Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1670/2023 20.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Ağdam Rayon Məhkəməsinin 2(013)-522/2023 saylı mülki 08 may 2023-cü il tarixli qərardadından cavabdeh Borclu şikayəti üzrə işə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Borclu qarşı pul tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 13000 manat məbləğində pulun alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)-522/2023 saylı mülki iş üzrə 02 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim: E.Bayramov) iddia tələbi təmin edilmişdir. Cavabdeh Borclu Ağdam Rayon Məhkəməsinin 2(013)-522/2023 saylı mülki iş üzrə 02 mart 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası haqqında vəsatətlə məhkəməyə müraciət etmişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)-522/2023 saylı mülki iş üzrə 08 may 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası haqqında cavabdeh tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan cavabdeh Borclu şikayət verərək, qərardadının ləğv edilməsini, Ağdam Rayon Məhkəməsinin 2(013)-522/2023 saylı mülki iş üzrə 02 mart 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını, əks halda şikayətə baxılması üçün işin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)-522/2023 saylı mülki iş üzrə 17 may 2023-cü il tarixli qərardadı ilə məhkəmənin iş üzrə 08 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və şikayət baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi ərizəyə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxıldığı üçün tərəflər məhkəmə iclasına dəvət edilməmişlər. Məhkəmə kollegiyası mülki işin materiallarını tədqiq edib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin 2(013)- 522/2023 saylı mülki 08 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikasının MPM-in 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinəəsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı işüzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları vəşikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Yuxarıda adıçəkilən prosessual normaların tələblərinə görə, birinci instansiya məhkəməsinin qətnaməsindən tərəf 1 ay müddətində şikayət verə bilər. İş materiallarından müəyyən olunur ki, cavabdeh tərəf məhkəmənin 02 mart 2023-cü il tarixli qətnaməsini 21 mart 2023-cü ildə rəsmi qaydada almış, qətnamədən apellyasiya şikayətini və buraxılmış prosessual müddətin bərpasına dair ərizəni isə bundan 1 ay 07 gün sonra-28 aprel 2023-cü il tarixdə vermişdir. Göründüyü kimi, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 1 aylıq müddət ərzində qətnamədən apellyasiya şikayəti verilməmiş və müddətin ötürülməsinin üzürlü səbəblərdən baş verməsi barədə, hər hansı bir mötəbər sübut növü ərizəyə əlavə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-522/2023 saylı mülki iş üzrə 08 may 2023-cü il tarixli qərardadı işin hallarına uyğun və hərtərəfli araşdırılmaqla qəbul edilmişdir. Qərardad qəbul edilərkən prosessual hüquq normaların pozulmasına yol verilməmişdir. Ona görə də, məhkəmə kollegiyası həmin qərardadın ləğv edilməsi üçün əsas görmür və qərardadın dəyişdirilmədən saxlanılmalı olması nəticəsinə gəlir. Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 2(013)-522/2023 saylı mülki iş üzrə 08 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1670/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1670/2023
20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver