəsi ilə, mərhum əri Ramiz Bayramovdan miras qalmış ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 85,3 kvadrat metr ölçüdə fərdi yaşayış evinə ½ hissədə şəhadətnamə almaq istəmədiyini bildirmiş və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, digər iddiaçılar İddiaçı4, X14, İddiaçı2, İddiaçı3 və Cavabdeh2 ərizələri ilə, X8 miras qalmış ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 85,3 kvadrat metr ölçüdə fərdi yaşayış evinə, «Hyundai Accent» markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. xx.xx.2022-ci il tarixli 2V-125 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə, Ramiz Bayramovdan miras qalmış «Hyundai Accent» markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə İddiaçı4, X6, Cavabdeh2, İddiaçı1, İddiaçı3 və İddiaçı2 hər birinin bərabər hissədə payları müəyyən edilmişdir. İddiaçı4, İddiaçı3, İddiaçı2, İddiaçı1 və X14 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizələri ilə, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X8 miras qalmış «Hyundai Accent» markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə qeydiyyat şəhadətnaməsinin Cavabdeh2 adına verilməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X40 İdarəsindən xahiş edilmişdir. Həmçinin xx.xx.2022-ci il tarixli miras payın Cavabdeh2 bağışlanması müqaviləsi ilə, İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 daşınmaz əmlakda miras paylarını Cavabdeh2 bağışlanmışlar. Bundan sonra, xx.xx.2022-ci il tarixli 2V-126 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə, X8 miras qalmış ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 85,3 kvadrat metr ölçüdə fərdi yaşayış evinə Cavabdeh2 5/6 hissədə, X6 1/6 hissədə payları müəyyən edilmiş, «Hyundai Accent» markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə, xx.xx.2021-ci il tarixdə Cavabdeh2 qeydiyyata alınmışdır. İddiaçı1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, həmin ərizədə İddiaçı1 mərhum əri R.Q.Bayramovdan miras qalmış «Hyundai Accent» markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə ½ hissədə mülkiyyət hüququ haqqında şəhadətnamə almaq istəmədiyini bildirmiş və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli 2V-125 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, R.Q.Bayramovdan miras qalmış «Hyundai Accent» markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə İddiaçı4, X6, Cavabdeh2, İddiaçı1, İddiaçı3 və İddiaçı2 hər birinin bərabər hissədə payları müəyyən edilmişdir. İddiaçı4, İddiaçı3, İddiaçı2, İddiaçı1 və X14 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizələrdən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X8 miras qalmış «Hyundai Accent» markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə qeydiyyat şəhadətnaməsinin Cavabdeh2 adına verilməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X40 İdarəsindən xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə görə, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1162-ci maddəsinə görə, sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 1255-ci maddəsinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1260-ci maddəsinə görə, vərəsə mirasın qalan hissəsinə baxmayaraq, birləşdirilmə hüququ ilə ona mənsub olan miras hissəsindən imtina edə bilər. 1261-ci maddəsinə görə, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər... 1292.1. Hər bir miras şəriki öz miras payına dair sərəncam verə bilər. Miras şəriklərindən birinin öz payına dair sərəncam verməsi barədə müqavilə notarius tərəfindən təsdiqlənməlidir. 666.1 və 666.2-ci maddələrinə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq, ünvan 1 ünvanında yerləşən 0,0603 torpaq sahəsində yerləşən 85,3 kvadrat metr ölçüdə fərdi yaşayış evi üzərində İddiaçı1 mülkiyyət payı olmasını nəzərə alaraq, həmin paya mütanasib olaraq, «Qanun üzrə vərəsəlik hüququ haqqında» xx.xx.2022-ci il tarixli 2V-126 reyestr şəhadətnaməni həmin hissədə qismən etibarsız hesab etmiş və həmin hissədə daşınmaz əmlakın dövlət qeydiyyatını qismən ləğv etmişdir. Məhkəmə kollegiyası ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsi üzərində tikilmiş 85,3 kvadrat metr fərdi yaşayış evinin digər ½ hissəsinin, ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsinin və «Hyundai Accent» markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin Ramiz .Bayramovdan miras əmlakı kimi qalmasını nəzərə alaraq, aşağıdakılarə qeyd edir. İş materallarından göründüyü kimi, iddiaçılar İddiaçı4, X14, İddiaçı2, İddiaçı3 və Cavabdeh2 X8 miras qalmış ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 85,3 kvadrat metr ölçüdə fərdi yaşayış evinə, «Hyundai Accent» markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş və xx.xx.2022-ci il tarixli miras payın bağışlanması müqaviləsi ilə, İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 daşınmaz əmlakda miras payılarını Cavabdeh2 bağışlanmışlar. Bundan sonra, xx.xx.2022-ci il tarixli 2V-126 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə, X8 miras qalmış ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 85,3 kvadrat metr ölçüdə fərdi yaşayış evinə Cavabdeh2 5/6 hissədə, X6 1/6 hissədə payları müəyyən edilmişdir. İddiaçı tərəfin apellyasiya dəlillərində «miras payın bağışlanması müqaviləsi»nin xx.xx.2022-ci il tarixdə 16:25-də imzalandığı halda, vərəsəlik hüququ haqqında şəhadətnamənin xx.xx.2022-ci il tarixdə saat 17:11-də verildiyini, həmçinin xx.xx.2022-ci il tarixdə bağlanmış «miras payın bağışlanması müqaviləsi»nin aldatma nəticəsində bağlandığını bildirmişlər. Məhkəmə kollegiyası iddiaçı tərəfin həmin dəlilləri əsassız sayaraq, qeyd edir ki, vərəsələrin əmlak barəsində qabacaqcadan sərəncamları qanunauyğun və iradə iafdələrinə uyğun olmuşdur. Belə ki, MPM-nin 86.2-ci maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-1783/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan miras paylara dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Müqavilə tərəflərinin iradə ifadəsinə uyğun bağlanmış və hər birini müqavilə azadlığı prinsipinə uyğun olaraq, öz iradə ifadələrini ifadə etmişlər. Müqavilə rəsmiləşdirilən zaman tərəflər əvvəlcədən aparmış olduqları bütün əməliyyatların hüquqi nəticəsini və mülki hüquqi əsaslarını bilirdilər. olmuşdur. Buna görə də «qanun üzrə vərəsəlik hüququ haqqında» xx.xx.2022-ci il tarixli 2V-126 reyestr şəhadətnamənin tərtib edildiyi tarix xx.xx.2022-ci il tarixli «miras payın bağışlanması müqaviləsi»nin etibarsız hesab olunmasına əsas deyildir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023- cü il tarixli 2(104)-1783/2023 nömrəli qətnaməsi ilə xx.xx.2022-ci il tarixli «miras payın bağışlanması müqaviləsi»nin onu bağlayan tərəflərin iradəsinə uyğun olduğu müəyyən edildiyinə görə həmin halın mübahisələndirilməsinə əsas, habelə yenidən sübut edilməsinə və araşdırılmasına zərurət yoxdur. Bununla belə, məhkəmə kollegiyası onu da qeyd edir ki, Gəncə Şəhər Məhkəməsinin icraatında olmuş 2(125)- 1245/2023 nömrəli mülki işə məhkəmədə baxılarkən, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 öz izahatlarında Cavabdeh2 ona bağışlanacaq miras əmlakın əvəzində həmin şəxslərə pul ödəyəcəyini vəd etdiyini və sonradan həmin vədinə əməl etmədiyini bildirsələr də, hazırki iddia tələbinin əsaslarından biri kimi Cavabdeh2 başqa sənədi imzalamaq adı ilə onları aldadaraq, miras payın bağışlanması müqaviləsinə imza etdirdiyini, yaxud xx.xx.2022-ci il tarixli «miras payın bağışlanması müqaviləsi»nin mətnindən xəbərdar olmamalarını göstərmişlər. Qeyd olunan xüsusatlar isə iddia tələbinin əsası kimi istinad edilən aldadılmaya, yaxud iradənin zədələnməsinə xarakterik halların ağlabatan və inandırıcı olmamasına dəlalət edir. Məhkəmə kollegiyası miras qalmış «Hyundai Accent» markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş «Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında» Əsasnamənin 4.7-ci bəndinin 6-cı hissəsində göstərilmişdir ki, əgər bağışlama müqaviləsində, yaxud vərəsəlik hüququ şəhadətnaməsində bir neçə şəxs göstərilmişdirsə, bağışlanmış, yaxud vərəsəliyə görə alınmış nəqliyyat vasitəsi mülkiyyətçilərin hamısının yazılı razılığı ilə onlardan birinin adına qeydə alınır İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş «Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında» Əsasnaməyə uyğun olaraq, digər vərəslərin ərizəsi əsasında «Hyundai Accent» markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 adına qeydə alınmış və həmin ərizələr onu vermiş şəxslərin iradələrinə uyğun olmuşdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, «Hyundai Accent» markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2022-ci il tarixli qeydiyyat şəhadətnaməsinin ləğvinə əsaslar yoxdur və birinci instansiya məhkəməsi düzgün olaraq iddianı bu hissədə təmin edilməmişdir. Cavabdeh2 eyni tərəflər arasında eyni predmentlə bağlı məhkəmə qətnaməsi mövcud olmasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə isə, məhkəmə kollegiyası qeyd edir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)- 1783/2023 nömrəli qətnaməsi ilə baxılan iş üzrə iddia tələbi miras ev və minik avtomobil üzrə bağışlama müqaviləsinin ləğvi barədə, hazırkı iş üzrə iddia tələbi isə əqdin etibarsızlığı ilə bağlı olmuşdur.Ona görə də, cavabdehin həmin dəlili əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticəsi qanuni olmuş, mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə hüquqi əsaslar vermir. Ona görə də, apellyasiya şikayətinə təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(125)-787/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-386, 392-393 və 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-787/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar