Məhkəmə qərarları › İş №2(104)-1707/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1707/2023

23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1707/2023 23.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban оğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibаrət tərkibdə, Kreditor "xxxx" ASC-nin borclular Borclu1, Borclu2 və Borclu3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli 2(013)-2396/2018 nömrəli qərardadından Borclu1 tərəfindən vеrilmiş şikаyətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N Е T D İ: Kreditor "xxxx" ASC borclular Borclu1, Borclu2 və Borclu3 qarşı ərizə ilə Ağdam Rayon Məhkəməsinə mürаciət edərək, borclulardan müştərək qaydada 6481,46 manat əsas, 2658,61 manat faiz, 3022,62 manat dəbbə olmaqla, cəmi 12153,39 manat borc və ödənilmiş 20 manat dövlət rüsumu, 0,40 manat bank xidməti tutularaq kreditorun xeyrinə verilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 06 avqust 2018-ci il tarixli 2(013)-2396/2018 nömrəli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu1 məhkəmə əmrinə etiraz verərək, Ağdam Rayon Məhkəməsinin 06 avqust 2018-ci il tarixli 2(013)-2396/2018 nömrəli məhkəmə əmrinin ləğv olunmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli 2(013)-2396/2018 nömrəli qərardadı ilə həmin məhkəmənin 06 avqust 2018-ci il tarixli 2(013)- 2396/2018 nömrəli məhkəmə əmrinə Borclu1 verdiyi etiraz geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Borclu1 şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli 2(013)-2396/2018 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1. maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı vaxtında verilmişdirsə, hakim əmrin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarır. Həmin qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 135-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMSin işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, Ağdam Rayon Məhkəməsinin 06 avqust 2018-ci il tarixli 2(013)-2396/2018 nömrəli məhkəmə əmrinin surəti müşaiətediçi məktubla Borclu1 yaşadığı ünvana poçt vaisitəsi ilə göndərilmişdir. Sonuncuya münasibətdə məhkəmə əmri icra olunması üçün Gədəbəy rayon icra və probasiya şöbəsinə göndərilmiş və iş üzrə 10 sentyabr 2018-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Borclu1 məhkəmə əmrinə etirazi ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən Şəmkir rayon icra və probasiya şöbəsinə sorğu verilmiş və həmin şöbədən daxil olmuş 31 may 2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Ağdam Rayon Məhkəməsinin 06 avqust 2018-ci il tarixli 2(013)-2396/2018 nömrəli icra vərəqəsi 11 noyabr 2021-ci il tarixdə Şəmkir rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, 11 noyabr 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. İcra sənədi üzrə kredit borcunun ödənilməsi məqsədilə 13 aprel 2023-cü il tarixdə Borclu1 əmək haqqına tələb yönəldilmişdir. “X1” MMC-nin 26 aprel 2023-cü il tarixli məktubuna əsasən Borclu1 əmək haqqından hazırda digər icra sənədinə əsasən tutulma aparıldığına görə “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 75 maddəsinə əsasən Ağdam Rayon Məhkəməsinin 06 avqust 2018-ci il tarixli 2(013)-2396/2018 nömrəli icra sənədi üzrə tutma aparılması mümükün olmamışdır. Borclu1 məhkəmə əmrinə etirazı 17 may 2023-cü ildə Ağdam Rayon Məhkəməsinə daxil olmuş, məhkəmə əmrinə etiraz mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddətdə verilmədiyindən birinci instansiya məhkəməsi də etirazı geri qaytarılmışdır. Kollegiya da birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarından görünür ki, məhkəmə əmrinə etiraz 5 ilə yaxın müddət keçdikdən sonra verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlar əsasən məhkəmə kollegiyası hesab edir ki, şikаyət əsassız olduğundan təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli 2(013)-2396/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 263-264, 282, 357, 360, 398.0.1, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Q Ə R А R А А L D İ: Borclu1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli 2(013)-2396/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddаn şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar