Məhkəmə qərarları › İş №2(104)-1521/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1521/2023

04.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1521/2023 04.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi (vəkil) Vəkil1 iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-378/2022 saylı mülki iş üzrə 14 aprel 2023-cü il tarixli qərardadından Cavabdeh nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmədə baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin 2(125)-378/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 3500 (üç min beş yüz) manat və məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 55 (əlli beş) manatı alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh və onun nümayəndəsi (vəkil) Vəkil1 həmin qətnamədən apellyasiya şikayəti və ötürülmüş müddətin bərpa olunmasına dair ərizə verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-378/2022 nömrəli iş üzrə apellyasiya şikayətinin verilməsi məqsədi ilə buraxılmış prosessual müddətin bərpa edilməsi və Gəncə Şəhər Məhkəməsinin 2(125)-378/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, İddiaçı iddia tələblərinin tamamilə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-378/2022 saylı mülki iş üzrə 14 aprel 2023-cü il tarixli qərardadı ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-378/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh və onun nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpası barədə ərizəsinin əsassız olduğundan rədd edilməsi və həmin qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina olunması qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-378/2022 saylı mülki iş üzrə 14 aprel 2023-cü il tarixli qərardadından Cavabdeh və onun nümayəndəsi (vəkil) Vəkil1 tərəfindən apellyasiya şikayəti verilərək, Gəncə Şəhər Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(125)-378/2022 nömrəli qərardadının ləğv edilməsi və apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin icraatına qəbul edilməsi xahiş edilmişdir Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsi qərara almışdır ki, “Gəncə Şəhər Məhkəməsinin 2(125)-378/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh və onun nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpası barədə ərizəsi əsassız olduğundan rədd edilməsi və həmin qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina olunsun.” Hesab edir ki, birinci instansiya məhkəməsi əsassız olaraq prosessual müddətin bərpasından imtina etmişdir. Belə ki, məhkəmə buna əsaslanmışdır ki, iş materiallarına əlavə edilmiş poçt xəbərnaməsi vardır və orada Gəncə Şəhər Məhkəməsinin 2(125)-378/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qətnaməsinin xx.xx.2022-ci il tarixdə rəsmən alması haqda Cavabdeh imzası vardır. Bu xəbərnamədə olan imza haqda yazılı qaydada və bilavasitə məhkəmədə bildirmişdir ki, xəbərnaməni imzalayan şəxs tamamilə başqadır. Belə ki, qətnamə səhvən başqa ünvana aparılmış və ona tanış olmayan şəxs imzalayıb qətnaməni götürmüşdür. Məhkəmə isə xəbərnamədə kiminsə imzasının olmasını əsas tutmuşdur. Halbuki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2 saylı Poçt filialının rəisinin imzası və möhürü ilə təsdiq edilmiş poçt tərəfindən bu səhv çatdırılma ilə bağlı xx.xx.2023-cü il tarixli, PF-2-2/33 nömrəli rəsmi arayışında yazılmışdır ki, rəsmən onun özünə məhkəmənin içərisində qətnaməsi olan SS820384125AZ nömrəli sifarişli xəbərnaməli məktub xx.xx.2023-cü il tarixdə çatdırılmışdır. Məhkəmə poçtun məktubu ilə bağlı mövqeyini bildirməmişdir. Məhkəmənin hansı səbəbdən dövlət poçtunun rəsmi cavabını qəbul etmədiyi bəlli deyildir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-378/2022 saylı mülki iş üzrə 01 may 2023-cü il tarixli qərardadı ilə (hakim:Z.İmanov) şikayəti təmin edilməmiş və şikayətə işlə birlikdə baxılması üçün 7 gün müddətinə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil1 şikayətdə göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını tətqiq edib, məruzəçi hakimi və Cavabdeh nümayəndəsi Vəkil1 dinləyib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-378/2022 saylı mülki iş üzrə 14 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikasının MPM-in 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-cи maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı işüzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları vəşikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Yuxarıda adıçəkilən prosessual normaların tələblərinə görə, birinci instansiya məhkəməsinin qətnaməsindən tərəf 1 ay müddətində şikayət verə bilər. İş materiallarının 87-ci vərəqində olan məhkəmə qəbzindən görünür ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh 22 sentyabr 2022-ci il tarixdə şəxsən qəbzə imza etməklə götürmüşdür. Cavabdeh tərəfindən isə qanunla müəyyən edilmiş bir aylıq müddət ərzində qətnamədən apellyasiya şikayəti verilməmiş və müddətin ötürülməsinin üzürlü səbəblərdən baş verməsi barədə hər hansı bir mötəbər sübut növü ərizəyə əlavə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-378/2022 saylı mülki iş üzrə 14 aprel 2023-cü il tarixli qərardadı işin hallarına uyğundur. Qərardad qəbul edilərkən prosessual hüquq normaların pozulmasına yol verilməmişdir. Ona görə də, məhkəmə kollegiyası həmin qərardadın ləğv edilməsi üçün əsas görmür və qərardadın dəyişdirilmədən saxlanılmalı olması nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-378/2022 saylı mülki iş üzrə 14 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar