Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1645/2025 14.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “qəsdən vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-141/2025 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi kimi X2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qəsdən onların fərdi yaşayış evinə görə vurduğu 1190 (bir min yüz doxsan) manat, VAZ 21074 markalı ** MH *** dövlət qeydiyyat nişanlı avtomobilə görə vurduğu 452 (dörd yüz əlli iki) manat olmaqla, cəmi 1642 (bir min altı yüz qırx iki) manat maddi ziyanın, ödənilmiş 37 manat dövlət rüsumunun tutulub onun xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-141/2025 saylı qətnaməsi ilə (hakim F.Babaşov) iddiаçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “qəsdən vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 1 ədəd avtomaşının ön şüşəsinin dəyəri olan 48 manat, 1 ədəd yan güzgünün dəyəri olan 7 manat, avtomaşının 2 ədəd sağ qapının şüşəsinin dəyəri olan 40 manat, usta işi olan 250 manat, 4 ədəd plastik pəncərə şüşəsinin dəyəri olan 180 manat, qabqacağın dəyəri olan 60 manat və xrustal bakal dəstinin dəyəri olan 85 manat, “Hoffmann” markalı paltaryuyan maşının dəyəri olan 480 manat, cəmi 1150 (bir min bir yüz əlli) manat və ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumunun iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 5 manat hissəsinin iddiaçılara aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh nümayəndəsi kimi X2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv tamamilə ləğv olunması və iddia tələbi üzrə mütəxəssis və ekspert rəyi alındaqdan sonra yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən həmin apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılmamışdır. Belə ki, iş materiallarından görünür ki, apellyasiya şikayətini Cavabdeh nümayəndəsi kimi X2 imzalasa da, şikayətə vəkil orderini əlavə etməmiş, eyni zamanda apellyasiya şikayəti verlərkən qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödəməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Hazırki apellyasiya şikayətindən görünür ki, apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə EMİS elektron məhkəmə sisteminə yüklənilmiş ancaq apellyasiya şikayətinə vəkil orderi əlavə edilməmişdir. Göründüyü kimi hazırki apellyasiya şikayəti verilərkən vəkil X1 apellyasiya şikayətini imzalamaq səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bundan başqa Cavabdeh apellyasiya şikayətinin verilməsi üçün iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulan 36,42 manat dövlət rüsumunun 50%-i olan 18,21 manat ödəməli olduğu halda 15,60 manat ödəmişdir, yəni dövlət rüsumunu 2,61 manat az ödəmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən Qiymətləndirilən iddia ərizəsinin iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Göründüyü kimi Cavabdeh tərəfindən dövlət rüsumu tam ödənilməmişdir. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İş materillarından göründüyü kimi, birinci instansiya məhkəməsi həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(021)-141/2025 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi kimi (vəkil) X2 tərəfindən verilmiş apellyasiya şikayətini həmin şikayətin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-141/2025 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi kimi X2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2(104)-1645/2025 saylı mülki iş Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 363, 364, 366, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-141/2025 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi kimi X2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2(104)-1645/2025 saylı mülki iş Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən:/imza/ Hakimlər:/imzalar/ Əsli ilə düzdür: Hakim: Şamil Rzaquliyev
Məhkəmə qərarları › İş №2(104)-1645/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1645/2025
14.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver