Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1777/2024 08.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər X1 (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(058)-512/2024 saylı qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh3 Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair məhkəmədə iddia qaldıraraq, İddiaçı ASC-nin xeyrinə 30 dekabr 2019-cu il tarixli 014- 7218773MK301219-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş 2365.26 manat əsas borcun, 1265.77 manat faiz borcunun, 5.08 manat cərimənin və 195.36 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən əsas borca illik 5% hesablanmış faiz borcunun, cəmi 3831.47 manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 58.31 manat pulun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Samux Rayon Məhkəməsinin e-2(058)-512/2024 saylı, xx.xx.2024-cü il tarixli (hakim Tərifə Kərimova) qətnaməsi ilə iddiаnın təmin edilməsi, 30 dekabr 2019-cu il tarixli ***-*******MK301219-01 nömrəli kredit müqaviləsi üzrə 2365.26 manat əsas borc, 1265.77 manat faiz borcu, 5.08 manat cərimə və 195.36 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən əsas borca illik 5% hesablanmış faiz borcu, cəmi 3831.47 manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 58.31 manat məbləğində pul cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməsi qət edilmişdir. Samux Rayon Məhkəməsinin e-2(058)-512/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən narazı qalan Cavabdeh3 tərəfindən аpellyаsiyа şikаyəti verilmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(058)-512/2024 saylı qərardadı ilə Samux Rayon Məhkəməsinin e-2(058)-512/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ötürülməklə verilməsi əsası ilə geri qaytarılmışdır. Bundan sonra Cavabdeh3 Samux Rayon Məhkəməsinin e-2(058)-512/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verməklə yanaşı, eyni zamanda şikayət ilə müraciət edərək, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(058)- 512/2024 saylı qərardadının ləğv edilməsini və qətnamədən verdiyi apellyasiya şikayətinin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, iddiaçı “Amrahbank" Açıq Səhmdar Cəmiyyəti Gəncə filialı ona və digər cavabdehlərə qarşı "pul” tələbinə dair iddia qaldırmış və Samux Rayon Məhkəməsinin qətnaməsinə əsasən bankın iddiası təmin edilmiş, ondan və digər cavabdehlərdən müştərək qaydada 2365.26 manat əsas borc, 1265.77 manat faiz borcu, 5.08 manat cərimə borcu və 195.36 manat kredit müqaviləsinin müddəti bitəndən sonra illik 5 faiz ümumilikdə 3831.47 manat pulun tutulması qət edilmişdir. Samux Rayon Məhkəməsi tərəfindən qət edilmiş xx.xx.2024-cü il, e-2(058)-512/2024 saylı qətnamənin surəti xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə ona verilmişdir. Həmin qətnamədən o, xx.xx.2024-cü il tarixdə elektron məhkəmə inforimasiya sistemi vasitəsilə apellyasiya şikayəti vermişdir. Lakin, Samux Rayon Məhkəməsinin 2(058)-512/2024 saylı , xx.xx.2024-cü il tarixli qərardadı ilə onun Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il, e- 2(058)-512/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti guya şikayət vermə müddətini ötürdüyü üçün geri qaytarılmışdır. Amma o, apellyasiya şikayəti vermək üçün prossesual müddəti ötürməmişdir. Belə ki, Sərkar 2 saylı poçt şöbəsindən onun ünvanına daxil olan məktubun üzərində olan SX032051905AZ kodunu elektron sistemdə yoxlanılması, eyni zamanda güman edir ki, mülki iş materiallarında olan xəbərnamə onun qətnaməni xx.xx.2024-cü il, saat 10:01-də aldığını sübut edir. Qanunvericilikdə müəyyən olunduğu kimi qətnamədən apellyasiya şikayəti rəsmi qaydada alındığı gündən bir ay sonra alınsa o, apellyasiyasiya şikayətini vermə müddətini ötürməmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(058)-512/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Samux Rayon Məhkəməsinin 2(058)-512/2024 saylı, xx.xx.2024-cü il tarixli qəradadı tam və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilməli, apellyasiya şikayəti vaxtında verilmiş hesab edilərək apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Мəhkəməsinin Mülki kollegiyasına verilməlidir. Belə ki, şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd olunmalıdır ki, MPM-nin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. Müddətlərin hesablanması qaydalarını müəyyən edən MPM-nin 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. MPM-nin 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qətnamədən şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qətnamənin rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı MPM-nin 134-cü maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin 135.2-ci maddəsində göstərilir ki, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.6-cı maddəsində göstərilmişdir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsində deyilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Qanunvericilik rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə, habelə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə proses iştirakçısının elektron kabinetinə yerləşdirilməsi qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. İş materialları ilə müəyyən olunur Samux Rayon Məhkəməsinin e-2(058)-512/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə xəbərnaməyə imza etdirilməklə Cavabdeh3 çatdırılmışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, qətnamədən şikayət vermə müddətinin axımı həmin tarixdən sonrakı gündən başlanılmışdır. Qətnamədən şikayət vermə müddətinin sonuncu günü xx.xx.2024-cü il tarixə təsadüf edir. Cavabdeh3 tərəfindən apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə elektron sistemdə yerləşdirməklə verildiyindən müddət ötürülmədən verilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, baxılan iş üzrə Samux Rayon Məhkəməsinin 2(058)-512/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı tam, həmin qərardadla bağlı 2(058)-512/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilməli, apellyasiya şikayəti vaxtında verilmiş hesab edilərək apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Мəhkəməsinin Mülki kollegiyasına verilməlidir. MPM-nin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və MPM-in 133, 263-264, 267, 398 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh3 tərəfindən verilmiş şikayət təmin edilsin. Samux Rayon Məhkəməsinin 2(058)-512/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı tam, həmin qərardadla bağlı 2(058)-512/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilsin. Samux Rayon Məhkəməsinin e-2(058)-512/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti vaxtında verilmiş hesab edilsin və apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Мəhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1777/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1777/2024
08.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver