Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1719/2023 11.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Göygöl Rayon Мəhkəməsinin 2(066)-600/23 saylı mülki iş üzrə 03 may 2023-cü il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qət etdi: İşin halları
1. İş materiallarında olan, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 00905439 nömrəli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh İMEİ kodu **********95671 olan Samsung galaxy A 30 markalı telefon nisyə qaydad satılmışdır.
2. İş materiallarında olan həmin müqaviləyə əlavədən görünür ki, Cavabdeh nisyə satılmış İMEİ kodu **********95671 olan Samsung galaxy A 30 markalı telefona görə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 12 ay ərzində hər ayın sonunda ayda 32 manat olmaqla, cəmi 614 manat pul ödənilməsi nəzərdə tutulmuşdur.
3. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 22 fevral 2023-cü il tarixli maliyyə arayışı və ödəniş cədvəlindən görünür ki, Cavabdeh həmin müqavilə üzrə hazırda"xxxx" MMC-yə 277 manat borcu vardır.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “kredit borcu " tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən GOODRAM MİCROSD, İMEİ kodu **********95671 olan SAMSUNG GALAXY A30 markalı telefon üçün 252 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olaraq 25 manat cərimə, ümumilikdə, 277 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC-ilə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən GOODRAM MİCROSD İMEİ kodu **********95671 olan SAMSUNG GALAXY A30 markalı telefon almış və nəticədə 277 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 614 manat ( 12 ay x 32 manat +230 manat ilkin ödəniş) olan GOODRAM MİCROSD, İMEİ kodu **********95671 olan SAMSUNG GALAXY A30 üçün 252 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olaraq 25 manat cərimə pulu borcu olmaqla, ümumilikdə, 277 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 362 manat təşki edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödənilir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almış, lakin, müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.
6. Göygöl Rayon Мəhkəməsinin 2(066)-600/23 saylı mülki iş üzrə 03 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Q.Abbasov) iddia təmin edilmiş, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən GOODRAM MİCROSD, İMEİ kodu **********95671 olan SAMSUNG GALAXY A30 markalı telefon üçün 252 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olaraq 25 manat cərimə olmaqla, cəmi 277 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
7. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Göygöl Rayon Мəhkəməsinin 2(066)-600/23 saylı mülki iş üzrə 03 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və borcun silinməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri və proses iştirakçılarının izahatları
8. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, o, 2-ci Qarabağ Müharibəsində könüllü iştirak etmiş, 4 rayonun azad edilməsinə görə medallarla təltif olunmuşdur. Müharibədən sonra səhhətində problemlər yarandığıdan heç bir yerdə işləmir. Ona görə də hesab edir ki, onun "xxxx" MMC-yə olan borcu silinməlidir.
9. Məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxmışdır.
Tətbiq edilməli olan maddi hüquq normaları
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
14. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
15. Maddə 445.2.2. İcra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
16. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
17. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
Prosessual hüquq normaları
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
21. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
24. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollеgiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, işin məhkəmədə müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixli 00905439 nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh GOODRAM MİCROSD, İMEİ kodu **********95671 olan SAMSUNG GALAXY A30 markalı telefon almışdır. Cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən cəmiyyətə 252 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olaraq 25 manat cərimə olmaqla, cəmi 277 manat borcu yaranmışdır. Ona görə də məhkəmə iddia tələbini təmin etmişdir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri onu nisyə alqı satqı müqaviləsi əsasında "xxxx" MMC-dən aldığı telefonun dəyərini və müqavilənin lazımınca icra edilməməsi ilə bağlı hesablanmış cərimənin ödənilməsindən azad etmir. Buna görə də, məhkəmə kollegiyası iddia edilən borcun cavabdehdən tutulması tələbini əsaslı hesab edir.
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Мəhkəməsinin 2(066)-600/23 saylı mülki iş üzrə 03 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Hazırki mülki iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Мəhkəməsinin 2(066)-600/23 saylı mülki iş üzrə 03 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qtnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.