Məhkəmə qərarları › İş №2(104)-1662/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1662/2025

28.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-1662/2025 28.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin cavabdeh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ##.##.2023-cü il tarixli, Yasamal rayon Polis İdarəsinin 28-ci Polis şöbəsinin arayışının surətindən görünür ki, ünvan 2 ünvanında yaşayan vətəndaş X1 ## ###### 2023cü il tarixdə Yasamal Rayon Polis İdarəsinin 28-cı polis şöbəsinə müraciət edərək bildırmişdir ki, idarə etdiyi və ## ###### 2023-cü il tarixdə Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 122 Ünvanın həyətində saxladığı “Honda ACCORD” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həmin binanın 59/60 mənzilində yaşayan nümayəndə2 mənzilinin eyvanında quraşdırılmış “cam balkonun”un şüşəsinin külək əsməsi nəticəsində sınaraq avtomobilin üzərinə düşərək avtomobilə maddi ziyan dəymişdir.

2. “xxxx” MMC-nin ##.##.2023-cü il tarixli aktının surətindən görünür ki, aparılmış qiymətləndirməyə əsasən **-PS-*** dövlət qeydiyyat nişanlı “Honda Accord” markalı avtomobilə dəymiş zərərin həcmi 3.535 manat təşkil etmişdir..

3. İdeal Motors MMC-nin ##.##.2023-cü il tarixli F******** nömrəli invoys, ****** nömrəli servis kartı, ##.##.2023-cü il tarixli EBDV seriyalı ****** nömrəli “malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura”, ##.##.2023-cü il tarixli təhvil-təslim aktı, ##.##.2023-cü il tarixli qüsur ##.##.2023-cü il tarixli ****-P***** nömrəli “A” formatlı ödəniş tapşırığı əsasında sonuncuya 3,794.55 manat əsas məbləğ və 683.03 manat ƏDV olmaqla ümumilikdə 4,477.58 manat məbləğində ödəniş edilmişdir..

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 yun 2026-cı il tarixli **/**** nömrəli ekspert rəyindən görünür ki, AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normaları” və AzDTN 1.7-1 “Bina və Qurğuların yükdaşıyan inşaat konstruksiyalarının müayinəsi Qaydaları”nın tələblərində göstərilənlərə əsasən ünvan 1 ünvanında eyvanın bağlanmsı konstruktiv dəyişiklik hesab edilmir.

5. Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 Cavabdeh və nümayəndə2 qarşı “cam balkonu”nun şüşəsinin sınaraq “mersedes-Benz S350” markalı ** KX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə düşməsi nəticəsində nəqliyyat vasitəsinə dəymiş ziyan tələbinin təmin edilməməsi ilə bağlı Yasamal Rayon Məhkməsinin ##.##.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Hidrometeorologiya Xidmət tərəfindən verilmiş ##.##.2023cü il Bakı şəhəri, Yasamal rayonu ərazisində müşahidə edilmiş hava şəraiti haqqında arayışdan görünür ki, ##.##.2023-cü il tarixində hava dəyişkən buludlu (7/6), meteoroloji görünür məsafəsi 20 km, havanın orta temperetaru 17.40 C, şimal-qərb istiqaməti küləyin maksimal surəti 30 m/saniyə olmuşdur. Yağıntı qeydə alınmamışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi kollegiyasının ## ### 2024-cü il tarixli */** nömrəli Qərarı təsdiq edilmiş “Təhlükəli və təbi fəlakət törədə təhlükəli hidrometeoroloji hadisələrin təsnifatı və meyarları haqqında Təlimat”ın 4.1.1-ci yarımbəndinə əsasən ərazidə müşahidə olunan külək təbii fəlakət törədə bilən təhlükəli meteoroloji hadisə hesab edilir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi cavabdeh nümayəndə2 qarşı məhkəməyə müraciət edərək ##.##.2023- cü il tarixində Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi 122, **/** nömrəli mənzilin eyvanında quraşdırılmış “cam balkonu”nun şüşəsinin sınaraq avtomobilin üzərinə düşməsi nəticəsində qeyd olunan nəqliyyat vasitəsinə dəymiş ziyan nəticəsində yaranan 3535 manat borcun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus **-PS-*** dövlət qeydiyyat nişanlı “Honda Accord” markalı avtomobil nəqliyyatı vasitəsinin üzərinə ##.##.2023-cü il tarixində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 122, **/** nömrəli mənzilin eyvanında quraşdırılmış “cam balkonu”nun şüşəsinin sınaraq düşməsi nəticəsində qeyd olunan avtomobil nəqliyyatı vasitəsinə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi tərəfindən verilən ##.##.2023-cü il tarixli *-**-**- */*-Ə-*****/**** nömrəli arayışda avtomobil nəqliyyatı vasitəsinə maddi ziyan dəyməsi faktı öz əksini tapmışdır. Avtomobil nəqliyyatı vasitəsinə qəza nəticəsində dəymiş zərərin həcminin müəyyən edilməsi üçün “xxxx” MMC-də aparılmış qiymətləndirmə aktına əsasən, dəymiş zərərin həcmi 3.535 manat təşkil etmişdir. Göstərilənləri nəzərə alaraq, ##.##.2023-cü il tarixində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 122, **/** nömrəli mənzilin eyvanında quraşdınlmış “cam balkonu”nun şüşəsinin sınaraq avtomobilin üzərinə düşməsi ilə qeyd olunan avtomobil nəqliyyatı vasitəsinə dəymiş ziyan nəticəsində yaranan 3.535 manat borcun könüllü olaraq ödənilməsi ilə bağlı ##.##.2023-cü il tarixli *-**/*-*****/**** nömrəli pretenziya məktubu cavabdeh nümayəndə2 göndərilmiş, lakın cavabdeh tərəfindən bu günə kimi ödəniş həyata keçirilməmişdir.

8. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qərardadı ilə cavabdehin nümayəndə2 əsl cavabdeh Cavabdeh ilə əvəz edilməsi, iddiaçı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin cavabdeh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair *(***)-****/**** saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

9. Tovuz Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Zaur Hünmətov) iddianın təmin olunmaması qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı təşkilata məxsus avtomobilin üzərinə ##.##.2023-cü il tarixdə cavabdeh nümayəndə2 məxsus Bakı şəhəri Yasamal rayonu X2 küçəsi *** nömrəli evin **/** nömrəli mənzilindən “cam balkon”un şüşəsinin sınaraq tökülməsi nəticəsində maddi zərər dəyməsi işin mübahisəsiz halıdır. Lakin, bu hadisə cavabdehlərin hər hansı təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkət və ya hərəkətsizliyi) nəticəsində deyil, ##.##.2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində müşahidə edilmiş şimal-qarb istiqamətli surəti 30 m/san olan təbii fəlakət törədə bilən təhlükəli meteoroloji hadisə nəticəsində baş vermişdir. Hadisə zamanı pəncərənin çərçivəsi yerində qalmış, pəncərənin şüşəsi partlayaraq xırda qırıqlar şəklində binadan həyətə tökülmüşdür (fotoşəkillər əlavə edilib). İddiaçı hadisə baş verən günü təbii fəlakət törədə bilən təhlükəli meteoroloji hadisə olan güclü küləyin əsməsindən məlumatlı olmuş və avtomobilini yüksək mərtəbəli binanın yanında saxlayarkən, binadan əsən güclü külək nəticəsində hər hansı bir əşyanın düşə biləcəyi ehtimalını görməli, daha tədbirli davranmaqla avtomobilini təhlükəsiz yerdə saxlamaqla, əmlakına dəymiş zərərin qarşısını almağa imkanı olduğu halda bunu etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının avtombilinə zərərin vurulması cavabdehlərin hər hansı təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkət və ya hərəkətsizliyi) nəticəsində deyil, təbii fəlakət törədə bilən təhlükəli meteoroloji hadisə nəticəsində baş verdiyinə görə, iddia tələbi təmin edilə bilməz. Bu qənaətə gələrkən məhkəmə həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin, mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək, ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1097.1, 1097.3-cü maddələrinə istinadla etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

12. Tovuz Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən narazı qalan iddiaçı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi apellyasiya şikayəti verərək, işin faktiki hallarının tam və hərtərəfli araşdırılması və hüquqi qiymət verilməsi üçün Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsinin tam şəkildə ləğv edilərək, iddia ərizəsinin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus **-PS-*** dövlət qeydiyyat nişanlı “Honda Accord” markalı avtomobil nəqliyyatı vasitəsinin üzərinə ##.##.2023-cü il tarixində Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi 122, **/** nömrəli mənzilin eyvanında quraşdırılmış “cam balkonu”nun şüşəsinin sınaraq düşməsi nəticəsində qeyd olunan avtomobil nəqliyyatı vasitəsinə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi tərəfindən verilən ##.##.2023-cü il tarixli *-**-**-*/*-Ə-*****/**** nömrəli arayışda avtomobil nəqliyyatı vasitəsinə maddi ziyan dəyməsi faktı öz əksini tapmışdır. Avtomobil nəqliyyatı vasitəsinə qəza nəticəsində dəymiş zərərin həcminin müəyyən edilməsi üçün “xxxx” MMC-də aparılmış qiymətləndirmə aktına əsasən, dəymiş zərərin həcmi 3.535 manat təşkil etmişdir. Göstərilənləri nəzərə alaraq, ##.##.2023-cü il tarixində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 122, **/** nömrəli mənzilin eyvanında quraşdırılmış “cam balkonu”nun şüşəsinin sınaraq avtomobilin üzərinə düşməsi ilə qeyd olunan avtomobil nəqliyyatı vasitəsinə dəymiş ziyan nəticəsində yaranan 3.535 manat borcun könüllü olaraq ödənilməsi ilə bağlı ##.##.2023-cü il tarixli *-**/*-*****/**** nömrəli pretenziya məktubu cavabdeh nümayəndə2 göndərilmiş, lakın cavabdeh tərəfindən bu günə kimi ödəniş həyata keçirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Nazirliyə məxsus olan **-PS-*** dövlət qeydiyyat nişanlı “Honda Accord” markalı avtomobil nəqliyyatı vasitəsinin üzərinə ##.##.2023-cü il tarixində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 122, **/** nömrəli mənzilin eyvanında quraşdırılmış “cam balkonu”nun şüşəsinin sınaraq düşməsi nəticəsində qeyd olunan avtomobil nəqliyyatı vasitəsinə maddi ziyanın dəyməsi ilə əlaqədar dəymiş zərərin mülkiyyətçidən tələb edilməsi barədə iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edilmiş, sonradan aidiyyət qaydasında iş Tovuz Rayon Məhkəməsinin icraatına verilmişdir. Həmin iddia ərizəsində Nazirlik qiymətləndirici şirkət olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılan qiymətləndirməyə uyğun olaraq 3535 manat məbləğində ödənişin cavabdehdən tələb olunmasını xahiş etmişdir. Nazirliyə məxsus olan **-PS-*** dövlət qeydiyyat nişanlı “Honda Accord” markalı avtomobil nəqliyyatı vasitəsi “İdeal Motors” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təmir edilmişdir. “İdeal Motors” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunan ##.##.2023-cü il tarixli F******** nömrəli invoys, ****** nömrəli servis kartı, ##.##.2023cü il tarixli EBDV seriyalı ****** nömrəli “malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura”, ##.##.2023-cü il tarixli təhvil-təslim aktı, ##.##.2023-cü il tarixli qüsur ##.##.2023-cü il tarixli ****-P***** nömrəli “A” formatlı ödəniş tapşırığı əsasında sonuncuya 3,794.55 manat əsas məbləğ və 683.03 manat ƏDV olmaqla ümumilikdə 4,477.58 manat məbləğində ödəniş edilmişdir. Qeyd olunan xərclər “İdeal Motors” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 11.05.2023cü il tarixli İM000135 tarixli müqavilə əsasında Nazirliyin tabeli qurumu olan Dövlət Radiotezliklər İdarəsinin sərbəst mənfəəti hesabına qarşılanmışdır. Tərəflərindən ##.##.2025-ci il tarixdə iddia ərizəsinin dəqiqləşdirməsinə dair ərizə məhkəməyə təqdim edilmişdir. Belə ki, ərizədə dəymiş zərərin qarşılığı olaraq ödənilmiş 3,794.55 manat əsas məbləğ və 683.03 manat ƏDV olmaqla ümumilikdə 4,477.58 manat məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh tutularaq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ödənilməsini, iddia ərizəsində tələbin bu istiqamətdə dəyişdirilməsinin nəzərə alınmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Tərəflərə məhkəmə iclasınını vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.

15. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

16. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir(hərəkət və ya hərəkətsizlikdir).

19. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

20. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlküdə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

32. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı təşkilata məxsus avtomobilin üzərinə ##.##.2023-cü il tarixdə cavabdeh nümayəndə2 məxsus Bakı şəhəri Yasamal rayonu X2 küçəsi *** nömrəli evin **/** nömrəli mənzilindən “cam balkon”un şüşəsinin sınaraq tökülməsi nəticəsində maddi zərər dəyməsi işin mübahisəsiz halıdır. Lakin, bu hadisə cavabdehlərin hər hansı təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkət və ya hərəkətsizliyi) nəticəsində deyil, ##.##.2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində müşahidə edilmiş şimal-qarb istiqamətli surəti 30 m/san olan təbii fəlakət törədə bilən təhlükəli meteoroloji hadisə nəticəsində baş vermişdir. Hadisə zamanı pəncərənin çərçivəsi yerində qalmış, pəncərənin şüşəsi partlayaraq xırda qırıqlar şəklində binadan həyətə tökülmüşdür (fotoşəkillər əlavə edilib). İddiaçı hadisə baş verən günü təbii fəlakət törədə bilən təhlükəli meteoroloji hadisə olan güclü küləyin əsməsindən məlumatlı olmuş və avtomobilini yüksək mərtəbəli binanın yanında saxlayarkən, binadan əsən güclü külək nəticəsində hər hansı bir əşyanın düşə biləcəyi ehtimalını görməli, daha tədbirli davranmaqla avtomobilini təhlükəsiz yerdə saxlamaqla, əmlakına dəymiş zərərin qarşısını almağa imkanı olduğu halda bunu etməmişdir.

33. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.

34. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.

35. İş materialları ilə müəyyən olunur ki, iddiaçı təşkilata məxsus avtomobilin üzərinə ##.##.2023-cü il tarixdə cavabdeh nümayəndə2 məxsus Bakı şəhəri Yasamal rayonu X2 küçəsi *** nömrəli evin **/** nömrəli mənzilindən “cam balkon”un şüşəsinin sınaraq tökülməsi nəticəsində maddi zərər dəyməsi işin halları müəyyən olunur. Bu hadisədə cavabdehlərin hər hansı təqsirli hərəkətinin olun olmamasını araşdırılması üçün Gəncə Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə mühəndis-texniki ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2026-cı il tarixli **/**** nömrəli ekspert rəyi ilə ünvan 1 ünvanında eyvanın bağlanması konstruktiv dəyişiklik hesab edilmədiyi qeyd olunmuşdur.

36. Həmçinin, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin icrratında olmuş *(***)-***/**** saylı mülki iş üzrə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Hidrometeorologiya Xidmət tərəfindən verilmiş ##.##.2023-cü il tarixində Bakı şəhəri, Yasamal rayonu ərazisində müşahidə edilmiş hava şəraiti haqqında arayışdan görünür ki, ##.##.2023-cü il tarixində hava dəyişkən buludlu (7/6), meteoroloji görünür məsafəsi 20 km, havanın orta temperetaru 17.40 C, şimal-qərb istiqaməti küləyin maksimal surəti 30 m/saniyə olmuşdur. Yağıntı qeydə alınmamışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi kollegiyasının ## ### 2024-cü il tarixli */** nömrəli Qərarı təsdiq edilmiş “Təhlükəli və təbi fəlakət törədə təhlükəli hidrometeoroloji hadisələrin təsnifatı və meyarları haqqında Təlimat”ın 4.1.1-ci yarımbəndinə əsasən ərazidə müşahidə olunan külək təbii fəlakət törədə bilən təhlükəli meteoroloji hadisə hesab edilir.

37. Göründüyü kimi, iddiaçının avtombilinə zərərin vurulması cavabdehin hər hansı təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkət və ya hərəkətsizliyi) nəticəsində baş verməsi öz təsdiqini tapmamışdır.

38. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi: Tovuz Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar