Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1524/2023 07.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Allahverdiyev Ömər Taleh oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiаçı İddiaçı ASC-in Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dаir mülki iş üzrə Gəncə şəhər Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, e-2(125)-1703/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" ASC borcalan mərhum X3 vərəsəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə şəhər Məhkəməsinə müraciət edərək borcalan mərhum X5 ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 1363,40 manat əsas, 34,99 manat faiz borcu olmaqla, cəmi 1398,39 ( bir min üç yüz doxsan səkkiz manat 39 qəpik) manat kredit borcunun və iş üzrə ödənilmiş 34,39 manat dövlət rüsumunun alınaraq xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhər Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, e-2(125)-1703/2023 saylı qətnaməsi ilə (hakim C.Tağıyev) iddia tələbinin təmin edilməsi, Cavabdeh xx.xx.2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə 1363,40 manat əsas, 34,99 manat faiz borcu olmaqla, cəmi 1398,39 (bir min üç yüz doxsan səkkiz manat 39 qəpik) manat kredit borcu və iş üzrə ödənilmiş 34,39 (otuz dörd manat 39 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək Gəncə şəhər Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, e-2(125)-1703/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, borcalan mərhum X4 istehlak məqsədləri üçün 35 ay müddətinə nəğd şəkildə istifadə olunmaqla 2300 manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı ASC ilə X5 arasında xx.xx.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə X3 xx.xx.2023-cü il tarixə olan əsas borcu 1363,40 manat, 34,99 manat faiz borcu olmaqla cəmi 1398,39 manat təşkil edir. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin internet saytından əldə etdikləri məlumata əsasən X3 ölümündün sonra 1 saylı Gəncə regional “Asan Xidmət” mərkəzində notariat ofisində vərəsəlik işinin açılması aşkarlanmışdır. Bankın xx.xx.2022-ci il tarixdə qeyd olunan notariat ofisinə ünvanladığı sorğusuna cavab olaraq, xx.xx.2021-ci il tarixində vərəsəlik işi açılmışdır və X2 miras qalan əmlakı vərəsəsi Cavabdeh qəbul etmişdir. Borcun ödənilməsi tələbi ilə bağlı cavabdehin vərəsəsinə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Müqavilə üzrə cavabdeh pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində Banka zərər vurmuşdur. Bununla da cavabdehdən borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcu 1398.39 ( bir min üç yüz doxsan səkkiz manat otuz doqquz qəpik) manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, məhkəmədən onun evinə bildiriş gələndən sonra bilib ki, mərhum əri X5 xx.xx.2019-cu il tarixdə İddiaçı ASC-dən kredit götürübdür. Onların ailəsinin bu günə kimi kreditin götürülməsindən xəbərləri olmayıbdır. Kredit haqqında müvafıq qaydalar var ki, banklar müştəriyə krediti əmək haqqısına görə, zamin və yaxud əmlak girov qoymaqla verirlər. İndi o bilmir ki, bank həmin krediti mərhum ərinə hansı hallarla veribdir. Mərhum əri rəhmətə getməmişdən əvvəl sağlığında kreditin ödənilməsində gecikdirmələr etmişdir və vaxtında bank bu barədə bir tədbir görməyibdir. Bankın 35 aylıq kredit müqaviləsi xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixə kimi olduğu bir halda iddia müddətini ötürdükdən 1 il sonra, 2023-cü ildə məhkəmədə iddia qaldırması əsasızdır. İddia dərhal rədd edilməklə icraata qəbul edilməməsini məhkəmədən xahiş edib. O, mərhum ərinin vərəsəsi olsa da kreditin götürülməsindən xəbəri olmayıbdır. Ailəsi ağır maddi durumda acınacaqlı bir şəraitdə yaşayır. Heç bir yerdən ailəsinin bir manat gəliri yoxdur. İddiaçının ondan tələb etdiyi krediti ödəməyə maddi imkanı yoxdur. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyinin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən X4 istehlak məqsədləri üçün 35 ay müddətinə, nağd şəkildə istifadə olunmaqla 2300 manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı ASC ilə X5 arasında xx.xx.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, X5 2275 manat pulu qəbul etmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 100661 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci ildə ölmüşdür. İş materiallarında olan Maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli, ******* nömrəli müqavilə üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə ödənilməmiş 1363,40 manat əsas borc, 34,99 manat faiz borcu olmaqla ümumilikdə 1398,39 manat borc vardır. İş materiallarında olan Gəncə Regional “Asan xidmət” mərkəzi Notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X2 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh vərəsəlik qaydasında qəbul etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziyanın surətindən görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə mərhum X1 arasında kredit müqaviləsi bağlanaraq iddiaçı tərəfindən X4 35 ay müddətinə 2300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə X3 xx.xx.2023-cü il tarixə olan əsas borcu 1363,40 manat, 34,99 manat faiz borcu olmaqla cəmi 1398,39 manat kredit borcu yaranmışdır. X5 xx.xx.2020-ci il tarixdə vəfat etdiyindən, iddiaçı kredit borcunu miras qoyanın vərəsəsi Cavabdeh tələb etmiş, lakin cavabdeh miras qoyanın kreditoru qarşısında öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı məhkəmə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2- ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarındakı sübutlarla cavabdeh X5 xx.xx.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada icra etmədiyi sübuta yetdiyinə görə və o, xx.xx.2020-ci il tarixdə vəfat etdiyindən, iddiaçı kredit borcunu miras qoyanın vərəsəsi Cavabdeh tələb etməkdə, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcələnin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, Gəncə Şəhər Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, e-2(125)-1703/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, e-2(125)-1703/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qətidir. Ondan şikayət verilməsi nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №2(104)-1524/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1524/2023
07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver