Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1502/2024 18.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, iddiаçı İddiaçı nümayəndəsi X4, Cavabdeh nümayəndəsi X1 və vəkili Vəkil iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı «yolun açılması» tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-120/2023 saylı qərardadından Cavabdeh nümayəndəsi X2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıqq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayonu, Mollalı kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə 6 metr enində, 60 metr uzunluğunda zəbt edilmiş gediş-gəliş yolunun açılmasına və Cavabdeh qanunsuz hərkətlərinə qadağa qoyulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bərdə Rаyоn Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(021)-120/2023 nömrəli məhkəmə qətnaməsi ilə (hakim F.Babaşov) iddianın qismən təmin edilməsi, gediş-gəliş yolunun açılmalı olan en və uzunluğu həddində cavabdeh tərəfindən tikilmiş su çəni və köməkçi tikililər, habelə metal torun cavabdehin hesabına sökülərək iddiаçı İddiaçı məxsus Bərdə rayonu, Mollalı kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gedən zəbt edilmiş gediş-gəliş yolu bir avtomobilin keçməsi üçün kifayət hesab edilən 2 metr enində və 60 metr uzunluğunda açılması və Cavabdeh qanunsuz hərkətlərinə qadağa qoyulması, ödənilmiş dövlət rüsumunun 50 manatı Cavabdeh iddiaçının xeyrinə tutulması, geri qalan 50 manat hissə isə iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş qətnamədən Cavabdeh apellyasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə verərək ötürülmüş müddətin bərpa edilməsi və apellyasiya şikayətinin iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bərdə Rаyоn Məhkəməsinin 11 sentyabr 2023cü il tarixli, 2(021)-120/2023 nömrəli məhkəmə qətnaməsi onlara vaxtında təhvil verilməmişdir. O, ağır xəstəlik keçirdiyi üçün apellyasiya şikayətini vaxtında verə bilməmişdir Ona görə də, buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2(021)-120/2023 nömrəli qərardadından görünür ki, Bərdə Rаyоn Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(021)-120/2023 nömrəli məhkəmə qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prоsessuаl müddət bərpа edilməmişdir. Bərdə Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2(021)-120/2023 nömrəli qərardadından narazı qalan cavabdehin nümayəndəsi X2 şikayət verərək, şikayətini onunla əsaslandırmışdır ki, qətnamə onlara 2024-cü ilin yanvar ayının axırında həyət evinin qapısına atılaraq çatdılırmışdır. Atası savadsız bir şəxs kimi məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixdə həmin qətnamədən müddətin bərpasını xahiş etmişdir. O, atasını həmin məhkəmədə təmsil etmişdir. Lakin hakim F.Babaşov onları dinləməmiş, hətta məhkəmə iclasının audioyazısını aparmamışdır. Ona müddətin bərpasının hansı səbəbdən xahiş etmələrini ifadə etməyə imkan verməmişdir. Halbuki şikayətə əlavə olunmuş məhkəmə qəbzindən göründüyü kimi o, qətnaməni xx.xx.2024-cü il tarixdə götürdüyü subut olunur. Hakim onu dinləsəydi qətnaməni rəsmi qaydada almadıqlarını (poçtda olan imzaları yoxlamaqla) müəyyənləşdirərdi. Odur ki, hesab edir ki, qərardad çıxarılarkən bir sıra maddi və prossesual normalar pozulmuşdur. Atası Cavabdeh Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-120/2024 saylı məhkəmə qətnaməsindən versiyi apellyasiya şikayəti üzrə müddət üzürlü səbəbdən bərpa olunmalıdır. Bərdə Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2(021)-120/2023 nömrəli qərardadı ilə Bərdə rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2(021)-120/2023 nömrəli qərardadından Cavabdeh nümayəndəsi X2 tərəfindən verilmiş şikаyət təmin edilməmiş və şikayətə baxılması üçün iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 şikayətin dəlillərinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili Vəkil izahat verib bildirmişdir ki, cavabdehin Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsini rəsmi alması il bağlı sübut yoxdur. Belə ki, qətnamə cavabdehə rəsmi qaydada təqdim edilməmişdir. Cavabdehin yaşadığı kənddə poçtalyon zərfi qapıya atıb getmişdir. Cavabdehin qətnamədən yalnız qətnamənin icrası zamanı məlumatı olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı nümayəndəsi X6 şikayətin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflrin izahatını, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şikayətin dəlilində cavabdehin nümayəndəsi qətnamənin onlara rəsmi qaydada verilmədiyini, qətnamədən yalnız qətnamənin icrası zamanı məlumatı olduqlarını bildirmişdir ki, kollegiya cavabdehin qeyd olunan dəlilini əsassız hesab etmişdir. Belə ki, cavabdehin nümayəndəsi şikayətində qətnamə onlara 2024-cü ilin yanvar ayının axırında həyət evinin qapısına atılaraq çatdıldığını qeyd etmişdir. Kollegiya hesab edir ki, cavabdehin qətnamənin ona rəsmi qaydada çatdırılmamasına dair arqumenti qəbul edilmiş olsa belə, cavabdehin özününü etiraf etdiyi kimi qətnamə onlara 2024-cü ilin yanvar ayının axırında çatdırıldığını nəzərə alındığı halda da, cavabdeh 29 mart 2024-cü il tarixdə məhkəməyə müraciət edərkən artıq müddəti ötürmüşdür. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin müddətin ötürülməsi barədə dəlilini əsassız hesab etmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 130, 133 və 398-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-120/2023 saylı qərardadından Cavabdeh nümayəndəsi X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-120/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1502/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1502/2024
18.07.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver