Məhkəmə qərarları › İş №2(104)-1610/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1610/2023

12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1610/2023 12.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə Əliyev Rafiq Çingiz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi- Vəkil və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, 2(013)-592/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağdam Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, 2(013)-592/2023 saylı qətnaməsi ilə (hakim E.Bayramov) iddianın təmin edilməsi, Cavabdeh - 12.700 (on iki min yeddi yüz) manat pulun alınaraq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Ağdam Rayon Məhkəməsinin 07 aprel 2023cü il tarixli, 2(013)-592/2023 saylı qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2001-ci il buraxılışlı, BAN nömrəsi WDV2100061B399953 olan, MERSEDES BENS E-220 CDİ markalı, gümüşü-metalik rəngi olan minik nəqliyyat vasitəsinə görə alqı-satqı zamanı ödədiyi 12.700 manat pulun cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehdən ona məxsus 2001-ci il istehsalı olan, MERSEDES BENS E-220 CDİ markalı minik nəqliyyat vasitəsini 12.700 manat ödəməklə almış və həmin nəqliyyat vasitəsinin üzərinə 1300 manata qədər pul qoyaraq işlək vəziyyətə gətirmiş, idarə etməyə başlamışdır. Avtomaşını idarə edən zaman Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılaraq ona bildirmişlər ki, nəqliyyat vasitəsinin üzərinə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərardadı ilə həbs qoyulmuşdur. Bundan sonra bilmişdir ki, cavabdehdən aldığı MERSEDES BENS E- 220 CDİ markalı həmin nəqliyyat vasitəsi əvvəllər mülkiyyət hüququ ilə X5 məxsus olmuş və Rövşən vəfat etdikdən sonra onun yaxını və şəriki olmuş şəxs tərəfindən sağlığı zamanı ona verilmiş etibarnamə əsasında Rövşənin vəfatından sonrakı tarixlərdə 30 saylı Notariat Kontorunda cavabdehə satılıb. Rövşən vəfat etdikdən sonra qanun üzrə vərəsə kimi onun anası X1 iddiaçı qismində Binəqədi Rayon Məhkəməsinə etibarnamənin ləğv edilməsi və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi vermiş və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(001)-376/2022 saylı qətnaməsi ilə iddia təmin olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə qətnaməsi ilə cavabdehin ona satdığı MERSEDES BENS E-220 CDİ markalı minik nəqliyyat vasitəsi ilə bağlı verilmiş 01 mart 2021-ci il tarixli etibarnamə və cavabdehin arvadından maşını alması ilə bağlı aparılmış 24 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişlər, həmin nəqliyyat vasitəsi qanun üzrə vərəsə kimi mərhumun anası Tükəzban Məmmədovaya aid edilmiş və bununla da özünün faktiki olaraq həmin nəqliyyat vasitəsi üzərində hər hansı hüquqları qalmamışdır. Sonradan bilmişdir ki, cavabdehin həyat yoldaşı X6 öncədən bilmişdir ki, ona satdıqları nəqliyyat vasitəsi X5 məxsus olmuş və həmin şəxs vəfat etdikdən sonra onun yaxını və şəriki olmuş şəxs tərəfindən sağlığı zamanı ona verilmiş etibarnamə əsasında öldükdən sonrakı tarixlərdə Taryelin həyat yoldaşı olan Cavabdeh adına rəsmiləşdirilmişdir. Əslində həmin nəqliyyat vasitəsinin faktiki sahibi cavabdehin əri X6 özü olmuşdur və maşını ona satana qədər də özü idarə etmişdir. Taryel Qarayev avtomaşının mübahisəli olduğunu bildiyi halda qəsdən ona satıb. Belə ki, Taryelə etibarnaməni Ağa verib və Ağa adı şəxs ilə Taryel bir-birilərini əvvəldən tanımışlar. Vəziyyəti belə görüb Ağa və Taryel ilə telefonla danışmış, onlar məsələni yoluna qoyacaqlarını bildirmişlər, lakin heç bir tədbir görülməmiş, nəticədə ona zərər dəymiş, cavabdeh və qeyriləri onu çıxılmaz vəziyyətə salmışlar. Dəfələrlə cavabdehə və həyat yoldaşına bildirmişdir ki, nəqliyyat vasitəsinə görə onlara ödədiyi 12.700 manatı geri qaytarsınlar, lakin bu günə qədər söz versələr də nəticə olaraq cavabdeh onun pulunu vermir. Azərbaycan Respublikası Baş X12 İdarəsinə sorğu verərək xahiş etmişdir ki, MERSEDES BENS E220 CDİ nəqliyyat vasitəsinin satıcı Cavabdeh ilə alıcı İddiaçı arasında onların rəhbərlik etdikləri idarədə bağlanmış alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətini onlara göndərsinlər, lakin bu günə qədər göndərməyiblər. Avtomaşının ilkin dövlət nömrə nişanı ** KH ***, sonradan Taryel arvadı Mənsurənin adına sənədləşdirdikdən sonra ** BV ***, özü aldıqdan sonra isə ** CB *** olmuşdur. Hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələblərinin təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən ləğv olunmaldır. Belə ki, mərhum X7 ona etibarnamə ilə maşın satmamış, onunla görüşməyib, bir-birini tanımamışlar. O, da İddiaçı kimi aldadılmışdır. O, pul verib maşın alıb, sonra da mülkiyyətində olan 2001-ci il buraxılışlıı BAN nömrəsi WDV2100061B399953 olan MERSEDES BENS E-220 CDİ markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı, gümüşü metalik rəngi olan minik nəqliyyat vasitəsini iddiaçıya satmışdır. İddiaçı aldatmamışdır. Nəqliyyat vasitəsini vermiş, pulunu alımışdır. Onlar vicdanlı alqı-satqı etmişlər. Birinci instansiya məhkəməsində hakim proses zamanı ona demişdir ki, sənə verilən Etibarnamə xx.xx.2022-ci ildə qüvvədən düşüb, notariusdan Çıxarış göndərilib. Məhkəmə iddiaçının təqdim etdiyi sübutları mötəbər sayıb qəbul etsə də, notariusdan çıxarışda heç də hakim deyən kimi deyilmiş. Onun Binəqədi Rayon Məhkəməsinin keçirilməsindən və çıxarılmış Qərardan xəbəri olmayıb, iştirak etməmişdir. O, vicdanlı satıcı olmaqla iddiaçının aldatmamış, avtomobili ona satmış, o da öz öz adına rəsmiləşdirmişdir. Məhkəmə isə sübutlara düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndə vasitəsilə təmsil olunsa da özü, özü gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini müdafiə edib, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb həmin şikayətin təmin edilmədən, iş üzrə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı cavabdehin vəkilini, iddiaçını və vəkilini dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə baxışının hədləri ilə bağlı kollegiya qeyd edir ki, iddia ərizəsi qismən təmin edilmiş olsa da, iddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermədiyinə görə, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını cavabdehin apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan ASAN 2-1 Xidməti tərəfindən 05 oktyabr 2013-cü il tarixdə verilmiş AZE ******** saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1977-ci ildə Bakı Şəhərində anadan olmuş, Bakı Şəhəri Nizami Rayon Q.Qarayev prospekti ev 1, mənzil 28-də qeydiyyatdadır. İş materiallarında olan Ağdam RİH Başçısının Boyəhmədli Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 25 saylı, 23 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, hazırkı iş üzrə cavabdeh olan Cavabdeh həmin nümayəndəliyin Salahlı Kəngərli kəndində daimi pasport qeydiyyatında olmaqla, hazırda Bərdə rayon Alaçadırlı kəndi ATP 5-də məskunlaşmışdır. İş materiallarında olan Bakı şəhəri 30 saylı Notariat Ofisinin verdiyi 15 mart 2020-ci il tarixli etibarnaməsindən görünür ki, həmin etibarnamə mülkiyyətçi X3 adından 2001-ci il buraxılışlı, BAN nömrəsi WDV2100061B399953 olan, MERSEDES BENS E-220 CDİ markalı minik nəqliyyat vasitəsinə görə X9 adlı şəxsə 1 il müddətinə, 15 mart 2021-ci il tarixədək verilmişdir. İş materiallarında olan Bakı şəhəri 30 saylı Notariat Ofisinin verdiyi 02 iyul 2020-ci il tarixli etibarnaməsindən görünür ki, həmin etibarnamə mülkiyyətçi X3 adından etibar edilmiş X9 adlı şəxs tərəfindən sözügedən 2001-ci il buraxılışlı, BAN nömrəsi WDV2100061B399953 olan, MERSEDES BENS E-220 CDİ markalı minik nəqliyyat vasitəsinə görə X4 8 ay 13 gün müddətinə, 15 mart 2021-ci il tarixədək verilmişdir. İş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2001-ci il buraxılışlı, BAN №-si WDV2100061B399953, gümüşü metallik rəngli, **-BV-*** dövlət qeydiyyat nişanlı, MERSEDES BENS E-220 minik markalı avtomobil Azərbaycan Respublikası DİN Ağcabədi RQİ və TB Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh mülkiyyəti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2001-ci il buraxılışlı, alqı-satqıdan sonra verilmiş **-CB-*** dövlət qeydiyyat nişanlı, MERSEDES BENS E-220 minik markalı avtomobil Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2021-ci il tarixdə hazırkı İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(001)-7062/2021 saylı Qərardadının surətindən görünür ki, ərizə qismən təmin edilərək, MERSEDES BENS E-230 minik markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı, Honda İnsight minik markalı, **-UA-*** dövlət qeydiyyyat nişanlı, MERSEDES BENS E- 220 minik markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı, Hyundai Sonata minik markalı, **- VT-*** dövlət qeydiyyat nişanlı, Chevrolet Cruze minik markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı, Hyundai Santafe minik markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(001)-376/2022 saylı qətnaməsinin surətindən görünür ki, həmin iş üzrə iddia tələbi qismən təmin edilmiş, Honda İnsight minik markalı, **-UA-*** dövlət qeydiyyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi, Hyundai Sonata minik markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi və MERSEDES BENS E220 minik markalı, **- KH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair 01 mart 2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, mübahisəli 2001-ci il istehsalı olan, MERSEDES BENS E-220 CDİ markalı minik nəqliyyat vasitəsi X5 məxsus olmuş, həmin nəqliyyat vasitəsini idarə etmək üçün X8 adına 15 mart 2020-ci il tarixdə etibarnamə vermiş, X7 xx.xx.2020-ci il tarixdə ölmüş olsa da, X9 həmin nəqliyyat vasitəsi ilə bağlı 02 iyul 2020-ci il tarixdə X2 (Cavabdeh ərinin) adına etibarnamə vermiş, sonuncu isə həmin nəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixdə Cavabdeh satmışdır (adına rəsmiləşdirmişdir). Cavabdeh da həmin nəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixdə hazırkı İddiaçı satmışdır. Binəqədi rayon Məhkəməsinin işdə olan xx.xx.2022-ci il tarixli 2(001)-376/2022 saylı qətnaməsinin surətindən göründüyü kimi MERSEDES BENS E220 minik markalı, **-KH- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair 01 mart 2021-ci il tarixli və xx.xx.2021ci il tarixli alqı-satqı müqavilələri, yəni həmin nəqliyyat vasitəsi ilə bağlı X6 ilə hazırkı iş üzrə Cavabdeh arasında və Cavabdeh ilə hazırkı iş üzrə İddiaçı arasında bağlanmış alqısatqı müqavilələri etibarsız hesab edilmişdir. Tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı danışıqlar yolu ilə həlli nəticə verməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli qətnaməsi hazıkı tərəflərin iştirakı ilə çıxarılmasa da, hazırkı mübahisə predmeti ilə birbaşa bağlı olduğundan və hazırda işə baxan məhkəmə üçün qətnamə ilə müəyyən edilən halların preyudisial xarakterdir. Belə ki, qətnamə ilə müəyyən edilmişdir ki, MERSEDES BENS E-220 minik markalı, **-KH-*** (əvvəlki dövlət qeydiyyat nişanı) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair aparılan əməliyyatlar qanunsuz, yəni etibarnamə xitam olduğu vaxtda edilmiş, həmçinin qətnamə ilə avtomaşınla bağlı verilmiş 01 mart 2021-ci il tarixli etibarnamə və hazırkı tərəflər aralarında aparılmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilmişdir. Göründüyü kimi hazırkı tərəflər aralarında aparılmış xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsi məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə etibarsız hesab edilmişdir, ona görə də əqdin etibarsızlığının hüquqi nəticələri ilə bağlı mülki qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən məhkəmə hesab edir ki, həmin əqd üzrə alınanlar geri qaytarılmalı, yəni Cavabdeh 12.700 manat alınıb İddiaçı xeyrinə verilməlidir. Hazırkı tərəflər avtomaşının alqı-satqısı zamanı 12.700 manata razılaşmalarını inkar etmirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 365.1.7-ci maddəsinə görə etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması etibarnamənin qüvvəsinə xitam verir. Qeyd olunan Məcəllənin 366.2-ci maddəsinə görə etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Məcəllənin 366.4-cü maddəsinə görə etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. Mülki Məcəllənin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məcəllənin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qeyd olunan Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(001)-376/2022 saylı qətnaməsi ilə MERSEDES BENS E220 minik markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair 01 mart 2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilmişdir. Odur ki, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh 12.700 manat alınıb İddiaçı xeyrinə verməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onun X3 etibarnamə ilə maşın satmaması, iş üzrə iddiaçını aldatmaması barədə dəlilləri ilə bağlı qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Ona görə ki, o, həmin avtomaşınla bağlı alqı-satqı müqaviləsini mərhum X3 nümayəndəsi kimi çıxış edən öz əri X6 ilə bağlamışdır. Hansı ki, alqı-satqı müqaviləsi bağlanan anda X2 adına verilmiş etibarnamənin artıq hüquqi qüvvəsi yox idi. Ən əsası isə Binəqədi rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(001)-376/2022 saylı qətnaməsi ilə MERSEDES BENS E220 minik markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair 01 mart 2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilmişdir, həmin qətnamə isə qanuni qüvvəsini almışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, həmin şikayət təmin edilmədən Ağdam Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, 2(013)-592/2023 qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası: Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, 2(013)-592/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şamil Rzaquliyev Hakimlər Loğman Süleymanov İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar