Məhkəmə qərarları › İş №2(104)-1651/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1651/2024

12.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1651/2024 12.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin 29 aprel 2024-cü il tarixli 2(125)-4013/2023 nömrəli qərardadından “X4 və Uşaq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra MMC) tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası Müəyyənetdi: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı xx.xx.2015-ci il tarixli, 506nkKPZ/15 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.123 ABŞ dolları 89 sent, hesablanmış və ödənilməmiş faiz borcu qismində 85 ABŞ dolları 44 sent, cərimə qismində 32 ABŞ dolları 32 sent, cəmi 1.241 ABŞ dolları 65 sent və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 20 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə məhkəmə əmrinin qəbul olunmasın xahiş etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-4581/2015 nömrəli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Bundan sonra Cavabdeh Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-4581/2015 nömrəli məhkəmə əmrini ləğv edərək, mülki işin iddia icraatına keçirilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(044)-4581/2015 nömrəli qərardadı ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)- 4581/2015 nömrəli məhkəmə əmri ləğv edilmiş və həmin materiallar iddia icraatına keçirilmişdir. "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi T.İ.Piriyeva 2(125)-4013/2023 nömrəli mülki iş üzrə tələb hüququnun 22 noyabr 2021-ci il tarixli 02/21UB nömrəli müqavilə əsasında "xxxx" Kommersiya Bankı ASC-dən İddiaçı2 ASC-yə keçdiyini bildirmiş və iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin İddiaçı2 ASC ilə əvəz olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh əsl olmayan iddiaçının əsl iddiaçı ilə əvəz edilməsinə razı olduğunu bildirmiş və mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı əsl olmayan iddiaçı "xxxx" Kommersiya Bankı ASC əsl İddiaçı2 ASC ilə əvəz edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-4013/2023 nömrəli qətnaməsi ilə, İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilmiş, Cavabdeh İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2015-ci il tarixli, 506nkKPZ/15 nömrəli kredit və bank hesabı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.032 ABŞ dolları 71 sent, cərimə qismində 2 ABŞ dolları, cəmi 1.034 ABŞ dolları 71 sent ödəniş anına Azərbaycan manatı məzənnəsi ilə manat ekvivalentində və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 20 manat məbləğində pul vəsaitinin tutulması qət edilmiş, İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin iddiası qalan hissədə təmin edilməmişdir. Bundan sonra həmin qətnamədən narazı qalan «X4 və Uşaq Mərkəzi» Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, şikayətin təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-4013/2023 nömrəli qərardadı (hakim Camal Quliyev) ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4013/2023 nömrəli qərardadından «X4 və Uşaq Mərkəzi» Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) adından verilmiş şikayət geri qaytarılmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-4013/2023 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə əsasən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)- 1460/2024 nömrəli, Gəncə Apellyasiya Məhkəməsinin şikayətin mümkünlüyü barədə xx.xx.2024-cü il tarixli, 2(104)-1460/2024 saylı qərardadının ləğv edilməsi, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-4013/2023 nömrəli qərardadından verilmiş şikayətə baxılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq Gəncə Şəhər Məhkəməsinə geri qaytarılması qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-4013/2023 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasnını MPM-in 269-cu maddəsinə əsasən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi şikayət yoxlanılarkən “X4 və Uşaq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş elektron formada tərtib edilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 361.1-ci maddəsinin tələblərinə riayət olunmamaqla, Həmin Məcəlləsinin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı Azərbaycan Respublikasının MPM-in 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İş materiallarının 184 və 191-ci səhifələrdə olan şikayətlərdən görünür ki, Cavabdeh və “X4 və Uşaq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə verilmiş elektron formada tərtib olunmuş şikayətlərdə tələbin və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi hissələr, həmçinin qəbul edilmiş məhkəmə aktının düzgün hesab etmədiyi konkret əsaslar və maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər göstərilməmişdir. Belə ki, apellyatorlar tərəfindən mübahisələndirilən hallar yalnız şikayətin “işin halları” hissəsində qeyd edilmiş, lakin həmin halları əlaqəli formada şikayətin digər hissələrində aydın şəkildə ifadə edən izahlar verilməmiş və yaxud müvafiq qeydiyyatlar aparılmamışdır (2 saylı Əlavənin 5, 6, 7, 8, 9, 10 və 11-ci hissələr). Göründüyü kimi, şikayət qanunvericiliyin tələb etdiyi formada, yəni MPM-nin 2 saylı Əlavəsinə uyğun olmadan verilmişdir. Lakin, birinci instansiya məhkəməsi şikayətin mümükünlüyü məsələsinə baxan zaman qeyd olunan hallara diqqət yetirməmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh və “X4 və Uşaq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə verilmiş elektron formada tərtib olunmuş şikayətlər Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada tərtib edilməmiş, birinci instansiya məhkəməsi isə apellyasiya şikayətini Mülki Prosessual Məcəllənin 361-ci və 363.1.1-1-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikasının MPM-in 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10, 263, 264, 361, 363.1.1-1 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: Gəncə Şəhər Məhkəməsinin 29 aprel 2024-cü il tarixli 2(125)-4013/2023 nömrəli qərardadından Cavabdeh və “X4 və Uşaq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətlər qeyri-mümkün hesab edilsin və şikayətlər geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar