Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1677/2025 24.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 2(021)-1761/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 noyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 01 avqust 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi ev 9, mənzil 36-da yaşayan İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
2. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 noyabr 2024-cü il tarixli X4 Razılaşma müqaviləsindən görünür ki, Bərdə rayonu, Mollagüllər kəndində iri buynuzlu heyvanların alınması, saxlanılması, artırılması və satışı üçün fermanın qurulması məqsədi ilə tərəflərin qarşılıqlı razılığına əsasən İddiaçı 45000 manat sərmayə yatırmağı, Cavabdeh qeyd olunan fermanı yaratmağı, iri buynuzlu heyvanların alınmasını, gələcəkdə onların sayını artırmağı, fermadan əldə olunmuş süd və digər məhsulların satışını təşkil etməyi və qeyd olunan fəaliyyətdən əldə olunan xalis gəlirin tam yarısını, yəni 50 faiz hissəsini İddiaçı ödəməyi öhdəsinə götürür. Tərəflər qarşılıqlı razılığa əsasən, qeyd edilən birgə fəaliyyətə son qoyarsa və ya fəaliyyət baş tutmazsa Cavabdeh sərmayə kimi yatırılan 45000 manat pulu hər ay 2000 manat ödəmək şərti ilə İddiaçı qaytarmağı öhdəsinə götürür.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 45000 manat və ödənilmiş 220 manat dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəllər tanıdığı Cavabdeh Bərdə rayonu, Mollagüllər kəndində ferma yaratmaqla iri buynuzlu mal-qaranın alınması, saxlanması, artırılması və satışı üçün ondan 45000 manat borca pul istəmiş və hər ay borcdan 2000 manat geri qaytaracağını bildirmişdir. Bunun üçün də 07 noyabr 2024-cü il tarixdə Bakı şəhər 14 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən borc müqaviləsi hazırlanmış, hər iki tərəfin razılığı olunmuş və cavabdeh ona 45000 manat borcu ödəyəcəyinə söz vermişdir. Ancaq bağlanmış müqavilədə cavabdeh hər ay 2000 manat ödəyəcəyinə söz versə də indiyədək borcundan heç bir ödəniş etməmişdir. Dəfələrlə cavabdehdən borclu olduğu 45000 manat pulu geri tələb etsə də, lakin cavabdeh borcunu qaytarmamışdır.
5. Bərdə Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 2(021)-1761/2025 nömrəli qətnaməsi ilə (hakim F.Abdullayev) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi və İddiaçı tərəfindən ödənilmiş 220 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının özünə aid edilməsi qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 405.1, 443, 493, 494, 495, 496, 499.1, 499.2, 500.1, 500.2, 501, 502, 503, 504, 505-ci maddələri, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 106.1, 119.12, 213, 214, 217.4, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.
b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşadırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, 2023-cü ildə Bərdə şəhərində olan evini 60000 manata satmış və həmin puldan cəmi 45000 manatı Cavabdeh heyvandarlığın qurulması, artırılması və satışı işlərinin görülərək gəlir əldə olunması üçün 2023-2024-cü illərdə müxtəlif vaxtlarda vermişdir. Ona görə də cavabdeh aldığı 45000 manatı geri qaytarmadığından 07 noyabr 2024-cü il tarixdə onunla X4 razılaşma haqqında müqavilə bağlamışdır. Məhkəmə isə qətnamədə əsaslandırır ki, cavabdeh tərəfindən həmin pul məbləğinin alınması görünmür. Çünki müvafiq notariusa müraciət edərkən pulun verilməsi ilə bağlı qəbz təqdim edə bilməmişlər. Əgər həmin müqavilənin qanuni əsaslı olmasaydı notariat orqanı həmin müqaviləni təsdiq edə bilməzdi. Eyni zamanda, onu da qeyd edir ki, cavabdehin ona olan borcu tək bu deyil, başqa borcları da var. Həmçinin, onun özünün başqa banklara borcu var. Ona verdiyi 45000 manatla banka olan borclarından ödəyə bilərdi, lakin cavabdehin təqsirinə görə yenidən kreditlər götürərək həmin borclarının ödənilməsinin ardıcıllığını təmin etməli olmuşdur. Onlar arasında olan “Whats up” sosial şəbəkəsi vasitəsi ilə yazışmalarda çox vaxt hallanan bank borcunun səbəbi budur. Bu səbəblərdən də Cavabdeh aldığı borcu ona ödəmədiyi üçün onun barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə şikayət etmiş, polis idarəsində bununla bağlı araşdırma aparılmış, lakin cavabdehlə aralarında olan məsələ mülki mübahisə olduğundan məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları,
10. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
11. Maddə 157.2. Mülkiyyətçi özgəsinin sahibliyindən öz əmlakını geri tələb edə bilər.
12. 15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
14. Maddə 428.4. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər.
16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
19. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
26. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması
27. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
28. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
33. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı Cavabdeh hissəhissə olmaqla 45000 manat vermiş, sonuncu isə həmin pula Bərdə rayonu Mollagüllər kəndində ferma yaratmaqla, aldığı iri buynuzlu heyvanları saxlayıb artırmalı, onların satışını etməli və əldə olunan gəliri onunla yarı bölməyi öhdəsinə götürmüşdür, lakin nə verdiyi 45000 manatı, nədə əldə etdiyi gəlirdən ona fayda verməməmiş, bu səbəbdəndə onun barəsində polisə şikayət etməsini, onun şikayəti əsasında Bakı şəhəri, Nizami rayon Polis idarəsinin istintaq şöbəsində araşdırma aparılmış, lakin mübahisə mülki xarakterli olduğundan 02 avqust 2024-cü ildə şikayət üzrə cinayət iş başlanması rədd olunmuş, 07 noyabr 2024-cü ildə isə onunla Cavabdeh Nüşraban oğlu arasında verdiyi 45000 manata dair Bakı şəhəri 14 saylı notariat ofisində X4 razılaşma imzalanmışdır. Razılaşma olmasına baxmayaraq cavabdeh pulu qaytarmadığını iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etməmişdir. Yuxarıda da qeyd olunduğu kimi qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir.
34. Kollegiya apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir.
35. Bundan əvvəldə qeyd olunduğu kimi İddiaçı Cavabdeh 07 noyabr 2024-cü il tarixli X4 müqavilə bağlanmamışdan əvvəl iri buynuzlu heyvanların alınması, saxlanılmaqla artırılması və satışından əldə olunan gəlirin yarı bölunməsi məqsədi ilə Cavabdeh hissə-hissə olmaqla 45000 manat verməsini iddia edir. Sonuncu razılaşmanın şərtini pozduğundan, yəni əldə olunmuş gəlirdən iddiaçıya çatası payı, eləcədə onun vermiş olduğu 45000 manatı qaytarmadığına görə İddiaçı cavabdehin barəsində polisə şikayət edir. Məhz polisə edilmiş şikayət əsasında aparılmış araşdırmadan sonra tərəflər arasında eyni əsasla 45000 manata dair X4 razılaşma bağlanır.
36. Tərəflər arasında bağlanmış X4 razılaşma özlüyündə onu deməyə əsas verir ki, sonuncular artıq əvvəlcədən aralarında mövcud olmuş birgə fəaliyyət münasibətlərini 07 noyabr 2024-cü il tarixdə yazılı olaraqda təsdiqləmişlər.
37. Bundan əlavə işdə olan “Whatsapp” sosial şəbəkə vastəsilə tərəflər arasında olan yazışmadan da görünür ki, tərəflər arasında pulla bağlı danışıqlar aparmışdır.
38. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının cavabdeh barəsində polisə etdiyi şikayəti 07 noyabr 2024-cü il tarixdən əvvəl olmuş və araşdırmanın nəticəsi olaraq 02 avqust 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilərək tərəflər arasındakı mübahisə mülki xarakterli olduğundan ərizəçiyə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Şübhəsiz ki, İddiaçı Cavabdeh barəsində polisə etdiyi bu şikayətdən sonra sonuncuların münasibəti daha da kəskinləşmişdir. Lakin buna baxmayaraq 07 noyabr 2024-cü ildə tərəflər arasında müqavilə bağlanır və işin bu halıda ağlabatan mühakimə əsasında onu deməyə əsas verir ki, Cavabdeh Nüşraban oğlu artıq bu davranışı ilə əvvəlcədən hissə-hissə olmaqla iddiaçıdan 45000 manat almasını etiraf etmişdir.
39. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutlara hərtərəfli baxaraq qiymətləndirmək dedikdə, sübut edilməli olan halları və faktları həm təsdiq, həm də inkar edən sübutların dəqiq araşdırılaraq qiymətləndirilməsi, həm də istənilən sübutun qanunvericiliyin bütün tələblərinə cavab verib-vermədiyinin yoxlanılması başa düşülür.
40. Qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, apellyasiya apellyasiya şikayəti təmin olunmalı, Bərdə Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 2(021)- 1761/2025 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmalı, İddiaçı Cavabdeh qarşı 45000 manat pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 45000 manat alınıb İddiaçı verilməli, eləcədə ödənlmiş dövlət rüsumunun əvəzi qismində 220 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli 2(021)-1761/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı 45000 manat pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 45000 manat alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 220 manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.