Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1643/2024 23.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: aliment və müalicə xərci Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X4 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması və müalicə xərci tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2(076)- 1231/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 23 sentyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Şəmkir rayon Qeydiyat şöbəsinin 13 fevral 2024-cü il tarixli 379 nömrəli arayışdan görünür ki, X8 11 avqust 2015-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.
2. Doğum haqqında 26 sentyabr 2013-cü il tarixli İİİ-AK seriyalı 658699 nömrəli şəhadətnamənin sürətindən görünür ki, X12 27 avqust 2013-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.
3. Şəmkir Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli 2(076)-614/2019 nömrəli qətnaməsindən çıxarışından görünür ki, qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 27 avqust 2013-cü il təvəllüdlü Amin və 11 avqust 2015-ci il təvəllüdlü Ramin adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin 13 fevral 2017-ci il tarixli 2(076)-425/2017 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləği həddində müəyyən edilmiş və Cavabdeh alınıb İddiaçı verilməsinə qət etmişdir.
4. “Serotonin” neyropsixoloji Mərkəz tərəfindən verilmiş arayışdan görünür ki, X10 02 fevral 2023-cü il tarixdən “Serotonin” neyropsixoloji mərkəzində psixoloji probleminin həli üçün müalicə alır.
5. “Serotonin” neyro psixoloji mərkəzi tərəfindən verilmiş pul qəbzlərindən (7 ədəd) görünür ki, X7 müalicəsi üçün aylıq 180 manat ödənilmişdir.
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliliyi Ambulator Kitabçadan çıxarışdan görünür ki, X12 anadan 8 aylıq doğulub. Valideynləri uzaq qohumdur, ayrılıblar. Ananın himayəsindədir. İlkin psixo-fiziki inkişafı yaşıdlarından fərli olaraq ləng olmuşdur. Gec yeriyib, 4 yaşından sonra danışmağa başlayıb. Nitqi qüsurludur. Məktəbə getmir, fərdi təhsil alır. Bilik və məlumatları yoxdur. Psixi vəziyyətində pozuntular uşaqlıqdandır. Xəstə dəfələrlə müayinə və müalicələrdə olmasına baxmayaraq psixi vəziyyətində yaxşılaşma olmamışdır. Bir yerdə qərar tutmur. Təkliyə meyillidir, əsəbidir. Yuxusu pozulub. Daima qulluq və müalicəyə ehtiyacı var. X13 xəstəxanasında müalicədə olmuş və Orta dərəcəli əqli gerilik qulluq və müalicə tələb olunan ciddi davranış pozuntuları ilə “İQ- 36, Nitq qüsuru" diaqnozu qoyulmuşdur. Huşu aydındır. Bələdliyi zamana və məkana görə pozulub. Ünsiyyətə çətinliklə qoşulur. Verilən suallara səhv cavablar verir. Nitqi anlaşılmazdır. Emosional reaksiyaları qeyri adekvatdır. Bir yerdə qərar tutmur, hiperaktivdir. Əsəbidir, aqressivdir. Əsəbləşəndə ətrafı dağıdır, əlinə nə keçsə qırır. Bilik və məlumatları yoxdur. Əqli, zehni, nitqi inkişafı geri qalır. Verilən tapşırıqları yerinə yetirmir. Yersiz hərəkətlər edir, təkliyə meyllidir, öz aləmindədir. Həmyaşıdları ilə ünsiyyət qura bilmir, dalaşır. Özünə qulluq etmir. Fizioloji tələbatlarını bildirmir, nəzarətlə gedir. Əhval-ruhiyyəsi dəyişkəndir. Maraqları məhduddur. Yuxusu səthidir. Özünü idarə edə bilmir. Davranışı ciddi şəkildə pozulub.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı alimentin artırılması və müalicə xərci tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, 27 avqust 2013-cü il təvəllüdlü X12 və 11 avqust 2015-ci il təvəllüdlü X8 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli 2(076)-614/2019 nömrəli qətnaməsi ilə hər ay hər uşaq üçün müəyyən edilmiş 130 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində müəyyən edilməsi, 27 avqust 2013-cü il təvəllüdlü X12 adlı uşağın müalicəsi üçün ödənilmiş 1260 manatın yarısı 630 manat, eləcədə mütəmadi müalicəsi üçün hər ay 200 manat, ödənilmiş 50 manat mediasiya xərcinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə ailə münasibətləri pozulduğundan ayrılmışlar və onların birgə nikahlarından anadan olmuş 27 avqust 2013-cü il təvəllüdlü Amin, 11 avqust 2015-ci il təvəllüdlü Ramin adlı uşaqlar onun himayəsində qalmışdır. Şəmkir Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh yetkinlik yaşına çatmamış uşaqlarının saxlanması üçün hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Uşaqlar böyüdükcə xərcləri artdığından müəyyən olunmuş aliment onların saxlanması üçün kifayət etmir. Həmçinin, Amin adlı uşaq qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, nitq və dilin inkişafının spesifik pozğunluqları xəstəliyindən əziyyət çəkir. Amin adlı uşaq daimi olaraq həkim müayinəsindən keçir, hər ay Serotonin X3 müayinəsində olur və hər dəgə (7 ay) 180 manat ödəniş edir. Ümumilikdə loqoped müayinəsinə və müalicəsinə görə X2 1260 manat ödəmişdir. Hazırda uşağın müalicəsi davam edir və müalicə davam etdiyinə görə hər ay dərmanlara 120 manat ödəniş edir. Buna baxmayaraq cavabdeh ödədiyi alimentdən əlavə uşaqlarının saxlanmasına, nə də Amin adlı uşağın müalicə olunması üçün maddi köməklik göstərmir. Övladı xəstə olduğundan işləmir, cavabdeh isə fərdi əməklə məşğul olur və yüksək qazanc əldə edir.
9. Şəmkir Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2(076)-1231/2024 nömrəli qətnaməsi ilə (hakim H.Məhəmmədli) iddia qismən təmin edilərək, Şəmkir Rayon Məhkəməsinin 21 fevarl 2019-cu il tarixli 2(076)-614/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 27 avqust 2013-cü il təvəllüdlü X12 və 11 avqust 2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılması; 27 avqust 2013-cü il təvəllüdlü X12 və 11 avqust 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa 170 manat, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləği ilə aliment tutularaq İddiaçı ödənilməsi; 27 avqust 2013-cü il təvəllüdlü X12 adlı uşağın xəstəliyi ilə əlaqədar əlavə xərc qismində iddiaçı tərəfindən ödənilmiş xərcin yarısı, yəni 630 manat vəsait Cavabdeh tutularaq, İddiaçı ödənilməsi; 27 avqust 2013-cü il təvəllüdlü X12 adlı uşağın xəstəliyi ilə əlaqədar əlavə xərc qismində Cavabdeh hər ay 90 (doxsan) manat pul tutularaq, İddiaçı ödənilməsi; İddia qalan hissədə təmin edilməməsi; Cavabdeh mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2, 81, 100.2, 112.1 maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 119.1, 112.1.3, 217.3, 218.3, 216-220, 227, 360 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmış, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparılmamışdır. Əvvəlki məhkəmə qətnaməsi əsasında aliment müəyyən edildikdən sonra onun maddi vəziyyətinin yaxşılaşmasına dair heç bir sübut təqdim olunmamışdır. Halbu ki, heç bir yerdən gəliri yoxdur və tələb olunan alimenti ödəmək iqtidarında deyil. Əvvəlki alimenti isə valideynlərinin təqaüdü ilə ödəyir. Birinci instansiya məhkəməsi alimenti hər ay hər uşağa görə 170 manat müəyyən etməklə onun maddi və ailə vəziyyətini olduqca ağırlaşdırmışdır. Amin adlı uşağın xəstəliyinə görə isə hər ay 320 manat sosial müavinət verilir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən Cavabdeh izaht verərək bildirmişdir ki, əvvəlki məhkəmə qətnaməsi əsasında aliment müəyyən edildikdən sonra maddi vəziyyətində hər hansı dəyişiklik Amin adlı uşaqğın xəstəliyinə görə sosial müavinət verilir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, iddianın təmin olunması hissədə qətnamənin ləğv olunmasını və həmin hissədə də iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Məhkəmə iclasında iştirak edən İddiaçı izaht verərək bildirmişdir ki, uşaqları xəstə olduğundan işləyə bilmir və müəyyən olunmuş alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh isə uşaqların saxlanılmasında ödədiyi alimentdən əlavə maddi köməklik göstərmir. Halbu ki, Amin adlı uşağı müalicə olunması üçün hər ay psixoloq həkimə aparır və bunun müqabilində hər dəfə 180 manat, eləcədə dərmanların alınmasına pul ödəyir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
16. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
17. Maddə 34. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
18. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
19. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
20. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər.
21. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
22. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
23. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
24. Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
25. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
26. Maddə 4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.
27. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
28. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
34. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
35. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər
39. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından anadan olmuş 27 avqust 2013-cü il təvəllüdlü Amin, 11 avqust 2015-ci il təvəllüdlü Ramin adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Sonuncu müəyyən olunmuş alimentn uşağın artan tələbatına yetərli olmadığını, eləcədə 27 avqust 2013-cü il təvəllüdlü Amin adlı uşağın xəstə olmasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı qısmən təmin etmişdir.
40. Kollegiya, hesab edir ki, apellyasiya şikayətinin “birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılması, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparılmaması, əvvəlki məhkəmə qətnaməsi əsasında aliment müəyyən edildikdən sonra maddi vəziyyətinin yaxşılaşmasına dair hər hansı bir sübut təqdim olunmaması, heç bir yerdən gəlirinin olmaması, tələb olunan alimenti ödəmək iqtidarında olmaması, valideynlərinin təqaüdü ilə alimenti ödəməsi, birinci instansiya məhkəməsi alimenti artıraraq hər ay hər uşağa görə 170 manat müəyyən etməklə onun maddi və ailə vəziyyətini olduqca ağırlaşdırması və Amin adlı uşağın xəstəliyi ilə əlaqədar hər ay 320 manat sosial müavinət verilməsi” dəlilləri alimentin miqdarının artırılaraq hər uşaq üçün 170 manat müəyyən olunması, eləcədə 27 avqust 2013-cü il təvəllüdlü X12 adlı uşağın xəstəliyi ilə əlaqədar əlavə xərc qismində iddiaçı tərəfindən ödənilmiş xərcin yarısı, yəni 630 manat cavabdehdən tutularaq iddiaçıya verilməsinin təmin edilməsi hissələrdə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasl deyil.
41. Belə ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 26 dekabr 2023-cü il tarixli Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur.
42. Bundan əlavə “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarında da qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideyinlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğlarının çəkilməsinin uşağın himayəsində olduğu valideyinin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyindən tutulmasına əsas verir. Eləcə də qeyd olunan qərarda məhkəmələrə tövsüyyə olunmuşdur ki, aliment ödəyən əmək qabliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
43. İşə əlavə olunmuş qətnamədən çıxarışdan müəyyən olunur ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların hər birinə görə 130 manat aliment 21 fevral 2019-cu il tarixdə müəyyən olunmuşdur. Hazırkı iddia isə beş il müddət keçdikdən sonra, yəni 21 fevral 2024-cü ildə məhkəmənin icraatına daxil olmuşdur. Ötən beş il müddət ərzində isə uşaqlar üçün qanunla müəyyən olunmuş yaşayış minimumu hər il artırılmış, eləcədə uşaqlar böyüdüyü üçün maddi tələbatları artmışdır. Belə olan təqdirdə əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 130 manat (hər uşağa) adı qeyd olunan uşaqların fiziki, əqli, mənəvi və sosial cəhətdən sağlam böyüməsi, eləcədə əvvəlki təminatnın səviyyəsinin mümkün qədər maksimal saxlanılması baxımından yetərli sayıla bilməz. Birinci instansiya məhkəməsinin hər uşaq üçün müəyyən etdiyi 170 manat miqdarda alimenti isə kollegiya uşaqların mənafeyi baxımından yetərli sayır.
44. Bu qətnamənin 24-cü bəndində qeyd olunduğu kimi məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. İddiaçı tərəfin məhkəməyə qəqdim etdiyi ödəniş qəbzlərindən müəyyən olunur ki, İddiaçı Amin adlı uşağın xəstəliyi ilə əlaqədar “Serotonin” X9 hər dəfə 180 manat olmaqla, ümumilikdə 1260 manat ödəniş etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin bu hissdələrdə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
45. 27 avqust 2013-cü il təvəllüdlü X12 adlı uşağın xəstəliyi ilə əlaqədar əlavə xərc qismində Cavabdeh hər ay 90 (doxsan) manat pul tutularaq, İddiaçı ödənilməsi hissədə isə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayəti bu hissədə əsaslı olduğundan təmin edilməlidir.
46. Belə ki, tərəflərin birgə nikahlarından anadan olmuş Amin adlı uşağın davamlı, yəni mütəmadi olaraq müalicəyə ehtiyacının olması barədə hər hansı möhtəbər sübut (rəy) məhkəməyə təqdim olunmamışdır. İşə baxan birinci instansiya məhkəməsi isə bunları nəzərə almadan iddianı bu hissədə qismən təmin etmişdir.
47. Halbu ki, mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2(076)-1231/2024 nömrəli qətnaməsi “27 avqust 2013-cü il təvəllüdlü X12 adlı uşağın xəstəliyi ilə əlaqədar əlavə xərc qismində Cavabdeh hər ay 90 (doxsan) manat pul tutularaq, İddiaçı ödənilməsi” hissədə qətnamə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə “27 avqust 2013-cü il təvəllüdlü X12 və 11 avqust 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa 170 manat, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləği ilə aliment tutularaq İddiaçı ödənilməsi və 27 avqust 2013-cü il təvəllüdlü X12 adlı uşağın xəstəliyi ilə əlaqədar əlavə xərc qismində iddiaçı tərəfindən ödənilmiş xərcin yarısı, yəni 630 manat vəsait Cavabdeh tutularaq, İddiaçı ödənilməsi”; hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
49. Qətnamə mübahisələndirilən hissələrdə alimentin bir illik məcmusu beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2(076)-1231/2024 nömrəli qətnaməsi “27 avqust 2013-cü il təvəllüdlü X12 adlı uşağın xəstəliyi ilə əlaqədar əlavə xərc qismində Cavabdeh hər ay 90 (doxsan) manat pul tutularaq, İddiaçı ödənilməsi” hissədə ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə “27 avqust 2013-cü il təvəllüdlü X12 və 11 avqust 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa 170 manat, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləği ilə aliment tutularaq İddiaçı ödənilməsi və 27 avqust 2013-cü il təvəllüdlü X12 adlı uşağın xəstəliyi ilə əlaqədar əlavə xərc qismində iddiaçı tərəfindən ödənilmiş xərcin yarısı, yəni 630 manat vəsait Cavabdeh tutularaq, İddiaçı ödənilməsi” hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.