Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1629/2023 11.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, iddiaçı X2, Cavabdeh, nümayəndəsi vəkili X1 və tərcüməçi Ruslan Alıyevin iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(021)-1313/2023 nömrəli qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı X4 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bərdə rayon Təzə bazar Ticarət Mərkəzində illərdir ki, tikiş avadanlıqlarının satışı ilə məşğul olur. O, işlədiyi mağazadan təxminən dörd aydan çox olar ki, Cavabdeh ondan əlbəəl milli pul və tikiş üçün istifadə olunan dəyəri 6000 manat olan tikiş maşınlarını ondan nisyə almışdır. 1000 manatı ödəsə də qalan 5000 manat pulu borcunu ödəməkdən cavabdeh boyun qaçırdır. Cavabdeh onu aldadaraq, oğlunun əməliyyat olunduğunu bildirməklə ondan dəfələrlə pul almışdır. O, cavabdehə verdiyi tikiş maşınlarını Bakı şəhərindən Binə Ticarət Mərkəzindən alıb gətirib, Bərdə Təzə bazar Ticarət Mərkəzində satmaqla ailəsini dolandırır. Mərhum oğlu ikinci Qarabağ müharibəsi şəhididir. Şəhid atasının aldadılması ən azından cəmiyyət üçün qəbul edilməzdir. Hətta bununla bağlı Bərdə rayon Polis Şöbəsinə də şikayət vermişdir. Cavabdehin onunla danışıq, səs yazıları da var, cavabehdən 5000 manat pul alınıb ona tam şəkildə ödənilməlidir. Bərdə Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(021)-1313/2023 nömrəli qətnaməsi ilə (hakim E.Əhmədov) iddia qismən təmin olunaraq, Cavabdeh 1100 manat (min yüz) manatın tutularaq, iddiaçı X3 verilməsi və 31 manat dövlət rüsumunun Cavabdehdan alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşdə olan sübutlar: 16 noyabr 2022-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan da görünür ki, iddiaçı X4 cavabdehin ona 6000 manat borcunun olduğunu bildirmiş, lakin cavabdeh izahatında iddiaçıya 1030 manat borcunun olduğunu etiraf etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Bərdə Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(021)-1313/2023 nömrəli qətnaməsindən narazı qalan iddiaçı X4 apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(021)-1313/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə təkzibedilməz sübutlar əlavə etmiş, lakin məhkəmə qarşı tərəfin izahatını əsas götürərək iddiasını qismən təmin etmişdir. Cavabdeh onun Azərbaycan dilini yaxşı bilməməsindən və buna müvafiq olaraq da fikrini düzgün ifadə edə bilmədiyindən yararlanmışdır. Halbuki, ona tərcüməçi gətirilməli idi ki, fikrini düzgün ifadə edə bilsin. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X4 tərcüməçi vasitəsi ilə izahat verib bildirmişdir ki, cavabdeh ondan təxminən 1000 manat dəyərində tikiş maşınları və avadanlıqları almış, bundan sonra isə oğlunun xəstəliyini bildirməklə 2000 manat, 1500 manat və sair xırda məbləğlərdə olmaqla, cəmi 5000 manat məbləğində borc pul almış və geri qaytarmamışdır. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, iddia ərizəsində qeyd olunan 1000 manatın ödənilməsi səhvdir. Belə ki, cavadbeh ona heç bir ödəniş etməmişdir. 5000 manat borc pul verməsinə dair hər hansı bir sübutu mövcud deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahat verib bildirmişdir ki, o, iddiaçıdan iki ədəd ümumi dəyəri 400 manat olan tikiş maşını, 110 manat dəyərində tikiş avadanlıqları almış, akummlyator almaq üçün 90 manat və uşağının xəstəliyi ilə bağlı 500 manat borc almışdır ki, bununla da iddiaçıya cəmi 1100 manat borcu vardır. İddiaçı 1100 manatı faiz kimi hesablamaqla, əsassız olaraq ondan 5000-6000 manat məbləğində pul tələb edir. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 428.4. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
11.2. İşdə iştirak edən, məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərə işin bütün materialları ilə tanış olmaq, izahat, ifadə və rəy vermək, məhkəmədə çıxış etmək, vəsatət qaldırmaq, ana dilində şikayət etmək, həmçinin bu Məcəlləyə uyğun olaraq pulsuz tərcüməçi xidmətindən istifadə etmək hüququ izah və təmin olunur. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 387.2.3. işə baxılan zaman icraatın aparıldığı dil haqqında qaydalar pozulmuşdursa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual qanunvericiliyin tələbinin pozulması ilə bağlı ləğv edilməli və yeni qətnamə ilə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə 510 manat dəyərində tikiş maşınları və avadanlıqları satılmış, lakin həmin avadanlıqların dəyəri iddiaçı tərəfindən ödənilməmişdir. Bundan başqa iddiaçı tərəfindən cavabdehə 590 manat məbləğində borc pul verilsə də cavabdeh borcu qaytarmayaraq, iddiaçı qarşısında ümumilikdə 1100 manat məbləğində pul öhdəliyi yaranmışdır. İddiaçı cavadbehə müxtəlif vaxtlarda hissə-hissə olmaqla 5000 manat borc pul verdiyini iddia etsə də buna dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş cavabdehin və onun atasının səs yazıları ilə isə cavadbehin 5000 manat borcunun olması təsdiq olunmamaqla yanaşı, əksinə həmin səs yazılarında 5000 manatın pulun faiz qisməndə tələb edilməsi iddiaçıya bildirilməkdədir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia 1100 manat tələb hissəsində əsaslı olmaqla, digər hissədə əsassız olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mahiyyəti üzrə düzgün nəticəyə gəlinsə də işə baxılan zaman icraatın aparıldığı dil haqqında qaydalar pozulmuşdur. Belə ki, iddiaçı ərəb milliyətindən olmaqla, onun Azərbaycan dilini başa düşməsində və danışmasında çətinlikləri olmuşdur. Birinci instansiya məhkəməsi isə iddiaçını tərcüməçi ilə təmin etməyərək, prosessual qanunvericiliyin tələbini pozmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(021)-1313/2023 nömrəli qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(021)-1313/2023 nömrəli qətnaməsi ləğv edilməli və Cavabdeh 1100 manat (min yüz) manat tutularaq, iddiaçı X3 verilməlidir. Həmçinin, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, 31 manat dövlət rüsumu məbləği Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Bərdə Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(021)-1313/2023 nömrəli qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(021)-1313/2023 nömrəli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Cavabdeh 1100 manat (min yüz) manat tutularaq, iddiaçı X3 verilsin. İddia qalan hissədə təmin edilməsin. 31 (otuz bir) manat dövlət rüsumu məbləği Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.