Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-1670/2025 31.03.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), X2 və X3 oğlundan ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi, Işin halları
1. Maliyyə arayışından görünür ki, Cavabdeh ##.##.2025-ci il tarixinə ## #### 2020- ci il tarixli RSK*******-* saylı müqavilə üzrə 1315 manat əsas, 394 manat dəbbə borcu olmaqla, cəmi 1709 manat borcu yaranmışdır.
2. Iş materiallarında olan ##.##.2025-ci il Pretenziyasından görünür ki, müqavilələrin müddəti RSK******-O saylı müqavilə üzrə ##.##.2021-ci il tarixdə bitmiş və müqavilə üzrə öhtəliklər tərəflərindən lazımı qaydada icra edilməmiş və nəticədə RSK******-O saylı müqavilə üzrə 1315 manat əsas, 394 manat dəbbə pulu (cərimə) olmaqla, cəmi 1709 manat borcu yaranmışdır.
3. Iş materiallarında olan ## #### 2020-ci il tarixli müqavilədən görünür ki, satıcı İddiaçı alıcı Cavabdeh ilə müqavilə bağlayaraq, alıcı ümumi dəyəri 1539 manat olan 1 ədəd TV LED SAMSUNG 55TU7140 alıcı ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə satıcıya ödəməyi, qalan 1335 manatı 15 ay müddətində ayda 89 manat olmaqla hər ayın 1-dək ödəməyi öhtəsinə götürmüşdür.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat
4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “borcunun tutulması" tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, RSK*******-* nömrəli, ##.##.2020-ci il tarixli müqaviləsinə əsasən 1315 manat əsas borcun, 394 manat dəbbə borcun, dövlət rüsumu kimi ödənilmiş 37 manatın, ümumilikdə 1746 manat borcun cavabdehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Iddiaçı İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## #### 2020- ci il tarixdə RSK*******-* nömrəli hissə-hissə ödənişlə alqısatqı müqaviləsi bağlanmış, müqavilənin 1.1-ci maddəsinə əsasən RSK*******-* nömrəli müqavilə üzrə 1539 manat dəyəri olan 1 ədəd «TV LED Samsung UE 55-TU-7140» markalı məhsul cavabdehə hissə-hissə ödəməklə satmışdır. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən cavabdeh Cavabdeh RSK*******-* nömrəli müqavilə üzrə 204 manat ilkin ödəniş olmaqla, qalan 1335 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 15 ay müddətinə, aylıq 89 manat olmaqla, hər ayın 01-dək ödəməyi öz üzərinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə RSK*******-* nömrəli, ## #### 2020-ci il tarixli müqavilə üzrə Cavabdeh 1315 manat əsas, 394 manat dəbbə pulu olmaqla cəmi 1709 manat borcu yaranmışdır. Borclu müqavilənin bu şərtlərini pozaraq, qeyd edilən borcunun vaxtında ödənilməsini təmin etməmişdir. Ona görə də, iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Elşad Bayramov) ərizənin təmin edilməsi, cavabdeh Cavabdeh - RSK*******-* nömrəli, ##.##.2020-ci il tarixli müqaviləsinə əsasən 1315 manat əsas borc, 394 manat dəbbə borcu, dövlət rüsumu kimi ödənilmiş 37 manat, cəmi 1746 (bir min yeddi yüz qırx altı) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən Cavabdeh sözügedən RSK*******-* nömrəli, ##.##.2020-ci il tarixli müqaviləsinə əsasən 1315 manat əsas borc, 394 manat dəbbə borcu, dövlət rüsumu kimi ödənilmiş 37 manat, cəmi 1746 manat pul alınıb İddiaçı xeyrinə tutulmalıdır.
8. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 386.1, 385, 442, 445.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
9. Ağdam Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh Hüseynova (Əvəzova) Günel Qərib qızı apellyasiya şikayəti verərək, Ağdam rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin apellyasiya icraatı qaydasında ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağdam rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi qanununa zidd olaraq qəbul edilmişdir. Çünki qəbul edilmiş qətnamə ilə onun qanunla qorunan hüquqları pozulmuşdur. Belə ki, iddiaçı ona qarşı qərəzli mövqe tutaraq şişirdilmiş məbləği ondan tələb edir. Onun iddiaçıya iddia etdiyi kimi 1315 manatdan az borcu qalmışdır. Pulu ödəyə bilmədiyi halda 394 manat dəbbə pulu qanunsuz olaraq onun borcunun üstünə gəlmişdir. O, ödəniş etsə belə ödənişi nəzərə alınmamışdır. Bunun üçündə mühasibatlıq ekspertizasının təyin edilməsini və borcun düzgün hesablanmasını istəmişdir. Borcu düzgün hesablanarsa, onun borcunun az olduğu bilinəcəkdir. Ona rəsmi olaraq heç bir bildiriş gəlməmişdir. Məhkəmənin tarixi və saatı barədə heç bir məlumatı olmamışdır. Bunun üçündə qətnamədən yeni məlumatı olmuşdur. Iddiaçı ilə bağlanan müqavilədə isə onun imzası olmamışdır. Bunun üçün də xəttşünaslıq ekspertizasının təyin edilməsini istəmişdir. Bütün göstərdiyi əsaslara görə məlum olur olurki, qətnamə qanuna zidd olaraq qəbul edilmişdir. O, qətnaməni qanuna zidd qəbul edilmiş qətnamə hesab etmişdir. Məhkəmə həqiqətləri araşdırmadan ədalətsiz qətnamə çıxarmışdır. Ona qarşı belə bir qətnamə qəbul edilməsi ədalətsizlikdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Iddiaçıya məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.
12. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 428.4. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
17. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
18. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
19. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
25. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
26. 19. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi cavabdehdən tutulan cərimə borcu hissəsində dəyişdirilməlidir.
31. Iş materialları ilə müəyyən olunur ki, tərəflər ## #### 2020-ci il tarixdə RSK*******-* nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin 1.1-ci maddəsinə əsasən RSK*******-* nömrəli müqavilə üzrə 1539 manat dəyəri olan 1 ədəd «TV LED Samsung UE 55-TU-7140» markalı məhsul cavabdehə hissə-hissə ödəməklə satmışdır. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən cavabdeh Cavabdeh RSK*******-* nömrəli müqavilə üzrə 204 manat ilkin ödəniş olmaqla, qalan 1335 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 15 ay müddətinə, aylıq 89 manat olmaqla, hər ayın 01-dək ödəməyi öz üzərinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə RSK*******-* nömrəli, ## #### 2020-ci il tarixli müqavilə üzrə Cavabdeh 1315 manat əsas, 394 manat dəbbə pulu olmaqla cəmi 1709 manat borcu yaranmışdır.
32. Məhkəmə kollegiyası cavabdehin iddiaçı ilə bağlanan müqavilədə onun imzası olmaması ilə dəlilinin araşdırılması üçün Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərardadı ilə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmişmişdir. Bundan sonra cavabdeh Cavabdeh onun sərbəst imza nümunələrinin götürülməsi üçün Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasına gəlməsi barədə bildiriş ona məxsus elektron kabinetə yerləşdirilmiş, həmçinin dəfələrlə telefon rabitə vasitəsilə ona məlumat verilmiş, lakin cavabdeh sərbəst imza nümunələrinin götürülməsi üçün heç bir tədbir görməmişdir.
33. Bundan başqa cavabdeh apellyasiya şikayətinin ondan tələb edilən borcun düzgün hesablanmaması barədə dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən edilmiş ödənişlər barədə apellyasiya şikayətinə mötəbər sübutlar (ödəniş qəbzləri, mədaxil orderləri və.s.) təqdim edilməmişdir. Halbuki, iş materiallarında olan maliyyə arayışı ilə cavabdehin kredit müqaviləsi üzrə yalnız əsas borcu və cərimə borcu göstərilmişdir. Bir sözlə, həmin maliyyə arayışının mötəbərliyini şübhə altına alacaq əsas olmamaqla məsələnin həlli baxımından hər hansı xüsusi biliyin tətbiqinə də (mühasibatlıq ekspertizasının təyin olunmasına) zərurət yoxdur.
37. Məhkəmə kollegiyası nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmaslı olan cərimə məbləği azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir.
38. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 29.6 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
40. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi cavabdeh Cavabdeh tutulmalı olab cərimə məbləği hissəsində dəyişdirilməli və cavabdeh Cavabdeh RSK*******-* nömrəli, ##.##.2020-ci il tarixli müqaviləsinə əsasən 50 manat dəbbə borcu tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməlidir.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
Qət etdi :
Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Əvəzova (Hüseynova) Günel Qərib oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi “cavabdeh Cavabdeh - RSK*******-* nömrəli, ##.##.2020-ci il tarixli müqaviləsinə əsasən 394 manat dəbbə borcunun tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh Cavabdeh - RSK*******-* nömrəli, ##.##.2020-ci il tarixli müqaviləsinə əsasən 1315 manat əsas borc, 50 manat dəbbə borcu, dövlət rüsumu kimi ödənilmiş 29.6 manat, cəmi 1394.6 (bir min üç yüz doxsan dörd manat altmış qəpik) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.