Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1574/2023 06.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-255/2023 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehdən ona ödəməli olduğu 680 manat pulun və 31 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-255/2023 qətnaməsi ilə (sədrlik edən hakim Marif Kazımov) iddia qismən təmin edilmiş, Cavabdeh sifarişin yerinə yetirilməsinə görə muzd olaraq 480 manat məbləğində pulun və 31 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 511 manat məbləğində pul vəsaitinin tutulub İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-255/2023 qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin 511 manat maddi zərərin və 31 manat dövlət rüsumunun ödənilməsi hissəsində qismən ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hal-hazırda fəhlə 1 kub metr torpaq sahəsini 20-25 manat civarında işləyir. O, iddiaçıya 4 metr quyu qazması üçün ona 120 manat pul vermiş, sonra iddiaçı verdiyi pulun azlığı ilə bağlı narazılıq etdikdə əlavə olaraq 30 manat vermək istədikdə, iddiaçı razılaşmayaraq 460 manat pulun ona veriləcəyini bildirmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, o, Gədəbəy rayonu, Əlinağılar kəndində yaşayır. İddiaçı onun həmkəndlisidir. Şəmkir rayonu, Dəllər qəsəbəsində atasının yaşadığı fərdi yaşayış evinin həyətində kanalizasiya quyusunun qazılması üçün iddiaçı ilə telefonla danışmış və iddiaçı digər iş yoldaşları ilə birlikdə gələrək quyunu qazacaqlarını bildirmişdir. O, cavabdehlə 4 metr uzunluğunda və 1.4 metr enində quyunun qazılması üçün ümumilikdə 120 manata razılaşmışlar. İddiaçı iş yoldaşları ilə birlikdə gələrək quyunu qazmışlar. Quyu qazılıb yekunlaşdıqdan sonra o iddiaçıya işin yerinə yetirilməsi üçün razılaşdıqları muzd olaraq 120 manat məbləğində pulu iddiaçıya vermək istədikdə, iddiaçı bununla razılaşmamış və onlar quyunun bir metrini 120 manata qazdıqlarını bildirmişlər. O, isə bunu qəbul etməmiş və ümumilikdə 4 metr uzunluğu olan quyunun qazılması üçün muzd olaraq 120 manat məbləğində razılaşdıqlarını bildirmiş, lakin iddiaçı həmin məbləği qəbul etməkdən imtina etmişdir. O, iddiaçıya əlavə olaraq 80 manat da verəcəyini bildirsə də, iddiaçı bununla da razılaşmamışdır. O, iddiaçıdan əvvəl başqa şəxslə quyunun qazılması üçün bir metrini 30 manata danışmış, lakin, iddiaçı onun qohumu olduğundan onunla razılaşmışdır. Məhkəmə isə işin həmin hallarını nəzərə almamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-255/2023 saylı qətnaməsinin 511 manat maddi zərərin və 31 manat dövlət rüsumunun ödəniləməsi hissəsində qismən ləğv edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, cavabdeh, mobil telefonla ona zəng edərək atasına məxsus Şəmkir rayonun Dəllər qəsəbəsində yerləşən evinin həyətində kanalizasiya quyusunu qazdırmaq istəməsini, buna görə ona fəhlə tapmaqda köməklik etməsini xahiş etmişdir. O, da Şəmkir rayonun Şiştəpə kəndində yaşayan, onunla birlikdə fəhləlik edən şəxslər Elbrus, Samir və Orxan adlı yoldaşlarla danışıb cavabdehin sifarişini onlara çatdırmışdır. Həmin şəxslər də onunla birlikdə cavabdehin təklif etdiyi işi icra etmək istəmələrini bildirmişlər. Təxminən 2022-ci ilin dekabr ayının 20-də o və adlarını bildirdiyi yoldaşlar cavabdehlə telefon vasitəsi ilə əlaqə saxladıqdan sonra cavabdehin atası Zahidin yaşadığı Dəllər qəsəbəsindəki evinə getmişlər. Cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən qazacaqları quyunun hər metrinin əl haqqını 120 manata olacağını bildirmişlər və cavabdeh də bununla razılaşmışdır. O, da iş yoldaşları ilə həmin quyunu bir gün yarıma qazıb cavabdehə təhvil vermişlər. Cavabdehə quyunun dərinliyinin 4.1 metr olmasını, əl haqqlarının isə 480 manat olmasını bildirməklə əmək haqlarının ödəməsini xahiş etmişlər. Cavabdeh isə ona 120 manat pul verərək başqa pul verməyəcəyini bildirmişdir. O isə həmin pulu götürməyərək əmək haqlarının 480 manat olmasını və ödəməsini tələb etmişdir. Məhkəmənin qətnaməsini qanui hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-255/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-255/2023 saylı qətnaməsi dəyişdirilməli, Cavabdeh 200 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 31 manat tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə arasında Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən cavabdehin atasına məxsus fərdi yaşayış evinin həyətində kanalizasiya quyusunun qazılması ilə bağlı şifahi razılaşma olmuşdur (şifahi podrat müqaviləsi bağlanmışdır). Həmin razılaşmaya əsasən qazılacaq quyunun bir metrinin qazılması üçün iddiaçı cavabdehdən 120 manat xidmət haqqı alacağını bildirmiş və tərəflər bu barədə şifahi olaraq razılaşmışlar. Razılaşmaya əsasən cavabdehin atasının həyətində iddiaçı və onun iş yoldaşları Elbrus, Samir və Orxan adlı şəxslərlə tərəfindən 4 metr uzunluğunda 1.4 metr enində kanalizasiya quyusu qazılmışdır. Razılaşma üzrə cavabdehin iddiaçıya verməli olduğu məbləğ 480 manat təşkil etmişdir. Cavabdeh razılaşmanın şərtlərini pozaraq öhdəliyin icrasından boyun qaçırmış, iddiaçının pulunu verməkdən imtina etmişlər. Bu işdə iştirak edən şahid ifadələri ilə təsdiqini tapır. Odur ki, iddiaçı həmin məbləğin cavabdehdən alınaraq ona verilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə qismən razılaşmır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin mənasına görə, sübutların aidliyi dedikdə, sübut mənbəyində olan məlumatın məhkəmə baxıında müəyyən edilməli olan faktlarla və hallarla obyektiv əlaqəsini olması başa düşülür. Subutların qiymətləndirilməsi isə təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutları düzgün qiymətləndirilmısi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılnası üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. İş materialları ilə müəyyən edilir ki, İddiaçı Cavabdeh ilə arasında Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən cavabdehin atasına məxsus fərdi yaşayış evinin həyətində kanalizasiya quyusunun qazılması ilə bağlı şifahi razılaşma olsa da, quyunun bir metrinin qazılması üçün onların 120 manat xidmət haqqına razılaşması yalnız iddiaçının izahatı və onun təqdim etdiyi və həmin quyunun qazılmasında iddiaçı ilə birlikdə fəhlə işləmiş şahid ifadələri ilə təsdiq edilir ki, həmin şahidlər maraqlı şəxs olduqlarından onların ifadələri mötəbər hesab oluna bilməz. Cavabdeh isə 4 metr uzunluğunda və 1.4 metr enində quyunun qazılması üçün ümumilikdə 120 manata razılaşmaları və iddiaçıya əlavə olaraq 80 manat da verəcəyini bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını daha inandırıcı və səmimi qəbul edərək, qeyd edir ki, 4 metr uzunluğunda və 1.4 metr enində quyunun bir metrinin 120 manata razılaşmaları ağlabatan deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən, podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Birinci instansiya məhkəməs isə işin həmin hallarına düzgün hüquqi qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydılaşdırılmamış və məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarıa uyğun olmamışdır ki, bu hallar isə qətnamənin apellyasiya qaydasında dəyişdirilməsi üçün əsasdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-255/2023 qətnaməsi dəyişdirilməli, Cavabdeh quyunun qazılması üçün razılaşdırılmış 120 manat və cavabdehin iddiaçıya əlavə olaraq 80 manat da verəcəyi nəzərə alınmaqla, cəmi 200 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 31 manat tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-255/2023 qətnaməsi dəyişdirilsin. Cavabdeh 200 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 31 manat tutularaq İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə biməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №2(104)-1574/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1574/2023
06.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver