Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1602/2024 09.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh və nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-491/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 22640 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-491/2024 nömrəli qətnaməsi ilə (hakim Xədicə Səfərli), iddianın qismən təmin edilməsi, Cavabdeh 14512 (on dörd min beş yüz on iki) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 133 (yüz otuz üç) manat 54 (əlli dörd) qəpik pul tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-491/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Gülnarənin həddən artıq problemləri olduğundan və onun bir çox şəxslərə borcu olduğundan (əksəriyyəti şəhid ailələrinə), həmin şəxslər Gülnarəni sıxdıqlarından və onların münasibətləri həddən artıq yaxşı olduğu üçün o Gülnarənin bütün borclarını ödəmişdir. Bunu məhkəmə iclasında özü, onun özünün və onun gətirdiyi şahidlər tam təsdiq etmişdilər. Onun özü və onların hər ikisinin gətirdiklərinin şahidlər bunu tam təsdiq etdiklərinə baxmayaraq, nədənsə İ instansiya məhkəməsi iddiasını tam yox, qismən təsdiq etmişdir. O hesab edirəm ki, İ instansiya məhkəməsi iddiamı tam təmin etməli idi. Həmçinin, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-491/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Güleyşəyə 2021-ci ildə yazılı qəbz verib faizi ilə birlikdə borc aldığım 6600 manat pulu qaytardıqdan sonra, təkrarən ondan tarixi bilinməyən vaxtda 6600 manat bir və 3000 manatda bir borc almış və bunu şahid Ülkər İbrahimova təsdiq edir. Bundan əlavə guya Güleyşə evin kirayə haqqı olaraq, Samir Əliyevə onun əvəzindən 2500 manat pul öhdəliyini, İlham Quliyevə 270 manat pul öhdəliyini, Briliant Əsgərovaya 62 manat pul öhdəliyini, 280 manat və 280 manat olmaqla kredit borc öhdəliyini, Röyal adlı şəxsə 420 manat borc öhdəliyini ödəmişdir. Ancaq, bunlar hamısı yalandır, o İddiaçı təkrar 6600 manat bir, 3000 manat bir borc almamışdır və almış olsaydım Güleyşə bunlara da faiz hesablamaqla ondan yazılı qəbz alardı, habelə yenə də, borcun qaytarılması üçün pensiya kartını götürərdi. Bunu təsdiq edən şahid Ülkər İbrahimova da Güleyşənin evində qulluqçu işləyib, onun uşaqlarına baxan və ondan asılı olan şəxsdir. Samir Əliyevə də, və digər şəxslərə də, onun 2500 manat və digər məbləğlərdə pul öhdəliyi olmamışdır. Xırda pul öhdəlikləri də onun pensiya kartından çıxarılaraq verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, cavabdehin "xxxx" BOKT ASC-yə borcundan 280 manat, 280 manat və 600 manat olmaqla "xxxx" ASC vasitəsilə ödəmişdir. Bundan başqa, Gülnarənin aldığı və sonradan qaytardığı borca hesablanmalı olan 1600 manat faiz məbləğini Gülnarəyə məxsus olan və onda olan bank kartından çıxarmışdır. Gülnarənin Röyala 650 manat borcunu ödəmişdir. Yəhya borcu qaytardıqda Gülnarə ondan yenidən 1700 manat borc aldı, Brilliant Gülnarənin 3000 manat borcunu qaytaranda Gülnarə Ülkərin yanında ondan 2600 manat borc aldı. Gülnarənin birinci bank kartından 750 manat pulu çıxarıb Gülnarəyə tam vermişdir, Gülnarənin ikinci bank kartından 363 manat çıxarıb hamısını Gülnarəyə vermişdir, Gülnarənin üçüncü bank kartından 1480 manat çıxarmış, aldığı borca qaytarılması üçün razılaşdırılmış faiz məbləği kimi 600 manat, 600 manat və 400 manat olmaqla məbləğləri götürmüş, qalanı pulu Gülnarəyə qaytarmış, Gülnarəyə məxsus kartlardan bundan başqa pul məbləğləri çıxarmamışdır. Gülnarənin 1-ci ay kirayə haqqını Samirə ödəmişdir, qalanını Gülnarə ödəmişdir, Gülnarənin kirayə qaldığı evin sahibi Samirə 2500 manat borcu olmuşdur və həmin borcu Güleyşə ödəmişdir. Gülnarənin hər hansı borcunu Gülnarəyə məxsus bank kartlarından deyil, özü ödəmişdir. Hazırda isə cavabdehin ona 14500 manat borcu vardır. İddia tələbinin 8100 manat hissəsindən verilmiş apellyasiya şikayətindən imtina edir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Eyni zamanda, şikayətindən imtinasını nəzərə alınaraq şikayəti üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, onun əri Vətən müharibəsində şəhid olub və o, şəhid ailəsidir. xx.xx.2021-ci il tarixdə də, mərhum ərinin ilini verəcəkdi. Buna görə də, ərinin ilini vermək üçün Güleyşədən hissə-hissə olmaqla 5000 manat borc pul istəmişdir. Çünki, Güleyşə sələmə (faizə) pul verirdi. Güleyşə də, xx.xx.2021-ci ildə ona X1 yanında kartından terminal vasitəsilə 2000 manat pul çəkib vermişdir. 2000 manatda xx.xx.2021-ci ildə də, dayısı arvadı X4 ilə birlikdə onun öz evində ondan almışdır. xx.xx.2021-ci ildə də, Güleyşə 1000 manatı ona “Qold Əminə” marketində özü veribdir. Cəmi ondan 5000 manat borc pul almışdır. Onda da, Güleyşə bu 5000 manatın faizini hesablayıb, faiz olaraq 1600 manat da, üstündə verəcəyini bildirmişdir. O, razılaşıb Güleyşəyə öz dilindən qəbz yazıb vermişdir ki, ondan 5000 manat borc pul almış, ancaq, qaytaranda 6600 manat qaytaraq. Həmin yazdığı qəbz Güleyşədədir. O, pulu ondan götürəndən sonra 2 ədəd pensiya kartını da, Güleyşəyə vermişdir ki, hər ay kartından 300 manat borcuna görə çıxarıb götürsün. Güleyşə də, hər ay kartından 300-300 manat çıxarıb götürməklə 2 ay pul götürmüşdür. Bundan 2 ay sonra da, şəhid Hacı Raufun anası X3 onunla Gülüyşənin yanına gedib, onun borcundan 3000 manatını Güleyşəyə qaytarıb ondan pensiya kartının birini almışlar. Onun borcundan bundan sonra X8 da, 3000 manat Güleyşəyə qaytarıb ondan 2-ci pensiya kartını almışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Həmçinin, iddiaçının apellyasiya şikayətindən imtina etməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, proses iştirakçılarının izahatlarını, məruzəçi hakimi dinləyərək, iddiaçının imtina ərizəsini və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-491/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli və cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasınını MPM-in 369.2-ci maddəsinə görə, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə kollegiyası İddiaçı tərəfindən verilmiş ərizəni şikayətindən imtina etmə kimi qiymətləndirir. Azərbaycan Respublikasınını MPM-in 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Azərbaycan Respublikasınını MPM-in 369.3-cü maddəsində göstərilir ki, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Azərbaycan Respublikasınını MPM-in 191-ci maddəsində isə iddiaçının iddiadan imtina etməsi və cavabdehin iddianı etiraf etməsinin məhkəmə tərəfindən qəbul edilmədiyi və ya tərəflərin barışıq sazişini məhkəmənin təsdiq etmədiyi halda prosesin sonrakı istiqaməti müəyyən olunmuşdur. Bu halda məhkəmə işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Məhkəmə iddiaçının iddiadan imtina etməsini və cavabdehin iddianı etiraf etməsini o halda qəbul etmir, habelə tərəflərin barışıq sazişini o halda təsdiq etmir ki, iddiaçının iddiadın imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olsun və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmuş olsun (MPM-nin 52.5-ci maddəsi). Apellyatorun apellyasiya şikayətindən imtina etməsinin qanunsuz olması və ya başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozması müəyyən olunmur. Məhkəmə kollegiyası hesab edir ki, apellyatorun apellyasiya şikayətindən imtina etməsi qəbul olunmalı və apellyasiya icraatına ona münasibətdə xitam verilməlidir. Azərbaycan Respublikasınını MPM-in 369.1-ci maddəsində deyilir ki, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə (MPM maddə 402.2 və 402.3) müəyyənləşdirilmişdir. Ona görə də hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 369, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: İddiaçı Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-491/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtina etdiyinə görə, qətnamədən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1602/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1602/2024
09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver