Məhkəmə qərarları › İş №2(104)-1775/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1775/2025

25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1775/2025 25.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X2 (sədrlik edən və məruzəçi), X3 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qıznın katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ”kredit borcunun qaytarılması” tələblərinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin e-2(023)-1021/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış ********* №-li 25 dekabr 2014-cü il tarixli il tarixli kredit müqaviləsindən görünür ki, borcverən tərəfindən borcalana 36 ay müddətinə illik 26% dərəcəsi ilə ödəmək şərti ilə 12700 ABŞ dolları məbləğində kredit verilmişdir

2. ********* №-li 25 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə 01 nömrəli Əlavə Sazişdən görünür ki, Qapaqov X1 edilmiş kreditin müddəti xx.xx.2018-cı il tarixədək uzadılmışdır

3. ********* №-li 25 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə 28 aprel 2017-ci il tarixdə 01 nömrəli Əlavə Sazişdən görünür ki, Qapaqov X1 edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır.

4. ********* №-li 25 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsi üzrə 28 aprel 2017- ci il tarixdə 01 nömrəli Əlavə Sazişdən görünür ki, kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 14211.25 ABŞ dolları təşkil etmiş, kreditin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir.

5. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 25 dekabr 2014cü il tarixli müqavilə üzrə xx.xx.2025-ci il tarixə 7.048,33 (yeddi min qırx səkkiz ABŞ dolları 33 sent) ABŞ dollar əsas borc, 1.986,70 (bir min doqquz yüz səksən altı ABŞ dolları 70 sent) ABŞ dollar faiz, və 4.724,55 (dörd min yeddi yüz iyirmi dörd ABŞ dolları 55 sent) ABŞ dollar cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 1.000,58 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 14.760,16 (on dörd min yeddi yüz altmış ABŞ dolları 16 sent) ABŞ dolları borcu vardır

6. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə banka xx.xx.2025-ci il tarixə olan 7.048,33 (yeddi min qırx səkkiz ABŞ dolları 33 sent) ABŞ dollar əsas borc, 1.986,70 (bir min doqquz yüz səksən altı ABŞ dolları 70 sent) ABŞ dollar faiz, və 4.724,55 (dörd min yeddi yüz iyirmi dörd ABŞ dolları 55 sent) ABŞ dollar cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 1.000,58 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 14.760,16 (on dörd min yeddi yüz altmış ABŞ dolları 16 sent) ABŞ dolları borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubları göndərilmişdir

7. Cavabdeh1 və Cavabdeh2 ərizəsindən görünür ki, iddiaçı ona yəni Cavabdeh1 qarşı vermiş olduğu iddia ərizəsi Azərbaycan Respublikasının MPM-nin 373.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddia müddəti ötürülməklə verilmişdir. Bundan başqa iddiaçı bank tərəfindən cavabdeh (zamin) Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun qaytarılmasana dair idda tələbi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477-ci maddəsində nəzərdə tutulan iddia müddəti ötürülməklə verilmişdir. Beləliklə, bank zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddəti ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Ona görə də həmin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, cəmi borcu 14.760,16 (on dörd min yeddi yüz altmış ABŞ dolları 16 sent) ABŞ dolları- bundan 7.048,33 (yeddi min qırx səkkiz ABŞ dolları 33 sent) ABŞ dollarıəsas, 1.986,70 (bir min doqquz yüz səksən altı ABŞ dolları 70 sent) ABŞ dollarıfaiz, 4.724,55 (dörd min yeddi yüz iyirmi dörd ABŞ dolları 55 sent) ABŞ dollarıcərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.000,58 (bir min ABŞ dolları 58 sent) ABŞ dollarıfaiz borcu və iş üzrə ödənilmiş 165,28 (bir yüz altmış beş Manat 28 qəpik) Manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış ********* №-li 25 dekabr 2014-cü il tarixli Kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 26 (iyirmi altı) faiz dərəcəsi ilə 12.700 (on iki min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. ********* №-li 25 dekabr 2014-cü il tarixli Kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 12.100,62 (on iki min bir yüz ABŞ dolları 62 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2018-ci il tarixədək təyin olunur. Daha sonra ********* №-li 25 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə 28 aprel 2017-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş İddia tələbi onunla əsaslandırılmışdır ki İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış ********* №-li 25 dekabr 2014-cü il tarixli Kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 26 (iyirmi altı) faiz dərəcəsi ilə 12.700 (on iki min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. ********* №-li 25 dekabr 2014-cü il tarixli Kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 12.100,62 (on iki min bir yüz ABŞ dolları 62 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2018ci il tarixədək təyin olunur. Daha sonra ********* №-li 25 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə 28 aprel 2017-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 14.211,25 (on dörd min iki yüz on bir ABŞ dolları 25 sent) ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 10.551,71 (on min beş yüz əlli bir ABŞ dolları 71 sent) ABŞ dolları əsas borc, 3.354,7 (üç min üç yüz əlli dörd ABŞ dolları 7 sent) ABŞ dolları faiz borcu və 304,84 (üç yüz dörd ABŞ dolları 84 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022- ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-Q-41-2440/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. xx.xx.2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 14.760,16 (on dörd min yeddi yüz altmışABŞ dolları 16 sent) ABŞ dolları təşkil edir. Bundan 7.048,33 (yeddi min qırx səkkiz ABŞ dolları 33 sent) ABŞ dolları əsas, 1.986,70 (bir min doqquz yüz səksən altı ABŞ dolları 70 sent) ABŞ dolları faiz, 4.724,55 (dörd min yeddi yüz iyirmi dörd ABŞ dolları 55 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.000,58 (bir min ABŞ dolları 58 sent) ABŞ dolları faiz borcu təşkil edir

10. Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(023)-1021/2025 saylı qətnaməsi ilə (hakim Elçin Mansırov) iddia qismən təmin edilmiş, Cavabdeh1 ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borcun əvəzi qismində 7.048,33 (yeddi min qırx səkkiz ABŞ dolları 33 sent) ABŞ dolları əsas, 1.986,70 (bir min doqquz yüz səksən altı ABŞ dolları 70 sent) ABŞ dolları faiz, 1 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.000,58 (bir min ABŞ dolları 58 sent) ABŞ dolları məbləğində pul vəsaiti, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 141,20 manat məbləğində pul vəsaitinin tutulması, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, sadalanan qanunvericilik normalarına və Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehə borcunu ödəməsini xatırlatmasına baxmayaraq, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə Cavabdeh1 iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə qiymət verərək hesab edir ki, iddia müddətinin tətbiqi barədə ərizə əsassızdır. Belə ki, işin hallarından görünür ki, kredit müqaviləsi üzrə son öhdəliyin icrası vaxtı xx.xx.2022-ci il tarixdir. Həmin tarixdən 3 illik iddia müddətini hesablayan zaman həmin müddətin sonuncu günü xx.xx.2025-ci il tarixə düşür, lakin iddiaçı təşkilat isə məhkəməyə həmin tarix bitməmişdən əvvəl xx.xx.2025-ci il tarixdə müraciət edərək iddia müddətini ötürməmişdir. Məhkəmə, eyni zamanda iddia tələbinin digər Cavabdeh2 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, kreditor zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, yəni müqavilə müddətinin başa çatdığı xx.xx.2022-ci il tarixdən ən geci bir il ərzində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də kreditorun zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddət ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə cavabdeh zamin Cavabdeh2 aid hissədə iddia rədd olunmalıdır. Məhkəmə həmçinin nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 4.724,55 (dörd min yeddi yüz iyirmi dörd ABŞ dolları 55 sent) ABŞ dolları cərimə, məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 1 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 7.048,33 (yeddi min qırx səkkiz ABŞ dolları 33 sent) ABŞ dolları əsas borc, 1.986,70 (bir min doqquz yüz səksən altı ABŞ dolları 70 sent) ABŞ dolları faiz borcu və 1 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 1.000,58 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 10037.61 ABŞ dolları məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən cavabdehdən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 165,28 manat dövlət rüsumunun 141,20 manatı iddiaçının xeyrinə tutulmalıdır.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2, 377.1, 385.1, 442, 448.1, 739.1, 739.2, 470.1, 477.0.4, -ci maddələrinə, istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

13. Qazax Rayon Məhkəməsinin e-2(023)-1021/2025 saylı, xx.xx.2025--ci il tarixli qətnaməsindən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(023)-1021/2021 saylı qətnaməsi ləğv edərək, iddia müddətini tətbiq edilməklə iddia tələbinin tam olaraq rədd edilməsi və ya Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanının 8.9-cu maddəsi tətbiq edilərək, 1.986,70 (bir min doqquz yüzsəksən altı ABŞ dolları 70 sent) ABŞ dolları faiz, 1 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.000,58 (bir min ABŞ dolları 58 sent) ABŞ dolları məbləğində pul vəsaitinin silinməsi, əsas borc olaraq 7.048,33 (yeddi min qırx səkkiz ABŞ dolları 33 sent) ABŞ dolları pulun fərmana düşən gün kompensasiya olunan məbləğdə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qazax Rayon Məhkəməsinin 13 iyun 2025-ci il, e-2(023)-1021/2025 qətnaməsi ona 25 iyun 2025-ci il tarixdə poçt vasitəsi ilə təqdim edilmişdir. Bundan başqa asan imza ilə sistemə daxil olan zaman məhkəmə qətnaməsinin tam forması 19 iyun 2025-ci il tarixdə imzalansa da, məktubda tarix formal olaraq dəyişdirilmişdir. Müqavilənin məzmunundan görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən restrukzasiya şərtlərində müddət xx.xx.2022-ci il tarixədək qeyd edilmişdir. Bu onu göstərir ki, müqavilənin bitmə tarixi xx.xx.2022-ci ildir. Bizim tərəfimizdən iddia müddətinin tətbiq edilərək, iddianın rədd edilməsi ərizə ilə tələb edilsə də, işə baxan məhkəmə tərəfindən kredit müqaviləsinin məzmununda qeyd edilən müqavilənin bitmə tarixi düzgün nəzərə alınmamış və qeyd olunan məzmundan kənara çıxılmaqla məhkəmə tərəfindən müqavilənin bitmə tarixi xx.xx.2022-ci il nəzərə alınmışdır. Hansı ki, müqavilədən görünür ki, qeyd olunmuş cümlədə müqavilədə müddət xx.xx.2022-ci il tarixədək qeyd edilmişdir. xx.xx.2022-ci il tarixədək dedikdə xx.xx.2022-ci il saat 24:00 hesab edilir. İddia tələbi isə həmin tarixdən sonra xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Bununla da, qanunla müqavilə üzrə tələblər üzrə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür.

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsində icraat Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, uyğun məzmunlu izahat vermiş, apellyasiya şikayətininin təmin edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin iddiaçının nümayəndəsi məhkəmə kollegiyasına ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: (24 fevral 2023-cü il tarixədək olan redaksiyada)

18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

20. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

21. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

22. Maddə 739.2. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

23. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Hazırkı apellyasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiya məhkəməsi qətnaməsi tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəfin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qazax Rayon Məhkəməsinin e-2(023)-1021/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərhinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddətinin əhəmiyyəti barədə göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət güstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında da göstərmişdir ki, «iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur».

37. İddia müddətlərinə riayət olunmasını aydınlaşdırmaq üçün həmin müddətin başlanğıcının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Həmçinin Konstitusiya Məhkəməsi həmin qərarında daha sonra göstərmişdir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

38. İşin hallarından göründüyü kimi İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında ********* saylı kredit müqaviləsi ilk dəfə 36 ay müddətinə 25 dekabr 2014-cü il tarixdə bağlanmışdır. Daha sonra ********* saylı dekabr 2014-cü il tarixli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə 01 nömrəli Əlavə Saziş ilə Cavabdeh1 restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2018-cı il tarixədək uzadılmışdır. Daha sonra həmin 28 aprel 2017ci il tarixdə 01 nömrəli Əlavə Saziş ilə Cavabdeh1 restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Beləliklə, öhdəliyin son icra tarixi xx.xx.2022-ci il tarixə müəyyən edilmişdir. Belə olan halda iddia müddətinin axımı xx.xx.2022-ci ildən başlamışdır. Mülki Məcəllənin 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Elektron Məhkəmə İnforasiya Sistemindən görünür ki, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iddia ərizəsini Elektron Məhkəmə İnforasiya Sisteminə yerləşdirməklə xx.xx.2025-ci il tarixdə imzalamışdır ki, bununla qanunvericiliklə müəyyən edilmiş müddət ərzində iddia ərizəsini məhkəməyə göndərmişdir.

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 28 aprel 2017-ci il tarixdə 01 nömrəli Əlavə Sazişdə kreditin müddətinin xx.xx.2022-ci il tarixədək uzadılması və bu baxımdan kreditin son icra müddətinin xx.xx.2025-ci il saat 00:00-dək olmasına dair dəlili ilə bağlı qeyd edir ki, iş materiallarında olan və 28 aprel 2017-ci il tarixdə 01 nömrəli Əlavə Saziş üzrə Cavabdeh1 tərəfindən də, imza edilmiş ödəniş qrafikindən də görünür ki, 28 aprel 2017-ci il tarixli 01 nömrəli Əlavə Sazişdə kreditin müddətinin xx.xx.2022-ci il tarixədək uzadılması qeyd edilsə də, ödəniş qrafikində sonuncu ödəniş müddəti xx.xx.2022-ci il tarix qeyd edilmiş və bu da, onu təsdiq edir ki, hər iki tərəf müqavilənin sonuncu günü kimi xx.xx.2022-ci il tarixi qəbul etmişlər. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlinini əsasız hesab edir.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanının 8.9-cu maddəsi tətbiq edilərək, 1.986,70 ABŞ dolları faiz, 1 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.000,58 ABŞ dolları məbləğində pul vəsaitinin silinməsi, əsas borc olaraq 7.048,33 ABŞ dolları pulun fərmana düşən gün kompensasiya olunan məbləğdə apellyatordan tutulması barədə dəlilinə münasibətdə qeyd edir ki, cavabdehin kredit müqaviləsi üzrə borc məbləğinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydalarının 8.2-ci bəndə əsasən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının və bu Qaydanın tətbiqi ilə bağlı kredit təşkilatları və fiziki şəxslər tərəfindən edilmiş müraciətlərə işçi qrupda baxılır. İşçi qrup tərəfindən müraciətlərə baxılması zamanı bu Qaydanın 8.5-ci bəndində göstərilən hallar aşkar olunduqda, müraciət Komissiyaya göndərilir.

41. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilir ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 dekabr 2014-cü il tarixli il tarixli kredit müqaviləsindən görünür ki, borcverən tərəfindən borcalana 36 ay müddətinə illik 26% dərəcəsi ilə ödəmək şərti ilə 12700 ABŞ dolları məbləğində kredit verilmiş, borcalan Cavabdeh1 isə kredit müqaviləsinin bütün şərtləri ilə razılaşmışdır. Sonradan həmin müqavilə tərəflərin arasında bağlanmış əlavə sazişlərlə xx.xx.2022-ci il tarixədək uzadılmışdır.

42. Bundan əlavə, kreditor borcludan gecikdirilmiş vaxt üçün illik beş faiz borcu tələb etməkdə də haqlıdır. Belə ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

44. Hazırkı işin hallarından görünür ki, kreditorla borcalan arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icra müddəti xx.xx.2022-ci il tarixdə başa çatmış, lakin borclu həmin tarixə iddiaçıya qaytarmalı olduğu borcunu ödəməmişdir. Bu halda borcludan gecikdirilmiş vaxt üçün illik beş faiz borcunun tutulması qanuni və əsaslı sayılır.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Qazax Rayon Məhkəməsinin e-2(023)-1021/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin e-2(023)-1021/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar