Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1735/2024 09.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, Ağdam Rayon Məhkəməsinin 2(013)-1092/2024 saylı, 24 iyun 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh **- BC-*** qeydiyyat nişanlı Shagman markalı avtomobil üçün odədiyi 17000 manat məbləğində pulun, **-BC-*** qeydiyyat nişanlı “Shagman” markalı avtomobilin təmir xərcləri üçün "xxxx" ASC-dən kredit müqaviləsi əsasında götürülmüş 21196 manat məbləğində pulun və əldən çıxmış fayda kimi **-BC-*** qeydiyyat nişanlı Shagman markalı avtomobil ilə yük daşıması üçün hər ay (15 ay) qazanılmalı olan 5000 manat məbləğində pulun, cəmi 113196 manat məbləğində pulun və ödənilmiş 404 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, atasının tanıdığı Cavabdeh yük daşımaq məqsədi ilə “Shagman” markalı **-BC-*** qeydiyyat nişanlı avtomobili ilkin ödəniş olaraq 12000 manat ödəməklə, qalan məbləği isə 13 ay ərzində ayda 3000 manat ödəmək şərti ilə satın almışdır. Avtomobili aldıqdan 10 gün sonra avtomobilin mühərrikində və başqa yerlərində bir sıra problemlər yarandığından "xxxx" ASC-dən 15000 manat kredit (qohumunun adına) götürüb avtomobili təmir etdirmişdir. Bundan başqa 7 ay ərzində cavabdehə 5000 manat ödəniş etmişdir. 2022-ci ilin oktyabr ayının sonunda Cavabdeh avtomobili satmaq və satışdan əldə olunan gəlirdən ona olan borcunu geri qaytarmaq məqsədi ilə avtomobili geri almışdır. Həmin vaxtdan etibarən 1 ildir ki, qohumunun adına götürdüyü kreditin ödənişlərini həyata keçirir. Cavabdeh isə avtomobili ondan aldıqdan sonra, güya avtomobili onun nasaz hala saldığını əsas gətirərək, nə avtomobili, nə də, ona ödədiyi pulları geri qaytarmayaacağını bildirdirmiş, eyni zamanda avtomobilin dövlət qeydiyyat nömrəsini dəyişdimiş və o, avtomobilin yeni dövlət qeydiyyat nömrəsini bilmir. Həmçinin, 24 iyun 2024-cü il tarixdə Cavabdeh qarşlıqlı iddia ərizəsi vermiş və həmin ərizədə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı **-BC-*** qeydiyyat nişanlı Shagman markalı avtomobil üçün 7 aylıq istifadəyə görə ödənilməli olan 21000 manat pulun ödənilməmiş 16000 manatını, avtomobilə vurduğu 18000 manat ziyanın, ümümilikdə 34000 manat və 192 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)-1092/2024 saylı, 24 iyun 2024-cü il tarixli qərardadı ilə (hakim Rafiq Məmmədov) Cavabdeh İddiaçı qarşı **-BC-*** qeydiyyat nişanlı Shagman markalı avtomobil üçün 7 aylıq istifadəyə görə ödənilməli olan 21000 manat pulun ödənilməmiş 16000 manatını, avtomobilə vurduğu 18000 manat ziyanın, ümümilikdə 34000 manat və 192 manat dövlət rüsumunun tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsinə əsasən geri qaytarılmışdır. Ağdam Rayon Məhkəməsinin 2(013)-1092/2024 saylı, 24 iyun 2024-cü il tarixli qərardadından narazı qalan Cavabdeh və onun nümayəndəsi Nümayəndə qərardaddan şikayət verərək, Ağdam Rayon Məhkəməsinin 2(013)-1092/2024 saylı, 24 iyun 2024-cü il tarixli qərardadının ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı **-BC- *** qeydiyyat nişanlı Shagman markalı avtomobil üçün 7 aylıq istifadəyə görə ödənilməli olan 21000 manat pulun ödənilməmiş 16000 manatını, avtomobilə vurduğu 18000 manat ziyanın, ümümilikdə 34000 manat və 192 manat dövlət rüsumunun tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılmış və hakim ciddi prossesual pozuntuya yol verərək tərəflərin çəkişmə prinsipini gözləmədən iş üzrə yekun məhkəmə aktını qəbul etmişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)-1092/2024 saylı, 05 iyul 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin 2(013)-1092/2024 saylı, 24 iyun 2024-cü il tarixli qərardadı və həmin qərardadla bağlı, 2(013)-1092/2024 saylı, 05 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gədiyi nəticə ilə razılaşaraq cavabdehin şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarından görünür ki, Cavabdeh ünvanına məhkəmə bildirişi, eyni zaman məhkəmə iclasının vaxtı və yeri barədə AZEMİS vasitəsilə SMS xəbərdarlıq göndərilmişdir. Bundan sonra cavabdeh birinci instansiya məhkəməsinin 24 aprel 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş və iddia ərizəsinin surəti ilə tanış olması barədə izahat vermişdir. Qarşılqılı iddia ərizəsini isə 24 iyun 2024-cü il tarixdə məhkəmə baxış iclası zamanı vermişdir. Beləliklə, cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi verilərkən mülki prosessual qanunvericliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 154.1, 155.2, 398 və 402-ci maddələrini rəhbər tutaraq Qəraraaldı: Şikayət təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 2(013)-1092/2024 saylı, 24 iyun 2024-cü il tarixli qərardadı, həmin qərardadla bağlı, 2(013)-1092/2024 saylı, 05 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1735/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1735/2024
09.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver