Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1632/2024 13.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasınun hakimləri-X6 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 2(042)-427/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materillarında olan “FORA-BANK” X4 (səhmdar Cəmiyyətinin) Kaluqa şəhərindəki filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 95 nömrəli arayışın tərcümə və təsdiq edilmiş surətindən görünür ki, İddiaçı adından “Zolotoya Korona” sistemi üzrə X7 4000 ABŞ dolları pul vəsaiti köçürülmüşdür.
2. “FORA-BANK” X4 (səhmdar Cəmiyyətinin) Kaluqa şəhərindəki filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 101 nömrəli arayışın tərcümə və təsdiq edilmiş surətindən görünür ki, X1 adından “Zolotoya Korona” sistemi üzrə X7 5000 ABŞ dolları pul vəsaiti köçürülmüşdür.
3. Kaluqa şəhər Notariat dairəsində X8 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, reyestrdə 40/11-H/40-2024-7-170 nömrə ilə qeyd edilmiş ərizənin tərcümə və təsdiq edilmiş surətindən görünür ki, X8 həmin ərizə ilə 29 may 2019-cu il tarixdə Rusiya Federasiyasının Kaluqa vilayəti, Babıninsk rayonu, Vorotınsk qəsəbəsində yerləşən SKBnın “FORA-BANK” (SC) şöbəsində transfer xidməti "Zolotaya Korona" ödənişdən istifadə edərək, Azərbaycan Respublikası X2 adına 5000 ABŞ dolları göndərdiyini, həmin vəsaitin İddiaçı Göyçə oğluna məxsus olduğunu, onun xahişi ilə qeyd olunan köçürməni həyata keçirdiyini bildirmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12700 manat məbləğində borcunun, ödənilmiş 128.10 manat dövlət rüsumunun əvəzinin, nümayəndəyə çəkdiyi xərcə görə 36 manat məbləğində pulun və vəkilə çəkdiyi xərcə görə 500 manat məbləğində pulun, cəmi 13364.10 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə Gədəbəy rayon sakini olaraq tanışlıqları olmuşdur. İddiaçı cavabdehlərlə həmkəndlidir. İddiaçı Rusiyada ticarətlə məşğul olur. 2019-cu ilin may ayının sonlarında cavabdehlər ondan iş qurmaq üçün 15000 manat borc pul istəmişlər. Cavabdehlər həmin pulu iddiaçıya 2-3 ilə qaytacarağına söz vermişlər. İddiaçı cavabdehlərlə eyni kənddən olduğuna və onları tanıdığına görə 2019-cu ilin may ayının 27-də 4000 ABŞ dolları, may ayının 29-da isə 5000 ABŞ dolları göndərmişdir. Qeyd edir ki, həmin vaxt 9000 ABŞ dolları Azərbaycan manatı ilə 15300 manat etmişdir. Cavabdehlər iddiaçıya X3 şəxsiyyət vəsiqəsini göndərərək, pulu qohumları olan Gərgər kənd sakini X3 adına göndərməsini xahiş etmişlər. İddiaçı “FORA-BANK” X4 Kaluqa şəhərindəki filialından “Zolotoya Korona” sistemi üzrə 4000 ABŞ dollarını öz adından X3 adına köçürmüşdür. xx.xx.2019-cu il tarixdə isə iddiaçı Rusiyada işçisi olan X1 adından “FORA-BANK” X5 Kaluqa şəhərindəki filialından “Zolotoya Korona” sistemi üzrə 5000 ABŞ dolları X3 adına köçürmüşdür. 9000 ABŞ dolları pul vəsaitinin hamısı iddiaçı məxsus olmuşdur. “Zolotoya Korona” sistemi üzrə köçürmələrdə limit olduğundan pul vəsaiti iki dəfəyə göndərilməli olmuşdur. Bu səbəbdən vəsaitin 5000 ABŞ dolları hissəsi X1 adından köçürülmüşdür. Pul vəsaitinin həqiqətən iddiaçıya məxsus olmasını və onun xahişi ilə X3 adına köçürüldüyünü təsdiq etmək üçün X8 xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyası Kaluqa Notariat dairəsində bu barədə notarial ərizə vermişdir. Pul vəsaiti X3 adına göndərildikdən sonra X9 cavadehlərlə birlikdə "xxxx" ASC-nin Gədəbəy rayon filialına yaxınlaşaraq həmin pul vəsaitini çıxarmış və cavabdehlərə vermişdir. Belə ki, iddiaçının X9 ilə arasında heç bir borc münasibəti yaranmamış, sadəcə cavabdehlərin xahişinə əsasən iddiaçı həmin pulu X3 adına göndərmişdir. Bundan sonra iddiaçı cavabdehlərlə mütamadi olaraq əlaqə saxlayıb borcu nə vaxt qaytaracaqları ilə maraqlanmış, cavabderhlərdən Cavabdeh2 hər dəfə onlara bir az vaxt verməsini, pulu qaytaracaqlarını bildirmişdir. İddiaçı isə cavabdehlərlə həmkəndli olduğu üçün onları gözələmək məcburiyyətinə qalmışdır.
6. Gədəbəy Rayon Məhkəməsinun 2(042)-427/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (F.Mirzəquliyev) iddia tələbi edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12700 (on iki min yeddi yüz) manat məbləğində borcun, ödənilmiş 128.10 manat dövlət rüsumunun əvəzi, nümayəndə üçün çəkilmiş 36 manat və vəkil üçün çəkilmiş 500 manat məbləğində məhkəmə xərcinin əvəzi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq, İddiaçı verilməsi qət olunmuşdur.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı 2019-cu ilin may ayının sonunda cavabdehlərə 15000 manat məbləğində borc pul vermiş, yəni, iddiaçı cavabdehlərin xahişi ilə FORA-BANK” X4 (səhmdar Cəmiyyətinin) Kaluqa şəhərindəki filialından “Zolotoya Korona” sistemi üzrə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə 4000 ABŞ dolları və 5000 ABŞ dolları olmaqla, ümumilikdə 9000 ABŞ dolları şəklində iki dəfəyə X3 adına göndərmişdir. X9 pul vəsaitini bankdan çıxararaq cavabdehlərdən Cavabdeh1 vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək, bu halı təsdiq etmişdir. Cavabdehlər həmin borcu 2-3 il müddətinə qaytarmağı öhdələrinə götürmüşlər. Cavabdehlər həmin borcdan 2300 manat qaytarmış, qalan 12700 manat borcu isə müddət bitməsinə baxmayaraq qaytarmamışlar.
8. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinun 385.1, 739.1, 425.1 və 445.2-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinun dəlilləri
9. Gədəbəy Rayon Məhkəməsinun 2(042)-427/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti verərək, Cavabdeh2 qətnamənin ləğv edilməsi və iddia təmin edilməməsi barədə, Cavabdeh1 qətnamənin qismən ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul etməsini xahiş etmişlər.
10. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiacı 2019-cu ildə iş qurmaq adı altında ona 15.000 manat məbləgində borc pul göndərmişdir. Belə ki, 2019cu ildə bütün dünyada baş vermiş pandemiya ilə əlaqədar olaraq hec bir ticarətlə məşgul ola bilməmişdir. Lakin iddiacıdan aldıgı borcun 5720 manatını hissə-hissə müxtəlif vasitələrlə özünə qaytarmışdır. Belə ki, 2019-cu ilin noyabr ayında iddiacının öz xahişi ilə eyni kənd sakini olan və iddiacının evində usta işləyən X13 ogluna 600 manat, növbəti dəfə 2019-cu ilin oktyabr ayında iddiacı rayona toy mərasiminə gəldiyi vaxt ondan şəxsən 500 manat nəgd şəkildə pul almış, iddiacinin öz istəyi ilə 2020-ci ilin əvvəllərində iddiacının yaxn qohumu olan X14 ogluna hissə-hissə ümumilikdə 260 manat, 2020-ci ilin mart-aprel aylarında şəxsən özünə 500 manat, 2021-ci ilin yay aylalrında Gədəbəy rayon Avtovagzalında 1800 manat yenə şəxsən iddiaçının özünə pul vermiş, 2022-ci ilin oktyabrnoyabr aylarında Gədəbəy rayonu Gər-Gər kəndində toy şənliyində iştirak edən iddiaçıya borcundan 850 manat pul vermişdir. Toy şənliyindən bir gün öncə qohumu Qahirin şahidliyi ilə "Meh" restoranında iddiacının öz razılığı ilə 650 manat hesab ödəmişdir (ümumi borcdan cıxmaq şərti ilə). Bundan əlavə öz razılıgı ilə 60 manat mağazaya borcu ödənilmişdir. Əlavə olaraq 2022-ci ilin yay aylarında 500 manat pul vermişdir (qonaqlıqdan qayıdan zaman axşam vaxtlarında). Ümumilikdə iddiacıya hissə-hissə 5720 manat borc qaytarmışdır.
11. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, faktiki olaraq iddiaçıdan heç bir məbləğdə borc pul istəməmişdir. İş üzrə şahid qismində dindirilmiş X9 məhkəmədə ifadə verərək bildirmişdir ki, onunla ümumiyyətlə banka getməmiş və həmin məbləgi ona verməmişdir. Lakin məhkəmə ədalətsiz qərar qəbul edərək pulun müştərək qaydada tutulmasını təmin etmişdir. Digər Cavabdeh1 oglu doğma qardaşıdır. Onun iddiacıya 9.500 manat məbləgində borcu var. Belə ki, o, Azərbaycan Respublikasının vətəndaşıdır və şəxsiyyətini təsdiq edən vəsiqəsi var. İş qurmaq üçün pul lazım olsaydı şəxsən iddiaçı ilə əlaqə saxlayaraq ondan pul istəyərdi. Hazırda iddiaçıya hec bir məbləğdə borcu yoxdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarınun izahatları
13. Məhkəmə kollegiyasınun iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya 5720 manat qaytarmasını təsdiqləyəcək əlavə sübutu yoxdur. Əlavə olaraq bildirmişdir ki, iddiaçı pulu onun əmisi oğlu Ruhinin adına göndərmişdir. O, hə min pulu götürərək iddiaçının dediyi şəxsə vermişdir. Lakin o həmin adamın adını açıqlaya bilmir. Həmin puldan 5720 manat əlbə-əl iddiaçıya qaytarmışdır.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçı ona heç bir borc verməmiş və o, iddiaçıdan pul almamışdır. İddiaçının borcunun qaytarılması üçün bir böyük qardaş kimi müdaxilə etmiş, danışıqlarda iştirak edərək mübahisənin məhkəmədən kənar həll edilməsinə çalışmışdır.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil izahat verib bildirmişdir ki, iddiaçı Cavabdeh1 9000 ABŞ dolları, (məzənnəyə uyğun 15300 manat) borc vermişdir. Həmin puldan cavsbdeh şəxsən və digər şəxslərin vasitəsilə 2300 manat qaytarmışdır. Verdiyi borcun məbləği 15300 manat etsə də, 300 manatı ümumiyyətlə tələb etməmişdir. Digər Cavabdeh2 danışıqlarda iştirak etmiş, borcun qaytarılması üçün məhkəməyə müraciət edilməməsinə çalışmış, hətta öhdəliyi öz üzərinə götürmüş və Gəncə şəhərində olan torpaq sahəsini borcun əvəzində təklif etmişdir. Bu səbəbdən iddia tələbi hər iki cavabdehə qarşı qaldırılmışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
16. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
17. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
18. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
19. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
20. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
21. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
22. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
23. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikasınun Mülki Prosessual Məcəlləsi:
24. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinun qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarınun əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 385.1.1. maddi hüquq normalarınun və ya prosessual hüquq normalarınun pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktınun apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışınun hədləri
31. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Hazırkı apellyasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-427/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır.
36. İşə baxan birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə qətnamə çıxararkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 2019-cu ilin may ayının sonunda cavabdehlərə 15000 manat məbləğində borc pul vermiş, yəni, iddiaçı cavabdehlərin xahişi ilə FORA-BANK” X4 (səhmdar Cəmiyyətinin) Kaluqa şəhərindəki filialından “Zolotoya Korona” sistemi üzrə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə 4000 ABŞ dolları və 5000 ABŞ doları olmaqla, ümumilikdə 9000 ABŞ dolları şəklində iki dəfəyə X3 adına göndərmişdir. X9 pul vəsaitini bankdan çıxararaq cavabdehlərdən Cavabdeh1 vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək, bu halı təsdiq etmişdir. Cavabdehlər həmin borcu 2-3 il müddətinə qaytarmağı öhdələrinə götürmüşlər. Cavabdehlər həmin borcdan 2300 manat qaytarmış, qalan 12700 manat borcu isə müddət bitməsinə baxmayaraq qaytarmamışlar. Ona görə də iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12700 manat məbləğində borc alınaraq, İddiaçı verilməlidir. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 739.1, 425.1 və 445.2-ci maddələrinə istinad etmişdir.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehlərdən pulun tutulması hissəsində qismən, yəni Cavabdeh1 12700 manat pulun tutulması hissəsində düzgün nəticəyə gəlsə də, digər cavabdehə münasibətdə düzgün nəticəyə gəlməmiş, həmçinin maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.
38. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı 2019-cu ilin may ayının 27-də 4000 ABŞ dolları, may ayının 29-da isə 5000 ABŞ dolları Gərgər kənd sakini X3 adına göndərmiş, sonuncu isə həmin pulu Cavabdeh1 vermişdir. Bu işin mübahisəsiz halıdır. İddiaçı Cavabdeh1 borc olaraq 15000 manat vermiş olsa da, tərəflər arasında borc müqaviləsinin yazılı formasına riayət olunmamışdır.
39. Məhkəmə kollegiyası ilkin olaraq Cavabdeh2 apellyasiya şikayətinin onun iddiaçıdan pul almamasına dair dəlili ilə bağlı qeyd edir ki, iş materiallarında iddiaçının Cavabdeh2 borc pul verməsinin təsdiqləyəcək heç bir sübut əlavə edilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının Cavabdeh2 digər cavabdehlə birlikdə borc verməsi və həmin borcun cavabdehlərdən müştərək qaydada tutulması nəticəsinə gəlməkdə haqlı olmamışdır, həmin hissədə apellyasiya şikayətinin dəlili əsaslıdır və təmin edilməlidir.
40. Məhkəmə kollegiyası maddi hüquq normasının tətbiqi ilə bağlı qeyd edir ki, tərəflər arasında borc müqaviləsinin forması ilə bağlı MM-nin 740.2-ci maddəsinin tələblərinə riayət etməmişlər ki, bu da, MM-nin 337.1-ci maddəsinin tələblərinə əsasən əqdin etibarsızlığı üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Kəsici müddətlərlə bağlı qanunvericiliyin tətbiqi təcrübəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən, etibarsız əqd arzu olunan hüquqi nəticəni yaratmadığına, habelə həmin əqd üzrə alınan maddi nemətlərdən bəziləri (məsələn, özlərinə xas fərdi-müəyyən əlamətlərinə görə fərqlənən əvəzedilməz əşyalar: avtomobil, torpaq sahəsi, mənzil və s.) əldə edənin əmlakına qarışmadığına görə onun mülkiyyətinə keçmiş sayılmır. Bu səbəbdən əmlakı verən tərəfin mülkiyyət hüququ aradan qalxmır və əldə edən tərəf varlanmış olmur. Belə olan halda, həqiqi hüquqi vəziyyətə görə mülkiyyətçi olan şəxs mülkiyyət hüququna dayanaraq etibarsız əqd əsasında verilən daşınar əşyanın sahibliyinə qaytarılması (Mülki Məcəllə, maddə 157.2), yaxud daşınmaz əşyaya dair dövlət reyestrində düzəlişin aparılması (Mülki Məcəllə, maddə 141) barədə iddia qaldırdıqda, belə tələblərə Mülki Məcəllənin 354.1-ci maddəsindəki müddətin tətbiq edilməsi yolverilməzdir. Çünki, mülkiyyətçinin hüquqlarına münasibətdə (əşya hüquqlarının) pozuntuların aradan qaldırılması haqqında tələblərə iddia müddəti tətbiq edilmir (Mülki Məcəllə, 384.0.4). Bəzi maddi nemətlər isə (dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əvəzedilən əşyalar: pul, taxıl, düyü və s.) əldə edənin əmlak aktivinə qarışdığı andan onu verən tərəfin mülkiyyət hüququ aradan qalxır. Bu səbəbdən əşyanı əldə edən şəxs mülkiyyəti qazanmaqla varlanmış olur. Lakin bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadığına, yəni əşyanın əldə edilməsinə əsas olan əqd etibarsız sayıldığına görə əsassız varlanma əmələ gəlir (Mülki Məcəllə, maddə 1091). Əsassız varlanmaya söykənən iddia isə qanundan irəli gələn tələb hüququ olduğu üçün ona iddia müddəti tətbiq edilir. Odur ki, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan bir illik müddət məhz ikinci halda, yəni etibarsız əqd üzrə icra edilmişlərin əsassız varlanma əmələ gətirdiyi təqdirdə ondan məhrum olan tərəfin irəli sürdüyü iddiaya tətbiq olunan iddia müddətidir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı iş iddianın hüquqi əsasını əsassız varlanma təşki edir və həmin münasibətlərə mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməli idi.
41. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilməli və Gədəbəy Rayon Məhkəməsinin 2(042)-427/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasınun MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Gədəbəy Rayon Məhkəməsinin 2(042)-427/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti tam, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-427/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən edilsin. Cavabdeh1 12700 (on iki min yeddi yüz) manat məbləğində borc, ödənilmiş 128.10 (bir yüz iyirmi səkkiz manat on qəpik) manat dövlət rüsumu, nümayəndə üçün çəkilmiş 36 (otuz altı) manat və vəkil üçün çəkilmiş xərcinin əvəzi 500 (beş yüz) manat məbləğində pul tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.