Məhkəmə qərarları › İş №2(104)-1503/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1503/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1503/2024 25.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı Çilingir oğlunun Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində vətəndaşa dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(021)-149/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Gəncə Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq Müəyyən etdi: İddiaçı Çilingir oğlu iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh onun xeyrinə yararsız vəziyyətə düşmüş əmlakın dəyəri olan cəmi 14475 manat pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, AR DİN BDYP idərısinin BD117193 nömrəli 24 avqust 2021-ci il tarixli texniki pasporta əsasən G4FC9H290795 nömrəli, mühərrik KNAFV411BA5122988 nömrəli kuza ** GN *** dövlət nömrə nişanlı “Kia Ceratto” markalı avtomaşın ona məxsusdur. 18 dekabr 2022 ci il tarixdə 00.01 radələrində Cavabdeh idarə etdiyi Chevrolet Cruze markalı ** LN *** dövlət qeydiyyat nömrəli avtomobillə Bakı şəhəri Nəsimi rayonu Abdulvahab Salmanzadə küçəsində Salamadil tunelinin Qəbələ dairəsi çıxışına tərəf hərəkətdə olan vaxtı həmin tuneldə sağ zolaqda dayandığı zaman yol hərəkət qaydalarını pozaraq ona məxsus olan “Kia Ceratto” markalı avtomobilinə çırpılmış və nəticədə avtomobilinə ziyan dəymiş, həmçinin özü yüngül xəsarət almışdır. Göstərilən nəqliyyat hadisəsi Chevrolet Cruze markalı ** LN *** dövlət nömrə nişanlı avtomaşının sahibi Cavabdeh AR İXM-nin 327.8 maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətanı törətməsi nəticəsində baş vermişdir. Qeyd olunan inzibati xəta ilə yol-nəqliyyat hadisəsi arasında əlaqənin olması yol-hərəkət hadisəsinin iştirakçılarının izahatları YNH-nin sxemi və digər səndələlə təsdiq olunur. Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərfindən tanınmışdır. Cavabdeh inzibati xəta haqqında iş üzrə inzibati tənbeh edilməsinə dair 22 fevral 2022-ci il tarixli qərar qanuni qüvvəyə minmişdir. Xalq Sığorta ASC-nin sifarişi ilə “Autobox automobile services” tərəfindən tərtib edilmiş və iddia ərizəsinə əlavə edilmiş 27 dekabr 2021-ci il tarixli 4282 saylı qiymətləndirmə aktına əsasən avtoqəza nəticəsində ona məxsus ola “Kia Ceratto“ marakl ** GN *** dövlət nömrə nişanlı avtomobilinə ümumilikdə 14 475 (on dörd min dörd yüz yetmiş beş manat) məbləğində ziyan dəymişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(021)-149/2023 saylı qətnaməsi ilə (hakim E.Əhmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh 9800 (doqquz min səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumunun 118 manat hissəsinin alınıb İddiaçı Çilingir oğluna verilməsi, Cavabdeh 60 manat ekspertiza xərcinin tutularaq X1 (Kod 21005, BÖEN **********, müxbir hesabı AZ41NABZ **********0********) hesabına ödənilməsi, iş üzrə ödənilmiş 134 manat dövlət rüsumunun 16 manat hissəsinin iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(021)-149/2023 saylı qətnaməsinin apellyasiya icraatı qaydasında ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Lakin həmin apellyasiya şikayəti verilərkən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələbinə riayət olunmamış, yəni cavabdehin ünvanı göstərilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.1 və 361.1.2-ci maddələrinə əsasən apellyasiya şikayətində digər məlumatlarla yanaşı şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti də göstərilməlidir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Cavabdeh apellyasiya şikayətində yaşayış ünvanını göstərmədiyinə görə, həmçinin birinci instansiya məhkəməsi iddia ərizəsində göstərilən ünvana məhkəmə bildirişləri göndərsə də, həmin ünvan düzgün olmadığından məhkəmə kollegiyası hesab edir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(021)-149/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Beləliklə, Azərbaycan Respublikası MPM-in 69.2, 366-368, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(021)-149/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar