Məhkəmə qərarları › İş №2(104)-1752/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1752/2025

13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1752/2025 13.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-1291/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, M Ü ƏY Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh onlardan aldığı xurma məhsuluna görə borclu qaldığı 9050 manat məbləğində pulun və dövlət rüsumuna görə ödədiyim 125 manat olmaqla cəmi 9175 (doqquz min yüz yetmiş beş) manat alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-1291/2025 saylı qətnaməsi ilə (hakim Mahir Niftəliyev) iddia qismən təmin edilərək, Cavabdeh 7550 manat və ödənilmiş dövlət rüsumu əvəzində 95,50 manat – cəmi 7645 (yeddi min altı yüz qırx beş) manat 50 (əlli) qəpiyin alınaraq İddiaçı1 və İddiaçı2 verilməsi, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddiasının qalan – 2024-cü ilin noyabr ayının borcuna görə 180 (yüz səksən) manat, malların soyuducuda saxlanılması üçün 770 (yeddi yüz yetmiş) manat və ödənilmiş dövlət rüsumu əvəzində 29 (iyirmi doqquz) manat 50 (əlli) qəpik tələbinə dair hissəsində rədd edilməsi qət edilmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-1291/2025 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-1291/2025 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı İddiaçı1 “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(013)-1291/2025 saylı qətnaməsinin ləğv edilməsi, mübahisə predmetinin aradan qalxması və tələbin icra olunması səbəbindən işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Həmçinin, apellyasiya icraatı zamanı İddiaçı2 məhkəməyə teleqram ünvanlayaraq Cavabdeh tam qaydada pulu onlara ödədiyini, ona görə də, iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh vəkili Vəkil “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, apellyasiya qaydasında baxılması ərəfəsində müvəkkili – Cavabdeh tərəfindən məhkəmə qətnaməsində göstərilən 7645 manat 50 qəpik məbləğ tam şəkildə İddiaçı1 ödənilmişdir. Ödənişin həyata keçirildiyini iddiaçı tərəf də təsdiq etmişdir. Beləliklə, mübahisə predmeti – borc tələbi faktiki olaraq icra edilmiş, tərəflər arasında hüquqi mübahisə aradan qalxmışdır. Bundan əlavə, iddiaçı tərəf də məhkəməyə ərizə təqdim edərək, qətnamənin ləğv edilməsi və işin icraatına xitam verilməsi xahiş etmişdir. O və nümayəndəsi və vəkili olduğu tərəf qətnamənin ləğv edilməsi və işin icraatına xitam verilməsinə etiraz etmirlər. Bu əsaslarla, Ağdam rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-1291/2025 nömrəli qətnaməsinin ləğv edilməsinə, mübahisə predmetinin aradan qalxması və borcun tam ödənilməsi səbəbindən iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası iş materiallarını və tərəflərin ərizələrini araşdıraraq hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiadan imtina barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. İddiaçıların iddiadan imtina etməsi qanuna zidd deyildir, hər hansı bir şəxsin qanunla qorunan mənafelərini pozmur. Buna görə də, iddiaçının iddiadan imtinası qəbul edilməklə, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiadan imtinası qəbul edilməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)- 1291/2025 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261.0.4, 370, 402, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiadan imtina barədə ərizəsi qəbul edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-1291/2025 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar