Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1594/2024 27.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X5 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən Gədəbəy rayon Gər-Gər bələdiyyəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2(042)-255/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşdə olan X2 görünür ki, Gədəbəy rayonu, Şəkərbəy kəndi ərazisində çay yatağında yerləşən bulağın mənbəyindən iddiaçının yaşadığı evə gedən su xətti kəsilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Gədəbəy rayonu, Şəkərbəy kəndi ərazisində olan, kəndin yuxarı hissəsində çay yatağında yerləşən bulağın mənbəyindən onun yaşadığı evə gələn, hazırda cavabdehlər tərəfindən dağıdılmış su xəttinin tərəfindən bərpa edilməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaratdığı hər cür müdaxiləyə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Şəkərbəy kəndində özünə məxsus fərdi yaşayış evində yaşayır. 35 il bundan əvvəl yaşadığı kənddən təxminən 350-400 metr məsafədə yerləşən bulaqdan yaşadığı evə su boruları ilə su çəkdirmişdir. 2023-cü ilin noyabr ayının 14-də həmkəndliləri olan cavabdehlər bulağın mənbəyini dağıdaraq onun evinə gedən su borularını kəsmişlər. Nəticədə evinə gedən su kəsilmişdir. O, dəfələrlə su xəttini bərpa etməyə çalışsa da, bununla bağlı cavabdehlərə müraciət etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Aralarındakı olan narazılıqla bağlı kənd bələdiyyəsinə və polisə müraciət etsə də, mübahisənin həlli ilə bağlı heç bir müsbət nəticə əldə olunmamışdır. Hesab edir ki, bulaqdan onun fərdi yaşayış evinə gedən, hazırda cavabdehlər tərəfindən dağıdılmış su xəttinin bərpa edilməsinə cavabdehlər tərəfindən yaradılan hər cür maneələrə son qoyulmalıdır.
4. Cavabdeh1 iddia tələbinə etiraz etmişdir, etirazını onunla əsaslandırılmışdır ki digər cavabdelə (oğlula) birlikdə şəhid oğlu Mahir Hüseynov və bütün şəhidlərin şərəfinə kəndin girişində bulaq inşa etdirəcək. İstifadə edəcəyi su mənbəyi iddiaçıya məxsus deyildir. İddiaçı yaşadığı evə digər yerlərdə yerləşən su mənbələrindən su çəkmişdir və hazırda istifadə edir. Ona görə də, iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Gədəbəy Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2(042)-255/2024 saylı qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı bələdiyyə mülkiyyətində olan ərazidə yerləşən su mənbəyindən istifadə edilməsi ilə əlaqədar Gədəbəy Rayon Gər- Gər Bələdiyyəsi ilə heç bir müqavilə bağlamamışdır və onun su mənbəyindən istifadə ilə əlaqədar cavabdehlərə qarşı iddia tələbi ilə müraciət etmək üçün sybyektiv hüququ yaranmamışdır. Ona görə də iddia tələbi təmin edilməlidir. İddia ərizəsi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
7. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 106.1, 119.1, 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
8. Gədəbəy Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2(042)-255/2024 saylı qətnaməsindən narazı qalan İddiaçı və onun nümayəndəsi X9 apellyasiya şikayəti verərək, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-255/2024 saylı qətnaməsinin tamamilə ləğv edilməsini, iddia tələbinin təmin edilməsini, Gədəbəy rayonu, Şəkərbəy kəndi ərazisində olan, kəndin hissəsində çay yatağında yerləşən bulağın mənbəyindən onun yaşadığı evə gələn, hazırda cavabdehlər tərəfindən dağıdılmış su xəttinin onun tərəfindən bərpa edilməsinə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaratdığı hər cür müdaxiləyə son qoyulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki o, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Şəkərbəy kəndində özünə məxsus fərdi yaşayış evində yaşayır. 35 il bundan əvvəl yaşadığı kənddən təxminən 350-400 metr məsafədə yerləşən bulaqdan yaşadığı evə su boruları ilə su çəkdirmişdir. 2023-cü ilin noyabr ayının 14-də həmkəndliləri olan cavabdehlər bulağın mənbəyini dağıdaraq onun evinə gedən su borularını kəsmişlər. Nəticədə evinə gedən su kəsilmişdir. O dəfələrlə su xəttini bərpa etməyə çalışsa da, bununla bağlı cavabdehlərə müraciət etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Aralarındakı olan narazılıqla bağlı kənd bələdiyyəsinə və polisə müraciət etsə də, mübahisənin həlli ilə bağlı heç bir müsbət nəticə əldə olunmamışdır. Hesab edir ki, bulaqdan onun fərdi yaşayış evinə gedən, hazırda cavabdehlər tərəfindən dağıdılmış su xətinin bərpa edilməsinə cavabdehlər tərəfindən yaradılan hər cür maneələrə son qoyulmalıdır. Məhkəmə onun iddia tələbinə baxaraq iddianı rədd etmişdir. Məhkəmə iddianı rədd edərkən qətnaməni belə əsaslandırmışdır: “...məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı bələdiyyə mülkiyyətində olan ərazidə yerləşən su mənbəyindən istifadə edilməsi ilə əlaqədar Gədəbəy rayon Gər-gər bələdiyyəsi ilə heç bir müqavilə bağlamamışdır və onun su mənbəyindən istifadə ilə əlaqədar cavabdehlərə qarşı iddia tələbi ilə müraciət etmək üçün subyektiv hüququ yaranmamışdır. Ona görə də iddia tələbi təmin edilməməlidir”. Məhkəmənin bu mövqeyi ilə görə razılaşmamışdır. İlk öncə, ona görə ki, məhkəmə mübahisəli su obyektinin bələdiyyə mülkiyyətində yerləşməsini təsdiq edən heç bir mötəbər sübuta istinad etməmişdir. Məhkəmə yalnız iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Gər-gər bələdiyyəsinin sədri X4 izahatına əsaslanmışdır. O, izahatında bildirmişdir ki, nə iddiaçı, nə də cavabdehlər bələdiyyə mülkiyyətində olan ərazidə yerləşən su mənbəyindən istifadə ilə əlaqədar müqavilələr bağlamamış, sudan qanunsuz istifadə etmişlər. Hesab edir ki, məhkəmənin yalnız bu izahata əsaslanaraq mübahisəli su obyektinin bələdiyyə mülkiyyətində olması qənaətinə gəlməsi düzgün deyil. Belə ki, məhkəmə həmin su obyektinin xüsusi, bələdiyyə və ya dövlət mülkiyyətində olmasını müəyyən etmək üçün mütəxəssis cəlb etməli və müvafiq ekspertiza təyin etməli idi. Lakin məhkəmə bunu etməmiş və nəticədə əsassız qətnamə çıxarmışdır. Digər hal kimi, əgər mübahisəli su obyekti bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşirdisə, həmin su mənbəyindən onun heç bir rəsmi razılıq sənədi olmasa da, uzun illər ərzində etirazsız istifadə etməyini nəzərə almamışdır. Belə ki, məhkəmə özü yerində müayinə aparmış, müayinə zamanı da müəyyən edilmişdir ki, Gədəbəy rayonu, Şəkərbəy kəndi ərazisində çay yatağında yerləşən bulağın mənbəyindən onun yaşadığı evə gedən su xətti kəsilmişdir. Bununla əlaqədar, yerinə müayinə protokolu tərtib edilmiş və qətnamədə həmin sənədə sübut olaraq istinad edilmişdir. Lakin məhkəmə bu halı müəyyən etsə də, onun əksinə zidd olaraq iddianı rədd etmişdir. Qətnamədə göstərilmişdir ki, iddiaçı həmin su mənbəyindən istifadə edilməsi üçün bələdiyyə ilə müqavilə bağlamamışdır. Sual olunur: Cavabdehlərin belə bir müqaviləsi varmı və cavabdehlərin onun illər ərzində istifadə etdiyi bulaqdan evinə gedən su xəttini kəsməyə ixtiyarı varmı?! Əlbəttə yoxdur. Odur ki, məhkəmənin gəldiyi bu nəticə də qəbul edilməzdir. Belə ki,“X3 haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar, habelə yaşayış məntəqələri daxilində ümumi istifadədə olan içməli məqsədlər üçün istifadə olunan bulaqlar, quyular, kəhrizlər istisna olunmaqla X3 obyektlərində sudan pullu istifadə olunur. Göründüyü kimi, ümumi istifadədə olan içməli məqsədlər üçün istifadə olunan bulaqlar, quyular, kəhrizlərdən istifadə etmək üçün bələdiyyəyə hər hansı ödəniş qanunda nəzərdə tutulmamışdır. Mübahisəli su obyekti isə ümumi istifadədə olan bulaqdır. Həmin bulaqdan o, uzun illər istifadə etmişdir, bələdiyyə isə buna heç bir etiraz etməmişdir. Bələdiyyənin etiraz etməsi də, məntiqli və qanuni deyil. Ona görə ki, həmin bulağın həqiqətən bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşməsini təsdiq edən heç bir sənəd yoxdur. Bələdiyyə üçüncü şəxs qismində məhkəmə iclasında su mənbəyinin bələdiyyə mülkiyyətində olan ərazidə yerləşdiyini bildirsə də, bunu təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda hesab edir ki, məhkəmə yuxarıda qeyd etiyi hallara düzgün qiymət verməmiş və həmin halları araşdırmadan iş üzrə səhv nəticəyə gəlmişdir. Eləcə də məhkəmə gəldiyi nəticəni heç bir mötəbər sübutla əsaslandırmamışdı.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən , İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən Gədəbəy rayon Gər-Gər bələdiyyəsinin nümayəndəsi X6 izahat verib bildirmidir ki, iddiaçının mübahisələndirdiyi su mənbəyi bələdiyyəyə məxsus torpaq sahəsində yerləşir. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, tərəflərdən heç biri ilə su su mənbəyindən istifadə ilə əladəqar müqavilə bağlanmamışdır.
Tətbiq edilən hüquq
“X3” haqqında Azərbaycan Respublikasının Qanunu:
15. Maddə 6.2. X3nın strukturuna aşağıdakılar aid edilir: 6.2.1. X3 sistemləri və qurğuları; 6.2.2. bələdiyyə torpaqlarında yerləşən dövlət mülkiyyətində və xüsusi mülkiyyətdə, habelə X1 istifadəsində olmayan bulaqlar, quyular, kəhrizlər və yerli əhəmiyyətli digər su obyektləri.
16. Maddə 10.1. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar, habelə yaşayış məntəqələri daxilində ümumi istifadədə olan içməli məqsədlər üçün istifadə olunan bulaqlar, quyular, kəhrizlər istisna olunmaqla X3 obyektlərində sudan ödənişli istifadə olunur.
17. Maddə 13.2. X3 obyektlərindən istifadə bələdiyyələrlə su təsərrüfatı obyektlərinin istifadəçiləri və su istehlakçıları arasında bağlanan müqavilə əsasında aparılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
19. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
20. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
27. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı ümumilikdə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gədəbəy Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2(042)-255/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
32. İlk olaraq kollegiya qeyd edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
33. Bundan başqa Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
34. Qanunvericiliyin tələbinə görə, X3 obyektlərindən istifadə müqavilə əsasında həyata keçirilir. İşin hallarından göründüyü kimi iddiaçı X7 ilə Gədəbəy rayonu Gər-Gər bələdiyyəsi arasında su obyektindən istifadə ilə bağlı müqavilənin bağlanması müəyyən edilməmişdir.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin movcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”.
36. Həmçinin, məhkəmə tərəfindən əraziyə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, İddiaçı yaşadığı hazırda su gəlməməkdədir, lakin, iddiaçının bildirdiyinə görə həmin su xəttini o, müvəqqəti olaraq qonşudan çəkmişdir.
37. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı hazırkı tələbin irəli sürülməsi ilə bağlı subyektiv hüququ olmamışdır. Belə ki, iddiaçının bərpa edilməsini tələb etdiyi çay yatağında yerləşən bulağın mənbəyindən onun yaşadığı evə gələn su xəttinin keçdiyi həmçinin bulağın mənbəyinin yerləşdiyi torpaq sahəsi İddiaçı mülkiyyətində deyildir. Belə ki, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətidir. İddiaçı isə sözügedən torpaq sahəsinə dair hər hansı hüquqlarının olmasını təsdiq edən mötəbər sübutları məhkəmə kollegiyasına təqdim etməmişdir.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi :
Gədəbəy Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2(042)-255/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2(042)-255/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.