Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1769/2024 17.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “X49 Kompleksi” MMCnin hüquqi varisi Cavabdeh3 MMC-yə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: hərəkətin qanunsuz hesab edilməsi və pulun tutulması tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X6 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkil) Nümayəndə, cavabdehlər Cavabdeh2, Cavabdeh3 MMC-nin nümayəndəsi X26 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1na, Cavabdeh2 və “X49 Kompleksi” MMC-nin hüquqi varisi Cavabdeh3 MMC-yə qarşı hərəkətin qanunsuz hesab edilməsi və pulun tutulması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin *9 yanvar 2*24-cü il tarixli 2(125)-224/2*24 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 oktyabr 2*24-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X53 İdarəsi tərəfindən verilmiş 21 oktyabr 2*23-cü il tarixli məktubdan görünür ki, “Opel Omega” markalı, 2*-CL-328 dövlət qeydiyyat nişanlı avtomobil 25 avqust 2**8-ci il tarixdən İddiaçı adına qeydiyyata alınmış, 3* oktyabr 2*14-cü il tarixdə qeydiyyatdan çıxmışdır. 3* oktyabr 2*14-cü il tarixdə həmin avtomobil X15 adına rəsmiləşərək sözügedən avtomobilə *6-BE-455 dövlət qeydiyyat nişanı təhkim edilmişdir.
2. Elektron çıxarışdan görünür ki, sahibi İddiaçı olan “Opel Omega” markalı, 2*-CL-328 dövlət qeydiyyat nişanlı avtomobilə dair 2* may 2**8-ci il tarixdən 2* iyun 2**8-ci ilə tarixədək X21; 26 avqust 2**8-ci il tarixdən 26 avqust 2**9-ci il tarixədək Hüseyn Üçsulara; 14 aprel 2**9-cu il tarixdən *7 iyun 2*18-ci il tarixədək Halis Buluta; *2 aprel 2*1*-cu il tarixdən *7 iyun 2*18-ci il tarixədək X31, 3* iyun 2*1*-cu il tarixdən 21 avqust 2*18-ci il tarixədək X9, 19 oktyabr 2*1*-cu il tarixdən 14 aprel 2*14-cü il tarixədək X7, 15 yanvar 2*11-ci il tarixdən *7 iyun 2*18-ci il tarixədək X1*, 1* fevral 2*11-ci il tarixdən *7 iyun 2*18-ci il tarixədək X11, 12 aprel 2*11-ci il tarixdən *5 iyul 2*11-ci il tarixədək Mustafa Öztürkə, 26 iyul 2*11-ci il tarixdən *7 iyun 2*18-ci il tarixədək X13 etibarnamə verilmişdir. Həmin avtomobil 3* oktyabr 2*14-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən X15 adına rəsmiləşdirilmişdir.
3. Etibarnamənin təsdiqlənmiş surətindən görünür ki, *2 yanvar 2*11-ci ildə Cavabdeh2 tərəfindən X1* 15 yanvar 2*11-ci il tarixdən *7 iyun 2*18-ci il tarixədək 2*CL328 dövlət nömrə nişanlı avtomobili idarə etmək, qeydiyatdan çıxarmaq, qeydiyyata salmaq, bağışlamaq, ipoteka qoymaq və bu tapşırığın yerinə yetirilməsiylə əlaqədar ərizə verməyə və digər hərəkətlər etməyə dair səlahiyyətlər verilməsi təsdiq edilmişdir.
4. Etibarnamənin təsdiqlənmiş surətindən görünür ki, 1995-ci ildə buraxılmış 2*CL328 dövlət nömrə nişanlı avtomobilə X16 tərəfindən Ağsu rayonu, Daşdəmirbəyli kənd sakini X11 *7 iyun 2*28-ci il tarixinədək 2*CL328 dövlət nömrə nişanlı avtomobili idarə etmək, qeydiyatdan çıxarmaq, qeydiyyata salmaq, bağışlamaq, ipoteka qoymaq və bu tapşırığın yerinə yetirilməsiylə əlaqədar ərizə verməyə və digər hərəkətlər etməyə dair səlahiyyətlər verilməsi təsdiq edilmişdir.
5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X53 İdarəsi tərəfindən verilmiş *8 iyun 2*17-ci il tarixli məktuba əlavə edilmiş və mübahisəli avtomobilin 3* oktyabr 2*14-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən X15 adına rəsmiləşdirilməsinə əsas olan sənədlərin surətlərindən görünür ki, 26 iyul 2*11-ci il tarixdə İddiaçı adından X4 Rəfail Adil oğlunun adına nəqliyyat vasitəsini idarə etmək, qeydiyatdan çıxarmaq, qeydiyyata salmaq, bağışlamaq, ipoteka qoymaq və bu tapşırığın yerinə yetirilməsiylə əlaqədar ərizə verməyə və digər hərəkətlər etməyə etibarnamə vermiş; 3* oktyabr 2*14-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı tərəfdən mübahisəli avtomobil X22 32** manata satılmışdır.
6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X53 İdarəsi tərəfindən verilmiş *7 noyabr 2*23-ci il tarixli arayışa əsasən, “Opel Omega” markalı, 2*-CL- 328 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyatdadır. Gəncə şəhəri 2 saylı notariat kontoru tərəfindən *7 iyun 2**8-ci il tarixdən Cavabdeh2 adına verilmiş etibarnamə 24 iyun 2**9-cu ildə ləğv edilmişdir.
7. “X51 Kompleksi” MMC-nin təsisçilərinin 27 aprel 2*15-ci il tarixli qərarı ilə “X51 Kompleksi” MMC "xxxx" MMC-yə qoşulmuş, qoşulma dövlət qeydiyyatına alındığı tarixdən “X51 Kompleksi” MMC-nin fəaliyyətinə xitam verilərək (ləğv edilərək) təhvil aktı üzrə bütün hüquq və vəzifələri "xxxx" MMC-yə keçməsi qərara alınmışdır.
8. Cavabdeh3 MMC-nin yeganə təsisçinin 25 avqust 2*22-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin ayrılma şəklində yenidən təşkili nəticəsində yeni Cavabdeh3 MMC təsis edilməsi və nizamnaməsinin təsdiq edilməsi qərara alınmışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər Cavabdeh1na, Cavabdeh2 və “X49 Kompleksi” MMCnin hüquqi varisi Cavabdeh3 MMC-yə qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus, “Opel Omega” markalı, 2*-CL-328 dövlət qeydiyyat nişanlı avtomobilin, “X49 Kompleksi” şirkəti tərəfindən, Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 23A/5, mənzil 22-də yaşayan Cavabdeh2 tərəfindən, Gəncə Şəhər 2 saylı Dövlət Notariat Kontorunun məsuliyyətsizliyi sayəsində özgəninkiləşdirilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsinə, “Opel Omega” markalı, 2*-CL-328 dövlət qeydiyyat nişanlı avtomobilin razılaşdırılmış satış qiyməti olan pulun, 8*** ABŞ dollarının müştərək olaraq “X49 Kompleksi” şirkətinin hüquqi varisi Cavabdeh3ndən, Cavabdeh2, Gəncə Şəhər 2 saylı Dövlət Notariat Kontorundan onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. 1*. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, 2**8-ci ilin iyun ayının əvvəllərində gürcü millətindən olan tanışı X33 avtomobilini satmaq istədiyini bildiyindən gəlib ona bildirmişdir ki, Sumqayıt və Bakı şəhərlərində fəaliyyət göstərən, rəhbəri əslən Gəncə şəhərindən olan X29 “X49 Kompleksi” şirkətinin minik avtomobilinə ehtiyacı olduğundan almaq istəyirlər və avtomobilini onlara satmasını ona təklilf etmişdir. Avtomobilin qiymətini 8*** ABŞ dollarına razılaşmışlar və “Opel Omega” markalı, 2*-CL-328 dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh2, *7 iyun 2**8-ci il tarixində, Gəncə şəhəri 2 saylı Dövlət Notariat Kontorunda 7E 5855 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş, 1* illik, *7 iyun 2*18ci il tarixədək qüvvədə olmaqla etibarnamə vermişdir. Lakin müəyyən müddət keçməsinə baxmayaraq, “X49 Kompleksi” şirkəti onun pullarını verməmişdir. Həmçinin ona məlum olmuşdur ki, avtomobili müxtəlif, tanımadığı şəxslər də idarə edirlər. Ona görədə Cavabdeh2 vermiş olduğu etibarnaməni, Gəncə Şəhər 2 saylı Dövlət Notariat Kontorunda, 24 iyun 2**9-cu il tarixində ləğv etdirmiş və 24 iyun 2**9-cu il tarixli 194 nömrəli məktub verilmişdir. Həmin məktubu, avtomobilin özgəninkiləşdirilməməsi üçün AR DİN-nin Gəncə rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinə təqdim etmişdir. “X49 Kompleksi” şirkəti onun pulunu ödəməmişdir. Bundan sonra, AR DİN BDYPİ-dən ona, “Opel Omega” markalı, 2*- CL-328 dövlət qeydiyyat nişanlı avtomobilin onun adına olmasına dair, həmçinin, Gəncə şəhəri 2 saylı Dövlət notariat kontorunda, *7 iyun 2**8-ci il tarixindən Cavabdeh2 adına verilmiş etibarnaməni 24 iyun 2**9-cu il tarixində ləğv etdirməyinə dair *4 dekabr 2**9-cu il tarixli, 15/9-1829 nömrəli arayış verilmişdir. Verilmiş arayış əsasında *7 iyun 2**8-ci il tarixindən Cavabdeh2 adına verilmiş etibarnaməni 24 iyun 2**9-cu il tarixində ləğv etdirmişdirsə, sonuncu, avtomobillə bağlı hər hansı bir sərəncam verə bilməz və özünə qaytarmalıdır. Xeyli ərizə və şikayətlərindən sonra məlum olmuşdur ki, Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 23A/5, mənzil 22-də yaşayan Cavabdeh2, ona məxsus “Opel Omega” markalı, 2*-CL-328 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Sumqayıt şəhəri, 2-ci mkr, ev 1 1/6, mənzil 4-də yaşayan X1*, Sumqayıt şəhəri 2 saylı Dövlət notariat kontorunda, 15 yanvar 2*11-ci il tarixində, 7E-13* nömrəli reyestrlə qeydiyyatdan keçmiş etibarnamə vermişdir. Sumqayıt şəhəri, 2-ci mkr, ev 11/6, mənzil 4-də yaşayan X16, Qubadlı rayon Dövlət Notariat X2, 1* fevral 2*11-ci il tarixində, 7E-1394 nömrəli reyestrlə qeydiyyatdan keçmiş etibarnamə vermişdir. Sonra, X17, Ağsu rayon Dövlət Notariat kontorunda, X13 26 iyul 2*11-ci il tarixində 7E-628 nömrəli reyestrlə qeydiyyatdan keçmiş etibarnamə vermişdir. Daha sonra isə, X23, avtomobili ünvan 1 ünvanda yaşayan X5, “Opel Omega” markalı avtomobilə *6-BE-455 dövlət qeydiyyat nişanı verilmişdir. Ona məxsus avtomobil qanunsuz sənədlər əsasında əlindən alınmış, özgəninkiləşdirilmiş maddi ziyan vurulmuşdur. Müvafiq orqan və təşkilatlara müraciət etmiş və Gəncə Şəhər prokurorunun köməkçisi X28, *8 oktyabr 2*16-cı il tarixli, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı qəbul etmişdir. Həmin qərara əsasən X3*, ona məxsus “Opel Omega” markalı, 2*-CL-328 dövlət qeydiyyat nişanlı avtomobilə dair, Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 23A/5, mənzil 22-də yaşayan Cavabdeh2, *7 iyun 2**8-ci il tarixində, Gəncə şəhəri 2 saylı Dövlət Notariat Kontorunda 7E 5855 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş, 1* illik, *7 iyun 2*18-ci ilədək qüvvədə olmaqla Etibarnamə vermişdir. 24 iyun 2**9-cu il tarixində, Sumqayıt şəhər sakini, Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 23A/5, mənzil 22-də yaşayan Cavabdeh2 vermiş olduğu etibarnaməni, Gəncə Şəhər 2 saylı Dövlət Notariat Kontorunda ləğv etdirmişdir. Bununla bağlı ona, DYP-yə verilməsi üçün 24 iyun 2**9-cu il tarixli 194 nömrəli məktub verilmişdir. Lakin, notariat elektron məlumat bazasında notariat kontorunun aparıcı mütəxəssisi Esmira Tağıyeva etibarnaməni ləğv etdikdən sonra diqqətsizliyindən sistemə bir daha daxil olmamış və etibarnamənin ləğv olub-olmadığını yoxlamamışdır. Sonradan məlum olmuşdur ki, həmin etibarnamənin məlumat bazasına ötürülməsi və ya ləğv edilməsi zamanı iştirakçılar barədə məlumat bazadan pozulmuş və ləğv qeydi aparılmamışdır. Həmin etibarnamənin elektron məlumat bazasında yerləşdirilməməsi Gəncə Şəhər 2 saylı Dövlət Notariat Kontorunun aparıcı mütəxəssisi Esmira Tağıyevanın diqqətsizliyindən baş vermiş, onun tərəfindən qəsdən edilməmişdir. Etibarnamənin ləğv edilməsinə dair məlumatın elektron məlumat bazasında qeydə alanmamasını bilməmiş, əgər məlumatın elektron bazaya yerləşdirilmədiyindən məlumatı olsaydı bu barədə tədbir görərək məlumatın bazaya ötürülməsini təmin edərdi. Bakı şəhərində "xxxx" Şirkətinin anbarından həmin avtomobili götürməsi barədə rəhbərlik tərəfindən ona göstəriş verilmişdir, Cavabdeh2, avtomobili götürüb xidməti işlər üçün istifadə etmişdir. Sonradan, rəhbərliyin göstərişi ilə həmin avtomobilin idarə edilməsi üçün, avtomobilə dair müxtəlif işçilərə etibarnamələr vermişdir. Bir müddət sonra avtomobildə müxtəlif nasazlıqlar yarandığından, əlavə xərclər tələb olunduğundan, şirkətin rəhbərliyi tərəfindən avtomobilin satılmasına qərar verilmiş və ona məxsus, Opel Omega” markalı, 2*-CL-328 dövlət qeydiyyat nişanlı avtomobil, 15 yanvar 2*11-ci il tarixində X14 adlı şəxsə satılmış və avtomobilin satışından əldə olunun vəsait şirkətin kassasına mədaxil edilmişdir. Cavabdeh2 bildirmişdir ki, X24 tanımır, Qabil Musazadə onun adına etibarnaməni onun iştirakı olmadan vermiş və onun iştirakı olmadan ləğv etdirmişdir. Avtomobil, "xxxx" şirkətinə xidməti istifadə üçün alındığından, həmin avtomobilin hansı qaydada və kim tərəfindən şirkətə alınmasından heç bir məlumatı olmamış və həmin alqı-satqıda iştirak etməmiş, Qabil Musazadəyə həmin avtomaşına görə hansı məbləğdə pul ödənilməsini bilmir. Cinayət işi başlanması rədd edildiyindən mübahisə mülki qaydada həll olunmalıdır. “
11. Gəncə Şəhər Məhkəməsinin *9 yanvar 2*24-cü il tarixli 2(125)-224/2*24 nömrəli qərardadı ilə (hakim X.Səfərli) İddiaçı cavabdehlər Cavabdeh1na, Cavabdeh2 və “X49 Kompleksi” MMC-nin hüquqi varisi Cavabdeh3 MMC-yə qarşı “hərəkətin qanunsuz hesab edilməsi” tələbinə dair hissədə iddia ərizəsi baxılmamış saxlanılmışdır.
12. Gəncə Şəhər Məhkəməsinin *9 yanvar 2*24-cü il tarixli 2(125)-224/2*24 nömrəli qətnaməsi ilə (hakim X.Səfərli) İddiaçı cavabdehlər Cavabdeh1na, Cavabdeh2 və “X49 Kompleksi” MMC-nin hüquqi varisi Cavabdeh3 MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməməsi qət olunmuşdur.
13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 359.1, 36*.1, 362.1, 362.2, 365.2, 366.2, 567, 6**.1, 646.1, 646.2, 647, 65*, 1*91.1 və 1*91.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4, 216-22* və 36*-cı maddələrinə istinad etmişdir.
b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddia tələbində göstərilənlərlə yanaşı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşadırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh “ATS Food" MMC apellyasiya şikayətinə etiraz verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları,
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, 2**8-ci ildə tanımadığı bir nəfər gələrək “X49 Kompleksi” şirkətinin nümayəndəsi olduğunu və maşına baxmaq istədiyini bildirmişdir. Həmin şəxs maşını bəyənmiş, o da 8*** ABŞ dollara satdığını demişdir. Nümayəndə maşını etibarnamə əsasında onlara verilməsini, 2 ay sonra pulu verib alqı-satqı aparılacağıdı demişdir. Ona görə də o, Cavabdeh2 adına etibarnamə vermiş, lakin söz verdikləri müddətdə pulu ödəmədikləri üçün etibarnaməni ləğv etdirmişdir. Etibarnaməni verən zaman Ağakişi Notariusa gəlməmişdir, onun şəxsiyyət vəsiqəsini gürcü vətəndaşı X33 gətirmişdir. Musa-X19 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə da iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirmişdir ki, İddiaçı tanımır. Əvvəllər “X49 Kompleksi” şirkətində işləmişdir. Şirkətin drektoru Aydın Vəliyev olmuşdur. Sonuncu ona maşın aldıqlarını və adına etibarnamə veriləcəyini bildirmişdir. Şikayət olandan sonra müstəntiq gəlmiş və Aydın müəllim bildirmişdir ki, maşını 8***$-a almışdır. Hazırda Aydın müəllim vəfat etmişdir. İddia ərizəsi isə o vəfat etdikdən sonra verilmişdir. 2*. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 MMC-nin nümayəndəsi X4* izahatında bildirmişdir ki, mübahisəli avtomobili “X49 Kompleksi” şirkətinin drektoru X29 8*** ABŞ dollara almış və pulunuda ödəmişdir. Avtomobilşirkətin balansına daxil edilməmişdir. Nümayəndə sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
21. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
22. Maddə 36*.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.
23. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
24. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.
25. Maddə 365.2. Etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir.
26. Maddə 366.2. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir.
27. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
28. Maddə 6**.1 Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
29. Maddə 65*. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. 3*. Maddə 1*91.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
31. Maddə 1*91.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
36. Maddə 384.*.1. apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
37. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 4*. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
41. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı 2**8-ci ilin iyun ayının əvvəllərində gürcü millətindən olan tanışı X33 vastəsilə mülkiyyətində olan “Opel Omega” markalı, 2*-CL-328 dövlət qeydiyyat nişanlı avtomobili “X49 Kompleksi” şirkətinə 8*** ABŞ dollara satdığını və buna dair həmin şirkətin nümayəndəsi Cavabdeh2 *7 iyun 2**8-ci il tarixdə Gəncə şəhəri 2 saylı Dövlət Notariat Kontorunda 7E 5855 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş, 1* illik, yəni *7 iyun 2*18-ci il tarixədək etibarnamə verməsini, müəyyən müddət keçməsinə baxmayaraq, “X49 Kompleksi” şirkəti pulu ödəmədiyini, bu səbəbdən 24 iyun 2**9cu il tarixdə etibarnaməni ləğv etdirməsini, etibarnaməni ləğv etdirsədə, lakin elektron məlumat bazasında bu barədə məlumat yerləşdirilmədiyindən mülkiyyətində olan avtomobil həmin etibarnamə əsasında başqş-başqa şəxslərə satılmasını, nəticədə ona ziyan dəyməsini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etməmişdir.
42. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil.
43. Belə ki, iddia ərizəsindən, eləcədə tərəflərin izahatlarından müəyyən etmək olur ki, iddiaçının mülkiyyətində olmuş “Opel Omega” markalı, 2*-CL-328 dövlət qeydiyyat nişanlı avtomobil 2**8-ci ildə iddiaçının tanışı X33 vastəsilə “X49 Kompleksi” şirkətinin rəhbəri vəzifəsində işləyən X3. Göründüyü kimi qeyd olunan avtomobil “X49 Kompleksi” şirkətə deyil, onun drektoru olmuş Aydın Vəliyevə nisyə satılmışdır. İddiaçının deməsinə görə avtomobiliin satışına görə razılaşdırılmış 8*** ABŞ dolları “X49 Kompleksi” hazırkı vaxtadək ödəməmiş, Cavabdeh3 MMC-nin nümayəndəsi isə mübahisəli avtomobilin razılaşdırılmış dəyərinin “X49 Kompleksi” şirkətinin drektoru işləmiş X18 özü tərəfindən ödənildiyini bildirmişdir.
44. Bununla bağlı kollegiya qeyd edir ki, hətda iddiaçının deməsinə görə razılaşdırılmış 8*** ABŞ dolları ödənilmədiyi halda belə “X49 Kompleksi” şirkəti, hazırkı halda Cavabdeh3 MMC buna görə cavabdehlik daşımamalıdır. Çünki işdə olan elektron çıxarışdan da müəyyən etmək olur ki, “Opel Omega” markalı, 2*-CL- 328 dövlət qeydiyyat nişanlı avtomobilə dair hüquqi şəxsin adına etibarnamə verilməmiş, eləcədə avtomobil adına qeydə alınmamış və şirkətin balansına götürülməmişdir. İddiaçı Opel Omega” markalı, 2*-CL-328 dövlət qeydiyyat nişanlı avtomobilin 15 yanvar 2*11-ci il tarixdə X1 əldə olunun vəsaitin də şirkətin kassasına mədaxil edilməsini qeyd etsədə onun bu dəlili da iş materialları ilə təsdiq olunmur, eləcədə o, bu barədə məhkəməyə hər hansı möhtəbər sübut təqdim etməmişdir.
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1. maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.
46. Həmin Məcəllənin 49.4. maddəsinə əsasən hüquqi şəxsin mənafeləri üçün bu Məcəllə ilə müəyyən edilən vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır: hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyrimütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi; hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi; hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini-pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması; hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması; özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi; səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması.
47. Həmin Məcəllənin 52.1. maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir.
48. Həmin Məcəllənin 52.2. maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.
49. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 5*-ci maddəsinə görə isə, özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və ya hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilir. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Göründüyü kimi, prosessual qanunvericilik mülki məhkəmə icraatında tərəflərin dairəsini müəyyən edir. Normanın məzmunundan aydın olur ki, tərəflər işdə iştirak edən şəxslərdir. Bu zaman tərəf ifadəsinin işlədilməsi isə təsadüfi deyildir. Mülki məhkəmə icraatının bu iştirakçılarının bir-biri ilə konkret mübahisəli hüquq münasibəti bağlayır və onlar bu münasibətlərdə bir-birinə qarşı olan maraqlara malikdirlər. Tərəf ifadəsi həm də onu bildirir ki, bu iştirakçıların mübahisəsinə baxılması üzrə məhkəmə icraatında hərəsi bir və ya bir neçə nəfərdən ibarət olmaqla iki qarşı-qarşıya duran tərəf mövcuddur. Tərəflər işdə iştirak edən şəxslər üçün nəzərdə tutulmuş ümumi hüquqlara malikdirlər. Mülki prosesdə tərəflər iddiaçı və cavabdeh adlanır. İddiaçı hüquq və mənafelərinin müdafiəsi üçün məhkəmədə iddia qaldırmış şəxsdir. Cavabdeh isə iddia tələbinin yönəldiyi şəxsdir. O, iddiaçının hüququnu və ya qanuni maraqlarını pozduğu güman edildiyinə, yaxud onun iştirak etdiyi hüquq münasibəti mübahisələndirildiyinə görə prosesə cəlb edilir və tərəf olur. 5*. Digər Cavabdeh2 münasibətdə isə qeyd olunmalıdır ki, sonuncu ilə iddiaçı arasında nisyə (etibarnamə əsasında) avtomobil alqı-satqısı barədə hər hansı sövdələşmə olmamışdır. Hətdə həmin avtomobilə dair Cavabdeh2 adına etibarnamə verilərkən belə sonuncular qarşılaşmamışlar. İddiaçının özünündə deməsinə görə etibarnaməni “X49 Kompleksi” şirkətinin rəhbəri vəzifəsində işləyən X18 deməsinə görə Cavabdeh2 adına vermişdir. Belə olan təqdirdə Cavabdeh2 hazırkı iddia üzrə cavabdehlik daşımır.
51. Yuxarıda qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 1*-1.,372, 384, 392-393 , 4*2 və 4*5 və 4*6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin *9 yanvar 2*24-cü il tarixli 2(125)-224/2*24 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.