Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1699/2024 13.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-897/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarına əlavə edilmiş AZ-İİ 794749 seriyalı xx.xx.2022-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2019-cü il tarixdə doğulmuşdur. Şəhadətnamədə ata qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur.
2. İş materiallarında olan Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)- 3377/2022 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə anadan olmuş X4 adlı uşağın yetkinlik yaşına catanadək saxlanılması üçün atası Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulub uşağın anası İddiaçı verilməsi qət edilmişdir.
3. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞG/1/MT007/2023-04126 saylı İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh xx.xx.2023-cü il tarixə saat 12:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etmişlər. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il tarixdə anadan olmuş – X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğinin artırılaraq hər ay 240 manat sabit pul məbləğinin Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə ortaq övladı xx.xx.2019-cu il tarixdə anadan olmuş - X4 dünyaya gəldiyi vaxtdan onun saxlanması üçün heç bir maddi və mənəvi kömək göstərməmişdir. Buna görə də, aliment tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixində məhkəməyə müraciət etmişdir. Şəmkir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-3377/2022 saylı qətnaməsi ilə birgə münasibətdən doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 130 (bir yüz otuz) manat aliment məbləğinin tutularaq ona verilməsi qət edilmişdir. Hal-hazırda övladının, X2 5 yaşı var. Şəmkir rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq ödənişli özəl baxçaya gedir və ona görə də, məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da, dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 220 manat, 2023-cü il üçün isə 235 manat müəyyən edilmişdir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə vaxtı vaxtında ödəməmiş və onu dəfələrlə məcburi gətirilmə qərarı ilə, 10 günlük həbs cəzası verilmiş son 3 ayın alimentini ümumiyyətlə ödəməmişdir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqda atasına qarşı mənəvi ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona üçün çox çətindir. Buna görə də, o, "aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il tarixdə anadan olmuş – X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğinin artırılaraq hər ay 240 manat sabit pul məbləğinin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi və mediasiya üçün çəkilən xərcin və ödənilmiş dövlət rüsumunun cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
6. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-897/2024 saylı qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) iddia qismən təmin edilərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-3377/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2019-cü il tarixdə anadan olmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılması, xx.xx.2019-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay bir uşağa görə 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi, Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi kimi 25 (iyirmi beş) manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, sonuncu məhkəmə qətnaməsi ilə aliment müəyyən edildiyi vaxtdan bugünə kimi yalnız uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləği dəyişmişdir. Belə ki, Azərbaycan Respublikasında 2024-cü il üçün uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edildiyi halda, 2022-ci il üçün bu məbləğ 193 manat həddində müəyyən edilmişdir. Tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, sonuncu məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, hər ay bir uşaq üçün 190 manat sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan ilkin mediasiya sessiyasında çəkilən 50 manat xərcin yarısı, 25 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
8. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2, 112.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
9. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-897/2024 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(076)-897/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi heç bir sübuta istinad edilmədən çıxarılmışdır. İddiaçı məhkəməyə alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş olsa da, alimentin artırılması barədə tələbini heç bir sübutla əsaslandırmamışdır. Onun maddi vəziyyəti əvvəlki məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra yaxşılaşmasına dair heç bir sübut əlavə etməmişdir. O, hazırda nə rəsmi, nə də qeyri-rəsmi olaraq heç bir yerdə işləmir və heç bir yerdən gəliri yoxdur. O iddiaçının tələb etdiyi məbləğdə aliment ödəmək iqtidarında deyil. Hazırda yaşlı anası ilə birlikdə yaşayır. Anası onun himayəsindədir. Nə anasının, nə də onun heç bir yerdən gəliri yoxdur. O maddi vəziyyətinin ağırlığı ilə bağlı ailə həyatı da qura bilmir. O hər ay azyaşlı uşağın saxlanması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti belə çətinliklə ödəyir. Belə ki, heç bir yerdə işləmədiyidən alimenti vaxtında ödəyə bilmir. Alimentin məbləğinin arıtırlması onun maddi vəziyyətini ağırlaşdırır. Əvvəlki məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra onun maddi vəziyyətində yaxşılığa doğru heç bir dəyişiklik olmamışdır. Yetkinlik yaşına çatmamış uşağının saxlanması üçün hər ay bir uşağa görə 190 manat alimentin müəyyən edilməsi onun həqiqi vəziyyətinə uyğun deyildir. Məhkəmə yuxarıda qeyd olunan halları araşdırmadan qətnamə qəbul etmişdir. Qeyd olunan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği onun maddi vəziyyətini olduqca ağır vəziyyətə salacaqdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq isə bildirmişdir ki, onun aliment ödəməyə imkanı yoxdur və yanlız 150 manat ödətə bilər.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X4 bildirmişdir ki, o, cavabdehə uşağı həftənin 4 günü götürüb saxlamağı bunun müqabilində isə onun alimentdən imtina edəcəyini bildirsə də, cavabdeh razılaşmamışdır. Odur ki, apellyasiyasiya şikayətinin təmin edilməməsinin xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası:
14. 17-ci maddəsinin İİ bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
15. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
16. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
17. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
18. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:
19. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.
20. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.
21. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
29. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Hazırkı apelyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti aismən təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-897/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instasniya məhkəməsinin qətnaməsi Cavabdeh tutulmalı olan aliment məbləği hissəsində dəyişdirilməlidir.
34. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)- 3377/2022 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə anadan olmuş X4 adlı uşağın yetkinlik yaşına catanadək saxlanılması üçün atası Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulub uşağın anası İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hazırkı iş aliment məbləğinin dəyişərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 2024-cü il üçün uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edildiyi halda, 2022-ci il üçün bu məbləğ 193 manat həddində müəyyən edilmişdir. Tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, sonuncu məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, hər ay bir uşaq üçün 190 manat sabit pul məbləğində müəyyən edilməlidir.
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və qeyd edir ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)- 3377/2022 saylı qətnaməsi qətnaməsi ilə xx.xx.2019-cu il tarixdə anadan olmuş X4 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulması qət edildiyi həmin vaxtdan 2 il vaxt keçmişdir. Azərbaycan Respublikasında 2022-cı il üzrə uşaqlar üçün yaşayış minumumu 193 manat məbləğində müəyyən edilmiş, 2024-cü il üzrə isə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir ki, bununla da hazırkı vaxtadək 2022-cı ilə münasibətdə uşaqlar üçün yaşayış minumu məbləğində artım baş vermişdir. Buna görə də, cavabdehin maddi vəziyyətində hər hansı dəyişikliyin olmamasını nəzərə alsaq, məhəkəmə kollegiyası birinci instansiya məhkəməsinin aliment məbləğini 60 manat məbləği həddində artırmasını əsaslı hesab etməmişdir.
36. Məhkəmə kollegiyası cavabdehin heç bir yerdə işləməməsi, heç bir yerdən gəlirinin olmaması, anasının onun himayəsində olması və səbəbdən alimentin artırılması barədə iddianın rədd edilməsi barədə dəlillərini əsassız hesab edir və qeyd edir ki, ailə qanunvericiliyinin yuxarıda qeyd edilən tələblərindən görünür ki, valideynlər işləyibişləməmələrindən asılı olmayaraq uşaqlarını saxlamağa borcludurlar. Cavabdeh ata kimi uşaq hüquqlarına hörmətlə yanaşmağa, uşağın cəmiyyət üçün layiqli vətəndaş kimi formalaşmasında üzərinə düşən vəzifələri yerinə yetirməyə borcludur. Onun uşağını saxlamaq həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur.
37. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
38. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Şəmkir Rayon Məhkəməsinin 2(076)-897/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh tutulmalı olan aliment məbləği hissəsində dəyişdirilərək, cavabdehdən 170 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçıya ödənilməlidir.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 384, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Şəmkir Rayon Məhkəməsinin 2(076)-897/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-897/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh xx.xx.2019-cu il tarixdə anadan olmuş X4 adlı uşağın yetkinlik yaşına catanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.