Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1610/2024 01.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X17 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi vəkil X7 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-494/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci ildə Laçın rayonu Ərikli kəndində anadan olmuşdur, Laçın rayonu Ərikli kəndində qeydiyyatdadır.
2. İş materiallarında olan Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Cavabdeh xx.xx.1965-ci ildə Bərdə rayonu İmamqulubəyli kəndində anadan olmuşdur, Bərdə rayonu İmamqulubəyli kəndində qeydiyyatdadır.
3. İş materiallarında olan AA Seriyalı 075483 nömrəli məcburi köçkün vəsiqəsi surətindən görünür ki, İddiaçı Laçın rayonundan məcburi köçkündür.
4. İş materiallarında olan Yevlax Rayon İcra Hakimiyyəti Başçısının Aşağı Salamabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 noyabr 2023-cü il tarixli 351 nömrəli arayışdan görünür ki, İddiaçı Yevlax rayonu Qaraoğlan kəndində yaşayır.
5. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN 154A KOD 61007028 saylı Şəhadətnamənin surətindən görünür ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 04 may 1999-cu il tarixli 05 saylı qərarına əsasən Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi Abbasov Vidadi A. oğlunun, Cavabdeh İ. qızının, Abbasova Səbinə V. qızının, Abbasova Günel V. Qızının və Abbasova Türkan V. qızının mülkiyyətinə verilmişdir.
6. İş materiallarında olan “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən 23 oktyabr 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən 0,14 ha yaşayış sahəsi torpağı ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh, X14, X5, X8 və X3 adına qeydiyyata alınmışdır.
7. İş materiallarında olan Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Zümürxan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 noyabr 2023-cü il tarixli 449 saylı arayışdan görünür ki, Bərdə rayonu İmamqulubəyli kəndində qeydiyyatda olmaqla yaşayan X25 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra aşağıdakı ailə üzvləri qalmışdır: arvadı-Cavabdeh, qızı-1989-cu il təvəllüdlü X18 (ailə quraraq köçüb), qızı-1991-ci il təvəllüdlü X24 (ailə quraraq köçüb), qızı-1993-cü il təvəllüdlü X9 (ailə quraraq köçüb) və oğlu-2000-ci il təvəllüdlü X19.
8. İş materiallarında olan Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 12 yanvar 2024-cü il tarixli 49/2024 saylı məktubdan görünür ki, 30 avqust 2015-ci ildə vəfat etmiş X15 barəsində vərəsəsi Cavabdeh təqdim etdiyi ərizə əsasında 28 sentyabr 2023-cü il tarixdə Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisində vərəsəlik işi açılmış, lakin, vərəsələri tərəfindən X20 məxsus olan əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilmədiyindən onun əmlakına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2004-cü ilin oktyabr ayında ona və həyat yoldaşı X20 onlara “Torpağın mülkiyyətə verilməsinə dair” JN-154A KOD 61007028 nömrəli şəhadətnamə əsasında məxsus olan və Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən ümumi birgə mülkiyyətlərində olan 0,14 ha torpaq sahəsini almaq üçün verdiyi 12000 manatın (01 aprel 2007-ci ilədək nominasiya ilə ******* manat) və həmin pul vəsaitini 2004-cü ilin oktyabr ayından 2023-cü ilin oktyabr ayınadək olan müddətdə qanunsuz olaraq özlərində saxlayıb ondan faydalanmaqla və qaytarmaqdan boyun qaçırmaqla ona vurulmuş zərərə görə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcəsi illik 8,5 uçot faiz dərəcəsi hesabı ilə hesablanmış faiz olan 19380 manatın, beləliklə, cəmi 31380 (otuz bir min üç yüz səksən) manatın alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Laçın rayonu Ərikli kəndindən olan məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə Yevlax rayonu Qaraoğlan kəndində məskunlaşıb yaşayır. 2004-cü ildə Bərdə rayonu İmamqulubəyli kəndində yaşayan, hamının Kürd Əhəd kimi tanıdığı dostu ona bildirmişdir ki, İmamqulubəyli kəndində X25 fərdi yaşayış evi tikmək üçün əlverişli yerdə yerləşən 0,14 ha torpaq sahəsini təcili satır. Bir neçə dəfə Vidadi Abbasov, Kürd Əhəd və o birlikdə İmamqulubəyli kəndində görüşmüş, sözügedən torpaq sahəsinə baxmış, torpağı yerinə və keyfiyyətinə görə bəyənmişdir. Vidadi Abbasovla razılaşmışlar ki, torpağı ona 6.000000 (altı milyon) manata satsın (01 aprel 2007-ci il tarixdən sonra həmin məbləğ 12000 manat hesab edilir). Odur ki, 2004-cü ilin oktyabr ayında şəxsi təsərrüfatında olan 6 (altı) baş inək heyvanlarını Bərdə rayonu Qaradəmirçi kəndində məskunlaşıb yaşayan Laçın rayonu Ərikli kənd sakini X1 ilə Bərdə mal bazarında cəmi 6.000000 manata satmışdır. Daha sonra X21 və Kürd Əhədlə birlikdə İmamqulubəyli kəndinə gələrək, həmin şəxslərin və Vidadi Abbasovun həyat yoldaşı Cavabdeh yanında ******* manat pulu sayıb X20 vermişdir. Vidadi Abbasov pulu qəbul etmiş və 0,14 ha torpaq sahəsini ona satdığını bildirmişdir. Cavabdeh da bu alqı-satqıya razı olduğunu hamının yanında etiraf etmişdir. X44 verərkən aralarında heç bir sənədləşmə aparılmamışdır. Pulu aldıqdan bir neçə gün sonra X28 getmiş, o isə torpağı şumlatmış, relyefini texnika ilə hamarlatmış və 60-dək meyvə ağacları əkib suvarma arxları çəkdirmişdir. Məskunlaşıb yaşadığı Yevlax rayonu Qaraoğlan kəndindən Bərdə rayonu İmamqulubəyli kəndinə gəlib-getmək ona çətinlik törətdiyindən qərara gəlmişdir ki, torpaq sahəsini hələlik icarəyə versin. Odur ki, sözügedən torpaq sahəsini Bərdə rayonu İmamqulubəyli kəndi sakini X22 qeyri-müəyyən müddətdə icarəyə vermiş, əvəzində Nizami ona hər il 100 (bir yüz) ədəd yonca otu kipi verməyi öhdəsinə götürmüşdür. Nizami Əhmədov torpağı 2 il əkib-becərmiş, ağaclarına qulluq etmiş və razılaşdıqları kimi hər il ona 100 ədəd yonca otu kipini vermişdir. X35 həyat yoldaşı Cavabdeh ev heyvanları onun sözügedən 0,14 ha torpaq sahəsinə əkdiyi yoncanı yeməklə zərər verdiyindən Cavabdeh ilə Nizami Əhmədovun arasında narazılıq və münaqişələr yaranmışdır. Odur ki, Nizami Əhmədovdan torpağı geri almış və torpaq sahəsindən istifadə etməyi davam etdirmişdir. Bir müddət sonra Cavabdeh İmamqulubəyli kəndində yaşayan qohumlarıdan biri vasitəsi ilə ona xəbər göndərmişdir ki, Rəfiqə xanım xahiş edir ki, “mümkündürsə torpaqda ev tikib yaşayana kimi həmin sahədə tərəvəz və yonca əkibbecərməyə və əkdiyi ağacların meyvəsindən istifadə etməyə ona icazə versin”. O də etiraz etməyib razılığını bildirmişdir. X10 “Kamaz” maşını ilə 1000 ədəd mişar daşı gətirib həyətə tökdürmüşdür ki, yaxın gələcəkdə orda ev tikdirsin. Ancaq səhhətində problem yarandığından, o cümlədən maddi imkansızlığı səbəbindən evin tikintisini başlada bilməmişdir. xx.xx.2015-ci il tarixdə X25 vəfat etmişdir. Onun yas mərasimində də bütün ailə üzvləri və bəzi qohumları ilə gələrək iştirak etmişdir. O vəfat edənə kimi hərdən qısa müddətə Rusiyadan Azərbaycana gəlibgetmişdir. 1-2 dəfə onunla görüşə bilmiş, hər dəfə ona bir neçə günlüyə gəldiyini, təcili qayıdacağını, növbəti dəfə daha uzun müddətə gələcəyini, həmin vaxt torpağın onun adına rəsmiləşdirilməsini edəcəyini bildirmişdir. Odur ki, Vidadi Abbasov vəfat edənə kimi torpağın onun adına rəsmiləşdirilməsi mümkün olmamışdır. Vidadi Abbasovun vəfatından sonra isə hesab etmişdir ki, sözügedən torpaq sahəsində ev tikdirməyə başlayarkən torpağın adına rəsmiləşdirilməsi məsələsini Cavabdeh ilə həll edər. 2016-cı ildən başlayaraq Cavabdeh dəfələrlə xahiş etmişdir ki, mərhum həyat yoldaşının vərəsəsi kimi digər vərəsələrlə birlikdə 0,14 ha torpaq sahəsinin notariat qaydada alqısatqı müqaviləsi ilə onun adına rəsmiləşdirilməsini təmin etsin. Çünki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-154 A KOD 61007028 nömrəli Şəhadətnaməyə əsasən həmin torpaq sahəsi Bərdə Rayon Aqrar İslahat Komissiyasının 04 may 1999-cu il tarixli 05 saylı qərarı ilə X20 və onun ailə üzvləri olan həyat yoldaşı Cavabdeh, qızları X11, X16 və X12 fərdi yaşayış evi tikilməsi üçün həyətyanı torpaq sahəsi kimi ayrılıb verilmişdir, yəni ümumi (birgə) mülkiyyət olduğundan alqı-satqı müqaviləsinin bağlanması üçün onların hamısının razılığı tələb edilmişdir. Cavabdeh qızlarının ərə getdiyini və başqa yerlərdə yaşadıqlarını bildirərək, onlarla danışıb məsələni həll edəcəyini bildirsə də, bir neçə il ərzində torpağın onun adına rəsmiləşdirilməsini təşkil etməmişdir. 2023-cü ilin oktyabr ayının əvvəllərindən başlayaraq Cavabdeh ondan tələb etməyə başlamışdır ki, sözügedən torpaq sahəsindən mişar daşlarını götürüb aparsın, torpaq sahəsini ona verməyəcək, torpaq sahəsini almaq üçün 2004-cü ildə onun mərhum əri X20 verdiyi ******* manat pulu isə 2007-ci il 01 aprel tarixindən sonrakı nominasiya ilə, yəni 12000 manat olmaqla ona qaytaracaq. Lakin bu məbləği ona birdəfəyə vermək üçün maddi imkanı yoxdur, odur ki, onu hissə-hissə, həm də maddi imkanı olduqca az-az verəcəkdir. Mübahisənin qarşılıqlı razılaşma yolu ilə həll etmək üçün onun tərəfindən edilmiş bütün təklif və təşəbbüsləri Cavabdeh rədd etmiş, mişar daşlarını yığıb aparmasını və torpaq sahəsini boşaldıb ona təhvil verməsini tələb etmişdir. Bu günlərdə isə ona məlum olmuşdur ki, Cavabdeh sözügedən 0,14 ha torpaq sahəsinə dair öz adına xx.xx.2023-cü il Qeydiyyat tarixli, reyestr nömrəsi **********21 olan dövlət reyesterindən Çıxarış almışdır. Həmin Çıxarışa əsasən Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən 0,14 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh, X15, X5, X8 və X3 ümumi birgə mülkiyyətidir. Beləliklə, həmin torpaq sahəsi məhrum X20 çatası pay da daxil olmaqla, qanun üzrə vərəsəsi olan Cavabdeh tərəfindən öz adına mülkiyyət sənədi ilə rəsmiləşdirilmişdir, bu torpaq sahəsini Cavabdeh istifadə edir, ona sahiblik edir və onu həmin torpaq sahəsinə buraxmır, 12000 manat pulunu isə ona qaytarmır. Əksinə, ona qarşı qanunsuz tələb irəli sürərək mişar daşlarını yığıb aparmasını tələb edir. Cavabdeh 01 aprel 2007-ci il tarixindən sonrakı nominasiya üzrə 12000 manat pulundan 2004-cü ilin oktyabr ayından 2023-cü ilin oktyabr ayınadək, yəni 19 il ərzində faydalanmağa görə ona əlavə olaraq 19380 manat da ödəməlidir (12000 AZN x 8,5% x 19 il=19380 AZN). Cavabdeh pul tələbinin ümumi məbləği 31380 manat təşkil edir (12000 AZN + 19380 AZN). Onun hazırkı iddia tələbi üzrə mülki cavabdehliyi ona görə məhz Cavabdeh daşımalıdır. O, 2004-cü ilin oktyabr ayında 12000 manat pulu onun əri X20 onların yaşadıqları evdə verərkən Cavabdeh bu pulun JN -154A KOD 61007028 nömrəli Şəhadətnaməyə əsasən onların ümumi birgə mülkiyyəti olan 0,14 ha torpaq sahəsini almaq üçün verdiyini bilmiş və bu alış-verişə razılığını vermişdir. Həmin Şəhadətnamədə birgə mülkiyyətçisi kimi adları qeyd edilmiş Şəbinə, Günel və Türkan Abbasova həmin vaxt uşaq yaşlarında olmuşlar. Bundan başqa 0,14 ha torpaq sahəsini reyestr Çıxarışı ilə 2023-cü ilin oktyabr ayında məhz Cavabdeh öz adına rəsmiləşdirərək hazırda ona sahiblənmiş, onu istifadə və idarə edir. Onun hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün iddia müddəti ötürülməmişdir. Çünki, cavabdeh tərəfindən onun hüquqlarının pozulması, yəni mübahisə predmeti olan 0,14 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsindən Cavabdeh imtina etməsi, bununla da əqd hesab edilən razılaşmalarını qəsdən pozması 2023- cü ilin oktyabr ayından başlamışdır.
11. Bərdə Rayon Məhkəməsinin 2(021)-494/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (X47) İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, iddiaçı iddia ərizəsndə 2004-cü ildə Bərdə rayonu İmamqulubəyli kəndində yaşayan X13 0,14 ha həyətyanı torpaq sahəsini köhnə pulla ******* manata aldığını bildirsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmiş, cavabdeh isə iddianı etiraf etməyərək iddiaçıya torpaq satmadığını və torpağa görə pul almadığını bildirmişdir. İş materiallarında olan “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən 23 oktyabr 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan da görünür ki, Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən 0,14 ha yaşayış sahəsi torpağı ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh, X14, X5, X8 və X3 adına qeydiyyata alınmışdır. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş X6 verdiyi ifadə ilə bağlı məhkəmə qeyd edir ki, həmin şahid iddiaçının həmkəndlisi olmaqla onunla yaxın münasibətdə olan şəxsdir və məhz iddiaçı tərəfindən məhkəməyə şahid kimi təqdim edilmişdir. Belə olan halda, həmin şahid iddiaçı ilə əvvəlcədən razılaşaraq düşünülmüş şəkildə iddiaçının mənafeyinə uyğun olan ifadə verə bilərdi. Ona görə də, məhkəmə şahid X6 ifadəsini mötəbər sübut kimi qəbul etmir. Göründüyü kimi, iddiaçı 2004-cü ildə Bərdə rayonu İmamqulubəyli kəndində yaşayan X13 0,14 ha həyətyanı torpaq sahəsini köhnə pulla ******* manata aldığını heç bir mötəbər sübutla təsdiq edə bilməmişdir. Bundan başqa iş materiallarından müəyyən edilir ki, iddia ərizəsi 20 noyabr 2023-cü il tarixdə Bərdə Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikasının MM-nin 373.2-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən ötürüldüyündən, bununla yanaşı iddiaçı öz tələbini mötəbər sübutlarla sübut edə bilmədiyindən iddia tələbi təmin edilməməlidir.
13. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 373.2, 374.1, 375.1, 375.2-ci maddələrinə və Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1, 88, 217, 284-6.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
14. Bərdə Rayon Məhkəməsinin 2(021)-494/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)- 494/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və onun iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o Laçın rayonu Ərikli kəndindən olan məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə Yevlax rayonu Qaraoğlan kəndində məskunlaşıb yaşayır. 2004-cü ildə Bərdə rayonu İmamqulubəyli kəndində yaşayan, hamının Kürd Əhəd kimi tanıdığı dostu ona bildirmişdir ki, İmamqulubəyli kəndində X25 fərdi yaşayış evi tikmək üçün əlverişli yerdə yerləşən 0,14 ha torpaq sahəsini təcili satır. Bir neçə dəfə Vidadi Abbasov, Kürd Əhəd və o birlikdə İmamqulubəyli kəndində görüşmüş, sözügedən torpaq sahəsinə baxmış, torpağı yerinə və keyfiyyətinə görə bəyənmişdir. Vidadi Abbasovla razılaşmışlar ki, torpağı ona 6.000000 (altı milyon) manata satsın (01 aprel 2007-ci il tarixdən sonra həmin məbləğ 12000 manat hesab edilir). Odur ki, 2004-cü ilin oktyabr ayında şəxsi təsərrüfatında olan 6 (altı) baş inək heyvanlarını Bərdə rayonu Qaradəmirçi kəndində məskunlaşıb yaşayan Laçın rayonu Ərikli kənd sakini X1 ilə Bərdə mal bazarında cəmi 6.000000 manata satmışdır. Daha sonra X21 və Kürd Əhədlə birlikdə İmamqulubəyli kəndinə gələrək, həmin şəxslərin və Vidadi Abbasovun həyat yoldaşı Cavabdeh yanında ******* manat pulu sayıb X20 vermişdir. Vidadi Abbasov pulu qəbul etmiş və 0,14 ha torpaq sahəsini ona satdığını bildirmişdir. Cavabdeh da bu alqı-satqıya razı olduğunu hamının yanında etiraf etmişdir. X44 verərkən aralarında heç bir sənədləşmə (Akt, Protokol, qəbz və s.) aparılmamışdır. Bunun 3 səbəbi var idi: 1. Sövdələşmə və pulu verməyi yuxarıda göstərdiyi şahidlərin iştirakı ilə baş vermişdi; 2. Aralarında bir-birilərinə inam-etibar var idi, aralarında kişi sövdələşməsi və kişi sözü hesab etdikləri sözlü razılaşma olduğuna inanmışdır. 3. Vidadi Abbasov 0,14 ha torpaq sahəsinin Torpağın mülkiyyətə verilməsinəı dair JN 154 A KOD 61007028 nömrəli Şəhadətnaməsini də ona vermişdi və bildirmişdir ki, Rusiyaya təcili olaraq getməlidir, torpağın onun adına rəsmiləşdirilməsi ilə məşğul olsa bu proses uzun çəkəcəyi üçün onun Rusiyaya getməsi gecikər və işləri pozular, imkan olan kimi Rusiyadan gəldikdə torpağın onun adına rəsmiləşdirilməsini təmin edəcəkdir. Pulu aldıqdan bir neçə gün sonra X28 getmiş, o isə torpağı şumlatmış, relyefini texnika ilə hamarlatmış və 60-dək meyvə ağacları əkib suvarma arxları çəkdirmişdir. Məskunlaşıb yaşadığı Yevlax rayonu Qaraoğlan kəndindən Bərdə rayonu İmamqulubəyli kəndinə gəlib-getmək ona çətinlik törətdiyindən qərara gəlmişdir ki, torpaq sahəsini hələlik icarəyə versin. Odur ki, sözügedən torpaq sahəsini Bərdə rayonu İmamqulubəyli kəndi sakini X22 qeyri-müəyyən müddətdə icarəyə vermiş, əvəzində Nizami ona hər il 100 (bir yüz) ədəd yonca otu kipi verməyi öhdəsinə götürmüşdür. Nizami Əhmədov torpağı 2 il əkib-becərmiş, ağaclarına qulluq etmiş və razılaşdıqları kimi hər il ona 100 ədəd yonca otu kipini vermişdir. Lakin, Vidadi Abbasovun həyat yoldaşı Cavabdeh ev heyvanları onun sözügedən 0,14 ha torpaq sahəsinə əkdiyi yoncanı yeməklə zərər verdiyindən Cavabdeh ilə Nizami Əhmədovun arasında narazılıq və münaqişələr yaranmışdır. Odur ki, Nizami Əhmədovdan torpağı geri almış və torpaq sahəsindən istifadə etməyi davam etdirmişdir. Bir müddət sonra Cavabdeh İmamqulubəyli kəndində yaşayan qohumlarıdan biri vasitəsi ilə ona xəbər göndərmişdir ki, Rəfiqə xanım xahiş edir ki, “mümkündürsə torpaqda ev tikib yaşayana kimi həmin sahədə tərəvəz və yonca əkibbecərməyə və əkdiyi ağacların meyvəsindən istifadə etməyə ona icazə versin”. O də etiraz etməyib razılığını bildirmişdir. X10 “Kamaz” maşını ilə 1000 ədəd mişar daşı gətirib həyətə tökdürmüşdür ki, yaxın gələcəkdə orda ev tikdirsin. Ancaq səhhətində problem yarandığından, o cümlədən maddi imkansızlığı səbəbindən evin tikintisini başlada bilməmişdir. xx.xx.2015-ci il tarixdə X25 vəfat etmişdir. Onun yas mərasimində də bütün ailə üzvləri və bəzi qohumları ilə gələrək iştirak etmişdir. O, vəfat edənə kimi hərdən qısa müddətə Rusiyadan Azərbaycana gəlib-getmişdir. 1-2 dəfə onunla görüşə bilmiş, hər dəfə ona bir neçə günlüyə gəldiyini, təcili qayıdacağını, növbəti dəfə daha uzun müddətə gələcəyini, həmin vaxt torpağın onun adına rəsmiləşdirilməsini edəcəyini bildirmişdir. Odur ki, Vidadi Abbasov vəfat edənə kimi torpağın onun adına rəsmiləşdirilməsi mümkün olmamışdır. Vidadi Abbasovun vəfatından sonra isə hesab etmişdir ki, sözügedən torpaq sahəsində ev tikdirməyə başlayarkən torpağın adına rəsmiləşdirilməsi məsələsini Cavabdeh ilə həll edər. 2016-cı ildən başlayaraq Cavabdeh dəfələrlə xahiş etmişdir ki, mərhum həyat yoldaşının vərəsəsi kimi digər vərəsələrlə birlikdə 0,14 ha torpaq sahəsinin notariat qaydada alqısatqı müqaviləsi ilə onun adına rəsmiləşdirilməsini təmin etsin. Çünki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-154 A KOD 61007028 nömrəli Şəhadətnaməyə əsasən həmin torpaq sahəsi Bərdə Rayon Aqrar İslahat Komissiyasının 04 may 1999-cu il tarixli 05 saylı qərarı ilə X20 və onun ailə üzvləri olan həyat yoldaşı Cavabdeh, qızları X11, X16 və X12 fərdi yaşayış evi tikilməsi üçün həyətyanı torpaq sahəsi kimi ayrılıb verilmişdir, yəni ümumi (birgə) mülkiyyət olduğundan alqı-satqı müqaviləsinin bağlanması üçün onların hamısının razılığı tələb edilmişdir. Cavabdeh qızlarının ərə getdiyini və başqa yerlərdə yaşadıqlarını bildirərək, onlarla danışıb məsələni həll edəcəyini bildirsə də, bir neçə il ərzində torpağın onun adına rəsmiləşdirilməsini təşkil etməmişdir. 2023-cü ilin oktyabr ayının əvvəllərindən başlayaraq Cavabdeh ondan tələb etməyə başlamışdır ki, sözügedən torpaq sahəsindən mişar daşlarını götürüb aparsın, torpaq sahəsini ona verməyəcək, torpaq sahəsini almaq üçün 2004-cü ildə onun mərhum əri X20 verdiyi ******* manat pulu isə 2007-ci il 01 aprel tarixindən sonrakı nominasiya ilə, yəni 12000 manat olmaqla ona qaytaracaq. Lakin bu məbləği ona birdəfəyə vermək üçün maddi imkanı yoxdur, odur ki, onu hissə-hissə, həm də maddi imkanı olduqca az-az verəcəkdir. Mübahisənin qarşılıqlı razılaşma yolu ilə həll etmək üçün onun tərəfindən edilmiş bütün təklif və təşəbbüsləri Cavabdeh rədd etmiş, mişar daşlarını yığıb aparmasını və torpaq sahəsini boşaldıb ona təhvil verməsini tələb etmişdir. Bu günlərdə isə ona məlum olmuşdur ki, Cavabdeh sözügedən 0,14 ha torpaq sahəsinə dair öz adına xx.xx.2023-cü il Qeydiyyat tarixli, reyestr nömrəsi **********21 olan dövlət reyesterindən Çıxarış almışdır. Həmin Çıxarışa əsasən Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən 0,14 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh, X15, X5, X8 və X3 ümumi birgə mülkiyyətidir. Beləliklə, həmin torpaq sahəsi məhrum X20 çatası pay da daxil olmaqla, qanun üzrə vərəsəsi olan Cavabdeh tərəfindən öz adına mülkiyyət sənədi ilə rəsmiləşdirilmişdir, bu torpaq sahəsini Cavabdeh istifadə edir, ona sahiblik edir və onu həmin torpaq sahəsinə buraxmır, 12000 manat pulunu isə ona qaytarmır və əksinə ona qarşı qanunsuz tələb irəli sürərək mişar daşlarını yığıb aparmağını tələb edir. Odur ki, Cavabdeh qarşı “Pul və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bərdə rayon məhkəməsinə müraciət edərək məhkəmədən xahiş etmişdir ki, Cavabdeh 2004-cü ilin oktyabr ayında ona və həyat yoldaşı X20 onlara “Torpağın mülkiyyətə verilməsinə dair” JN - 154A KOD 61007028 nömrəli Şəhadətnamə əsasında məxsus olan Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən ümumi birgə mülkiyyətləri olan 0,14 ha torpaq sahəsini almaq üçün verdiyi 12.000 manatın (01 aprel 2007-ci ilədək nominasiya ilə 6.000000 manat) və həmin pul vəsaitini 2004-cü ilin oktyabr ayından 2023-cü ilin oktyabr ayınadək olan müddətdə qanunsuz olaraq özlərində saxlayıb ondan faydalanmaqla və qaytarmaqdan boyun qaçırmaqla ona vurulmuş zərərə görə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcəsi illik 8,5 uçot faiz dərəcəsi hesabı ilə hesablanmış faiz olan 19380 manatın, beləliklə də cəmi 31380 (otuz bir min üç yüz səksən) manatın alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsi (hakim X26) xx.xx.2024-cü il tarixli 2(021)-494\2024 nömrəli qətnaməsi ilə qərara alınmışdır ki, “İddiaçı X4 Cavabdeh qarşı “Pul tələbinə dair” iddiası təmin edilməsin.” Bərdə Rayon Məhkəməsinin sözügedən qətnaməsini qəbul etmir və hesab edir ki, həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş əsassız və qanunsuz qətnamədir. Gəncə Apellasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən ləğv edilməsini, onun iddia tələbinin təmin olunmasına, dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-494/2024 nömrəli mülki işə X47un sədrliyi ilə baxılmışdır. X47 iş üzrə sübutları və onun yaşını, ailə vəziyyətini, həyat təcrübəsini və s. əlaqəli şəkildə nəzərə alıb öz daxili inamı ilə belə nəticəyə gəlməli idi ki, İddiaçı yalan danışmır, cavabdehdən əsassız olaraq 31380 manat pul tələb etmir, həqiqətən də 2004-cü ildə 0,14 ha torpaq sahəsini almaq üçün Vidadi Abbasova ******* manat pul vermişdir, odur ki, həmin torpaq sahəsi 20 ilə yaxındır ki, onun istifadəsindədir, İddiaçı Cavabdeh ilə, yaxud mərhum Vidadi Abbasovla heç bir ədavət-düşmənçiliyi yoxdur ki, onlardan əsassız olaraq pul tələb etsin. X47 yenə də özdaxili inamına əsaslanaraq bu nəticəyə gəlməli idi ki, iş üzrə yalan danışmaqla həqiqəti gizlətməyə çalışan məhz Cavabdehdır. X2 dinlənilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına təqdim edəcəkdir. Həmin şahidi Bərdə Rayon Məhkəməsində hazırkı mülki iş üzrə aparılan icraat zamanı ona görə təqdim etməmişdir ki, məhkəməyə teleqram göndərərək xx.xx.2024-cü il tarixli iclasın 14 gün təxirə salınmasını xahiş etmişdir, odur ki, şahid Nizami Əhmədovu bu təxirə salmadan sonrakı iclasda məhkəməyə təqdim etməyi nəzərdə tutmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak İddiaçı izahat verib bildirmişdir ki, o, məcburi köçkün kimi 2004-cü ildən Yevla rayonunda məskunlaşmışdır. Ailə üzvlərinin sayı çox olmuşdur. Həmin vaxt ona torpaq sahəsinin olmasını və həmin torpaq sahəsini almasını məsləhət bilmişlər. Onun isə 6 baş heyvanı olmuş və həmin heyvanları sataraq həmin torpağı almışdır. O, həmin torpaq sahəsini 3 ildir ki, icraəyə vermiş, lakin bugünədək cavabdeh həmin torpaq sahəsini mübahisələndirməmişdir. Buna görə də, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak İddiaçı nümayəndəsi vəkil X7 apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak Cavabdeh izahat verib bildirmişdir ki, mübahisəli torpaq sahəsi ona mərhum anasından miras qalmışdır. İddiaçını isə ümumiyyətlə tanımır. Əgər iddiaçı dediyi kimi onun mərhum əri Vidadi Abbasov ilə dost olduqlarını bildirsə də, lakin iddiaçı onların heç bir mərasimlərində iştirak etməmiş, iddiaçı heç vaxt görməmişdir. Bir gün iddiaçı onun evinə gələrək onun mərhum həyat yoldaşı ilə dost münasibətləri olduğunu, onun mərhum ərinə görə 6 baş inəyini satdığını bildirərək ondan pul tələb etmişdir. Bundan başqa iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində onun mərhum ərinsən torpaq sahəsini 2004-cü ildə aldığını bildirmişdir. Lakin, onun mərhum əri Vidadi Abbasov 2002-ci ildən Rusiya Federasiyasına getmişdir. 2004-cü ildə Azərbaycan Respublikasında olmamışdır. Digər yandan mübahisəli torpaq sahəsi ona anasından miras qalmışdır və mərhum ərinin onun xəbəri olmadan ona məxsus torpaq sahəsini satması inandırıcı deyildir. Digər tərəfdən əgər iddiaçı iddia etdiyi kimi, 2004-cü ildə onun mərhum ərinə torpağın alqı-satqısı ilə bağlı pul vermişdisə nə üçün həyat yoldaşı sağ ikən gəlib pulunu tələb etməmiş, illər keçdikdən sonra hazırki iddianı qaldırmışdır. Ona görə də apellyasiya şikayətinin əsaasız olduğunu bildiridib, təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
20. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
21. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır
22. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir.
23. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
24. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
25. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
26. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri:
33. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Hazırkı apelyasya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-494/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Məhkəmə kollegiyasında ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.
40. İddiaçı tərəf 2004-cü il tarixdə Cavabdeh mərhum əri Vidadi Abbasov ilə aralarında torpaq sahəsinin alqı-satqısı ilə bağlı razılaşma olduğunu, razılaşma əsasında cavabdehin mərhum əri Vidadi Abbasova 12000 manat pul verdiyini göstərsə də, işin həmin halı iddiaçı tərəfin izahatlarından başqa, heç bir sübut növü ilə öz təsdiqini tapmır və məhkəmə araşdırılması nəticəsində həmin halın məzmununu təşkil edən məlumatların işin həqiqi halına uyğun gəlmədiyi müəyyən olunur.
41. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin 2(021)-494/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi :
Bərdə Rayon Məhkəməsinin 2(021)-494/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-494/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.