Məhkəmə qərarları › İş №2(104)-1603/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1603/2023

20.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1603/2023 20.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə Yusifli Aytac Yadigar qızının katibliyi ilə, İddiaçı və Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Goranboy Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-276/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən, işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5400 manat pulun və iddia ərizəsi üçün ödənilmiş 35 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Goranboy Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-276/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Toğrul Məmmədov ) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilmiş və İddiaçı tərəfindən ödənilmiş 35 manat dövlət rüsumun onun özünə aid edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək,Goranboy Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-276/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 19 fevral 2022-ci il tarixli kirayə müqaviləsi bağlamış, lakin onların kirayə münasibətlərinə daxil olmaq niyyəti olmamış, kirayə müqaviləsinin bağlanmasında məqsəd cavabdeh tərəfindən vəsait əldə edilməsi olmuşdur.Cavabdeh qeyd olunan kirayə müqaviləsi əsasında pulu almış,ancaq kirayə müqaviləsi üzrə öz öhdəliyini yerinə yetirməmişdir. İddiaçı məhkəmə kollegiyasına iclasında ərizə təqdim edərək, apellyasiya şikayətindən imtina etdiyini və bu imtinanın nəticəsinin ona aydın olduğunu göstərərək, apellyasiya şikayətindən imtinasının qəbul edilməsini və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə1 məhkəmə kollegiyasına iclasında apellyasiya şikayətindən imtina edilməsinə dair ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsi və vəkili dinləyərək, hesab edir ki, İddiaçı Goranboy Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-276/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli və apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. İddiaçı məhkəmə kollegiyasına təqdim etdiyi ərizədən görünür ki, o Goranboy Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-276/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina edərək, apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Goranboy Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-276/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina barədə ərizəsi Azərbaycan Respublikası MPM-nin 369.1, 369.2 və 369.4-cü maddələrinə əsasən qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 369, 384, 400 və 404-402-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı Goranboy Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-276/2023 saylı qətnaməsindən verdiyi şikayətindən imtina barədə ərizəsi qəbul edilsin və onun şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar