Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1721/2025 04.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-3132/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü ƏY Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 300 manat əsas, 15 manat faiz, 43,5 manat verilmiş kredit üzrə xidmət haqqı və 181,5 manat cərimə olmaqla, ümumilikdə 540 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-3132/2025 saylı, xx.xx.2025-ci il tarixli (hakim Xədicə Səfərli) qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 300 (üç yüz) manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-3132/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı ASC tərəfindən apellyasiya şikayəti verilərək Gəncə şəhər Məhkəməsinin e-2(125)-3132/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia ərizəsini təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh www.manato.az saytı vasitəsilə bağladığı xx.xx.2023-cü il tarixli, **********002 saylı mikrokredit müqaviləsinə əsasən "xxxx" BOKT MMC-dən borcalanın sorğusu əsasında şəxsi məqsədləri üçün 30 gün müddətinə illik 60.85% ödəmək şərtilə 300 AZN məbləğində kredit götürmüşdür. "xxxx" BOKT MMC tərəfindən həmin mikrokredit müqaviləsi üzrə tələb hüququ xx.xx.2024cü il tarixli 02/24 nömrəli müqavilə əsasında “"xxxx" BOKT MMC-dən İddiaçı ASC-yə güzəşt edilmişdir. Cavabdeh müqavilə üzrə öhədliklərini lazımınca icra etmədiyindən İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 300 manat əsas borc, 15 manat faiz, 43,50 manat verilmiş kredit üzrə xidmət haqqı və 181,50 manat cərimə borcu olmaqla, cəmi 540 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhər Məhkəməsinin e-2(125)-3132/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 300 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul məbləğinin tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Borclu Cavabdeh xx.xx.2025-ci il tarixində xx.xx.2023-cü il tarixli, **********002 saylı mikrokredit müqaviləsi üzrə 540 manat borcunu tam ödəmişdir və hal-hazırda borcu bağlıdır (hesabdan çıxarış qoşmada təqdim edilir). Lakin buna baxmayaraq, qəbul edilmiş qətnamə qanunsuz və əsassız olduğundan qətnamədən şikayət hüququndan istifadə etməyi zəruri hesab edirlər. Qətnamə qəbul edilərkən cavabdehin müqavilə şərtləriylə razılaşmasını əks etdirən iradə ifadəsi müəyyən olunmadığından, müqavilə şərtlərinə istinad edilərək tələb edilən 15 manat faiz, 43,5 manat verilmiş kredit üzrə xidmət haqqı və 181,5 manat cərimə borcunun əsassız olduğu, bu səbəbdən iddi tələbinin o hissədə təmin edilməməli olduğu qeyd edilmişdir. Bununla bağlı qeyd edirik ki, borclu tərəfindən kredit borcu www.manato.az saytı vasitəsilə kredit müqaviləsi bağlanmaqla götürülmüşdür, buna görə də borc məbləğinin əsaslandığı kredit müqaviləsi tərəflərin yazılı imzası olmadan, elektron qaydada bağlanmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, **********002 saylı mikrokredit müqaviləsinin sonuncu səhifəsində tərəflərin imza və rekvizitləri hissəsində borcluya aid qrafada imza yerində 4 rəqəməli kod yazılmışdır. "xxxx" BOKT MMC-dən aldığımız məlumata əsasən, həmin kod borclunun mobil nömrəsinə SMS vasitəsilə göndərilmiş OTP kodudur. Ümumi klassik bank təcrübəsinə əsasən, onlayn kredit götürülərkən kredit müqaviləsi yalnız OTP kodu borclu tərəfindən təsdiq olunduqdan və sistemə qeyd edildikdən sonra bağlanmış sayılır və kredit məbləği rəsmiləşdirilir. Yəni, kredit müqaviləsində borclunun imzası olaraq qeyd edilən 4 rəqəmli OTP kodu borclu tərəfindən təsdiq edildikdən sonra həmin hissəyə yazılır. Nəticə olaraq, bu kodu təsdiq edərək borclu kredit müqaviləsinin şərtləri ilə razılaşmış və kredit məbləği ona əsasən verilmişdir. Bununla yanaşı, cavabdehin borcunu tam şəkildə ödəməsi də kredit müqaviləsi bağladığını və ona aid ödəməli olduğu bütün məbləğləri qəbul etdiyini bir daha təsdiq edir. Qeyd edirik ki, məhkəmə tərəfindən iddia ərizəsi araşdırılmalı hallar olmasına baxmayaraq qanunun tələbinə əsasən 5 gün ərzində geri qaytarılmamış, sonradan isə mülki işə sadələşdirilmiş qaydada baxılmış, araşdırılmalı məsələ olmasına baxmayaraq iddia icraatına keçirilməmişdir. Bu səbəbdən tərəfimizdən mülki işə birinci instansiya qaydasında baxılarkən mübahisələndirilən məsələ ilə bağlı müdafiə həyata keçirilə bilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(104)-1721/2025 saylı qərardadı ilə şikayət mümkün hesab edilmiş və yazılı icraat qaydasında baxılması üçün təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(104)-1721/2025 saylı qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-3132/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı ASC tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır. İddiaçı ASC “Elektron Məhkəmə” İnformasiya Sistemində olan elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq, bildirmişdir ki, 2(104)-1721/2025 nömrəli mülki iş üzrə mübahisə məbləğləri arasında fərqin az olduğunu nəzərə alaraq apellyasiya şikayətindən imtina vermək qərarı almışlar, AR MPM-in 369.4-cü maddəsinə əsasən, mülki iş üzrə apellyasiya icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və ərizəni araşdıraraq hesab edir ki, İddiaçı ASC-nin apellyasiya şikayətindən imtinası qəbul edilməli və şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, iş üzrə apellyasiya şikayətindən imtina ərizəsi “Elektron Məhkəmə” İnformasiya Sistemində olan elektron kabinet vasitəsi ilə İddiaçı ASC tərəfindən məhkəmə kollegiyasına ünvanlanmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya şikayətindən imtinanın məhkəmə kollegiyası tərəfindən qəbul edilməsinə heç bir mane olan hal yoxdur. Buna görə də, iddiaçının apellyasiya şikayətindən imtina etməsi qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cı maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 264, 369, 396, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı ASC-nin Gəncə Şəhər Məhkəməsinin 2(125)-3132/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin. İddiaçı ASC-yə münasibətdə apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardadan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1721/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1721/2025
04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver