Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1725/2023 04.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-3336/2016 nömrəli qərardadından cavabdeh Borclu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ağdam Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(013)-3336/2016 saylı məhkəmə əmri ilə İddiaçı QSC-nin borclular X2, X3 və Borclu qarşı pul tələbi təmin edilmişdir. Borclu qeyd edilən məhkəmə əmrinə xx.xx.2023-cü ildə etiraz vermişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-3336/2016 nömrəli qərardadı ilə Borclu həmin məhkəmənin xx.xx.2016-cı il tarixli 2(013)-3336/2016 saylı məhkəmə əmrinə verdiyi etirazın geri qaytarılması qət edilmişdir. Borclu həmin qərardaddan şikayət verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(013)-3336/2016 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ağdam Rayon Məhkəməsi etirazın geri qaytarılnası barədə qərardad qəbul edərkən, məhkəmə əmrinə etirazın əsaslarını obyektiv və hərtərəfli araşdırmamış, məhkəmə əmrinin rəsmi qaydada xx.xx.2023-cü il tarixdə alınmasını və etirazla bağlı müddət axımının borclunun məhkəmə əmrini aldığı gündən, yəni xx.xx.2023cü il tarixdən hesablanmalı olmasını nəzərə almamışdır. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-3336/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin cavabdeh tərəfindən məhkəmə kollegiyasına izahat və etiraz göndərilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)- 3336/2016 nömrəli dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi şikayəti təmin etməyərək gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, Borclu etiraz vermək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərdə tutulmuş 10 gün müddəti ötürmüşdür. Borclu məhkəmə əmrinə etiraz verərkən müddətin bərpa olunmasına dair vəsatət verməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsini qanuni sayır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli 2(013)-3336/2016 saylı məhkəmə əmrinin surəti xx.xx.2016-cı ildə tələbkara və borclulara, o cümlədən Borclu göndərilmiş, məhkəmə əmrinə etiraz verilmədiyindən onun surəti icra edilməsi üçün xx.xx.2016-cı ildə Bakı şəhəri Suraxanı Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. xx.xx.2016-cı ildə icra məmuru icraata başlamaq haqqında qərar qəbul etmişdir. İşə əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli 153081/16-18-11 saylı məktubundan görünür ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(013)-3336/2016 saylı məhkəmə əmrinin icrasının təmin edilməsi üçün Borclu bildiriş göndərilmişdir. Borclular tərəfindən könüllü müddətdə icra sənədi icra edilmədiyindən, adlarına aidiyyəti orqanlara sorğular verilmişdir. Baş Dövlət Yol Polis İdarəsindən əldə edilmiş sorğunun cavabından müəyyən olunmuşdur ki, Borclu adına Mercedes E 240 minik markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdan keçir. İcra sənədi üzrə tələbkar xx.xx.2016-cı ildə Borclu mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması məqsədi ilə şöbəyə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 8(010)-67/2017 saylı qərardadı ilə sözügedən avtomobilin üzərinə həbs qoyulmuşdur. xx.xx.2019-cu ildə icra sənədi üzrə tələbkar şöbəyə məktubla müraciət edərək borclu tərəfindən icra sənədinin icra edilmədiyini əsas götürərək eyni zamanda Borclu 3 nömrəli X1 MMC-də işlədiyi səbəbindən tələbin onun əmək haqqısına yönəldilməsini xahiş etmişdir. xx.xx.2019-cu ildə tələb Borclu əmək haqqısına yönəldilmişdir. xx.xx.2023-cü ildə borclu X2 şğbəyə dəvət olunaraq, icra sənədinin mahiyyəti və tələbi izaha olunmuş, xx.xx.2023-cü ildə tələb təkrarən Borclu əmək haqqısına yönəldilmişdir. Göründüyü kimi, Borclu məhkəmə əmrinin surətini alaraq sözügedən qərardan məlumatlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən, borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci hissəsinin 3-cü bəndində qeyd olunmuşdur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsi «Ryabıx Rusiya Federasiyasına qarşı» 24 iyul 2003-cü il tarixli (şikayət № 52854/99) qərarında qeyd etmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir və həmin prinsip məhkəmə tərəfindən qəbul olunmuş sonuncu qərarın mübahisələndirilməsinə yol vermir («Brumaresku Rumıniyaya qarşı» 28 oktyabr 1999-cu il 61-ci paraqfar). Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində qeyd olunduğu kimi hər bir şəxs özünün hüquq və vəzifələrinin məhkəmədə mübahisələndirilməsi hüququna malikdir. Bu qayda məhkəmə araşdırması hüququnu özündə ehtiva edir. Bu hüquq illyuziya olardı, əgər razılığa gələn tərəflərin hüquq sistemində qanuni qüvvəsini almış məhkəmə qərarının məcburi qüvvəsi bir tərəfin mənafeyinə ziyan vurmuş olmasın. 6-cı maddənin 1-ci bəndində qeyd olunmuş tərəflərə verilmiş ədalətli, aşkar və təxirəsalınmaz məhkəmə prosesi hüququnu məhkəmə qərarının icra olunmaması hüququndan ayrılıqda təsəvvür etmək mümkün deyildir. 6-cı maddənin məzmununda yalnız ədalət mühakiməsinə müraciət etmə və məhkəmə baxışı prosesi nəzərdə tutulmuş olsaydı, onda hüququn aliliyi prinsipi pozulmuş olardı, halbuki həmin prinsiplər konvensiyanı ratifikasiya etmiş tərəflər razılaşaraq qeyd edilən qaydaları qorumağı üzərlərinə öhdəlik kimi götürmüşlər («Xornsbi Yunanıstana qarşı» Avropa Məhkəməsinin 19 mart 1997-ci il tarixli qərarı). Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməsi olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İş materialları ilə müəyyən edilir ki, Borclu mübahisələndirilən məhkəmə əmrinin qəbulundan 7 il keçdikdən sonra, həmin əmrə qarşı etiraz etmiş, halbu ki, həmin əmr üzrə icra sənədi üzrə icra hərəkətlərindən məlumatlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də, şikayət təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)- 3336/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157-158, 263-264, 398 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-3336/2016 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1725/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1725/2023
04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver