Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-1517/2025 21.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: borcun etirafı müqaviləsi; sübutetmə yükü Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, Iddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası ## ### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli */*** nömrəli rəyindən görünür ki, Cavabdeh adından olan ##.##.2023cü il tarixli qəbzin aşağısında «Гараев Елчйн» yazıları və həmin yazının qarşısındakı imza Cavabdeh tərəfindən icra edilmişdir.
3. Ağdam Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı 15400 manat pul tələbi barədə iddiası təmin edilməmişdir. Iddiaçı Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2013-cü ildə hissə-hissə sələmlə 10600 manat borc pul götürmüşdür. Həmin vaxt özünə məxsus pensiya və çörək pulu kartlarını Nazimə vermişdir. Nazim həmin kartlardan 2023-cü ilin mart ayına qədər 26000 manat çıxarmışdır. Nazimə verdiyi kartları 2023-cü ilin mart ayında bağlatdırmışdır. Nazimin məhkəməyə təqdim etdiyi qəbzin surətindəki imza ona məxsus olmuşdur. Cavabdeh İddiaçı isə izahatında bildirmişdir ki, Cavabdeh bir müddət əvvəl ondan 27840 manat borc almış və hazırkı vaxta qədər qaytarmamışdır. Elçin ondan özü, bacısı və qardaşı üçün borc almış və borclu olması barədə qəbz yazaraq ona təqdim etmişdir. Elçin ona borcun ödənilməsi üçün pul kartı vermiş, lakin 2022-ci ildə kartı bağlatmışdır. Elçinin ##.##.2023-cü il tarixdə qəbz yazaraq ona 27840 manat borclu olduğunu etiraf etmişdir.
4. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin ## ### 2026-cı il tarixli ****/***/***** nömrəli məktubundan görünür ki, Cavabdeh (FIN *******) Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-də açılmış hesab üzrə 2013-cü ildən ##.##.2025-ci il tarixədək olan dövr üzrə hesaba köçürülmüş pul vəsaitinin bankomatdan çıxarılmasına dair görüntülərin saxlanma müddəti bitmiş olduğundan həmin görüntülər mövcud deyildir.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh tanıyır, maddi dəstəyə ehtiyacı olduğu üçün ona borc müqaviləsinə əsasən 48 ay müddətə qaytarmaq şərtilə 27840 manat borc vermişdir. Cavabdeh isə öz növbəsində aldığı borc pulu hissə-hissə qaytarmağı söz vermişdir. Bu məqsədlə cavabdeh ona 3 ədəd pensiya kartı vermiş, lakin kartdan şərtləşdikləri kimi borcu hissə-hissə çıxartmaq istədikdə hər üç kartın da bloklandığı məlum olmuşdur. Verdiyi pulu cavabdehdən tələb etsə də, lakin müsbət nəticə olmamışdır.
7. Məhkəmə iclasında cavabdeh Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı İddiaçı ilə aralarında heç bir müqavilə olmamışdır. Iddiaçıdan onun söylədiyi miqdarda deyil, daha az 10600 manat məbləğində pul almışdır. Aldığı pula görə özünə məxsus pensiya və çörək pulu kartlarını verdiyini və iddiaçının ona məxsus kartlardan aldığından da artıq, yəni 26000 manat pul çıxartmışdır.
8. Ağdam Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı cavabdehdən 27840 manat məbləğində borc pulun tutularaq ona verilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 385.2 və 386.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçıdan hissə-hissə olmaqla ümumilikdə 10600 manat borc almışdır. Aldığı borcun müqabilində isə 10 il müddətində iddiaçıya ümumilikdə 26000 manat qaytarmışdır. Belə ki, borcun qarşılığı olaraq özünə məxsus çörək pulu kartını və pensiya kartını iddiaçıya vermişdir. Hər iki kart 2013-cü ildən 2023-cü ilin mart ayınadək iddiaçıda olmuşdur. Həmin illər ərzində hər ay karta köçürülmüş vəsait iddiaçı tərəfindən bankomatdan çıxarılmışdır. Sonradan bankın hesabdan çıxarış sənədini əldə etdikdə ona məlum olmuşdur ki, 10 il ərzində iddiaçı onun kartından ümumilikdə 26000 manat pul çıxartmışdır. Buna baxmayaraq, iddiaçı yenə də ondan borc tələb edir. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, iddiaçıdan borcu 2013-cü ildən 2019-cu ilin yay aylarınadək müddətdə hissə-hissə götürmüşdür. Ən çox götürdüyü məbləğ 2000 manat olub. Iddiaçı 2023-cü ilin mart ayına kimi ona məxsus kartdan bankomat vasitəsilə pul çıxartmışdır.
14. ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, məhkəməyə təqdim etdiyi əlyazma qəbzdən dı görünür ki, ## ### 2023-cü il tarixdə onun tərəfindən cavabdehə 27840 manat verilmişdir. Həmin əlyazma qəbz cavabdehin özü tərəfindən imzalanmışdır. Qəbzdən görünür ki, cavabdeh 27840 manat vəsaiti 48 ay müddətə ona qaytarmalı idi. Lakin o, pulu qaytarmaqdan imtina etmişdir. Sədrlik edənin suallarına cavab olaraq iddiaçı İddiaçı bildirmişdir ki, cavabdehə məxsus çörək pulu və təqaüd kartı onda olsa da, lakin qısa müddətdən sonra kartları bloka salınmışdır. Bu səbəbdən də kartdan pul vəsaiti çıxara bilməmişdir. Qəbzdəki “27840 manat” yazısı onun tərəfindən yazılsa da, cavabdeh öz imzası ilə həmin məbləği təsdiq etmişdir. ##.##.2023-cü il tarixli, üzərində rum rəqəmilə İ yazısı qeyd olunan qəbzin sonundakı «Гараjев Елчйн» yazısı və onun qarşısındakı imza cavabdeh Cavabdeh özü tərəfindən icra edilmişdir.
15. ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçıdan onun söylədiyi miqdarda deyil daha az, 10600 manat pul almışdır. Sonradan iddiaçı qəbz üzərində düzəliş edərək borc məbləğini 27840 manat etmişdir. Belə ki, ilkin olaraq qəbzdə borc məbləği «10640» manat göstərilmiş, sonradan iddiaçı ağardıcı vasitə ilə həmin rəqəmləri silərək borc məbləğini «27840» manat kimi qeyd etmişdir. ##.##.2023-cü il tarixli, üzərində rum rəqəmilə İ yazısı qeyd olunan qəbzin sonundakı «Гараjев Елчйн» yazısı və onun qarşısındakı imza onun tərəfindən icra edilməmişdir.
16. ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehlə aralarındakı borc münasibətləri 2019-cu ildən 2023-cü ilədək cavabdehə ümumilikdə 27840 manat borc vermişdir. ##.##.2023-cü il tarixdə cavabdeh bu barədə borcun etirafı barədə qəbzə imza atmışdır. Cavabdeh özünə məxsus 2 ədəd çörək pulu kartını bankomatdan pulları çıxarması məqsədilə ona vermişdir. Lakin cavabdeh həmin kartları qısa müddətdə blok etdirmiş və o həmin kartlardan pul çıxarda bilməmişdir. Belə ki, Cavabdeh 2021-ci ilin fevral ayında 6700 manat, 2022-ci ilin iyul ayında 8700 manat, 2022-ci ilin sonlarında 6700 manat, 2023-cü ildə yenə ondan 5000 manat borc almışdır. Bundan əlavə, cavabdeh arabir ondan 1000-2000 manat civarında borc almışdır. 2023-cü ilin mayında cavabdehin ona qalıq borcu 27840 manat məbləğdə olmuşdur. Sədrlik edənin sualına cavab olaraq iddiaçı bildirmişdir ki, kart cavabdeh tərəfindən bloka salındıqdan sonra yenidən cavabdehə ona görə borc vermişdir ki, cavabdeh əmisi oğluduğu üçün ona inanaraq yenidən ona borc vermişdir.
17. ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, ona məxsus 2 ədəd bank kartı olub. Həmin kartlardan biri çörək pulu kartı, digəri isə pensiya kartı olmuşdur. Hər iki kart Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC tərəfindən verilmişdir. 10600 manat borca görə əlyazma qəbz tərtib edib iddiaçıya vermişdir. Iddiaçı ilə aralarındakı borc münasibətləri 2013-cü ildən başlamışdır. Sonuncu dəfə 2019-cu ilin yay aylarında iddiaçı ona 1100 manat borc vermişdir. Iddiaçıdan aldığı borcun cəmi məbləği 10600 manat olmuşdur. Bank kartlarının istifadə müddəti üç il olmuş, hər dəfə bu müddət bitdikdə bankdan aldığı yeni kartı da iddiaçıya təhvil vermişdir.
18. Hazırkı məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında abildirmişdir ki, 2023-cü ilin may ayında cavabdehin ona qalıq borcu 27870 manat məbləğdə olmuşdur. Na görə də cavabdeh bu barədə iltizama imza edərək borcunu etiraf etmişdir. Cavabdehə məxsus bank kartları onun sahibliyində olsa da, lakin kartlar bloklandığından bankomat vasitəsilə kartdan pul vəsaiti çıxarıllması mümkün olmamışdır. Iddiaçı İddiaçı sonda məhkəmə kollegiyasındna apellyaisya şikayətinin təmin edilməsini xahiş etmişdir.
19. Hazırkı məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, O, iddiaçıdan 10600 manat borc aldığını təsdiq edir. Sonradan iddiaçı qəbz üzərində düzəliş edərək borc məbləğini 27840 manat etmişdir. Belə ki, o, qəbzi imzalayarkən qəbzdə borc məbləği «10640» manat göstərilmiş, sonradan iddiaçı ağardıcı vasitə ilə həmin rəqəmləri silərək borc məbləğini «27840» qeyd etmişdir. Cavabdeh Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
24. Maddə 739.1. (əvvəlki redaksiya) Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
25. Maddə 739.2. (əvvəlki redaksiya) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
26. Maddə 740.1. (əvvəlki redaksiya) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
27. Maddə 740.2. (əvvəlki redaksiya) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
28. Maddə 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
29. Maddə 882.2-ci maddəsinə görə isə, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
35. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
36. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
37. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, cavabdeh Cavabdeh 27840 manat tutularaq iddiaçı İddiaçı verilməlidir.
41. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər arasında borc münasibətləri yaranmış, iddiaçı İddiaçı tərəfindən cavabdeh Cavabdeh müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə olmaqla pul vəsaiti verilmişdir. Iddiaçı İddiaçı tələbinin əsası kimi cavabdehin adından tərtib edilmiş ##.##.2023-cü il tarixli əlyazma qəbzi məhkəməyə təqdim etmişdir. Hansı ki, həmin qəbzdə Cavabdeh 27840 manat verilməsi göstərilmiş, qəbzin sonunda Гараев Елчйн qeyd edilərək qəbz onun adından imzalanmışdır. Iddiaçı İddiaçı cavabdehin ona olan borcunu qaytarmadığını əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
42. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırsınlar. Bu prinsip sayəsində hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.
43. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi prosessual pozuntuya yol vermiş, mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticə işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah olunmamış, eləcə də iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamışdır.
44. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
45. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.
46. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, MPM-nin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
47. Iddianın əsaslılığına münasibətdə isə kollegiya vurğulayır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.
48. Bu prinsipə görə, hər hansı iddia üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
49. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
50. Işin müəyyən olunmuş halı ondan ibarətdir ki, ##.##.2023-cü il tarixdə cavabdeh Cavabdeh iddiaçı İddiaçı 27840 manat borcu olması barədə borcun etirafı haqqında iltizam vermiş, iltizama görə cavabdeh borcunu 48 ay müddətə qaytarmağı öhdəsinə götürmüşdür.
51. Cavabdeh Cavabdeh əlyazma qəbzdə qeyd edilmiş adının və adın qarşısında icra edilmiş imzanın ona məxsus olmadığını bildirmiş, bu səbəbdən də apellyasiya baxışı zamanı xətşünaslıq ekspertizası təyin edilmiş və alınan rəylə qəbzin aşağısındakı «Гараев Елчйн» yazılarının və həmin yazının qarşısındakı imzanın cavabdeh tərəfindən icra edildiyi müəyyən edilmişdir.
52. Cavabdeh Cavabdeh digər arqumenti isə ondan ibarət olmuşdur ki, sözügedən qəbzdə o, iddiaçıdan 10600 manat borc aldığını öz imzası ilə təsdiq etmişdir. Lakin, sonradan iddiaçı qəbz üzərində düzəliş edərək borc məbləğini 27840 manat göstərmişdir. Cavabdeh Cavabdeh bu arqumentinə belə açıqlama vermişdir ki, o, qəbzi imzalayarkən qəbzdə borc məbləği «10640» manat göstərilmiş, sonradan iddiaçı ağardıcı vasitə ilə həmin rəqəmləri silərək borc məbləğini «27840» manat olaraq qeyd etmişdir.
53. Lakin, məhkəmə kollegiyası tərəfindən cavabdeh Cavabdeh bu arqumenti əsaslı hesab edilməmişdir; ona görə ki, ##.##.2023-cü il tarixli əlyazma qəbz vizual tədqiq edildikdə qəbz üzərində mürəkkəbi ört-basdır edən ağ mayedən istifadə edilməsi müşahidə olunmur. Hətta qəbz kvadrat şəbəkəli xətlərdən ibarət yazı vərəqində tərtib edildiyi halda, kvadratların (damaların) xətləri olduğu kimi yerindədir. Halbuki, ağardıcı tətbiq olunan hissədə vərəqin damaları və xətləri ört-basdır edilir, həmin nahiyədə qələm xətləri qırılır, kəsilir və ya tam simmetrik damalar pozulur, əgər ağardıcının üzərinə yenidən qələmlə yazılıbsa, mürəkkəbin quruma xüsusiyyəti və tündlüyü digər yazılardan fərqlənir. Ancaq, hazırkı qəbzdə göstərilən «27840» rəqəmində ümumiyyətlə belə əlamətlər mövcud deyildir.
54. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir; Məcəllənin 386.1-ci maddəsinə görə isə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
55. Mülki Məcəllənin 739.1-ci maddəsində (mübahisəli hüquq münasibətləri yarandığı zamankı redaksiyada) deyilirdi ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
56. Həmin Məcəllənin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
57. Həmin Məcəllənin 882.2-ci maddəsinə görə isə, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.
58. Qeyd olunan maddədən də görünür ki, mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin etibarlı hesab edilməsi üçün onun hansı münasibətlərdən əmələ gəldiyinin əhəmiyyəti yoxdur və yalnız onun formasına riayət edilməsi tələb olunur. Tərəflər arasında tərtib edilmiş qəbzdə yazılı şəkildə tərtib olunmuş formadadır.
59. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli borcun etirafı müqaviləsindən irəli gəlir. Həmin müqavilə ilə cavabdeh Cavabdeh iddiaçı İddiaçı 27840 manat borc pul aldığını etiraf etmişdir.
60. Artıq, mübahisənin obyektiv həlli üçün ikinci araşdırılmalı məsələ - verilmiş borc pul vəsaitinə görə cavabdeh tərəfindən iddiaçıya hər hansı vəsait qaytarılıb-qaytarılmamasıdır. Çünki, cavabdeh özünə məxsus iki ədəd bank kartını iddiaçıya verdiyini və həmin kartlara köçürülən pul vəsaitinin iddiaçı tərəfindən bankomatdan çıxarılaraq borcun ödənişi qismində qəbul edildiyini, beləliklə iddiaçıya heç bir borcu qalmadığını bildirmişdir.
61. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, iddiaçının cavabdehə 27840 manat pul verməsi işdəki sübutların məcmusu ilə öz təsdiqini tapır; həmin puldan hər hansı məbləğin geri qaytarılmasını sübut etmək yükü isə bu dəlili irəli sürən cavabdehin üzərinə düşür və qanunvericiliyin tələblərinə görə bu hal yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret halda pulun qaytarılmasına dair müvafiq qəbzlər, müqavilə və s.) sübut olunmalıdır.
62. Iddiaçı İddiaçı cavabdehin özünə məxsus iki ədəd bank kartını ona verməsini inkar etməyərək, kartın bloklanması ilə əlaqədar bankomat vasitəsilə kartdan pul çıxara bilmədiyini bildirmişdir. Bu səbəbdən də, apellyasiya baxışı zamanı sübutların cəlb olunması barədə ##.##.2026-cı il tarixli qərardad qəbul edilərək cavabdeh Cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-də açılmış hesab üzrə 2013-cü ildən ##.##.2025-ci il tarixədək olan dövr üzrə hesaba köçürülmüş pul vəsaitinin bankomatdan çıxarılmasına dair görüntülərin məhkəməyə təqdim edilməsi tələb edilmiş, lakin bankdan cavab olaraq həmin görüntülərin saxlanma müddətinin bitməsi səbəbindən hazırda mövcud olmadığı bildirilmişdir.
63. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
64. Həmin Məcəllənin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
65. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
66. Lakin, cavabdeh bu sübut etmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və irəli sürdüyü arqumenti sübuta yetirə bilməmişdir.
67. Qeyd edilənlərin yekunu olaraq kollegiya belə qənaətə gəlir ki, iddianın təmin edilməsi üçün qanuni əsaslar mövcuddur. Birinci instansiya məhkəməsi isə iddianı təmin etməməklə mübahisənin halları, tərəflərin münasibəti və tətbiq edilməli hüquqla bağlı yanlış nəticəyə gəlmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək, yeni qətnamə qəbul edilməli və iddia təmin edilməlidir.
68. Bundan əlavə, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 127 manat cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir.
69. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdam Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. Iddia təmin edilsin. Cavabdeh Cavabdeh 27840 (iyirmi yeddi min səkkiz yüz qırx) manat tutularaq iddiaçı İddiaçı verilsin. Ekspertiza xərci olan 127 (bir yüz iyirmi yeddi) manat cavabdeh Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN 1700326621 X1, KOD 210005 VÖEN 1401555071 m\h AZ41NABZ01360100000000003944 SFIFT BIK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.