Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1655/2025 01.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Tovuz Rayon Məhkəməsinin 2(062)-4825/2016 saylı xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı "xxxx" QSC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin nümayəndəsi cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə cəmi 11295,51 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(062)-4825 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh4 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, ona aid hissədə iddianın trəmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh4 apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətinin müddətin bərpa edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-4825/2016 xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddətin bərpası barədə ərizəsi təmin təmin edilmişdir. Həmin qərardaddan "xxxx" QSC xx.xx.2025-ci il tarixdə məhkəməyə şikayət verərək, Tovuz Rayon Məhkəməsinin 2(062)-4825/2016 saylı xx.xx.2025-ci il tarixli apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə xx.xx.2016-cı il tarixdə qəbul edilmiş və cavabdehin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Qeydiyyatda olduğu ünvan üzrə poçt göndərişlərini nəzarətdə saxlamaq cavabdehin vəzifəsidir. Həmçinin qətnamə qanuni qüvvəsini alaraq icra olunması üçün müvafiq icra şöbələriə göndərilmişdir. Məhkəmə tərəfindən icra işi tələb edilib araşdırılmamışdır. Çünki icra məmuru tərəfindən iş üzrə icraata başlama barədə qərar, tələbin könüllü icrası barədə bildiriş və digər sənədlər də cavabdehin qeydiyyat ünvanı üzrə göndərilir. Həmin sənədlərin cavabdehə təqdim olunub olunmaması, həmçinin cavabdehin icra sənədi üzrə icra şöbəsinə dəvət olunaraq izahatının alınıbalınmaması barədə sənədlər icra şöbəsindən tələb edilib araşdırılmamışdır. Sonradan məhkəməyə müraciət edilərək qətnamənin təkrarən rəsmi qaydada alınması müddətin ötürülməmiş hesab edilməsinə əsas ola bilməzş Tovuz Rayon Məhkəməsinin 2(062)-4825/2016 xx.xx.2025-ci il tarixli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin 2(062)-4825/2016 saylı xx.xx.2025-ci il tarixli qərardadından verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, hesab edir ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-4825/2016 xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, iddiiaçı tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə hesab etmişdir ki, qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddətin bərpası barədə ərizə təmin təmin edilməlidir. Məhkəmə öz qərardadını onunla əsaslandırmışdır ki, qətnamənin surəti göndərilsə də Cavabdeh4 tərəfindən qətnamənin surətinin alınması barədə sənəıd iş materiallarına əlavə edilməmişdir. Müddətinin bərpa olunması barədə tələbin prosessual-hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş prosessual müddət üzürlü səbəblərə görə buraxılmışsa, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddət bərpa edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşmır və aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(062)- 4825 saylı qətnaməsi ilə İddiaçı QSC-nin nümayəndəsi cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «borcun tutulması» tələbinə dair iddiası qismən təmin edilmişdir. Qətnamənin surəti cavabdehlərə xx.xx.2016-cı il tarixdə poçt vasitəsi ilə rəsmi qaydada göndərilmiş, lakin çatdırılması barədə iş materiallarına sənəd əlavə edilməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, Tovuz Rayon Məhkəməsinin qətnaməsi xx.xx.2016-cı il tarixdə qəbul edilmişdir. Kollegiya bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 04/2020 saylı 14 oktyabr 2020-ci il tarixli Qərardadına istinad edərək qeyd edir ki, həmin qərarda vurğulanmışdır ki, şikayət hüququ Avropa Konvensiyasının 6-cı maddəsinin prizması baxımından da, mütləq hüquq hesab edilmir. Belə ki, Konvensiya mülki icraat çərçivəsində ümumiyyətlə apelyasiya hüququnu nəzərdə tutmamışdır. Avropa Məhkəməsi formalaşdırdığı presedent hüququ ilə apelyasiya icraatının 6-cı maddədəki təminatlar baxımından qiymətləndirilməsinin mümkünlüyünü daxili qanunvericilikdə apelyasiya hüququnun nəzərdə tutulduğu halla şərtləndirmişdir (Delkur Belçikaya qarşı iş üzrə qərarı). Eyni zamanda qeyd etmişdir ki, apellyasiya icraatında bu təminatların tətbiq edilmə üsulu həmin proseslərin konkret xüsusiyyətlərindən asılıdır və bu zaman məhkəmə bütövlükdə dövlətdaxili hüquq sistemində həyata keçirilən proseslər, apelyasiya instansiyası məhkəməsinin hüquqi və praktiki funksiyaları, eləcə də tərəflərin səlahiyyətləri və onların maraqlarının hansı üsulla təmsil olunması və müdafiə edilməsini nəzərə almalıdır. Avropa Məhkəməsinin formalaşdırdığı presedent hüququna əsasən məhkəməyə müraciət etmək hüququ mütləq hüquq hesab edilmədiyindən məhdudlaşdırıla bilər. Lakin məhdudiyyətlər bu hüququn icrasını onun əsl mahiyyətini zədələyəcək şəkildə və miqyasda məhdudlaşdırmamalıdır. Onlar qanuni məqsəd daşımalı və istifadə edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında müvafiq mütənasiblik olmalıdır (Qeren Fransaya qarşı və Omar Fransaya qarşı işləri üzrə qərarlar). X1rşı iş üzrə Qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də şikayətin mümkünlük şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir (Luordo İtaliyaya qarşı iş üzrə 2003-cü il 17 oktyabr tarixli qərar). Göründüyü kimi, şikayət hüququ tərəflərin səlahiyyətləri və onların maraqlarının hansı üsulla təmsil olunması və müdafiə edilməsini nəzərə almaqla məhdudlaşdırıla bilər. Bu baxımdan kollegiya belə nəticəyə gəlir ki, Tovuz Rayon Məhkəməsinin mübahisələndirilən qətnaməsini xx.xx.2016-cı il tarixdə qəbul etməsini, həmin qətnamənin icraya yönəlməsini, qətnamənin qəbul edildiyi tarixdən uzun müddət keçəndən sonra apellyasiya şikəyətinin verilməsini, Cavabdeh4 ərizəsində icra şöbəsində qətnamədən xəbəri olmasını bildirməsini nəzərə alaraq birinci instansiya məhkəməsi icra işini götürərək müvafiq araşdırma aparmalı, Cavabdeh4 icra şöbəsində qətnamədən nə vaxtdan məlumatlı olmasını araşdırmalı və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının bir qayda olaraq dəyişdirilmədən saxlanılmasını nəzərdə tutan preyudisiallıq və qanunun aliliyinin fundamental aspektlərindən olan hüquqi müəyyənlik prinsiplərinin təmin edilməsi baxımından müddətin bərpası barədə ərizənin mükünlüyü məsələsini müzakirə etməli idi. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası şikayətdə göstərilən dəlilləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 2(062)-4825/2016 saylı xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, Cavabdeh4 apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə yenidən baxılması üçün iş Tovuz Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" QSC tərəfindən verilmiş şikayət təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-4825/2016 saylı xx.xx.2025-ci il tarixli ləğv edilsin. Cavabdeh4 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə yenidən baxılması üçün iş Tovuz Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1655/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1655/2025
01.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver