Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1541/2024 25.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X8 (sədrlik edən məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh12 qarşı “istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-186/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətə Gəncə Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, M Ü ƏY Y Ə N E T D İ: İddiaçı Unibank KB” ASC cavabdehlər X1, X5, X2, X11, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" SC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilinə cavabdehlərin istifadə hüquqlarına xitam verilməsinə, cavabdehlərin və onların ailə üzvlərinin ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilindən çıxarılmaqla həmin mənzilin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, məhkəmədən Cavabdeh1, X9, X4, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 cavabdehlər sırasından çıxarılması, Cavabdeh12 iş üzrə əsl cavabdeh kimi cəlb edilməsi və iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilindən Cavabdeh12 və onun ailə üzvlərinin çıxarılmaqla, həmin mənzilin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 AZN məbləğində pulun cavabdehdən tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-186/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə (ahkim Şəfəq Məmmədova) eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olması əsası ilə iş üzrə icraata xitam verilmişdir. Qəradad onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-527/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, xx.xx.2012-ci il tarixli 020KV/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2012-ci il tarixli 020KV-1/12 saylı əlavə kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh12 və X7 müştərək qaydada 16.828,06 (on altı min səkkiz yüz iyirmi səkkiz dollar altı sent) ABŞ dolları əsas borc, 649,85 (altı yüz qırx doqquz dollar səksən beş sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 17.477,91 (on yeddi min dörd yüz yetmiş yeddi dollar doxsan bir sent) ABŞ dolları məbləğində pul ödənildiyi günə Azərbaycan manatına olan məzənnə üzrə alınıb "xxxx" Kommersiya Bankı ASC-yə verilməsi, tələbin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX ******* saylı, xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında ipoteka ilə yüklü edilmiş, ilkin satış qiyməti 35.000 manat qiymətləndirilmiş Cavabdeh12 mülkiyyətində olan Şəmkir şəhəri Həzi Aslanov küçəsində yerləşən 91.1 kv.m ümumi, 31.3 kv.m yaşayış sahəsindən ibarət olan 2 nömrəli binanın 2 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzil açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına 16.828,06 (on altı min səkkiz yüz iyirmi səkkiz dollar altı sent) ABŞ dolları əsas borc, 649,85 (altı yüz qırx doqquz dollar səksən beş sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 17.477,91 (on yeddi min dörd yüz yetmiş yeddi dollar doxsan bir sent) ABŞ dolları məbləğində pul ödənildiyi günə Azərbaycan manatına olan məzənnə üzrə alınıb "xxxx" Kommersiya Bankı ASC-yə verilməsi, ipoteka predmeti olan Şəmkir şəhəri Həzi Aslanov küçəsində yerləşən 91.1 kv.m ümumi, 31.3 kv.m yaşayış sahəsindən ibarət olan 2 nömrəli binanın 2 nömrəli mənzili açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində Cavabdeh12 həmin mənzildən çıxarılması qət edilmişdir. Qərardaddan narazı qalan iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC hərrac vasitəsi ilə ünvan 1 ünvanında yerləşən 2 saylı mənzili almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2016-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış, ********** qeydiyyat nömrəli Çıxarışla iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. Məhkəməyə təqdim etdiyi Şəmkir rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli qərardadından da görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 527/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi tam şəkildə icra olunduğuna görə də həmin icra sənədi üzrə işin icraatına xitam verilmişdir. Daha sonra isə Cavabdeh12 ilə bank arasında razılıq ələ olunmuş, "xxxx" KB ASC mülkiyyətində olan Şəmkir şəhəri Həzi Aslanov küçəsində yerləşən 2 nömrəli binanın 2 nömrəli mənzilində Cavabdeh12 və ailə üzvlərinin yaşamasına razılıq vermişdir. Cavabdeh12 və ailə üzvləri hal-hazırda "xxxx" KB ASC mülkiyyətində olan Şəmkir şəhəri Həzi Aslanov küçəsində yerləşən 2 nömrəli binanın 2 nömrəli mənzilində yaşayırlar. Cavabdeh12 özü də məhkəmə proseslərində hazırda həmin mənzildə yaşadığını inkar etməmişdir. Daha sonra isə iddiaçı "xxxx" KB ASC Cavabdeh12 qarşı mənzildən çıxarılmaqla, həmin mənzilin boşaldılmasına dair iddia ilə Şəmkir rayon Məhkəməsinə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)- 186/2024 saylı xx.xx.2024-cü il qərardadı ilə MPM-nin 261.0.2-ci maddəsi rəhbər tutulmaqla iş üzrə icraata xitam verilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC-daha əvvəl məhkəməyə eyni tələblə müraciət etmiş və eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)- 527/2015 nömrəli xx.xx.2015-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-186/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh12 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-186/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı tam, onunla bağlı xx.xx.2024-cü ul tarxli qərardadı isə qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, mülki işə baxılması üçün iş Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı "xxxx" KB ASC daha əvvəl məhkəməyə eyni tələblə müraciət etmiş və eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)- 527/2015 nömrəli xx.xx.2015-ci il tarixli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Məhkəmə öz qərardadını onunla əsaslandırmışdır ki, artıq qanuni qüvvəsinin almış Şəmkir Rayon Məhkəməsinin 2(076)-527/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə ipoteka predmeti olan Şəmkir şəhəri Həzi Aslanov küçəsində yerləşən 91.1 kv.m ümumi, 31.3 kv.m yaşayış sahəsindən ibarət olan 2 nömrəli binanın 2 nömrəli mənzilindən Cavabdeh12 çıxarılması qət edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşmır və aşağıdakıları qeyd edir. İş materialları ilə müəyyən edilir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-527/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə ipoteka predmeti olan Şəmkir şəhəri Həzi Aslanov küçəsində yerləşən 91.1 kv.m ümumi, 31.3 kv.m yaşayış sahəsindən ibarət olan 2 nömrəli binanın 2 nömrəli mənzilindən Cavabdeh12 çıxarılması qət edilsə də, Şəmkir rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli qərardadı ilə Şəmkir Rayon Məhkəməsinin 2(076)- 527/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi tam şəkildə icra olunduğuna görə həmin icra sənədi üzrə işin icraatına xitam verilmişdir. Sonradan bankla Cavabdeh12 arasında yenidən razılaşma olmuş və həmin razılaşmaya əsasən bank artıq mülkiyyətində olan Şəmkir şəhəri Həzi Aslanov küçəsində yerləşən 2 nömrəli binanın 2 nömrəli mənzilindən istifadəylə bağlı Cavabdeh12 razılığa gəlmişdir. Göründüyü kimi Şəmkir Rayon Məhkəməsinin 2(076)-527/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi icra edildikdən sonra ipoteka predmeti olan mübahisəli mənzil bankın mülkiyyətinə keçmişdir. Bundan sonra cavabdehin həmin mənzilə köçməsi isə yeni razılaşma əsasında olmuşdur. Cavabdehin mübahisə predmeti olan evlə bağlı ilkin hüquqları və iddiaçı bankla aralarında ilkin mübahisə onun həmin evin mülkiyyətçisi olması və evi ipoteka qoyması ilə münasibətlərdən yaranmışdır. Lakin hazırkı mübahisə isə artıq evin mülkiyyətçisi olan iddiaçı bankla cavabdeh arasında həmin evdən müvəqqəti istifadə barədə razılaşmadan yaranan münasibətlərdir. Hər iki mübahisədə iddianın predmeti eyni olsa da, iddianın əsası fərqlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair xx.xx.2012-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. Tərəflər arasında yaranmış ilkin iddianın əsasını ipoteka qoymuş şəxsin kredit öhdəliyi və həmin öhdəliyin icra edilməməsi səbəbindən ipoteka predmeti olan evin boşaldılması ilə bağlı ipoteka müqaviləsi təşkil etmişdir. Hazırkı mübahisə üzrə iddianın əsasını isə bankla mülkiyyətində olan evdən cavabdehin müvvəqəti istifadəyə dair razılaşması təşkil edir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)- 527/2015 nömrəli xx.xx.2015-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi mövcudluğu əsası ilə xitam verərkən düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası şikayətdə göstərilən dəlilləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-186/2024 saylı xx.xx.2024cü il tarixli qərardadı tam, onunla bağlı xx.xx.2024-cü ul tarxli qərardadı isə qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, mülki iş baxılması üçün iş Şəmkir Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şəmkir Rayon Məhkəməsinin 2(076)-186/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-186/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı tam, həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı isə qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Mülki iş baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1541/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1541/2024
25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver