Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1768/2025 11.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(044)-484/2011 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası Müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ümumilikdə 1015 (min on beş) ABŞ dolları məbləğində vəsaitin və məhkəmə xərclərinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(044)-484/2011 nömrəli qətnaməsi ilə (hakim Gündüz Şirinov) iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumilikdə 1015 (min on beş) ABŞ dolları məbləğində vəsaitin və 20 manat ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun banka heç bir borcu yoxdur. Belə ki, 2010-cu ildə məhkəmədə işə baxılarkən iddiaçının nümayəndəsi ərizə təqdim edərək, bu halı təsdiqləmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsindən verilmiş apellyasiya şikayəti yoxlanılarkən müəyyən edilmişdir ki, mübahisələndirilən məhkəmə qətnaməsi xx.xx.2011-ci ildə icra olunması üçün Gəncə şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmiş və xx.xx.2011-ci ildə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Apellyator isə qətnamədən 14 il müddət keçdikdən sonra apellyasiya şikayəti vermişdir. Həmçinin, o, şikayətində banka borcunun olmadığını bildirmiş və 2010-cu ildə məhkəmədə işə baxılarkən iddiaçı tərəfin bununla bağlı ərizəsinin olduğunu qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi baxılan iş üzrə apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxan zaman yuxarıda qeyd olunan hallara diqqət yetirməmişdir. Bundan başqa, Məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264, 364, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(044)-484/2011 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinin yoxlanılması üçün mülki iş Gəncə Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1768/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1768/2025
11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver