Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-151/2024 12.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 2(125)-47/2023 nömrəli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinə 12 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 25 dekabr 2019-cu il tarixli 006A********** nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh3 faiz dərəcəsi 0,0833% olmaqla 60 ay müddətinə 4242,61 manat kredit verilmişdir.
2. 25 dekabr 2019-cu il tarixli zaminlik müqavilələrdən görünür ki, 25 dekabr 2019-cu il tarixli 006A********** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərini təmin etmək məqsədilə İddiaçı QSC ilə Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 arasında zaminlik müqavilələri bağlanmışdır.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 oktyabr 2022-ci il tarixli, 9/6571 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında 25 dekabr 2019-cu il tarixli 006A********** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 banka ödənilməli olan kredit borcu əsas borc üzrə 0.00 manat, faiz borcu üzrə 0.00 manat, artıq ödənilmiş məbləğ 4533,56 manat məbləğində müəyyən olunur.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 aprel 2023-cü il tarixli, 9/169 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında 25 dekabr 2019-cu il tarixli 006A********** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 banka ödənilməli olan kredit borcu əsas borc üzrə 0.00 manat, faiz borcu üzrə 0.00 manat, artıq ödənilmiş məbləğ 453,59 manat məbləğində müəyyən olunur.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı QSC cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, 25 dekabr 2019-cu il tarixli 006A********** nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada 3063,56 manat əsas, 9,54 manat faiz və 1311,85 manat cərimə olmaqla, cəmi 4384,95 manat bоrcun və ödənilmiş 63,85 manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 25 dekabr 2019-cu il tarixli 006A********** nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 60 ay müddətinə, aylıq 0,0833 faiz olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4242,61 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq bankla Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 arasında zaminlik müqavilələri bağlanmış və zaminlər əsas borclunun kreditor qarşısında öhdəliklərini yerinə yetirənədək onunla birlikdə məsuliyyət daşımaları barədə öhdələlik götürmüşlər. Kredit müqaviləsi üzrə borcalan öhdəliklər vaxtında və lazımi qaydada icra etmədiyindən borcu yaranmışdır.
7. İddiaçı QSC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, 25 dekabr 2019-cu il tarixli 006A********** nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada 2868,60 manat əsas, 10,74 manat faiz və 1361,17 manat cərimə olmaqla, cəmi 4240,51 manat bоrcun və ödənilmiş 63,85 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Gəncə Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 2(125)-47/2023 nömrəli (hakim M.Mustafayev) qətnaməsi ilə İddiaçı QSC cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 qarşı İddiaçı QSC ilə 25 dekabr 2019-cu il tarixli 006A********** nömrəli kredit müqaviləsinin ləğv edilməsinə, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 3063,56 manat məbləğində kredit bоrcu, 9,54 manat məbləğində faiz bоrcu və 1311,85 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 4384 (dörd min üç yüz səksən dörd) manat 95 (doxsan beş) qəpik məbləğində bоrcun və ödənilmiş 63,85 manat məbləğində dövlət rüsumunun tutulmasına dair iddiası təmin edilməməsi; İş üzrə məhkəmə xərci olan 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı QSC-dən tutularaq dövlət büdcəsinə keçirilməsi; Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət olunmuşdur.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425, 442, 445, 472, 739 maddələri, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 117, 119.1, 213, 216-220, 233, 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı QSC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, Cavabdeh3 oglu ilə "xxxx" QSC arasında 25 dekabr 2019-cu il tarixdə ayrı-ayrı nomrəli 2 paralel kredit muqavilasi baglanmışdır. Cavabdeh həmin kreditlərdən 25 dekabr 2019-cu il tarixli 006A********** nömrəli kredit müqaviləsi üzrə olan borcunu 26 avqust 2021-ci il tarixdə ödəniş edərək bağlamışdır. Hər iki kredit müqaviləsi üzrə ödənişlər bir hesabdan çıxarışda əks olunsada, hər kredit müqaviləsi üzrə silinmələr ayrı-ayrılıqda kreditin statusunda (kardeks) göstərilir. Ekspert hesablama apararkən hesabdan çıxarışla bərabər kreditin statusunu (kardeks) nəzərə almalı olduğu halda, hər iki müqavilə üzrə olan bütün ödənişləri 25 dekabr 2019-cu il tarixli 006A********** nömrəli kredit müqaviləsi üzrə hesablamış və yalnış rəy vermişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları,
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, apellyasiya icraatı zamanı alınmış ekspert rəyi ilə razılaşır, həmin rəyin sübut kimi qəbul edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsini və tələb olunan borcun rəyə uyğun təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, İlkin qardaşı oğludur və.banka olan borcu onun tərəfindən ödənilir. Qalan borcu da hissə-hissə ödəməyə razıdır.
15. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Kollegiya gəlməyən cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
19. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
20. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
21. Maddə 449. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
22. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.
23. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
24. Maddə 472.1 və 472.2. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
25. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
26. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
32. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
34. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması
35. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı və iddia tələbi qismən təmin edilməlidir.
40. İşin halları ondan ibarətdir ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında 25 dekabr 2019-cu il tarixli 006A********** nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya faiz dərəcəsi 0,0833% olmaqla 60 ay müddətinə 4242,61 manat kredit verilmişdir. Həmin müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə kreditorla Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 arasında zaminlik müqavilələri bağlanmış və borcalan Cavabdeh3 kreditor qarşısında öhdəliklərini yerinə yetirənədək zaminlər onunla birlikdə məsuliyyət daşımaları barədə öhdəlik götürmüşlər. Borcalan müqavilə üzrə öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirmədiyindən kreditor hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı rədd etmişdir.
41. Bu qətnamənin 39-cu bəndində də qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsiniun gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
42. Kollegiya ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında 25 dekabr 2019-cu il tarixli 006A********** və 25 dekabr 2019cu il tarixli 006A********** nömrəli kredit müqavilələri bağlanmışdır. Borcalan Cavabdeh3 25 dekabr 2019-cu il tarixli 006A********** nömrəli kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etsədə, lakin 006A********** nömrəli kredit müqaviləsi üzrə öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Ona görədə kreditor borcalanın qeyd olunan müqavilə üzrə 2868,60 manat əsas, 10,74 manat faiz və 1361,17 manat cərimə olmaqla, cəmi 4240,51 manat bоrcunun olmasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İşə baxan birinci instansiya məhkəməsi icraat zamanı alınmış 19 oktyabr 2022-ci il tarixli 9/6571 və 13 aprel 2023-cü il tarixli 9/169 nömrəli ekspert rəylərini əsas gətirərək iddianı rədd etmişdir. Adı çəkilən hər iki ekspert rəylərində qeyd olunmuşdur ki, 25 dekabr 2019-cu il tarixli 006A********** nömrəli kredit müqaviləsi üzrə əsas və faiz borcu “0”-dır.
44. Apellyasiya icraatı zamanı iddiaçı tərəfin dəlilləri nəzərə alınaraq iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında işə əlavə olunmuş hesabdan çıxarış və hər kredit müqaviləsi üzrə silinmələr aparılmış kreditin statusunda (kardeksdə) göstərilən məlumatlar, eləcədə kreditordan tələb oluna biləcək digər zəruri sənədlər əsasında aparılmaqla İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 25 dekabr 2019-cu il tarixli 006A********** nömrəli kredit müqaviləsi üzrə əsas və faiz borcunun müəyyən olunması sualı qoyulmuşdur.
45. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 25 dekabr 2023-cü il tarixli, 9/8457 nömrəli ekspert rəyindən müəyyən olunmuşdur ki, iş materiallarında olan kreditin statusu məlumatlarına əsasən Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanmış 25 dekabr 2019-cu il tarixli 006A********** nömrəli kredit müqaviləsi üzrə borcalanın 15 dekabr 2022-ci il tarixə 2518,77 manat əsas, 7,69 manat faiz borcu qalmışdır. Kreditor isə 25 dekabr 2019cu il tarixli 006A********** nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 2868,60 manat əsas, 10,74 manat faiz və 1361,17 manat cərimə olmaqla, cəmi 4240,51 manat tələb etmişdir.
46. Kollegiya Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 25 dekabr 2023-cü il tarixli, 9/8457 nömrəli ekspert rəyini tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək həmin rəyi sübut kimi qəbul edir. Çünki, təyin olunmuş əlavə ekspertiza tədqiqatı işə əlavə olunmuş hesabdan çıxarış və hər kredit müqaviləsi üzrə silinmələr aparılmış kreditin statusunda (kardeksdə) göstərilən məlumatlar əsasında aparılmış və 25 dekabr 2019-cu il tarixli 006A********** nömrəli kredit müqaviləsi üzrə borcalan Cavabdeh3 kreditora ümumilikdə 2526,46 manat borcun yaranması müəyyən olunmuşdur. Ona görə də kollegiya hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 2(125)-47/2023 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 25 dekabr 2019cu il tarixli 006A********** nömrəli kredit müqaviləsi ləğv edilməli, həmin müqavilə üzrə yaranmış 2526,46 manat borc, yəni 2518,77 manat əsas, 7,69 manat faiz borcu cavabdehlərdən müştərək qaydada alınıb İddiaçı QSC yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
47. Birinci instansiya və apellyasiya icraatı zamanı aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 150 manat (50+50+50=150) təşkil edir. Kollegiya hesab edir ki, aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 150 manat Cavabdeh3 alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəımə Ekspertiza X1 Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesabına ödənilməlidir.
48. İddia ərizəsinin verilməsi üçün İddiaçı QSC tərəfindən 63,85 manat dövlət rüsumu ödənilmişdir. Kollegiya hesab edir ki, iddia tələbi 2526,46 manat təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi qismində Cavabdeh3 45,26 manat alınıb İddiaçı QSC-nə verilməli, 38,59 manat isə iddiaçya aid olunmalıdır.
49. İşdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 385, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 2(125)-47/2023 nömrəli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 25 dekabr 2019-cu il tarixli 006A********** nömrəli kredit müqaviləsi ləğv edilsin. 25 dekabr 2019-cu il tarixli 006A********** nömrəli kredit müqaviləsi üzrə 2518,77 manat əsas, 7,69 manat faiz, cəmi 2526,46 manat cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada alınıb İddiaçı QSC yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 83,85 manat dövlət rüsumunun əvəzi qismində Cavabdeh3 45,26 manat alınıb İddiaçı QSC-nə verilsin. Ödənilmiş dövlət rüsumunun 38,59 manat hissəsi iddiaçya aid olunsun. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 150 manat Cavabdeh3 alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəımə Ekspertiza X1 Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.