Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1629/2025 11.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(045)-470/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 34000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(045)-470/2025 nömrəli qərardadı (hakim H.Əliyev) ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərər” tələbinə dair mülki iş üzrə Bakı şəhər Nəsimi RPİ-nin İŞ-də Cavabdeh barəsində olan Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işində cinayət motivinin olub-olmaması barədə yekun qərar verilənədək mülki iş üzrə icraat dayandırılmışdır. Qərardaddan narazı qalan iddiaçı şikayətlə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bundan sonra verilmiş şikayətə baxılması üçün mülki iş birinci instansiya məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. (MPM-in 269.1, 269.2 və 269.3-cü maddələri) Beləliklə, birinci instansiya məhkəməsi şikayəti apellyasiya instansiyası məhkəməsinə göndərməzdən əvvəl şikayətin prosessual tələblərə uyğunluğunu yoxlaması, onun mahiyyəti üzrə 269.2-ci maddəyə uyğun olaraq qərar qəbul etməsi və yalnız bundan sonra 269.3-cü maddənin tələblərinə əsasən göndərmə prosedurunu icra etməsi qanunla tələb olunur. Baxılan iş üzrə Goranboy Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən tələblərə əməl edilmədən, şikayətə MPM-in 269-cu maddəsində nəzərdə tutulmuş qaydada baxılmadan, birbaşa apellyasiya instansiyası məhkəməsinə göndərilməsi prosessual qanunvericiliyə uyğun deyildir. Qanunvericiliyin qeyd olunan tələblərini qiymətləndirən məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(045)-470/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət işlə birlikdə Azərbaycan Respublikası MPM-in 269-cu maddəsinin tələblərinə riayət edilməsi üçün Goranboy Rayon Məhkəməsinə göndərilməlidir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Belə ki, apellyasiyanın qeyri-mümkün sayılması tərəflərin hər hansı prosessual pozuntuyta yol verməsi ilə deyil, işə baxan məhkəmənin qanunvericiliyin tələblərinə əməl etməməsi ilə bağlıdır və hazırki qərardad işin sonrakı prosessual hərkətlərin yerinə yetirilməsi üçün maneə yaratmır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-in 263, 264, 269, 363, 364 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(045)-470/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(045)-470/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə hüquqi qiymət verilməsi üçün şikayət iş materialları ilə birlikdə Goranboy Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1629/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1629/2025
11.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver