Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1682/2024 01.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X5 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-842/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 461872 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 18 mart 2010-cü ildə Gəncə şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır.
2. İşdə olan Goranboy Rayon Məhkəməsinin 2(045)-1821/2018 nömrəli, 28 avqust 2018-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-1438/2014 saylı 26 noyabr 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə 18 mart 2010-cu il tarixdə anadan olmuş X1 üçün hər ay tutulan alimentin miqdarı dəyişdirilmiş bə bir uşağa görə hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayon Məhkəməsinin 28 avqust 2018-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 18 mart 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2008-ci ildə eladəti toy edib ailə həyatı qurmuşdur. 2010- cu ildə isə dövlət qeydiyyatından keçməklə rəsmi nikah bağlamışdır. Nikahdan 18 mart 2010-ci il tarixdə anadan olmuş qızı X3 anadan olub. 2011-ci ildə Cavabdeh rəsmi ayrılmışdır. Goranboy rayon Məhkəməsinin 2(045)-1438/2014 saylı, 26 noyabr 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı həmin məhkəmənin 28 avqust 2018-ci il tarixli qətnaməsi ilə dəyişdirilməklə 18 mart 2010-ci il tarixdə anadan olmuş qızı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 110 (bir yüz on ) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi müəyyən edilmişdir. Hazırda qızı böyüyür, onun xərcləri artıb, o uşağın aylıq xərclərini ödəmək qabiliyyətində deyil. Buna görə də onun saxlanması üçün cavabdehdən 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutulması məqsədə müvafiqdir. Aralarında olan mübahisənin həlli mediasiya vasitəsi ilə mümkün olmamış və mediatorun arayışını iddia ərizəsinə əlavə edir.
5. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-842/2024 saylı qətnaməsi ilə (hakim Taleh Mustafayev) iddia qismən təmin edilərək, Goranboy Rayon Məhkəməsinin 2(045)-1821/2018 nömrəli, 28 avqust 2018-ci il tarixli qətnaməsi ilə 18 mart 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməsi və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulması, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay hər uşaq üçün 235 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşağın saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. İddiaçının sabit pul məbləğində alimentin tutulmasına dair tələbi olduğundan məhkəmə hesab edir ki, hazırkı iş üzrə yetkinlik yaşına çatmayan 18 mart 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin 2(045)-1821/2018 nömrəli, 28 avqust 2018-ci il tarixli qətnaməsi ilə 18 mart 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulmalıdır.
7. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 75, 78, 112.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
8. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-842/2024 saylı qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-842/2024 saylı qətnaməsinin ləğv edilməsini, onun azyaşlı uşağına hər ayda 235 manat aliment məbləği müəyyən edilməklə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur, birgə nikahdan xx.xx.2010-cu il tarixdə anadan olmuş X3 doğulmuşdur. Sonradan nikahları məhkəmə qaydasında pozulmuşdur və Goranboy Rayon Məhkəməsinin 2(045)-1438/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə uşaq yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən uşağa ayda 110 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Lakin həmin məbləğ azyaşlı uşağın saxlanması üçün həddindən artıq az olduğundan, azyaşlı uşağın normal inkişafına və problemlərinin həllinə kifayət etmədiyindən, 2024-cü ildə yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edildiyindən aliment miqdarının artırılması barədə Goranboy Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir və həmin məhkəmənin (hakim Taleh Mustafayev) 2(045)-842/2024 saylı, xx.xx.2024-cü iltarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, aliment miqdarı dəyişdirilmiş, birgə nigahdan doğulmuş xx.xx.2010-cu il tarixdə anadan olmuş Fidan adlı qızlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bununla da onun və azyaşlı uşağının maddi vəziyyətini çətin duruma qoymuşdur. 2024-cü ildə isə yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Ona görə Goranboy Rayon Məhkəməsinin ədalətsiz qətnaməsi ilə razı olmur və həmin qətnamənin ləğv edilməsini, yeni ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qətnamənin təsviri hissəsində qeyd edir ki, cavabdehin mövqeyini müdafiə etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin tələblərini əsas götürərək, uşağın saxlanılmasının hər iki valideynin vəzifəsinin olduğuna istinad edərək, lakin azyaşlı uşağının artıq 14 yaşlı qız uşağının olmasını, onun dövrün tələbatının, qayğılarının böyük olmasını nəzərə almayaraq, ona cavabdehdən 235 manat aliment məbləği deyil, 160 manat aliment məbləğinin tutulmasını qət etmişdir. Lakin məhkəmə cavabdehin ifadələrinə istinadən onun ailə vəziyyətini nəzərə almışdır. Onun iddiasını qismən təmin etmişdir. Həmin məbləğdə 14 yaşlı qızı uşağının ehtiyaclarını faktiki olaraq ödəmir. “ Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdi. Onun yetkinlik yaşına çatmayan qızının Fidan Feyzullayevanın 14 yaşı vardır, məktəblidir. Məhkəmənin iddianı qismən təmin etməklə, aliment miqdarını azyaşlı uşağa 50 manat artırmaqla onun normal inkişafını və digər problemlərinin həllinə demək olar ki, heç bir müsbət təsir etməyəcəkdir. Goranboy Rayon məhkəməsi xx.xx.2024-cü il tarixli Qətnaməsi ilə azyaşlı uşağın saxlanması üçün aliment miqdarını 160 manat müəyyən edən zaman, 2024-cü ildə yaşayış minimumu 235 manat müəyyən edilməsini nəzərə almamışdır. Ona görə də Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsində ədalət prinsipi tamamilə pozulmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, o özü Goranbor rayonu Sarov kənd orta məktəbində müəlllimə işləməklə 197 manat əmək haqqı alır. Cavabdeh isə avtomobil ehtiyat hissələrinin ticarəti ilə məşğul olur və yüksək qazanc əldə edir. Onda olan məlumata görə cavabdeh həmçinin avtomobili alqı-satqısı ilə sə məşğul olur. Lakin, cavabdehin gəliləri barədə məhkəməyə sübut təqdim edə bilmir. Onların birgə nikahında doğulmuş Fidan adlı uşaqları müxtəlif fənlərdən məşğələlərə gedir və hər ay məşğələlərə aylıq 200 manatdan artıq pul xərclənir. Uşağın ehtiyaclarını ödəməkdə çətinlik çəkir.
12. İddiaçı X4 məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası:
13. 17-ci maddəsinin İİ bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
14. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
15. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
16. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
17. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:
18. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.
19. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.
20. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
28. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Hazırkı apelyasya şikayətində qətnamə cavabdeh tərəfindən yalnız aliment məbləğinin təmin edilməməsi hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-842/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instasniya məhkəməsinin qətnaməsi Cavabdeh tutulmalı olan aliment məbləği hissəsində dəyişdirilməli və uşağa görə hər ay 200 manat sabit pul məbləğində aliment aliment təyin edilməlidir.
33. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-1821/2018 nömrəli, 28 avqust 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə 18 mart 2010-cu il tarixdə anadan olmuş X1 üçün hər ay tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı X6 verilməsi qət edilmiş və həmin vaxtdan 6 il vaxt keçmişdir. Azərbaycan Respublikasında 2018-cı il üzrə uşaqlar üçün yaşayış minumumu 154 manat məbləğində müəyyən edilmiş, 2024-cü il üzrə isə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir ki, bununla da hazırkı vaxtadək 2018-cı ilə münasibətdə uşaqlar üçün yaşayış minumu məbləğində artım baş vermişdir. Buna görə də məhəkəmə kollegiyası birinci instansiya məhkəməsinin aliment məbləğini 50 manat məbləği həddində artırmasını ədalətli və əsaslı hesab etməmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər.
35. Göründüyü kimi, tərəflərin birgə nikahlarından doğulmuş Fidan adlı uşaq onların ayrıldıqları vaxtdan İddiaçı himayəsində qaldığı üçün onların sağlamlıq, təhsil, yemək və digər məişət qayğılarının çəkilməsi yükü iddiaçının üzərinə düşdüyündən, bu hal qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.
36. Digər tərəfdən, iddiaçı cavabdehin avtomobil ehtiyyat hissələrinin ticarəti ilə məşğul olmasını və yüksək gəlirə malik olduğunu iddia edərək cavabdehdən 235 manat aliment məbləği tələb etmişdir ki, o, cavabdehin ticarətlə məşğul olması və yüksək gəlirə malik olduğuna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir.
37. Məhkəmə kollegiyası uşaqlar üçün ölkə üzrə müəyyən edilmiş yaşayış minumumu məbləğini, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini, valideynlərin hər ikisinin uşaqlarını saxlamaq vəzifəsini nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək, cavabdehdən 200 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçıya ödənilməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 384, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-842/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-842/2024 qətnaməsi dəyişdirilsin. Cavabdeh 18 mart 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.