Məhkəmə qərarları › İş №2(104)-1619/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1619/2024

09.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1619/2024 09.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığına Gəncə Apelyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 2900 manatın və dövlət rüsumu üçün ödənilmiş 50 manatın, cəmi 2950 manatın cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(042)-603/2024 saylı qərardadı ilə (hakim Marif Kazımov) mülki iş baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, hazırkı Gədəbəy rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş, Şəmkir rayon Məhkəməsinin icraatında olan 2(076)- 1915/2024 nömrəli iddiaçı Cavabdeh İddiaçı qarşı “əmlak” tələbinə dair mülki işlə əlaqəlidir, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birlikdə baxılmalıdır və hazırki işin Şəmkir Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2786/2024 nömrəli (hakim Həvayət Məhəmmədi) qərardadı ilə mülki iş məhkəmələr arasında yaranmış fikir ayrılığının aradan qaldırlması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin icraatında olan mülki iş xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmiş, Gədəbəy Rayon Məhkəməsinin icraatında olan mülki iş xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmişdir. Bundan başqa Şəmkir Rayon Məhkəməsinin icraatında olmuş birləşdirilməsi nəzərdə tutulan mülki iş üzrə icraata xx.xx.2024-cü il tarixli qərardadla iş üzrə icraata xitam verilmişdir. Belə olduğu halda hazırkı tələbə müstəsna aidiyyət və iddiaçının seçməsinə görə aidiyyət qaydaları tətbiq edilmədiyindən iddiaçı bu tələbi cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə (Gədəbəy Rayon Məhkəməsinə) verməlidir və həmin məhkəmə tələb orda baxılmalıdır. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin e-2(076)-1915/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı əmlak və maddi ziyan tələbinə dair iddia qaldırmış, Şəmkir Rayon Məhkəməsinin e-2(076)-1915/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh 2900 manatın və dövlət rüsumu üçün ödənilmiş 50 manatın, cəmi 2950 manatın cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair mülki iş xx.xx.2023-cü il tarixdə Gədəbəy Rayon Məhkəməsinin icraatına qəbul edilmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “əmlak” tələbinə dair mülki iş isə xx.xx.2023-cü il tarixdə Şəmkir rayon Məhkəməsinin icraatına qəbul edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə müvafiq olaraq, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Belə ki, Mülki Prosessaul Məcəllənin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Azərbaycan Respbulikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. İddiaçı Cavabdeh 2900 manatın və dövlət rüsumu üçün ödənilmiş 50 manatın, cəmi 2950 manatın cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair mülki iş ilkin olaraq Gədəbəy Rayon Məhkəməsinin icraatına qəbul edildiyindən Gədəbəy Rayon Məhkəməsi işi baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, mülki işə ərazi aidiyyəti üzrə Gədəbəy Rayon Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1 və 45.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə verilsin. Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar