Məhkəmə qərarları › İş №2(104)-1633/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1633/2023

10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1633/2023 10.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Əliyev Rafiq Çingiz oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2767/2022 saylı qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İlkin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh qarşı pul tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, o (ilk iddiaçı) Şəmkir rayonu Səbət bazarında sahibkar kimi işləmiş və Cavabdeh onu bir sahibkar kimi tanınmışdır. Onunla Cavabdeh arasında normal münasibətləri olmuşdur. 2020-ci ilin sentyabr ayında Cavabdeh ona xurma alıb satmağı təklif etmiş və bununla əlaqədar o özü ona xurma alqısatqısı ilə əlaqədar xurma toplaya biləcəyini bildirmiş və bunun üçün 50000 (əlli) min manat pul lazım olduğunu və həmin pula 5 (beş) min yeşik xurma toplayacağını bildirmişdir. Ona görə o, 50000 (əlli) min manat pul toplayıb Cavabdeh vermiş və onların razılaşmalarına görə Cavabdeh xurmanı toplayıb dekabr ayına kimi ona təhvil verməli olmuşdur. 2020-ci il dekabrın 13-də malı götürmək üçün Eynura zəng etmiş, həmin vaxt Eynur ona topladığı xurmanı başqa adama satdığını, tezliklə verilən pulun müqabilində qazancı ilə birlikdə pulu qaytaracağını bildirmişdir. Lakin bir müddət keçəndən sonra o, dəfələrlə Cavabdeh zəng edərək pulunu qaytarmasını və əks təqdirdə onu aldatdığı üçün polis orqanlarına şikayət edəcəyini ona bildirməsinə baxmayaraq, Cavabdeh bu günü sabaha salaraq yenə də onu aldatmış və pulunu qaytarmamışdır. Ona görə o, Şəmkir Rayon Polis Şöbəsinə müraciət etmiş və onu dələduzcasına aldadan Cavabdeh barəsində qanuni tədbir görülməsini və pulunun alınıb qaytarılmasını xahiş etmişdir. Lakin, onun şikayəti üzrə araşdırma aparan Polis Şöbəsinin təhqiqatçısı xurma toplanması adı ilə ondan pul alan Cavabdeh əməlinə düzgün qiymət verməmişdir. Belə ki, iş üzrə izahatı alınan Cavabdeh həqiqətən də ondan xurma adı ilə pul aldığını etiraf etmiş, lakin Cavabdeh izahatında guya xurma almaq adı ilə 50000 manat deyil, 47000 manat aldığını və 2000 (iki min ) manat ziyan olduğunu, guya ona 10000 (on min) manat keçdiyini və hazırda 35000 ( otuz beş) manat qaytarmalı olduğunu göstərmişdir. O, cavabdhein onun pulunu qaytarması müqavilində 10.000 manat keçməsi barədə heç kimə heç nə düməmiş, pulunu tələb etdikdə, cavabdehi 2000 manat ziyanlıq etməsi barədə aralarında heç bir söhbət olmamışdır. Cavabdeh verdiyi pul təyinatı üzrə sərf edilməmişdir. İki il müddətində o, 50000 (əlli) min manat pul vəsaitindən 100000 ( yüz min ) manat gəlirindən məhrum olmuşdur. Hesab edir ki, həmin vəsait əldən çıxmış vəsait kimi qiymətləndirilməli və həmin məbləğ cavabdehdən tutularaq ona qaytarılmalıdır. Odur ki, Cavabdeh 50000 (əlli min) manat pulun və iki il müddətində öz pul vəsaitindən sərbəst surətdə istifadə edə bilmədiyindən əldən çıxmış vəsait kimi 100000 manat vəsaitin və ödədiyi dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh ilk İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı pul tələbi tamamilə yalnışdır və əsassızdır. Tam əksinə olaraq, İddiaçı ona 15.000 manat borcu vardır. Belə ki, o, İddiaçı 2018-ci ildən tanıyır. X1 bazarında meyvə-tərəvəz alış-verişi ilə məşğuldur. O, Ayazla həmin bazarda tanış olmuşdur. Belə ki, o özü yaşadığı ərazidə vətəndaşlardan pomidor alıb həmin bazara satmağa gətirmişdir. Həmçinin, Bakının bazarlarına satmağa aparmışdır. Şəmkir Səbət bazarına pomidor gətirəndə çox vaxt pomidoru Ayaza satmışdır. İddiaçı təxminən 2020-ci ilin iyun ayının əvvəllərində ona qoçaq olduğunu, onun da nə qədər desə pulu olduğunu, bir yerdə iş görməyi təklif etmiş və nə qədər desə pulu olsa da, istifadə edə bilmədiyini demişdir. Şərikli iş görməyi təklif etmişdir. O da İddiaçı razı olduğunu bildirmişdir. Elə həmin gündən Ayaz ona lazım olanda 3000, 5000 min manat pul vermişdir. O da yerli vətəndaşların istilikxanalarından yarı nisyə, yarı nəğd həm öz pulu ilə, həm də Ayazın verdiyi pulla pomidor yığmış, 5 ton və ya 10 ton Bakı şəhərinin bazarlarına aparıb satmışdır. Beləliklə, o, Ayazla birlikdə şərikli alver etməyə başlamışdır. Ayazla şərikli iş görən vaxtdan Moskva şəhərinə də pomidor göndərməyə başlamışdır. 2020-ci ildə və 2021-ci ildə Moskva şəhərinə nə qədər pomidor göndərsələr də, ziyanlıqlar etmişlər və qazancları olmamışdır.Bakı şəhərinə göndərdiyi malların 2/3 hissəsi ziyanlıq gətirmişdir. Bunun da səbəbi pandemiya olmuşdur. Bəzən bazarda 2-3 maşın pomidor üst-üstə düşmüş, məhsul xarab olmuş və aparıb zibilxanaya tökmüşlər. Bu minvalla oktyabr ayına qədər işləmişdir. Ayaza möhkəm ziyanlıqları olduğunu demiş, o da axırının yaxşı olacağını demişdir. 2020-ci ilin oktyabr ayında Ayaz ona pul lazım olduğunu, ona verdiyi pulları qaytarmasını demişdir. O, Ayazdan hansı pulları istədiyini soruşduqda, Ayaz ona iyun ayından hazırki vaxta qədər ona hissə-hissə 47 (qırx yeddi) min pul verdiyini, hansısa reysdə 12000 (on iki) min manat ziyanlıq etdiyini, 2000 (iki) min manat ziyanlığı keçdiyini, hal-hazırda ona 45000 (qırx beş) min manat pul verməli olduğunu demişdir. O da Ayaza qazanca şərik olduğu kimi ziyanlığa da şərik olduğunu demişdir. Bundan başqa Ayaza narahat olmamasını, qabaqdan xurma mövsümü gəldiyini, yaxşı bağlar olduğunu demişdir. Noyabr ayında 5-10 min yeşik xurma yığıb yarısını Moskva şəhərinə göndərəcəklərini, yarısını da qışda satmaq üçün soyuducuya yığacaqlarını demişdir. Ayaza hər şeyin yaxşı olacağını bildirmiş, o da razılaşmışdır. Aradan bir müddət keçdikdən sonra o, Moskvada olan uşaqlarla əlaqə saxlamış və vəziyyəti onlara danışmışdır. Uşaqlar ona xurma satışına girişməməsini, xurmanın satılmadığını demişlər. Belə olduğu halda o, bağ sahiblərinə xurmanı almadığını, başqasına satmaqlarını demiş və sevincək bağdan aralaşmışdır. Bu barədə Ayazı da məlumatlandırmışdır. Ayaz ona heç bir ziyanlığa şərik olmadığını, onun 45000 manatını verməsini demişdir. Şəmkir Polis şöbəsində Ayaza pul verəcəyi olduğunu, lakin 45.000 min manat yox, 35.000 min manat olduğunu bildirmişdir. Ancaq ziyanlıqlarının tam yarısını-şərik olaraq Ayaz ödəsə, onun Ayaza borcu qalmayacaq, əksinə ona 15000 manat borcu qalacaqdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2767/2022 saylı qətnaməsi ilə (sədrlik edən Şəfəq Məmmədova) ilk iddia qismən təmin edilmiş, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh 35000 (otuz beş min) manat pul alınaraq ilk İddiaçı ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh 90.70 (doxsan manat yetmiş qəpik) manat dövlət rüsumu tutularaq ilk İddiaçı verilməsi, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh ilk İddiaçı qarşı 15000 (on beş min) manat pulun alınıb ona verilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçı Cavabdeh aid edilməsi qət edilmişdir. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2767/2022 saylı qətnaməsinin ləğv edilməsini, ilkin İddiaçı ona verəcəyi 15000 manatın alıb ona verilməsi, İddiaçı və başqalarının ona qarşı törətdikləri cinayət əməllərə görə cinayət məsuliyyətinə cəlb etməklə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxartmaqla yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aralarında olan razılamaya görə, onun şərikli münasibətlərdə ortaya qoyduğu pul və bütün ziyanlıq nəzəər alınarsa, iddiaçının ona 15.000 manat borcu vardır. Məhkəmə isə qarşılıqlı iddiası üzrə heç bir araşdırma aparmamışdır. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, onlar Ayazla yaxın olmuşlar. Ayaz ona 45000 manat alver üçün pul vermişdir. Onun özü isə mal alveri üçün 75000 manat pul qoymuş və 120000 manatlıq ziyan etmişdir. Ziyanın yarısı 60000 manat onun özünə düşməsi nəzərə alınmaqla, Ayazın ona 15000 manat borcu qalır. Ona görə də, apellyasiya şikayətin təmin edilməsini, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)- 2767/2022 saylı qətnaməsinin ləğv edilməsini, ilk İddiaçı qarşı 15000 (on beş min) manat pulun alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, düzdür, Şəmkir Rayon Polis Şöbəsinə verdiyi izahatını onun sözlərindən tədqiqatçı yazmış, o da imzalamışdır. Lakin əslində mal alverində ziyanlıq olmuş, onun ziyana düşdüyü məbləğ nəzərə alınmamışdır. İlk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, iddiasının dəlillərinə uyğun izahat verdi. Həmçinin gösətrdi ki, cavabdeh xurma alveri ilə bağlı heç bir məbləğdə pul qoymamış və cavabdehin belə pulu da olmamışdır. Ona görə də, apellyasiya şikayətin təmin edilməməsini Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2767/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsəri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2767/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2767/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etsə də, əslində o, şikayətinin dəlillərində həmin qətnamənin iddianın qismən təmin edilmiş hissəsini və qarşılıqlı iddianın təmin edilməməsi hissəsini mübahisələndirmişdir. İddianın təmin edilməyən hissəsi mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apelyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materallarına əlavə edilmiş: 28 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, (əsli məhkəmə kollegiyasına təqdim edilmişdir) həmin qərarla Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Həmçinin, həmin qərarla müəyyən edilmişdir ki, 2020-ci ilin sentyabr-noyabr aylarında İddiaçı xurma alveri etmək üçün Şəmkir rayonu Səbət bazarında tanışı Cavabdeh pul vermiş, lakin sonuncu ziyan etdiyi üçün həmin pulu geri qaytara bilməmişdir. Cavabdeh araşdırma zamanı verdiyi izahatında göstərmişdir ki, barəsində şikayət edən İddiaçı Şəmkir rayonu Səbət bazarında işləyən şəxs kimi tanıyır. Əvəllər aralarında normal münasibətlər olmuşdur. 2020-ci ilin sentyabr ayında səbət bazarında Ayaz ilə görüşən zaman sonuncuya onun xurma alveri etmək istədiyini bildirmişdir. O da onunla razılaşaraq xurma alveri etmək üçün ona pul verəcəyini bildirmişdir. Bundan sonra Ayaz hissə-hissə ümumilikdə 47 min manat ona pul vermiş, o da xurma yığmaq üçün bağ sahiblərinə beh vermişdir. Daha sonra isə xurma alverində pul olmadığını görüb pomidor alverinə keçmiş, həmin vaxt o ziyanlıq etmiş və pul qazana bilməmişdir. Bundan sonra Ayaz ondan pulunu tələb etməyə başlamış, Ayazın ona verdiyi 47 min manat pulun 2 min manatı öz ziyanlığı olmuş və onun Ayaza 45 min manat borcu qalmışdır.Təxminən 3 ay bundan əvəl Ayaz ilə söhbət zaman sonuncu borcdan 10 min manatı ona güzəşt etdiyini və 35 min manatı gələn ilin iyul ayında verməyə razılaşmışdırlar.Onun Ayaza cəmi 35 min manat pul borcu vardır. Bu ilin iyul ayına kimi o həmin borcu qaytaracqdır. Azərbaycan Respublikasının MM-nin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 777.1-ci maddəsinə görə, tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə görə, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə görə, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 782.1-ci maddəsinə görə, vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. 779.1-ci maddəsinə görə, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır... 783.2-ci maddəsinə görə, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Məhkəmə kollegiyasında müəyyən edildi ki İddiaçı ilə Cavabdeh arasında 2020-ci ilin sentyabr ayında xurma məhsulunun alış-verişi ilə bağlı tapşırıq müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı 2020-ci ilin sentyabr ayında Cavabdeh ona xurma alıb satmağı təklif etmiş və bununla əlaqədar o özü ona xurma alqı-satqısı ilə əlaqədar xurma toplaya biləcəyini bildirmiş və bu məqsədlə iddiaçı 50000 (əlli) min manat pulu Cavabdeh vermiş və onların razılaşmalarına görə Cavabdeh xurmanı toplayıb 2020-ci ilin dekabr ayına kimi ona təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçının şikayəti üzrə Şəmkir RPŞ-də araşdırma aparılmışdır. 28 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, həmin qərarla müəyyən edilmişdir ki, 2020-ci ilin sentyabr-noyabr aylarında İddiaçı xurma alveri etmək üçün Şəmkir rayonu Səbət bazarında tanışı Cavabdeh pul vermiş, lakin sonuncu ziyan etdiyi üçün həmin pulu geri qaytara bilməmişdir. Cavabdeh araşdırma zamanı verdiyi izahatında göstərmişdir ki, barəsində şikayət edən İddiaçı Şəmkir rayonu Səbət bazarında işləyən şəxs kimi tanıyır. Əvəllər aralarında normal münasibətlər olmuşdur. 2020-ci ilin sentyabr ayında səbət bazarında Ayaz ilə görüşən zaman sonuncuya onun xurma alveri etmək istədiyini bildirmişdir. O da onunla razılaşaraq xurma alveri etmək üçün ona pul verəcəyini bildirmişdir. Bundan sonra Ayaz hissə-hissə ümumilikdə 47 min manat ona pul vermiş, o da xurma yığmaq üçün bağ sahiblərinə beh vermişdir. Daha sonra isə xurma alverində pul olmadığını görüb pomidor alverinə keçmiş, həmin vaxt o ziyanlıq etmiş və pul qazana bilməmişdir. Bundan sonra Ayaz ondan pulunu tələb etməyə başlamış, Ayazın ona verdiyi 47 min manat pulun 2 min manatı öz ziyanlığı olmuş və onun Ayaza 45 min manat borcu qalmışdır.Təxminən 3 ay bundan əvəl Ayaz ilə söhbət zaman sonuncu borcdan 10 min manatı ona güzəşt etdiyini və 35 min manatı gələn ilin iyul ayında verməyə razılaşmışdırlar.Onun Ayaza cəmi 35 min manat pul borcu vardır. Bu ilin iyul ayına kimi o həmin borcu qaytaracqdır. Göründüyü kimi, Cavabdeh təhqiqatda verdiyi izahatında onun iddiaçıya 45 min manat borcu qalmasını, iddiaçı ilə söhbət zaman sonuncun borcdan 10 min manatı ona güzəşt etdiyini və 35 min manatı isə 2021-ci ilin iyul ayına kimi qaytaracağını gösətrmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi düzgün olaraq ilk iddianı qismən təmin edərək, Cavabdeh 35000 (otuz beş min) manat pulun alınaraq ilk İddiaçı ödənilməsi nəticəsinə gəlmişdir. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh qarşılıqlı iddia ərizəsində və apellyasiya dəlillərində həm öz pulu ilə, həm də Ayazın verdiyi pulla pomidor yığması, 2020-ci ildə və 2021-ci ildə Moskva şəhərinə pomidor göndərmələri və 120.000 manat ziyanlıq etmələrini, buna görə Ayazın ona 15.000 manat borclu olmasını gösətrsə də, onun həmin dəlilləri məhkəmə kollegiyasında öz təsdiqini tapmamışdır. Belə ki, iş materilları və 28 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla 2020-ci ilin sentyabr-noyabr aylarında tərəflər arasında xurma alveri ilə bağlı şifahi razılaşmanın olması müəyyən edilir ki, onlar arasında pamiror alış verişi ilə bağlı hər hansı razılaşmanın olması təsdiq edilmir. Digər tərfədn, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh ziyanlıq baş verməsini göstərsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlili qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2767/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402- 406- cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2767/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar