Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1709/2024 15.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasınun hakimləri-X5 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi vəkil X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-438/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh və onun nümayəndəsi vəkil X8 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 2000 manat borc pul götürmüşdür.
2. İş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh İddiaçı 6000 manat borc almışdır.
3. İş materiallarında olan məhkəmə sorğusuna əsasən “Azərbaycan Beynaxalq Bank” tərəfindən verilmiş video-foto görüntülərdən və çıxarışdan görünür ki, X3 məxsus 5167-5111-0117-1449 saylı plastik kartdan xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-yə məxsus bankomatlar vasitəsilə nağdlaşdırma əməliyyatlarını İddiaçı özü icra etmiş, hər nağdlaşdırma əməliyyatı zamanı cavabdehin həyat yoldaşı X3 məxsus plastik kartdan 350 manat məbləğində vəsait məxaric edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh 8000 (səkkiz min) manat pulun alınıb və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında əldə edilmiş razılığa əsasən 8000 (səkkiz min) manat borc yaranmışdır. Həmin borcu cavabdeh qaytarmamışdır. Razılığa görə həmin borcu cavabdeh ehtiyac məqsədi ilə ondan almışdır. Cavabdeh dediyi müddət ərzində həmin pulunu qaytarmalı idi. Həmin puldan indiyənədək heç bir məbləğ qaytarmamışdır. Dəfələrlə cavabdehə deməsinə baxmayaraq cavabdeh həmin pulun geri istədikdə qaytarmaqdan boyun qaçırır. Cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, həmin borcu ödəyəcəyini desə də, bu günə qədər borcunu ödəməmişdir. Həmin borc pulu cavabdehin ondan almağı və verməyini təsdiq edən yazılı qəbzlərində öz əksini tapmışdır. Ona görə Cavabdeh 8000 (səkkiz min) manat pulun və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Şəmkir Rayon Məhkəməsinin 2(076)-438/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) iddia təmin edilərək, Cavabdeh kredit müqaviləsinə əsasən 6250 (altı min iki yüz əlli) manat məbləğində pul və dövlət rüsumunun əvəzi qismində 82,50 (səksən iki manat əlli qəpik) manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, 2022-ci il tarixdə tərəflər arasında şifahi qaydada borc müqaviləsi bağlanmış və iddiaçı tərəfindən cavabdehə 2000 və 6000 manat olmaqla ümumilikdə 8000 manat pul borc kimi verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamış, pulun verilməsi yalnız cavabdehin imzası ilə təsdiq etdiyi əlyazma qəbz ilə rəsmiləşdirilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında 2022-ci il tarixdə bağlanmış 8000 manat pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə qəbzlə təsdiq olunur ki, həmin pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında 8000 manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdeh tərəfindən tərtib edilərək imzalanmış qəbz həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Cavabdeh arvadı X3 məxsus plastik kartdan 5 ay, hər ay 350 manat olmaqla cəmi 1750 manat məbləğində vəsait İddiaçı borcun əvəzi qismində götürmüşdür. Bununla da cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş hissə 6250 manat qalmışdır. Məhkəmə baxışı zamanı isə cavabdeh iddiaçıdan aldığı pulun tamamilə qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir.
8. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 740.1, 740.2, 1091.1, 1092.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinun dəlilləri
9. Şəmkir Rayon Məhkəməsinin 2(076)-438/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh və onun nümayəndəsi vəkil X2 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-438/2024 saylı qətnaməsinin iddianın təmin olunmuş hissəsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı qaldırmış olduğu “pul” tələbinə dair iddiası Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-438/2024 saylı qətnaməsi ilə (sədrlik edən: X1) təmin olunub. Ondan kredit müqaviləsinə əsasən 6250 (altı min iki yüz əlli) manat məbləğində pul və dövlət rüsumunun əvəzi qismində 82.50 (səksən iki manat 50 qəpik) manat tutularaq İddiaçı verilməsinə dair qərar verilmişdir. Qeyd olunan qətnamədən aşağıda qeyd olunan əsaslara görə narazıdır və ləğv olunmasını, iddia tələbinin rədd olunmasına dair qərar qəbul olunmasını xahiş edir. Belə ki, İddiaçı iddia edir ki, aralarında olan razılaşmaya görə guya ona 8000 (səkkiz min) manat borca pul verib. İddiaçının tələbi və məhkəmənin qəbul etmiş olduğu qərarla razı deyil. Əvvala ona görə ki, o heç vaxt iddiaçıdan 8000 manat məbləğində borca pul almamışdır. O axırıncı dəfə iddiaçıdan 2000 manat məbləğində sələmlə pul götürmüşdür. Həmin pul tam şəkildə ödənilmişdir. Bunu təsdiq edən kifayət qədər sübutlar vardır. Düzdür, iddiaçı məhkəməyə 2 ədəd qəbz təqdim etmişdir. Həmin qəbzlərdən birində 2000 manat, digərində isə 6000 manat məbləğ göstərilib. Birinci məbləğ ona xx.xx.2022-ci ildə verilmişdir . Bəs 6000 manat ona iddiaçı tərəfindən nə vaxt verilmişdir? Məhkəmə qətnaməsindən aydın deyil. Tələblə bağlı bildirmişdir ki, o iddiaçıdan (o, sələmçidir) 2000 manat pul sələmə götürəndə iddiaçı ona həm 2000 manata, həm də 6000 manata imza etdirmişdir. Bunu belə izah etdi ki, o, 2000 manatı vaxtında qaytarmasa, iddiaçı ondan 6000 manat tələb edəcək. İddiaçı ona həmişə sələm verəndə bir deyil, iki qəbzə imza etdirirdi. O da, bu səbəbdən onun pulunu vaxtında geri qaytarmişdır. O iddiaçıdan götürmüş olduğu 2000 manat pulu tam şəkildə geri qaytarmışdır. Həyat yoldaşının pensiya kartı iddiaçıda olmuşdur. Baxmayaraq ki, iddiçı kartdan pul çıxarmasını məhkəmə baxışında qəbul etməmişdir. Lakin məhkəmə araşdırması zamanı ABB-dən müvafiq video görüntü əldə olunmuş və həmin görüntülərdə iddiaçının 1750 (bir min yeddi yüz əlli) manat plastik kartdan pul çəkdiyi məlum olmuşdur. Eyni zamanda 6000 manatla bağlı bildirir ki, o iddiaçıdan götürmüş olduğu 2000 manatı qaytarmamışdımsa, iddiaçı 6000 manatı ona necə verə bilərdi? Eyni zamanda iddiaçının iddia etdiyi 6000 manatı verdiyi vaxtda o, Azərbaycan Respublikasından kənarda olmuşdur. Bunu təsdiq edən sübutu vardır. Bu hallar əsas verirdi ki, məhkəmə iddia tələbini təmin etməsin. Çünki iddiaçı iddia tələbində səmimi deyildir. O iddiaçıdan 6000 manat borca pul götürməmişdir. Məhkəmə öz qətnaməsində iddiaçının iddia tələbini borc müqaviləsi kimi qəbul edib. Lakin bu borc deyil. Sələm puludur. Məhkəmənin istinad etdiyi qanun normaları maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi onun dəlillərinə və iddiaçının qeyri-səmimi ifadəsinə düzgün hüquqi qiymət verməmiş, işin faktiki hallarını araşdırmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarınun izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahat verib bildirmişdir ki, o, iddiaçıdan 6000 manat deyil, 2000 manat borc almışdır. Belə ki, 6000 manat borc alması barədə qəbzə imza etməsinin səbəbi isə iddiaçının ona borc pul verməsindən imtina etməsi olmuşdur. Belə ki, ya gərək qızıl əşyası qoyub borc pul götürməli idi, ya da, 2000 manat borc müqabilində 6000 manat borc alması barədə qəbzə imza etməli idi. Onun isə girov qoymağa qızıl əşyası olmadığından iddiaçının təklifi ilə razılaşmışdır.
13. Məhkəmə kollegiyasınun iclasında iştirak edən Cavabdeh nümayəndəsi vəkil X8 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasınun iclasında iştirak edən İddiaçı izahat verib bildirmişdir ki, cavabdeh ona uşağının xəstə olduğunu bildirirərək ilk dəfə 2000 manat məbləğində borc pul almışdır. Daha sonra faizlə ödəmək şərti ilə 6000 manat pul vermişdir. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, əvvəlki borcuna görə kartdan 1750 manat pul çəkmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan ) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
17. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
Azərbaycan Respublikasınun Mülki Prosessual Məcəlləsi:
18. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinun qanunla qonunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarınun əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 385.1.1. maddi hüquq normalarınun və ya prosessual hüquq normalarınun pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktınun apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışınun hədləri
25. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Hazırkı apelyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinun aktı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinun mövqeyi
29. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-438/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. İşə baxan birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında 2022ci il tarixdə bağlanmış 8000 manat pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə qəbzlə təsdiq olunur ki, həmin pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır.
31. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il 200 manat, daha sonra isə 6000 manat İddiaçı borc pul almış, lakin öhdəliyini vaxtında icra etməmişdir. Cavabdeh iddiaçıdan yalnız 2000 manat borc aldığını, 6000 manatlıq qəbzə iddiaçının təkidi ilə imza etdiyini bildirsə də də iş materialları ilə cavadbehin bu etirazı öz təsdiqini tapmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin “Sübutlar” adlanan 7-ci fəslində əks olunmuş 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi iş üzrə tərəflərin izahatları da sübut hesab olunmaqla, iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hazırkı işin hallarına əsasən isə iddiaçı Cavabdeh ümumilikdə 8000 manat borc pul verdiyini iddia etməklə yanaşı, iddiasının təsdiqi qismində Cavabdeh tərəfindən yazılmasını iddia etdiyi borcun etiraf edilməsinə dair yazılı sübutu məhkəməyə təqdim etmişdir. Həmin yazılı sübutda isə Cavabdeh İddiaçı qarşısında pul öhdəliyinin olması qeyd olunmuşdur.
32. Məhkmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iş materialları ilə tərəflər arasında 2000 manat və 6000 manat borca dair sadə yazılı müqavilə bağlanması işin mübahisəsiz halıdır. Cavabdeh həmin pulun 2000 manatını sələmə götürdüyünü, qalan 6000 manatını isə pulu almadan imza etdiyini qeyd etsə də, həmin halları təsdiqləyəcək sübutları məhkəməyə təsdim edə bilməmişdir. Həmçinin iddiaçı cavabdehin 8000 manat pulu qaytarmadığını qeyd etsə də, “Azərbaycan Beynaxalq Bank” tərəfindən verilmiş video-foto görüntülərlə müəyyən olunmuşdur ki, iddiaçı özü cavabdehin arvadı X3 məxsus 5167-5111-0117-1449 saylı plastik kartdan 1750 manat pul götürmüşdür.
33. Məhkəmə kollegiyasi apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsində iddianın təmin edilməsinin qeyd edildiyini, lakin iddia tələbi 8000 manat olduğu halda 6250 manat təmin edilməsi hissəsi ilə bağlı qeyd edir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-438/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə iddiaçının 1750 manat kartdan pul çıxarmasını qeyd etmiş və bu səbəbdən cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş hissə 6250 manat qaldığını qeyd etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, qətnamənin qət etdi hissəsində iddianın təmin edilməsi texniki səhv nəticəsində qeyd edilmişdir.
34. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin 2(076)-438/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasınun MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi :
Şəmkir Rayon Məhkəməsinin 2(076)-438/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-438/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.