Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-1508/2025 30.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Həsənov Islam Telman oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi, Iddiaçı İddiaçı oğlunun etibarnamə üzrə nümayəndəsi (vəkil) vəkil2, cavabdehlər cavabdeh1 və cavabdeh2 nümayəndələri (vəkil) Nümayəndə və vəkil1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “pul” tələbinə dair iş üzrə Şəmkir Rayon Məhkəməsinin ## ##### 2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdehlər cavabdeh1 və cavabdeh2 nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
2. ##.##.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı cavabdeh1 və cavabdeh2 16.900.000 (on altı milyon doqquz yüz min) rus rublu məbləğində pul borc vermiş və borclular həmin pulun ##.##.2020-ci il tarixədək qaytarılmasını öhdəsinə götürmüşlər.
3. Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikası vətəndaşı cavabdeh2 Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatdadır.
4. Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikası vətəndaşı cavabdeh1 Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatdadır.
5. Rusiya FMX Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Idarəsinin Vıborq rayonunda yerləşən ** saylı ƏB tərəfindən verilmiş ##.##.2013-cü il tarixli ********** saylı pasportun surətindən görünür ki, ##.##.1982-ci ildə Azərbaycan Respublikası Şəmkir rayonu, Şiştəpə kəndində doğulmuş Rusiya Federasiyası vətəndaşı cavabdeh2 Sankt-Peterburq şəhəri, Kosmonavtlar prospekti ev 63, korpus 1, mənzil 435 ünvanında qeydiyyatdadır.
6. Rusiya FMX Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Idarəsinin Vıborq rayonunda yerləşən ** saylı ƏB tərəfindən verilmiş ##.##.2014-cü il tarixli ********** saylı pasportun surətindən görünür ki, ##.##.1983-cü ildə Azərbaycan Respublikası Şəmkir rayonu, Şiştəpə kəndində doğulmuş Rusiya Federasiyası vətəndaşı X1-Peterburq şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli */** nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş ##.##.2020-ci il tarixli müqavilədə və ##.##.2019-cu il tarixli qəbzdə olan “X2” və “cavabdeh2” adlarının qarşılarındakı imzalar hər hansı texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edilmişdirlər. rəyin 1-ci bəndində göstərilənlərə əsasən ##.##.2020-ci il tarixli müqavilədə və ##.##.2019-cu il tarixli qəbzdə olan “X2” və “cavabdeh2” adlarının qarşılarındakı imzalarda təkrar xəttçəkmə və hər hansı bir texniki vasitələrlə icra etmə əlamətləri müəyyən edilməmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli */*** nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 35-ci vərəqində olan ##.##.2020-ci il tarixli müqavilədə (Договор беспроцентного займа) “Заемщики” qrafasındakı “Абдуллаев Р.Р.” və “Абдуллаев Рафиз Рамиз оглы” yazıları və “Абдуллаев Р.Р.” yazıları qarşısındakı imza, mülki işin 39-cu vərəqində olan ##.##.2019-cu il tarixli qəbzdə “Расписка заемщиков о получении денег (суммы займа)” “Заемщики” qrafasındakı “Абдуллаев Рафиз Рамиз оглы” yazıları və qarşısındakı imza – eyni şəxs, cavabdeh1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 35-ci vərəqində olan ##.##.2020-ci il tarixli müqavilədə (Договор беспроцентного займа) “Аббасов Разил Рамиз оглы” yazıları və qarşısındakı imza və mülki işin 39-cu vərəqində olan ##.##.2019-cu il tarixli qəbzdə “Расписка заемщиков о получении денег (суммы займа)” “Заемщики” qrafasındakı “Аббасов Разил Рамиз оглы” yazıları və qarşısındakı imza – eyni şəxs, cavabdeh2 tərəfindən icra olunmuşdur.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, uzun müddət tanıdığı, Şəmkir rayonu, Şiştəpə kənd sakinləri - cavabdeh1 və cavabdeh2 2019-cu ilin mart ayında onu işlədikləri ofisə çağıraraq, yaxşı gəlirli iş gördüklərini bildirmişlər. Lakin bunun üçün kifayət qədər pullarının olmadığını səbəb gətirərək ondan borc pul istəmişlər. Borc olaraq istədikləri kifayət qədər pul onda olmadığından yaxın dostlara deyəcəyini, əlindən gələn köməyi etməyə çalışacağını bildirmiş, eyni zamanda cavabdehlər ona vəd vermişlər ki, onlara borc olaraq lazım olan pulu 45 (qırx beş) gün ərzində qaytaracaqlar. 2019-cu ilin aprel ayının əvvəlində o, yaxın tanışlarından 16.900.000 (on altı milyon doqquz yüz min) Rus rublu məbləğində pulu hissələrlə cavabdehlərə borc olaraq vermişdir. Əlavə olaraq cavabdehlər bildirmişlər ki, narahat olmaq üçün heç bir səbəb yoxdur, cavabdehlər pulu Bakı şəhərinə, ataları Ramiz Abdullayevə göndərirlər, həmin pulla Bakı şəhərində bina tikilir, ataları Ramiz Abdullayev isə tikinti işlərinə rəhbərlik və nəzarət edir. Cavabdehlərə borc pul verildikdən sonra onlar tərəfindən ##.##.2019-cu il tarixli "borc pulun alınmasına dair iltizam" imzalandı, cavabdeh1 və cavabdeh2 borc pulu ##.##.2020-ci il tarixədək geri qaytarmaq öhdəliyini üzərilərinə götürmüşdür. Lakin cavabdehlər 1 (bir) ilə yaxın müddət keçməsinə baxmayaraq borc puldan heç bir ödəniş etməmişlər. Bu hal onu narahat etdiyindən, cavabdehlərə verilmiş borc pulu vermiş tanışlar da öz pullarını ondan tələb etdiyindən cavabadehlərlə dəfələrlə əlaqə saxlamış, lakin cavabdehlər hər ay onlara edilən zənglərə cavab verilməmişlər. Telefonuna cavab verdikdə isə başlarının işə qarışıq olduğu bəhanə gətirərək yenə də narahatlığa heç bir əsasın olmadığına inandırmağa çalışmışlar. O, narahatlığının əsaslı olduğunu, borc sahiblərinin ondan pullarını tələb etdiklərini, bu səbəbdən həm o, həm də xəstə olan həyat yoldaşı stress və əsəb keçirmişdir. Bundan sonra cavabdehlərdən aralarında olan borc münasibətlərinin rəsmiləşdirilməsini xahiş etmişdir. Nəticə etibarilə cavabdehlərə verilən borc pul ##.##.2020-ci il tarixli "borc müqaviləsi" ilə rəsmiləşdirilmişdir Lakin cavabdeh onlara olan borcu qaytarmamışdır. Ona görə də bu barədə məhkəmədə iddia qaldırmalı olmuşdur.
11. Şəmkir Rayon Məhkəməsinin ## ##### 2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Zaman Imanov) iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada 16.900.000 (on altı milyon doqquz yüz min) rus rublu məbləğində pulun qətnamə icra olunan günə Azərbaycan manatına məzənnəsi ilə və 30 (otuz) manat dövlət rüsumunun alınıb iddiaçı İddiaçı verilməsi, iddianın qalan hissədə əsassız olduğundan rədd edilməsi qət edilmişdir.
12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442 və 739-cu maddələrinə istinad etmişdir.
13. Cavabdehlər cavabdeh1 və cavabdeh2 nümayəndəsi (vəkil) Nümayəndə Şəmkir Rayon Məhkəməsinin ##.##.2021-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir.
14. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ilə Şəmkir Rayon Məhkəməsinin ##.##.2021-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə cavabdehlər cavabdeh1 və cavabdeh2 nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş vəsatət təmin edilməmişdir.
15. Qərardaddan cavabdehlər cavabdeh1 və cavabdeh2 nümayəndəsi (vəkil) Nümayəndə şikayət vermiş və Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı qərardadı ilə şikayət təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin ## #### 2025ci il tarixli, *(***)-****/**** saylı qərardadı ləğv olunmuş, cavabdehlər cavabdeh1 və cavabdeh2 nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən Şəmkir Rayon Məhkəməsinin ## ##### 2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli raşdırmadan, cavabdehlərin Rusiya Federasiyasında yaşaması və məhkəmə iclasında ştirak edə bilməməsi səbəbindən onların mövqeyini və sübutlarını qiymətləndirmədən birtərəfli qaydada qətnamə qəbul etmişdir. Belə ki, cavabdehlər iddiaçı ilə işgüzar münasibətlərdə olsa da, onlar heç vaxt İddiaçı iddia etdiyi kimi ondan 16.900.000 rus rublu məbləğində borc pul almamış və aralarında ümumiyyətlə borc öhdəliyi yaranmamışdır. Qətnamədə sübut kimi istinad olunan ##.##.2019-cu il tarixli "iltizam" və #.##.2020-ci il tarixli "borc müqaviləsinin" hansı şəraitdə imzalanması, həqiqətən sənədlərdə göstərilən məbləğin tam həcmdə və iddiaçının iddia etdiyi şərtlərlə cavabdehlərə ötürülüb-ötürülməməsi məsələsi cavabdehlərin iştirakı olmadan araşdırılmışdır. Qeyd olunan sənədləri cavabdehləri təmsil edən səlahiyyətli nümayəndə kimi iş materialları ilə tanış olduqdan sonra cavabdehlərə təqdim etsə də onlar belə bir sənədi imzalamadıqlarını qeyd etmişlər. Əgər həqiqətən də tərəflər arasında həqiqətən də külli miqdarda borc pul öhdəliyinə dair sənəd olsa idi, bu notarial qaydada təsdiqlənərdi. Lakin istinad olunan sübutlar, səlahiyyətli orqan tərəfindən təsdiqlənmədiyindən mötəbər hesab edilə bilməz. Məhkəmə cavabdehlərin məhkəmə iclasına gəlməməsini onların işə baxılmasında iştirak etməməsi kimi qiymətləndirsə də, onların Rusiya Federasiyasında yaşaması və xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycana gələ bilməməsi ehtimalını nəzərə almamışdır. Halbuki, iş materiallarında olan və geri qayıdan məhkəmə bildirişləri zərflərdən, eləcə də iş materiallarına əlavə edilmiş (səhifə 31 və 32) arayışlardan görünür ki, cavabdehlər cavabdeh1 və cavabdeh2 Rusiya Federasiyasında yaşayırlar. Məhkəmə işə birtərəfli baxmış, yalnız iddiaçının təqdim etdiyi dəlilləri araşdırmış, cavabdehlərin Rusiya Federasiyasında yaşaması və onların məhkəməyə gəlməməsi səbəbindən onların mövqeyini, etirazlarını və sübutlarını nəzərə almamışdır. Bu da işin hallarının hərtərəfli və tam araşdırılmamasına gətirib çıxarmışdır. Həmçinin qeyd etmişdir ki, iddia ərizəsi məhkəməyə ##.##.2021-ci il tarixdə daxil olmuş, 2 həftə ərzində məhkəmə hazırlıq iclası təyin edilmiş, ##.##.2021-ci il tarixli məhkəmə hazırlıq iclasında cavabdehlər və iddiaçı tərəfdən heç kəs iştirak etməsə belə, məhkəmə baxış iclasını növbəti 2 həftə sonraya yəni ## ##### 2021-ci il tarixə təyin etmiş və məhz 1 məhkəmə baxış iclasına işi yekunlaşdırmaqla, qeyri-obyektiv cavabdehlərin əleyhinə qərar qəbul etmişdir. Məhkəmə, cavabdehlərin iştirakı olmadan, iddiaçının təqdim etdiyi sübutların cavabdehlərin mövqeyi ilə müqayisəli təhlilini aparmamışdır. Cavabdehlərə öz etirazlarını əsaslandırmaq və sübutlar təqdim etmək imkanı yaradılmamışdır. Belə ki, işin məhkəməyə daxil olmağından 29 günə məhkəmə iş üzrə sübutları tam araşdırmadan iddia olunan bütün halları yetərincə sübuta yetirmədən birtərəfli məhkəmə aktı qəbul etmişdir. Belə ki, məhkəmə cavabdehlərin Rusiya Federasiyasında yaşadığını və onların məhkəməyə gəlməməsinin səbəblərini dəqiq araşdırmadan işə onların iştirakı olmadan baxmışdır. Bu, cavabdehlərin müdafiə hüququnun pozulması kimi qiymətləndirilməlidir. Cavabdehlərin məhkəmə iclasında iştirak etməməsi səbəbindən işə baxılma faktiki olaraq çəkişmə prinsipinə riayət edilmədən aparılmışdır. Məhkəmə yalnız bir tərəfin (iddiaçının) dəlillərini və arqumentlərini dinləməklə iddia ərizəsi məhkəməyə daxil olduğu vaxtdan 29 gün ərzində işə baxılmasını yekunlaşdırmışdır. Qeyd edilmişdir ki, iddiaçı tərəfindən 16.900.000 rus rublunun cavabdehlərə tam və qeyd-şərtsiz borc kimi verilməsi faktı iddiaçı tərəfindən təqdim edilən sənədlər (qəbz və müqavilə) etibarlı sübutlarla təsdiqlənməmişdir. Cavabdehlərin iştirakı olmadan bu sənədlərin həqiqiliyi, imzalanma şəraiti və onların arasındakı faktiki münasibətləri tam sübuta yetirilməmişdir. Iddiaçının borcun verilməsi ilə bağlı iddiası yalnız onun öz izahatına əsaslanmış, əlavə obyektiv sübutlar (məsələn, bank köçürmələri və ya digər maliyyə sənədləri) təqdim edilməmişdir.
18. Apellyasiya şikayətinə əlavədə isə qeyd edilmişdir ki, ilkin şikayətin 6-cı hissəsində qeyd olunan işin hallarına əlavə olaraq, aşağıdakı nüanslar vurğulamaq və qərar qəbul etmədən bu nüanslara diqqət yetirilməsi xahiş olunur: 1) Iş materiallarında (səhifə 12-13-14-də) iddiaçı İddiaçı ## #### 2021-ci il tarixli əlyazma izahatı, iddia ərizəsinin məhkəməyə daxil olduğu ##.##.2021 tarixindən əvvəl yazılmışdır (## #### 2021) və bu izahat iddia ərizəsinə əlavə olunan sübutlar siyahısında (qoşmada) qeyd olunmamışdır. Bu izahatda iddiaçı qeyd edir ki, pulu 2019-cu ilin mart ayında cavabdehlərin ofisinə gedərək vermişdir və o belə qeyd edir : "mən bu iki qardaşlara etibar etməmişdim vaxtı ilə, amma mən bunlara cavab verdim ki, yaxın dostlara deyəcəm pulu sizə verməkdə əlimdən gələn köməkliyi edəcəm". Izahatda pulun 2019cu ilin aprel ayının əvvəllərində 3 dəfə ərzində verildiyi, cavabdehlərin Bakıda bina tikdirdiyi və pulun atalarına göndərildiyi iddia olunur. Bu nüans iddiaçının nümayəndəsi vəkil2 ## ##### 2021-ci il tarixli izahatında da (səhifə 34) təsdiqlənir. Lakin məhkəmə cavabdehlərin atasını dindirməmiş, Bakıya pul göndərilməsini araşdırmamış, pulun yaxın tanışlardan alınmasını (kimlərin pulu olduğu, hansı sübutlarla təsdiqləndiyi) yoxlamamışdır. Iş məhkəməyə ## #### 2021-ci ildə daxil olsa da, hazırlıq iclası 14 apreldə, baxış iclası isə 28 apreldə keçirilmiş, külli miqdarda borcun tam sübut edilməsi araşdırılmadan iddiaçının təqdim etdiyi “sübut” adlanan sənədlərə istinadən 28 gün ərzində qətnamə çıxarılmışdır. 2) Qətnamənin istinad etdiyi "sübutlar" (səhifə 9-da "doqovor" yəni müqavilə” və səhifə 10-da "raspiska" yəni iltizam) ksero surətlərdir və rus dilindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 88ci maddəsinə görə, sübutlar obyektiv, qərəzsiz və tam araşdırılmalı, 89.3-cü maddəsinə görə isə yazılı sübutların əsli və ya təsdiq olunmuş surəti təqdim edilməlidir. Bu sənədlər notarial təsdiqlənməyib, əsli təqdim edilməyib və Azərbaycan dilinə tərcümə olunmayıb (Azərbaycan Respublikası Konstitusiyasının və MPM-nin 10-cu maddəsinə görə məhkəmə icraatı Azərbaycan dilində aparılır). 3) Iş materiallarında səhifə 10-da olan "Raspiska" yəni iltizam adlanan ksero sənədin tərtib olunma tarixi ## #### 2019-cu il tarixi qeyd olunsa da, guya iş üzrə borcalanlar 1 il sonra cavabdeh1 ##.##.2020-ci il, cavabdeh2 isə ##.##.2020-ci il tarixində imza atmışdır. Bu, həmin sənədin saxta və ya uydurma olduğunu göstərir. 4) Bundan başqa iş materiallarına əlavə olunan və məhkəmənin sübut kimi istinad etdiyi rus dilində ksero surət sənəddə “doqovor” yəni müqavilənin 5.2-ci qeyd edilmişdir ki, “Danışıqlar yolu ilə həll edilməyən mübahisələr Rusiya Federasiyasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq nəzərdə tutulmuş qaydada baxılır. Həmçinin müqavilənin: 6.2. Müqavilə çərçivəsində bütün bildirişlər və xəbərdarlıqlar tərəflər arasında yazılı formada göndərilməlidir.” Ancaq məhkəmə iş üzrə araşdırmadırma apararkən iddiaçıdan tərəflərə müqavilə üzrə yazılı formada xəbərdarlıqlar göndərilib-göndərilməmədiyini araşdırmamışdır. Həmçinin müqavilədə qeyd olunur ki, müqavilə üzrə mübahisə Rusiya Federasiyasında mübahisəyə baxılır. Lakin nədənsə iddiaçı mübahisəni Azərbaycan Respublikasında qaldırıb. Hansı ki, iddiaçı İddiaçı Azərbaycanda əsassız iddiasını tamamilə qondarma sübutlar əsasında Şəmkir Rayon Məhkəməsinə təqdim etməklə qısa müddət ərzində həmin məhkəmədə bitərəf və qərəzli qətnamə çıxarılmasına nail olmuşdur. 5) Məhkəmə cavabdehlər Abdullayev Ramiz oğlu və cavabdeh2 Ramiz oğlunu cəlb etməmiş, onların Rusiya Federasiyasında yaşadığını təsdiq edən arayışlara (səhifə 31-32) baxmayaraq, MPM-nin 83-cü maddəsinə görə yaşadıqları yer üzrə məhkəmə tapşırığı verməmişdir. Bu, iddiaçının iddiasını qısa müddətdə təmin etməyə yönəlmiş qərəzlilikdən başqa bir şey deyildir. Bundan əlavə məhkəmə borc müqaviləsinin şərtlərini yalnız iddiaçının sənədləri əsasında müəyyən etmiş, lakin saxta imza tarixləri (##.##.2019-da tərtib olunmuş sənəddə 2020-ci il imzaları) və rus dilində ksero surətləri nəzərə almayaraq, öhdəliyin yaranmasını düzgün qiymətləndirməmişdir. Müqavilədə mübahisənin Rusiya Federasiyasında baxılması qeyd olunsa da, məhkəmə bunu araşdırmamış, Azərbaycan hüququnu qanunsuz tətbiq etmişdir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən apellyasiya şikayətinin və apelyasiya şikayətinə əlavənin təmin olunmasını, Şəmkir Rayon Məhkəməsinin 2 (076)- ****/**** saylı, ## ##### 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) vəkil2 məhkəməyə apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq cavabandehlərin nümayənədsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsi, Şəmkir Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
20. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehlərin nümayəndələri Nümayəndə tərəfindən tərtib edilmiş apellyasiya şikayətində, maddi və prosessual hüquq normalarının pozulması, Ali Məhkəmnin vahid məhkəmə təcrübəsinin tətbiqi, habelə borcun yaranmasının faktiki əsaslandırılması barədə ##.##.2026-cı il tarixli və hazırkı vəsatətlərində eyni mövqeyini təkrarlayaraq həmin mülki iş üzrə tərəflər arasında sadə yazılı formada X9 şəhərində tərtib edilərək öz iradələri ilə imzaladıqları ##.##.2020-ci il tarixli borc müqaviləsinin Rusiyada tartib edilməsinə, həmin müqavilə üzrə borc verənin Rusiya vətəndaşı olmasına görə Rusiyanın maddi hüquq normalarının tətbiq edilməsinin zəruri olmasını və tətbiq etmənin əsaslarını sadalasa da borcverəndən fərqli olaraq borcalanların, yəni iş üzrə cavabdehlərin Rusiya deyil, Azərbaycan Respublikası vətəndaşları olmasını nəzərə almamışdır. Məhz ona görə iddiaçı həmin iddiasını özünün vətəndaşı olduğu Rusiya məhkəmlərinə deyil, cavabadehlərin qeydiyyatda olduqları Azərbaycan Respublikasının Şəmkir Rayon Məhəkəməsində qaldırmışdır. Bu səbbədən sadə yazılı formada tərtib edilmiş borc müqaviləsi tərəflərin iradəlarini ifadə etmişsə, müqavilə imzalandıqdan sonra uzun illər ərzində həmin müqavilənin etibarsızlığı tərəflərdən hər hansı biri tərəfindən mübahisələndirilməmişdirsə, tərəflərin iradələrini ifadə etməsi ikmi qiymətləndirilir. Ancaq, hansı ölkənin ərazisində tərtib edilməsindən asılı olmayaraq, müqavilə üzrə öhdəliyi yerinə yetirməyən tərəfə qarşı qaldırılan iddia tələbi aidiyyəti ölkədə qaldırılmalı və həmin ölkənin də maddi hüquq normaları tətbiq edilməlidir. Belə olduğu halda hazırkı iş üzrə heç bir maddi və prosessual hüquq normaları üzrə heç bir qanunsuzluq olmamışdır. Bu əsasla nümayəndənin Rusiya Mülki Məcəlləsinin və Beynəlxalq qanunvericiliyinin müvafiq normalarına etdiyi istinadları da əsassız hesab edirəm. Digər tərəfdən nümayəndənin müqavilə üzrə qeyd olunan pul vəsaitinin iddiaçı tərəfindən əldə edilməsinə dair mötəbər sübutlarının olmamasına, həmin pul vəsaitinin həqiqətən cavabdehlərə verilməməsi bəhanəsinə istinad etməsi də əsassızdır. Ona görə ki, cavabdehlər həm ##.##.2019-cu il tarixli qəbzdəki, həm də ##.##.2020-ci il tarixli müqavilədəki imza və qeydləri ilə həmin pul vəsaitini artıq borcverəndən almış olmalarını etiraf etmələrinə görə həmin halların iddiaçı tərəfindən əlavə sübut edilməsinə ehtiyac yoxdur. Beləliklə, cavabdehlərin nümayəndəsi Nümayəndə məlum vəsatətinin və apellyasiya şikayətinin təmin edilməməsi, Şəmkir Rayon Məhkməsinin ##.##.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər cavabdeh1 və cavabdeh2 nümayəndələri (vəkil) Nümayəndə və vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, dəlillərlə eyni məzmunlu izahat verdi, sonda apellyasiya şikayətinin təmin edilməsi, Şəmkir Rayon Məhkəməsinin 2(076)- ****/**** saylı, ## ##### 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı İddiaçı, cavabdehlər cavabdeh1 və cavabdeh2 məhkəmə iclasına gəlməmiş, nümayəndə (vəkil) vasitəsilə təmsil edilmişlər. Tərəflər məhkəmə kollegiyasının iclasında nümayəndə (vəkil) vasitəsilə təmsil edildiklərindən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız cavabdehlərin nümayəndəsi birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməni iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin edilməsi hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, iddiaçı cavabdehlərə ##.##.2020-ci il tarixdə kredit müqaviləsi əsasında 16.900.000 (on altı milyon doqquz yüz min) rus rublu məbləğində borc pul vermiş, cavabdehlər isə həmin borcu müqavilədə razılaşdırılan vaxta, yəni ##.##.2020-ci il tarixədək ödəməmişlər. Ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də iddia tələbini qismən təmin etmişdir. Bu qətnamənin 26-cı bəndində qeyd olunduğu kimi birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin olunmuş hissəsində yoxlanılır.
29. Məhkəmə kollegiyası yoxlanılan hissədə birnci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
30. Işin hallarından müəyyən olunur ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 16.900.000 (on altı milyon doqquz yüz min) Rus rublu məbləğində pulu hissələrlə borc olaraq vermiş, sonuncular borc pulu ##.##.2020-ci il tarixədək geri qaytarmaq öhdəliyini üzərilərinə götürmüşlər. Lakin cavabdehlər 1 (bir) ilə yaxın müddət keçməsinə baxmayaraq borc puldan heç bir ödəniş etməmişlər. Bu səbəbdən ##.##.2019-cu il tarixli borc pulun alınmasına dair iltizam, daha sonra isə ##.##.2020-ci il tarixli borc müqaviləsi imzalamışlar.
31. Həmin sənədlərdə cavabdehlər cavabdeh1 və cavabdeh2 adından çəkilmiş imzanın onlar tərəfindən icra edilib-edilməməsinin aydınlaşdırılması məqsədilə apellyasiya baxışı zamanı iş üzrə xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli */** nömrəli ekspert rəyindən müəyyən olunur ki, ##.##.2020-ci il tarixli müqavilədə və ##.##.2019-cu il tarixli qəbzdə olan “X2” və “cavabdeh2” adlarının qarşılarındakı imzalar hər hansı texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edilmişdirlər. Rəyin 1-ci bəndində göstərilənlərə əsasən ##.##.2020-ci il tarixli müqavilədə və ##.##.2019-cu il tarixli qəbzdə olan “X2” və “cavabdeh2” adlarının qarşılarındakı imzalarda təkrar xəttçəkmə və hər hansı bir texniki vasitələrlə icra etmə əlamətləri müəyyən edilməmişdir. Eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli */*** nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 35-ci vərəqində olan ##.##.2020-ci il tarixli müqavilədə (Договор беспроцентного займа) “Заемщики” qrafasındakı “Абдуллаев Р.Р.” və “Абдуллаев Рафиз Рамиз оглы” yazıları və “Абдуллаев Р.Р.” yazıları qarşısındakı imza, mülki işin 39-cu vərəqində olan ##.##.2019-cu il tarixli qəbzdə “Расписка заемщиков о получении денег (суммы займа)” “Заемщики” qrafasındakı “Абдуллаев Рафиз Рамиз оглы” yazıları və qarşısındakı imza – eyni şəxs, cavabdeh1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 35-ci vərəqində olan ##.##.2020-ci il tarixli müqavilədə (Договор беспроцентного займа) “Аббасов Разил Рамиз оглы” yazıları və qarşısındakı imza və mülki işin 39-cu vərəqində olan ##.##.2019-cu il tarixli qəbzdə “Расписка заемщиков о получении денег (суммы займа)” “Заемщики” qrafasındakı “Аббасов Разил Рамиз оглы” yazıları və qarşısındakı imza – eyni şəxs, cavabdeh2 tərəfindən icra olunmuşdur.
37. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Kollegiya onu da qeyd edir ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Çünki mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
38. MPM-in sübutlarla bağlı tələblərini diqqətdə saxlayan kollegiya bu qənatədədir ki, hazırki işdə işin faktiki halların müəyyən edilməsində proses iştirakçılarının izahatları, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş “borcun verilməsinə dair iltizam” və “borc müqaviləsi”, eləcə də ekspertiza rəyləri mötəbər sübut növü kimi qəbulediləndir.
39. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
40. Lakin, cavabdeh tərəf bu sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və iddiaçı ilə aralarında olan müqaviləni mübahisələndirməmiş, əksinə həm ##.##.2019-cu il tarixli qəbzdəki, həm də ##.##.2020-ci il tarixli müqavilədəki imza və qeydləri ilə həmin pul vəsaitini artıq borcverəndən almış olduqlarını etiraf etmiş, bununla da iddiaçıya borcları olmadığını sübuta yetirə bilməmişlər.
41. Işin yuxarıda şərh olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Yoxlanılan hissədə iddia tələbinin təmin edilməsi qanuni əsaslara söykənir. Apellyasiya şikayətində göstərilən dəlillər isə işin müəyyən edilmiş və faktiki halları ilə təkzib olunur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Bundan əlavə işdən müəyyən olunur ki, apellyasiya baxışı zamanı aparılmış xətşünaslıq ekspertizası tədqiqatlarının dəyəri 226 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatlarının dəyəri 226 (iki yüz iyirmi altı) manat cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir.
43. Məhkəmə kollegiyası həmçinin izah edir ki, yoxlanılan hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.
44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdehlər cavabdeh1 və cavabdeh2 nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin ## ##### 2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin edilməsi hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 226 (iki yüz iyirmi altı) manat məbləğində pul cavabdehlər cavabdeh1 və cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN 1700326621 X14, KOD 210005 VÖEN 1401555071 m\h AZ41NABZ01360100000000003944 SFIFT BIK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Bu qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.