Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-1707/2025 24.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSI Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Isgəndərova Aygül Vulqar qızı və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) nümayəndə1 və cavabdeh Cavabdeh, eləcədə onun vəkili vəkil1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, 2(125)- ****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ###### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Gəncə şəhəri * saylı notariat ofisində bağlanmış, ## ##### 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 22000 (iyirmi iki min) manat borc verir, borcalan isə ## ##### 2023-cü il tarixə kimi borcu qaytaracağına dair öhdəlik götürür.
2. İddiaçı cavabdeh Cavabdeh ünvanladığı pretenziyada borcun ödənilməsi təklif olunmuşdur.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək 22000 manat borcun, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 156 manat, eləcədə vəkilə ödənilmiş 330 manat xidmət haqqının cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ## ##### 2023-cü il tarixədək qaytarmaq şərtilə 22000 manat borc vermiş və bu barədə aralarında ## ##### 2021ci il tarixdə Gəncə şəhəri * saylı notariat ofisində kredit müqaviləsi bağlanmışdır. Borcun qaytarılması müddəti başa çatsada sonuncu qaytarmaqdan imtina etmişdir. Ona görə də cavabdehə bu barədə pretenziya qaydasında bildiriş göndərilmiş, lakin buna baxmayaraq borc ödənilməmişdir.
5. Gəncə Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ə.Məmmədov) iddia tələbi təmin edilərək, cavabdeh Cavabdeh 22000 (iyirmi iki min) manat, dövlət rüsumu olaraq ödənilmiş 156 (yüz əlli altı) manat, eləcə də vəkilə xidmət haqqı kimi ödənilən 330 (üç yüz otuz) manat alınıb, iddiaçı İddiaçı verilməsi qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 739-cu maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 81, 107, 119.1, 216-220, 357 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aralarında borc müqaviləsi olsa da, həmin məbəğdə pul vəsaiti ona verilməmişdir. Iddiaçı öz qanunsuz əməllərini pərdələmək məqsədilə onunla formal borc müqaviləsi bağlamışdır. Müqaviləyə, nə dəki məxaric orderinə imza etməmiş və həmin pulu almamışdır. Işə baxan birinci instansiya məhkəməsi notariat işini tələb edib araşdırmadan iddianı təmin etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Əvvəlki və hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh izahatında bildimişdir ki, iddiaçı ilə aralarında kredit müqaviləsi bağlansada, lakin müqavilədə göstərilən 22000 manat pul ona verilməmişdir. Bankın məhkəməyə təqdim etdiyi məxaric qəbzindəki imza da ona məxsus deyil. Əslində iddiaçı ilə aralarında əvvəllər sələm məsələsi olub, ona görədə iddiaçı sələmi rəsmləşdəirib. Cavabdeh Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
11. Əvvəlki və hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh vəkili vəkil1 da cavabdeh Cavabdeh ilə eyni məzmunlu izahat vermişdir.
12. Əvvəlki və hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirilmişdir ki, müqavilədə nəzərdə tutulan 22000 manat əslində depozit hesaba qoyulmuşdur. Ekspert rəyində məxaric orderindəki imzanın cavabdeh tərəfindən deyil, kənar şəxs tərəfindən icra edildiyi qeyd olunsada, depozitdə olan pulun bank tərəfindən kimə verilməsi bilinmir. Eləcədə, nümayəndəsi olduğu şəxs mədaxil elədiyi pulu özü götürə bilməzdi. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin nümayəndə vasitəsilə təmsil olunduğundan kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
17. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
18. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (## ###### 2023-cü il tarixədək olan redaksiyada)
20. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (## ###### 2023-cü il tarixədək olan redaksiyada)
21. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (## ###### 2023-cü il tarixədək olan redaksiyada)
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 22 Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
23. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər:
27. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasslar: 385.1. 1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
28. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
33. Işin müəyyən olunmuş faktiki hallarından görünür ki, iddiaçı İddiaçı Gəncə şəhəri * saylı notariat ofisində bağlanmış ## ##### 2021-ci il tarixli müqavilə üzrə ## ##### 2023-cü il tarixədək qaytarmaq şərtilə cavabdeh Cavabdeh 22000 manat borc verdiyini, lakin sonuncunun müəyyən edilmiş müddətdə borcu qaytarmamasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir. Qətnamədən cavabdeh tərəf apellyasiya şikayəti vermişdir.
34. Kollegiya apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir.
35. Ilkin olaraq qeyd olunmalıdır ki, hər hansı iddia üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
36. Hazırkı iş üzrə ## ##### 2021-ci il tarixdə Gəncə şəhəri * saylı notariat ofisində tərəflər arasında kredit müqaviləsi bağlanması işin mübahisəsiz halıdır. Iddiaçı İddiaçı ## ##### 2021ci il tarixli müqavilə üzrə nəzərdə tutulan 22000 manatın borcalana verilməsi üçün depozitə qoyduğunu, cavabdeh tərəf isə aralarında müqavilə bağlanmasına baxmayaraq məxaric orderinə imza etmədiyini, eləcədə müqavilədə nəzərdə tutulmuş 22000 manatın bank tərəfindən ona verilmədiyini iddia edir.
37. Apellyasiya icraatı zamanı tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfin depozitə qoyduğu 22000 manatın bank tərəfindən borcalana verilib-verilməməsini müəyyənləşdirmək məqsədilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2025-ci il tarixli *(***)****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## ##### 2021-ci il tarixli kredit müqaviləsi üzrə, Gəncə şəhəri * saylı notariat ofisinin notariusunun ## ##### 2021-ci il tarixli *** nömrəli məktubu əsasında ## ##### 2021-ci il tarixdə İddiaçı tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin Kəpəz filialına TT****************** nömrəli, VÖEN **********, CIF kodu 41040019440052660128 olan hesaba qoyulmuş 22000 manat pul vəsaitinin kim tərəfindən götürülməsi barədə məlumat, yəni kassa məxaric qəbzinin əslinin götürülməsi qərara alınmışdır.
38. Kassa məxaric qəbzinin əsli Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC tərəfindən məhkəməyə təqdim olunmuşdur. Bundan əvvəldə qeyd olunduğu kimi cavabdeh tərəfin yuxarıda qeyd olunan dəlilinin aydınlaşdırılması üçün xüsusi bilik tələb edən sualların cavablandırılması zərurəti yaranır ki, bu halda özlüyündə iş üzrə ekspertiza təyin olunması zərurətini doğurur.
39. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” ## ###### 1999-cu il tarixli ***-IQ saylı Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, məhkəmə ekspertizası məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır.
40. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuş və ekspert qarşısında “22000 manat pulun götürülməsinə dair Cavabdeh adına yazılmış ## ##### 2021-ci il tarixli məxaric orderində “çekdə göstərilən məbləği aldım” imza: sözlərinin qarşısında çəkilən imza Cavabdeh və ya başqa şəxs tərəfindən icra edilmişdirmi” və “22000 manat pulun götürülməsinə dair Cavabdeh adına yazılmış ## ##### 2021-ci il tarixli məxaric orderində “çekdə göstərilən məbləği aldım” imza: sözlərinin qarşısında çəkilən imza hər hansı bir texniki vasitənin köməyi ilə, yoxsa birbaşa qələm vasitəsilə icra edilmişdir” sual qoyulmuşdur.
41. Qərardadın icrası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ## ###### 2026-cı il tarxli, */****-*/**** nömrəli rəydə qeyd olunmuşdur ki, tədqiqata təqdim olunmuiş ## ##### 2021-ci il tarixli 22000 manat məbləğli çekin arxa tərəfindəki “Çekdə göstərilən məbləği aldım Imza:” qrafasında olan imza hər hansı qurğu vasitəsilə deyil, birbaşa qələmlə icra edilmişdir.
42. ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadla ekspert qarşısında qoyulmuş sualardan biri, yəni “22000 manat pulun götürülməsinə dair Cavabdeh adına yazılmış ## ##### 2021-ci il tarixli məxaric orderində “çekdə göstərilən məbləği aldım” imza: sözlərinin qarşısında çəkilən imza Cavabdeh və ya başqa şəxs tərəfindən icra edilmişdirmi” sual cavablandırılmadığından həmin hissədə rəy verilməsi üçün mülki iş iş yenidən ekspertiza mərkəzinə qaytarılmışdır.
43. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ## ##### 2026-cı il tarxli, */*** nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, Cavabdeh adına olan ##.##.2021-ci il tarixli məxaric orderində "Çekdə göstərilən məbləği aldım" qrafasındakı imza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir.
44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur.
45. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
46. Məhkəmə kollegiyası apellyasiya icraatı zamanı alınmış ekspert rəyini işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır və verilmiş rəyin mötəbərliyi məhkəmə kollegiyasında da hər hansı şübhə yaratmır.
47. Istinad olunan ## ##### 2026-cı il tarxli, */*** nömrəli ekspert rəyindən göründüyü kimi iddiaçı tərəfin depozitə qoyduğu 22000 manat Cavabdeh adına yazılmış ## ##### 2021-ci il tarixli məxaric orderi əsasında bankdan götürülmüşdür.
48. Hər bir halda tərəflər arasındakı mübahisə üzrə ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi baxımından Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## ##### 2021-ci il tarixli kredit müqaviləsi üzrə, Gəncə şəhəri * saylı notariat ofisinin notariusunun ## ##### 2021-ci il tarixli *** nömrəli məktubu əsasında ## ##### 2021-ci il tarixdə İddiaçı tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin Kəpəz filialına TT****************** nömrəli, VÖEN **********, CIF kodu 41040019440052660128 olan hesaba qoyulmuş 22000 manat pul vəsaitinin kim tərəfindən götürülməsinin (kimə təqdim olunmasının) müəyyən olunması üçün qeyd olunan dövrə aid bank kamera görüntülərinin götürülməsi qərara alınmişdır.
49. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC ## #### 2026-cı il tarixli, ****/***/***** nömrəli məktbla qərardadın icrasına cavab olaraq bildirmişdir ki, sorğu olunan dövrə (2021) görüntulərin saxlama müddəti bitdiyindən görüntülər mövcud deyildir.
50. Göründüyü kimi depozitə qoyulmuş 22000 manat çıxarılmasına dair məxaric orderi Cavabdeh adına yazılsada, lakin verilmiş ekspert rəyi özlüyündə onu deməyə əsas verir ki, əslində qeyd olunan məxaric orderi əsasında 22000 manat Cavabdeh təqdim olunması öz təsdiqini tapmır.
51. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Həmin Məcəllənin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
53. Qeyd olunan Məcəllənin 89-cu maddəsinə görə, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
54. Həmçinin qeyd olunmalıdır ki, bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
55. Sübutetmə standartı-sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı-“ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. Işə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanunhüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
56. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
57. Işin hallarına yuxarıda qeyd olunan konteksdən yanaşıldıqda kollegiya bir daha qeyd edir ki, tərəflər arasında bağlanmış ## ##### 2021-ci il tarixli kredit müqavilə üzrə, iddiaçı İddiaçı tərəfindən 22000 manat notariusun Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin Kəpəz filialindakı depozit hesaba qoyulsada, lakin həmin məbləğin cavabdeh Cavabdeh verilməsi öz təsdiqini tapmadığından sonuncu qeyd olunan müqavilə üzrə iddiaçıya 22000 manat ödəmək öhdəliyindən azad olunur.
58. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Gəncə Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir.
59. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
60. Həmin Məcəllənin 124.2. maddəsinə görə isə ddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
61. Işə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişlərdən müəyyən olunur ki, ## ###### 2026-cı il tarixli, */****-*/**** nömrəli ekspertiza tədqiqatının dəyəri 100 manat, ## ##### 2026-cı il tarixli */*** nömrəli ekspertiza tədqiqatının dəyəri isə 200 manatdır. Yuxarıda da qeyd olunduğu kimi ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardad üzrə ekspert tərəfindən natamam tədqiqat aparılmışdır.
62. Kollegiya hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya, ## ###### 2026-cı il tarixli, */****-*/**** nömrəli ekspertiza tədqiqatının dəyəri dövlətə aid edilməli, ## ##### 2026-cı il tarixli */*** nömrəli ekspertiza tədqiqatının dəyəri 200 manat isə cavabdeh İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE00000000000002088501, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 01360100000000003944 SWIFT Bik: CTREAZ22 hesabına ödənilməlidir.
63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv olunsun. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçı İddiaçı aid edilsin. ## ###### 2026-cı il tarixli, */****-*/**** nömrəli ekspertiza tədqiqatının dəyəri 100 manat dövlətə aid edilsin. ## ##### 2026-cı il tarixli */*** nömrəli ekspertiza tədqiqatının dəyəri 200 manat iddiaçı İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE00000000000002088501, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 01360100000000003944 SWIFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.